Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

“Paşinyan belə güzəştə vaxtında getməliydi, artıq gecdir” - Ekspert danışır...
Tarix: 29-10-2020, 10:45 | Çap et
“Paşinyan belə güzəştə vaxtında getməliydi, artıq gecdir”
Ermənistan Xarici İşlər nazirlərinin görüşəcəyi də öz əksini tapıb. Bildirilib ki, XİN başçıları oktyabrın 29-da Cenevrədə həmsədrlərin vasitəçiliyi ilə yenidən bir araya gələcəklər. Qeyd edilib ki, nazirlər görüşdə razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərini müzakirə edəcəklər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə müzakirə razılığı var.

Görüşdən hansı nəticələrin əldə ediləcəyi sual olaraq qalır. Məsələ burasındadır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa sonuncu müraciəti zamanı Minsk Qrupunun həmsədr ölkələrini sərt tənqid edərək, bu dövlətləri ədalətsizlikdə, işğalçıya dəstək verməkdə günahlandırıb. XİN başçılarının Cenevrə görüşünə toxunan Azərbaycan lideri deyib ki, görüşlərin mənası olmalıdır: “O qədər belə mənasız görüşlər olub ki... Biz istəyirik görüşlərdə məna olsun”. Bu sözləri ilə İlham Əliyev dolayısıyla növbəti görüşdə də işğalçının yola gələcəyinə inanmadığını işarə etdi. Amma Prezident görüşə etiraz etmədiyini də bildirdi.

Bəs, həqiqətən oktyabrın 29-dakı görüşdən hansısa nəticə əldə oluna bilərmi? Çünki Minsk Qrupunun bəyanatında Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə danışıqların aparılacağı vurğulanıb. Azərbaycan liderinin də mövqeyi bəllidir – Ermənistan qoşunları işğal olunmuş ərazilərdən dərhal çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Prezidentin çıxışından o da məlum oldu ki, 27 sentyabrdan, yəni, müharibə başlayandan etibarən həmsədr ölkələrdən Azərbaycana təzyiqlər var. Rəsmi Bakı isə təzyiqlərə dözüm nümayiş etdirərək, ərazilərini işğalçılardan təmizləyir.

Qarabağ ətrafındakı diplomatik prosesləri AYNA-ya dəyərləndirən politoloq Şahin Cəfərli deyib ki, oktyabrın 10-da XİN başçılarının Moskvada görüşü, humanitar atəşkəslə bağlı razılaşma rəsmi Bakıya təzyiqlərin nəticəsi idi:

- Azərbaycan təbii ki, sülhsevər olduğu üçün və haqlı tərəf kimi, heç bir görüşdən boyun qaçırmır. Azərbaycan tərəfi atəşkəsə razılıq verdi. Amma ilk atəşkəs razılaşmasını Ermənistan bir sutka keçmədi ki, pozdu. Gəncədə mülki əhaliyə ballistik raket atmaq bunun göstəricisidir. Eyni zamanda, ermənilər Hadrutu yenidən işğal etmək üçün hücum etdi, düşmən əks-zərbə ilə yerində oturduldu. Bundan sonra faktiki olaraq, humanitar atəşkəsi tətbiq etmək mümkün olmadı. Bərdədəki qətliamı xatırlayaq...

Bu gün ölkəmizə təzyiqlər var. Həmsədr ölkələr istəyir ki, Azərbaycan əməliyyatları dayandırsın, yenidən masaya oturulsun, danışıqlar bərpa edilsin. Amma Azərbaycanın mövqeyi çox dəqiq və aydındır. Rəsmi Bakı bildirir ki, ötən müddət ərzində nəticə verməyən danışıqlara qayıtmaq istəmir. Prezidentin də dediyi kimi, Azərbaycan yalnız o halda danışıqlara razıdır ki, Ermənistan tərəfi real addımlar atacağına dair öhdəlik götürsün. İrəvan rəsmi şəkildə həmsədrlərə bildirsin ki, filan güzəştlərə hazırdır, masaya oturub Azərbaycanla anlaşa bilər. O cümlədən də qrafik məsələsi. Yəni, Ermənistan rəhbərliyi filan tarixdə filan rayonu, digər tarixdə bir başqa rayonu boşaldacağını ciddi şəkildə bəyan etməlidir.

- Amma Ermənistan tərəfi bu məsələdə razı olmadığını nümayiş etdirir...

- Məsələ burasındadır ki, Azərbaycan tərəfi Ermənistanın ciddi öhdəlik götürdüyünü görməsə, yenidən masaya oturub, mənasız danışıqları aparmayacaq. Bu, rəsmi Bakının sərgilədiyi doğru və haqlı mövqedir. Azərbaycanın mövqeyi indiki reallıqlara da, beynəlxalq hüququn tələblərinə də uyğundur. Ona görə də, hesab edirəm ki, həmsədr ölkələr Azərbaycana nə qədər təsir etsə də, ciddi nəticə olmayacaq. Azərbaycana qarşı sanksiya xarakterli tədbirləri gözləmirəm. Etiraf etmək lazımdır ki, yeganə qorxumuz Rusiya faktoru ilə əlaqədardır. Azərbaycan cəmiyyətində yenə də şübhə dolu sual qalır ki, Rusiya hansısa mərhələdə müdaxilə edə bilərmi?! Bu şübhəyə hardasa haqq vermək mümkündür. Amma fikrimcə, Kremlin də hazırkı siyasətində müəyyən praqmatik xətt hiss olunur. Rusiya nə qədər Ermənistanla müttəfiq olsa da, hiss edilir ki, Moskva Cənubi Qafqazda Azərbaycanı tamamilə itirmək istəmir. Eyni zamanda, Rusiya Türkiyəni də qarşısına almaq arzusunda deyil. Bu baxımdan Rusiyanın mövqeyində nisbətən neytrallıq var.

- Nikol Paşinyan açıqlamasında bildirib ki, onlar üçün ağrılı güzəştə hazırdırlar. Düşmən ölkə rəhbəri bununla nə demək istəyir? XİN başçılarının 29 oktyabrdakı görüşündə güzəşt məsələsi müzakirə edilib, hansısa razılıq əldə oluna bilərmi?

- Paşinyan güman ki, hələ Azərbaycanın nəzarətinə keçməyən Ağdam, Kəlbəcər və Laçının boşaldılmasına razıdır və bunu ağrılı güzəşt sayır. Düzdür, Azərbaycan Ordusu Laçın ərazisinə daxil olub, amma rayonun böyük hissəsi ermənilərin əlindədir. Məncə, Paşinyan demək istəyir ki, ətraf rayonlardan çıxa bilərik. Təbii ki, Laçından Dağlıq Qarabağa dəhliz saxlamaq şərtilə. Yəni, Ermənistanın mövqeyi budur. Düşünürəm ki, artıq rəsmi İrəvan üçün bu mövqeni tutmaq gecdir. Müharibədən əvvəl, məsələn, sentyabrın 26-da Paşinyan bunu elan etsəydi, Azərbaycan müzakirəyə razı olardı. Amma indi Azərbaycan 4 rayonu azad edib, beşinci rayonun ərazisinə daxil olubsa, Laçın dəhlizinə yaxınlaşıbsa, o zaman niyə Ermənistanın təklifi ilə razılaşsın?! Ona görə deyirəm ki, bu, Paşinyan tərəfindən gecikmiş addımdır. Rəsmi İrəvan güzəştə hazır olduğunu vaxtında elan etməli idi. İndi deyir ki, ətraf rayonları tərk etməyə hazırdırlar. Əvəzində isə təbii ki, Dağlıq Qarabağa yüksək status istəyəcəklər. Bu da mümkün görünmür. Məncə, o mərhələ artıq geridə qalıb.

- Yəni, Minsk Qrupunun təklif etdikləri baza prinsipləri qüvvədən düşüb...

- “5+2” formulu tamamilə aktuallığını itirib, eyni zamanda, baza prinsipləri də əhəmiyyətsiz sənəd oldu. Vaxtında Ermənistan bu formula razı olmalı idi. Hansı ki, Azərbaycan bu prinsiplərlə münaqişənin həllinə razı idi.

- XİN başçılarının Cenevrə görüşündən gözləntiləriniz nədir?

- Həmsədrlərin bəyanatı var, orada qrafik məsələsi qeyd olunmuşdu. Bəyanatda bildirilir ki, müəyyən zaman çərçivəsinə uyğun olaraq, münaqişənin həlli istiqamətində addımlar atıla bilər. Anlaşılan odur ki, Ermənistan qrafiklə ərazilərin boşaldılması məsələsinin müzakirəsinə və ərazilərdən çəkilməklə bağlı qrafik təqdim etməyə hazırdır. İndi görək, rəsmi İrəvan hansı güzəştlərə hazırdır. Rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan birmənalı şəkildə bəyan edib ki, bütün işğal olunmuş ərazilərdən - Dağlıq Qarabağ da daxil - Ermənistan silahlıları çıxmalıdır. İndiki mərhələdə bu mövqenin xaricində Azərbaycanın nəyəsə razılaşacağına inanmıram.

- Azərbaycan Prezidentinin Türkiyənin burada olan F-16-ları ilə bağlı da bir mesajı oldu. Bildirdi ki, Azərbaycana kimsə müdaxilə edərsə, aqressiya göstərərsə, qarşısında həmin F-16-ları görəcək. Prezident bununla sanki xəbərdarlıq etdi...

- Hesab edirəm ki, Türkiyə amili bu gün çəkindirici təsirini göstərməkdədir. Əgər Türkiyənin çəkindirici təsiri olmasaydı, məncə, Rusiya 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, sentyabrın 27-də başlayan əməliyyatları da qısa müddətdə dayandıra bilərdi. Çox güman, 10 oktyabr tarixində Moskvada əldə olunan razılaşma yerinə yetirilərdi. Amma Türkiyə faktoru artıq Rusiyanın Azərbaycana təzyiq imkanlarını məhdudlaşdırır. Türkiyənin buradakı mövcudluğu İrana da bir mesajdır. Yəni, Azərbaycana qarşı hansısa addım atılarsa, Türkiyə məsələyə müdaxilə edəcək. Türkiyə rəhbərliyi açıq mətnlə bildirdi ki, rəsmi Ankara hər vasitə ilə Azərbaycanın yanındadır. Düşünürəm ki, hazırda Rusiyanın nisbətən ehtiyatla hərəkət etməsində Türkiyənin çəkindirici təsiri var. Bu təsir, təbii ki, davam edəcək. Türkiyə təlimdə gələn hərbi kontingentini burada saxlamaqla, əslində praktik olaraq da mesaj verdi ki, rəsmi Ankaranın bəyanatları boşuna deyil, Azərbaycana müdaxilə olacağı təqdirdə, Ankara məsələyə qarışacaq. Azərbaycan Prezidentinin F-16-larla bağlı dedikləri də məhz bu idi.

- Türkiyənin buna hüquqi əsası varmı?

- Müdaxilə üçün Türkiyənin hüquqi əsası var. Çünki 2011-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilə var ki, bu sənəd “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Saziş” adlanır. Həmin sənəddə açıq şəkildə yazılıb ki, tərəflərdən birinə müdaxilə olarsa, tərəflər məsləhətləşmələr keçirmək hüququna malikdir. Eyni zamanda, tərəflərdən biri hücuma məruz qalarsa, digər tərəfin ona yardım etmək hüququ var. Yəni, hüquqi baza baxımından problem yoxdur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Dünən, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Dünən, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Dünən, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Dünən, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Dünən, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Dünən, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Dünən, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Dünən, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Dünən, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Dünən, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Dünən, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Dünən, 11:32
Xudat sakini dəm qazından boğulub
Dünən, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Dünən, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Dünən, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Dünən, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Dünən, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Dünən, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Dünən, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Dünən, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Dünən, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Dünən, 11:00
Donbasdakı son durum açıqlandı
Dünən, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Dünən, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Dünən, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Dünən, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Dünən, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Dünən, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Dünən, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Dünən, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Dünən, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Dünən, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Dünən, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Dünən, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Dünən, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Dünən, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Dünən, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Dünən, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Dünən, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Dünən, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Dünən, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Dünən, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Dünən, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Dünən, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Dünən, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Dünən, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Dünən, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Dünən, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru