Bakı polisinə yeni rəis təyin edildi .....                     Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi .....                     30 noyabrda dollar neçəyə olacaq? .....                     Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... .....                     “Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” .....                     Vasif Talıbov yaralı hərbçilərlə görüşüb .....                     Erməni generaldan Paşinyana cavab: .....                     Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq .....                     YAP İdarə Heyətinin iclası keçirilib .....                     Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq .....                     Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib .....                     Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib .....                     Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı .....                     “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” .....                     Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb .....                     Təhsil Nazirliyinin əməkdaşı şəhid olub .....                     Qarabağ savaşı Ermənistana daşınır .....                     Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, .....                     Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq .....                     “Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” .....                     Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? .....                     “Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn” .....                     Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... .....                     "Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" .....                     Polis Oğuzda reyd keçirib .....                     İşin başında Makron özü dayanır .....                     Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb .....                     Koronavirusa yoluxan deputat sağaldı .....                     Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur .....                     Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və... .....                     "Azərxalça" 58 min manata qonaq qarşılayacaq .....                     DYP sürücülərə müraciət edib .....                     Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar .....                     Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək .....                     Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi .....                     Erməni generaldan etiraflar: .....                     “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” .....                     Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”... .....                     “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” .....                     Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub .....                 

Hansı əsaslarla Qarabağ danışıqları?! – Zaman da dəyişib, şərtlər də
Tarix: 30-10-2020, 14:55 | Çap et
Hansı əsaslarla Qarabağ danışıqları?!
Qarabağdakı müharibənin hərbi hissəsi siyasi tərəfi ilə ayrılmaz şəkildə bağlıdır. Azərbaycan üçün öz ərazisinin azad edilməsi yalnız ordunun addımlarından ibarət deyil, bu sahədə əldə edilən nəaliyyətlərin beynəlxalq səviyyədə tanınmış sənədlər şəklində birləşdirilməsi də eyni dərəcədə vacibdir. Öz növbəsində, bu addım müəyyən üçüncü ölkələrin iştirakı ilə danışıqları da nəzərdə tutur.

Danışıqlar məsələsi təbii olaraq beynəlxalq vəziyyət, qüvvələr bölgüsü, dünya və regional güclərin təsiri ilə əlaqəli olacaq. Və bu baxımdan cari ilin 27 sentyabrından bəri müəyyən dəyişikliklər baş verdi.

Azərbaycan Ordusunun Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını işğaldan azad etməklə qazandığı uğurların təkcə strateji deyil, həm də siyasi əhəmiyyəti var. Aran Qarabağ təmizləndikdən sonra Şuşa istiqamətində şimala və daha sonra Xankəndinə dönmək üçün mümkün imkanlar yaranır.
İrəvan və Moskva Azərbaycan Ordusunun bu cür hərəkətlərinin nəticəsini yaxşı bildiyindən, belə bir dönüş təhlükəsinin yaranmasının da siyasi nəticələri olacaq. Əslində, Ermənistanın müdafiəsində bir qırılma, parçalanması baş verdi, bu da əslində ermənilərin bir sıra əhəmiyyətli əks-hücum imkanlarını birdəfəlik neytrallaşdırdı. Parçalanmış müdafiəni konsentrasiya etmək praktik olaraq qeyri-mümkündür. Və əks hücum üçün daha çox qüvvələr toplamaq da həmçinin. Ermənistan ordusunun bunun üçün nə texnoloji, nə maddi təminatı, əsgər heyəti yığmaq imkanı var.

Ermənilərin Laçın dəhlizini itirməsi üçün çox real bir təhlükə yaranıb, onu kəsərək və ya atəş nəzarətində saxlayaraq, Azərbaycan Ordusu Qarabağ qruplaşmasının Ermənistandan təminatını qeyri-mümkün hala gətirəcək. Təbii ki, bütün bu amildən doğan nətciələrlə birgə. Aydın məsələdir ki, onu qorumaq üçün İrəvanda son ehtiyatlar saxlanılır və artıq total səfərbərlik elan edilib.

Bütün bunlar gələcək danışıqlar üçün tamamilə fərqli bir zəmin yaradır və bu zəmin 1994-cü ildəki vəziyyətdən kökündən fərqlənir. Erməni rəhbərliyi mövqelərinin zəifliyini və hətta qeyri-müəyyənliyini dərk edərək, kompromisslərlə bağlı danışıqlara çox yuxarı həddən başlamağa çalışır: Bununla, öncə mövcud qüvvələrin yenidən toplanması üçün bir az vaxt qazanmağı ümid edir. İkincisi, Rusiyadan diplomatik və bəlkə də maddi yardım almağa ümid edir. Və üçüncüsü, Qarabağın gələcək statusu ilə bağlı tələblərin yumşaldılması üçün Azərbaycan və Türkiyəyə beynəlxalq təzyiqləri artırmağa çalışır.

Azərbaycan Ordusunun heç bir halda azad edilmiş əraziləri tərk etməyəcəyi aydındır, erməni diplomatiyasının növbəti vəzifəsi mövcud cəbhə xəttini düzəltmək və mümkünsə, Azərbaycan Ordusunun şimalda və şərqdə irəliləməsini dayandırmaqdır. Bu dediklərim ən minimum məqsədlərdir.

Baxdığımız dövrdə, ilk baxışdan Qarabağla birbaşa əlaqəsi olmayan hadisələr baş də verdi. Məlumdur ki, prezidentlərin səfərləri gəliş tarixlərindən çox əvvəl planlaşdırılır və Ukraynanın başçısı Vladimir Zelenskinin oktyabr ayında Ankara və İstanbula gəlməsi Moskvada çox əsəbi reaksiya doğuran əlavə bir amil oldu. Zelenskinin türkiyəli həmkarı Ərdoğanla görüşləri zamanı beynəlxalq vəziyyətin bir çox məsələləri müzakirə edildi və hərbi-texniki əməkdaşlıqla bağlı vacib müqavilələr imzalandı. Xüsusilə, Ukraynada türk dronlarının istehsalının təşkili və onlara Ukrayna istehsalı olan motorlarının quraşdırılması barədə müqavilə imzalandı. Bu amil, silahlar da daxil olmaqla, dronun uçuş məsafəsini, uçuş müddətini və faydalı hərbi yükünü artırır.

Birgə mətbuat konfransında Türkiyə Prezidenti birmənalı olaraq ölkəsinin Krımın Rusiya tərəfindən işğalını tanımadığını, yarımadanı Ukraynanın bir hissəsi hesab etdiyini və Rusiya hakimiyyəti tərəfindən təqib olunan Krım tatarlarına dəstək verməyə davam edəcəyini bildirdi. Bu cür açıqlamaların Moskvada şiddətli mənfi reaksiyaya səbəb olması təəccüblü deyil. Maraqlıdır, əslində Kreml nə gözləyirdi? Ankara həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu bir daha təsdiqləndi. Qarabağ ətrafında baş verən hadisələr kontekstində Ərdoğanın Krımla bağlı açıqlamaları Moskvanın danışıqları diplomatik səviyyədə Ermənistanın itkilərini minimuma endirəcək şəkildə təşkil etmək hiylələrinə açıq cavabdır.

Məsələ burasındadır ki, Azərbaycan Ordusunun uğurları artdıqca, Moskvanın manevr meydanı getdikcə daralır və indi yeni vəziyyətin qəbul etdirilməsi kimi çox dar dəhliz qalıb. Buna görə də müharibəyə KTMT-nin iştirakına sövq edilən heç bir variant işləmədi. Həm də ona görə ki, Moskva KTMT üzlərinin deklarativ də olsa, müdaxiləyə cəlb etmək cəhdlərinin mənasızlığını başa düşdü. Orta Asiya ölkələrinin, xüsusən Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın münaqişəyə müdaxiləni təsdiqləyəcəyini gözləmək çətin idi. Elə Belarus barədə də deyiləcək əlavə sözə ehtiyac yoxdur - indi Lukaşenko Qarabağ hayında deyil.

Eynilə, Moskvanın həqiqətən tətbiq etmək istədiyi sülhməramlılarla olan plan sabun köpüyü kimi partladı. Əslində, əgər Azərbaycan Ermənistana hücum etmək niyyətində deyilsə və beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kifayət qədər razıdırsa, sülhməramlılara nə ehtiyac var?

İrəvan bu cür əlverişsiz şəraitdə danışıqlar aparmaq istəmir və bu səbəbdən Nikol Paşinyan “Facebook” səhifəsində “Qarabağ məsələsinin bu mərhələdən başlayaraq və çox uzun müddət diplomatik həll yolu tapılmayacaq” tezisini irəli sürür. “Güzəşt o deməkdir ki, problemi həll etmək üçün “plankanı” endirə bilərsiniz, ancaq qarşı tərəf də bunu etməlidir. Eyni zamanda Azərbaycan artıq bizim razı olduğumuz və ya razılaşa biləcəyimizlə razılaşmır. Bu, indiki mərhələdə diplomatik həll yolu haqqında danışmağın artıq mənasız olduğunu göstərir”, - deyə yazır.

Belə mövqenin nəticəsi Paşinyanın könüllü dəstələr yaratmaq tələbi ilə şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının rəhbərlərinə və yerli özünüidarəetmə orqanlarına müraciətidir. Başqa sözlə, döyüş əməliyyatları aparmağa tamamilə hazır olmayan və əslində “top yemi” roluna məhkum olan sözdə könüllülər döyüşə çağırılır. Bu bölmələrin heç bir hərbi əhəmiyyəti olmayacaq, ancaq böyük itkilər mütləq olacaq. Görünür, Ermənistan rəhbərliyinin bu bəyanatının diplomatik əsası var: Ermənistanın ümumi müharibəyə hazır olduğunu, təslim olmayacağını, ancaq öz şərtləri xaricində heç bir danışıq aparmayacağını göstərmək məqsədi daşıyır.

Paşinyanın müraciətinin ikinci ünvanı Moskvadır. Mənası çox sadədir və əslində ibtidai şantajdan qaynaqlanır: Ya siz, istədiyiniz şəkildə Azərbaycanı hərbi əməliyyatları dayandırmağa məcbur edin, ya da Ermənistan tam məğlubiyyətə düçar olacaq və Rusiya mütləq onu itirəcək. Və bununla birlikdə bütün Cənubi Qafqazı da. Moskvanın bu şantajdan qorxması ehtimalı yoxdur, ancaq Kreml səylərini ikiqat artıra bilər.

Bakı üçün vəziyyət aydındır. İrəvan Rusiyanın kömək edəcəyi ilə bağlı illüziyalarından tamamilə ayrılmadığından, yalnız hərbi uğurlar və Azərbaycan Ordusunun irəliləməsi Ermənistandakı müharibə tərəfdarlarına fəlakətli vəziyyətin açıqlığını dərk etmək əvəzinə, qalibə şərt diktə etmək cəhdlərinin bütün zərərli nəticələrini başa sala bilər. Buna baxmayaraq, Azərbaycan Ordusunun, məsələn, Şuşa və ya Laçın dəhlizi istiqamətində kiçik bir irəliləməsi belə, İrəvanın hədsiz tələblər plankasını çox sürətlə endirə biləcəyinə inanmaq üçün bütün əsaslar var və bundan sonra, həqiqətən, mahiyyət üzrə predmetli danışıqlar başlana bilər.

Bəzi güzəştlərə gəldikdə, onlar mümkündür. Məsələn, Ermənistan qarşısında tam və qeyd-şərtsiz kapitulyasiya tələbi qoyulmasa, bu, Azərbaycan tərəfindən çox ciddi bir kompromis olacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı polisinə yeni rəis təyin edildi
Dünən, 18:06
Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi
Dünən, 17:00
30 noyabrda dollar neçəyə olacaq?
Dünən, 16:55
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Dünən, 16:51
“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH
Dünən, 16:45
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Dünən, 16:43
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Dünən, 16:41
Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
Dünən, 16:36
YAP İdarə Heyətinin iclası keçirilib
Dünən, 16:22
Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Dünən, 16:15
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dünən, 16:10
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib
Dünən, 16:04
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - deputat
Dünən, 16:02
“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” - XİN başçısı
Dünən, 15:48
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Dünən, 15:42
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Dünən, 15:37
Qarabağ savaşı Ermənistana daşınır - Paşinyan
Dünən, 15:33
Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi
Dünən, 15:30
Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq - Rusiya XİN
Dünən, 15:22
“Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” - deputat
Dünən, 13:08
Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab
Dünən, 13:04
“Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn”
Dünən, 13:02
Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... - Vartanesyan
Dünən, 13:00
"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" - ekspert
Dünən, 12:59
Polis Oğuzda reyd keçirib
Dünən, 12:57
İşin başında Makron özü dayanır - Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır
Dünən, 12:56
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb
Dünən, 12:52
Koronavirusa yoluxan deputat sağaldı
Dünən, 12:51
Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur
Dünən, 12:42
Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və...
Dünən, 12:40
"Azərxalça" 58 min manata qonaq qarşılayacaq
Dünən, 12:36
DYP sürücülərə müraciət edib
Dünən, 12:34
Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar - VİDEO
Dünən, 12:30
Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək - Eşq olsun!!!
Dünən, 12:28
Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi
Dünən, 12:26
Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Dünən, 12:19
“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Dünən, 12:17
Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”...
Dünən, 12:16
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
Dünən, 12:14
Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
Dünən, 12:11
5 tenderi bir şirkət uddu
Dünən, 12:10
Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Dünən, 12:03
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
Dünən, 12:01
Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur - GƏLİŞMƏ
Dünən, 11:58
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı
Dünən, 11:56
Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!
Dünən, 11:55
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Dünən, 11:48
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
Dünən, 11:47
Ermənistan bu gün də itkilərini açıqladı
Dünən, 11:46
"Yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər" - Məşhur alim
Dünən, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru