Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

Vətən Müharibəsində İran amili - TƏHLİL
Tarix: 30-10-2020, 08:01 | Çap et
Vətən Müharibəsində İran amili
Oktyabrın 28-də İran prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycana səfər edib. Bakıda Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan prezidenti qəbul edib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev İran-Azərbaycan dövlət sərhədinin tam bərpa olunduğunu, artıq Azərbaycan tərəfinin sərhədin bütün mühafizə infrastrukturunu yaradılması üçün tapşırıq verdiyini xatırladıb. Eyni zamanda dövlət başçısı Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarlarının birgə istismarı ilə bağlı Azərbaycan tərəfdən işçi qrup yaradılmasını tapşırdığını və İran tərəfinin də analoji addım ataraq obyektin birgə istismarı haqqında razılığa gəlinməsini təklif edib.

Abbas Əraqçi isə öz növbəsində Bərdə şəhərində dinc insanların ölümünə səbəb olmuş hadisə ilə əlaqədar başsağlığı verib. İslam Respublikasının ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına qarşı olduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Əraqçi son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edib...

Artıq Abbas Əraqçi Moskvadadır. Rusiya paytaxtında verdiyi açıqlamada İran XİN rəhbərinin müavini Tehranın münaqişənin həlli üçün təşəbbüs göstərdiyini bildirib. İranın Rusiya Federasiyasındakı səfirliyinin “Teleqram” kanalında yayılan açıqlamada Abbas Əraqçinin “Biz əsas rolu bu böhranı həll etmək olan ölkələrə regional yanaşma təklif etdik və Rusiya da regiondakı vacib ölkələrdən biridir”, - dediyi vurğulanıb.
Qeyd etmək lazımdır ki, İran həm Ermənistan, həm də Azərbaycanla sərhədə malikdir. Tehran tarixi, dini və etnik amillərə görə Azərbaycanla yaxın olsa da, Ermənistanla da əlaqələrini qoruyub saxlayıb. Lakin eyni zamanda İran hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğal faktını qınayıb.

Son hərbi əməliyyatlar zamanı Tehranın mövqeyində bir neçə xüsusi məqam diqqət cəlb edir. Oktyabrın 24-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Komandanı general Məhəmməd Pakpur Xudafərin sərhəd bölgəsinə gəlib. General jurnalistlərə deyib ki, “işğal altındakı Dağlıq Qarabağ bölgələrinin azad edilməsi əvvəldən arzumuz idi və bunun baş verdiyinə görə xoşbəxtik”.

Eyni zamanda Pakpur qeyd edib ki, İran qonşu ölkələrin ərazi bütövlüyünə hörmət edir və mövcud sərhəd siyasətindəki hər hansı bir dəyişiklik İran İslam Respublikasının qırmızı xəttidir.

Zəngilan rayonu işğaldan azad edildikdən bir gün sonra mətbuatda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aslandüz və Xudafərindən Culfaya qədər olan Azərbaycan və Ermənistanla sərhəddə çox sayda hərbi qüvvə göndərməsi ilə bağlı xəbərlər yayıldı. İran ordusunun əsasən İran-Ermənistan sərhədi bölgəsində cəmlənməsi Tehranın əsas narahatlığının konturlarını açıqlayırdı.

İki gün sonra isə İran XİN rəhbərinin müavini və prezidentin xüsusi elçisi Əraqçi Bakıya, ardınca isə Moskvaya yollandı. Cənab Əraqçinin İranın münaqişənin həlli ilə bağlı “xüsusi təkliflərinin” olması, regional yanaşma təklifi də görünür ki, bir-biri ilə bağlı mövzulardır.

Belə aydın olur ki, rəsmi Tehran Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi cəhdini dəstəkləsə də, Bakının daha da irəli gedib Mehrini tutacağından narahat olub. Görünür, ordumuzun Zəngilana qədər sürətlə irəliləməsi növbəti mərhələdə Naxçıvana dəhliz yaradılacağı ilə bağlı ehtimalları gündəmə gətirib və bu da Tehranı narahat edib. SEPAH komandanının dövlətlərarası sərhədlərin dəyişilməz olması ilə bağlı açıqlaması da buna hesablanıb. Çünki Mehrinin götürülməsi həm də İranın Ermənistanla yeganə quru sərhədini ləğv edə bilər. Bu səbəbdən də Tehran Bakıya nümayəndə göndərərək vəziyyəti araşdırmağa çalışıb.

Lakin aydın məsələdir ki, Azərbaycanın əvvəl gündən də elan etdiyi kimi, Ermənistan ərazilərinə hərbi müdaxilə planı yoxdur.

Ölkə başçısı bir neçə dəfə bəyan edib ki, əməliyyatlar Azərbaycanın qanuni sərhədləri daxilində həyata keçirilir, Ermənistan ərazilərinə hərbi müdaxilə nəzərdə tutulmayıb.

Qeyd etmək lazımdır ki, bu məsələdə İran daxilindəki ənənəvi Azərbaycana düşmən qüvvələrlə yanaşı İranda hələ də güclü olan erməni diasporunun ciddi rolu var. Ermənistan müharibənin ilk günündən İran amilinə ciddi əhəmiyyət verir və imkan olduqca yerli və xarici mediada İranın Ermənistanı dəstəkləməsi ilə bağlı yazılar yayır. Eyni zamanda İranın bəzi media orqanlarına əli çatan erməni diasporu hərbi əməliyyatlarla bağlı saxta məlumatları tirajlayır. Ermənistan mediasında da geniş işıqlandırılan bu materiallarda əsasən İran üçün həssas mövzular yer alır. İranla sərhədə suriyalı cihadçıların yerləşdirilməsi və Mehrinin ələ keçirilməsi kimi məlumatlar məhz İrandakı bir neçə saytlarda davamlı olaraq yer alır.

Ancaq Tehranın narahatlıqlarının fonunda 27 sentyabrda başlayan Vətən Müharibəsinin gedişində Azərbaycana ciddi şəkildə hərbi dəstək verib. Bununla bağlı ayrı-ayrı detalları həm Prezident İlham Əliyev, həm də köməkçisi Hikmət Hacıyev müsahibələrində qeyd edib. Müharibənin başladığı ilk gündən Azərbaycanla İran arasında hərbi və diplomatik kanallar vasitəsilə kontaktlar davam edib. Aktiv danışıqlar nəticəsində İran Ermənistana yüklərin daşınmasını (bu məsələdə yerli azərbaycanlıların etirazlarının da rolu olub) dayandırıb. İkincisi, İranın şimalında quraşdırılmış Radiolokasiya Sistemlərini Azərbaycan Hərbi Hava Qüvvələrinin fəaliyyətinə mane olmayacaq vəziyyətə gətirilib. Üçüncüsü, İran Azərbaycanının (Güney-red.) 4 nüfuzlu dini xadimi, həm də dini liderin vilayətlər üzrə təmsilçiləri, o cümlədən İnqilab Keşikçiləri Korpusunun 2 generalı Azərbaycanı dəstəkləyən bəyanat verib. Dördüncüsü, erməni qüvvələrinin Azərbaycan ordusunun hücumları qarşısında İran-Azərbaycan ortaq layihəsi olan Xudafərin Su Anbarı ətrafına qüvvə toplamaqla müqavimət xətti qurmasına birbaşa müdaxilə edərək mane olması və erməni qüvvələrinin ərazidən uzaqlaşdırılmasını təmin edib.

İranın bu mühairbədə ermənilərin deyil Azərbaycanın yanında olması ilə bağlı Rusiya Avrasiyaçılarının nüfuzlu KM portalında bununla bağlı bir neçə gün əvvəl dərc olunan məqalədə qeyd olunur ki, Tehranın bu addımları münaqişədə İranla “qardaşlıq bağlarını” elan etməyə hazır olan erməni hökumətini məyus edib.

Rəsmi Bakının isə bütün bu mürəkkəb və həssas situasiya içərisində mövqeyi sabitdir. Hərbi əməliyyatlar yalnız Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində işğal qüvvələrinə qarşı aparılır. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar aparmaq fikrində deyil. Bu əməliyyatları 30 ilə yaxındır davam edən nəticəsiz sülh prosesindən yorulan və bir an əvvəl işğal olunmuş vətən torpaqlarının azadlığına istəyən Azərbaycan vətəndaşlarından təşkil olunmuş Azərbaycan ordusu aparır.

Regionun böyük dövlətlərindən biri və hər iki ölkə ilə həmsərhəd olan İranın dəstəyini almaq rəsmi Bakı üçün ciddi uğurdur.
Kənan Rövşənoğlu,
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Dünən, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Dünən, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Dünən, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Dünən, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Dünən, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Dünən, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Dünən, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Dünən, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Dünən, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Dünən, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Dünən, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Dünən, 11:32
Xudat sakini dəm qazından boğulub
Dünən, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Dünən, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Dünən, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Dünən, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Dünən, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Dünən, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Dünən, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Dünən, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Dünən, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Dünən, 11:00
Donbasdakı son durum açıqlandı
Dünən, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Dünən, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Dünən, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Dünən, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Dünən, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Dünən, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Dünən, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Dünən, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Dünən, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Dünən, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Dünən, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Dünən, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Dünən, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Dünən, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Dünən, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Dünən, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Dünən, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Dünən, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Dünən, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Dünən, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Dünən, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Dünən, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Dünən, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Dünən, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Dünən, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Dünən, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru