Əsgərimiz niyə şəhid oldu? .....                     Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər .....                     "Kreml dominantlığını itirib" .....                     XİN cəbhədəki gərginliklə bağlı .....                     Əhali banklardakı əmanətlərini geri çəkib: .....                     "Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" .....                     “Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi .....                     Vüqar Səfərlinin məhkəmə zalından .....                     Bilgəhdə dənizdə bir nəfər batıb .....                     Balakəndə yol polisi reyd keçirib .....                     “Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” .....                     “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib .....                     Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: .....                     "Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." .....                     "Nişanlı olduğu üçün görünüşündən narahat idi" .....                     5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? .....                     Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... .....                     Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub .....                     Büdcəni talayan məmurlarla mübarizə... .....                     "Ürəyimin odu sönüb, közü isitmir" .....                     “Patı” əməliyyatları... .....                     Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı .....                     26 iyulda dollar neçəyə olacaq? .....                     “Molla rejimi bu gün də Xankəndinə silah yollayır” .....                     Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI .....                     “Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” .....                     Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI .....                     “Mətbuatda “ələnmə” prosesi gedəcək” .....                     “Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” .....                     "Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" .....                     Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb .....                     Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT .....                     Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu .....                     Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var .....                     “İranın itirilməsi bizim üçün fəlakət ola bilər” .....                     Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... .....                     AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib .....                     "Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər" .....                     Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib .....                 

Dron müharibələri - dünya əsgərsiz savaşlara hazırlaşır?
Tarix: 29-10-2020, 09:50 | Çap et
Dron müharibələri
Elə zəmanəyə gəlib çıxmışıq ki, nə Qaçaq Nəbi dövründəki tüfənglərə, nə sovet vaxtının “Kalaşnikov” avtomatlarına, nə snayperlərə ciddi bir ehtiyac var.

Hətta bu gedişlə yaxın gələcəkdə zirehli texnikanın, tankların da öz aktuallığını, belə desək, müharibədə öz dəbini itirəcəyi proqnozlaşdırılır. Bunu hazırda gedən Qarabağ müharibəsi də sübut edir.

Əlbəttə, döyüşən, düşmənin başını əzən, zəfərlərimizi həyata keçirənlər məhz ƏSGƏRİMİZdir, ORDUMUZdur. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında dronların da misilsiz rolunu qeyd etmək lazımdır.

Müharibələrin texnikası, üslubu o dərəcədə dəyişib ki, müasir dövrün savaşlarına “dronlar müharibəsi” adı da vermək olar.

Söhbət təkcə Qarabağdan getmir, eynilə Suriya, Liviya ərazilərində keçirilən əməliyyatlarda da pilotsuz uçuş aparatları, kamikadze dronlar inanılmaz funksiyaya malikdirlər. Həmçinin Türkiyədən aldığımız “Bayraktar”ların, İsraildən aldığımız “HAROP”ların əvəzolunmaz əhəmiyyətini qeyd etmək lazımdır.

Bu, daha az itki verməklə təşkil olunan müharibə metodudur. O baxımdan dünyanın insansız müharibəyə hazırlaşdığını söyləmək olar.

Yaxın 10 ildə elektron müharibələrin necə olacağı kifayət qədər maraqlıdır. Hətta “BAE Systems” korporasiyasının istehsal xətti üzrə direktoru Kris Rappa bildirmişdi ki, qarşıdakı bir neçə il ərzində kəşfiyyat, nəzarət və axtarış sistemlərinin yeni nəslini təqdim edəcək.

Bu sistemlərin təkmilləşdirilməsi, eyni zamanda digər elektron müharibə texnologiyalarında aparılacaq inkişaf istiqamətli işlər gələcək müharibələrin canlı qüvvələrdən daha çox texnoloji zəmində olacağını deməyə imkan verir.

Hətta bu məqsəd bir çox şirkətlər ordu daxilində elektron müharibə bölmələrinin formalaşdırılması üzərində işlərə start veriblər.

Bəzi ordularda canlı qüvvə sayının azaldılması üzərində planlar qurulur. Buna görə də qarşıdakı 10 ildə əsgərsiz qoşunlarla qarşılaşmağımız ehtimalı olduqca böyükdür.

Amma gələcəyə necə baxılır? Dünya dövlətləri müharibələri əsgərsiz aparmağı təsəvvür edirmi?

Ön xəttə hərbçilər çıxmadan, dronlar sayəsində düşmən müqavimətini qırmaq və əraziləri tutmaq perspektivi görünürmü?

Bu mövzuda polkovnik Şair Ramaldanov fərqli düşünür. Onun “Yeni Müsavat”a dediyinə görə, heç də bütün müharibələrin müqəddəratını dronlar həll etməyəcək.

Ş.Ramaldanovun fikrincə, bu cihazlar inkişaf etdikcə, onlara qarşı cavab tədbirləri də hazırlanır: “Bu baxımdan söyləmək olmaz ki, bütün müharibələr dronlarla olacaq. Amma dron müasirliyin tələblərinə görə yeni texnologiyanın kəşfidir və bizim müharibədə də geniş istifadə olunur. Əlbəttə, dronların gələcəyi var. Amma bu, əsgərin əhəmiyyətini heç də azalda bilməz".

Polkovnikin sözlərinə görə, son addımı əsgər qoyur: “Əsgər ayağı dəyməyən torpaq alınan torpaq hesab edilə bilməz. Dronlar özünə uyğun funksiyaları yerinə yetirirlər. Bu da döyüşlərdə itkiləri minimuma endirməyə hesablanıb. Amma son nöqtəni əsgər qoyur və onun vəzifəsini dron yerinə yetirə bilməz".

Hərbi ekspert Azad İsazadə də qeyd etdi ki, tam əsgərsiz müharibə ola bilməz: “Sadəcə, pilotsuz avadanlıqlar müasir savaşların simasını dəyişib. İstər Suriya, Liviya, istərsə Qarabağda gedən döyüşlər sübut etdi ki, dronlardan qorunma sistemi yoxdur. Varsa da, natamamdır.

Odur ki, hamısını birdən-birə vurmaq olmur. Hansısa biri zərbəni üzərinə götürür, digəri hədəfi vurur.

Hətta Pentaqonun keçmiş generalı qeyd etmişdi ki, Azərbaycanın taktikasına fikir verməliyik, yeni nəticələr çıxarmalıyıq".

A.İsazadə bildirdi ki, Britaniya hərbçiləri də zirehli texnikanı modelləşdirmək fikrindən daşınıblar:

“Onlar qərara gəliblər ki, yeni silahlara üstünlük versinlər. Qarabağ savaş göstərdi ki, zirehli texnika məsələni həll etmir. Çünki tez vurula bilir. Ona görə britaniyalılar yeni sistemə keçmək istəyirlər. Ancaq sonrası necə olcaq, bunu demək çətindir. Ümumiyyətlə, bütün bunlar hərbin inkişafı ilə bağlıdır. Əvvəlcə hücum silahları icad olunur, sonra ondan müdafiə sistemləri hazırlanır. Bunun əksini də söyləmək olar, müdafiə sistemi qurulur və onu vuran zərbə sistemi yaradılır. Odur ki, dronlar müharibələrin taktikasına yeniliklər gətirəcək. Sadəcə, ön xəttə yenə əsgər çıxacaq, hərbçisiz müharibə mümkünsüzdür".

Yeri gəlmişkən, Azərbaycan pilotsuz sistemlərə Ermənistandan daha çox diqqət yetirirdi. Mütəxəssislər bunu hələ 2016-cı ildə, bölgədə dörd gün ərzində şiddətli döyüşlərin baş verdiyi zaman qeyd ediblər. 2020-ci ildə həmin tendensiya artıq-aşkar bir fakta çevrildi.

Qarabağdakı indiki kəskinləşmə dövründə ən məşhur pilotsuz təyyarə Türkiyənin “Bayraktar TB2" hücum dronudur.

Azərbaycan hərbçiləri tərəfindən Qarabağdakı hədəflərin vurulması barədə paylaşılan videoların əksəriyyətini mütəxəssislər məhz “Bayraktar TB2" dronuna aid edirlər.

Bu dron bir neçə il əvvəl Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanıb, operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərə bilər, kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə oluna bilər.
“Yeni Müsavat”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgərimiz niyə şəhid oldu? - AKTUAL ŞƏRH
Dünən, 18:23
Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər
Dünən, 18:21
"Kreml dominantlığını itirib"
Dünən, 18:12
XİN cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:10
Əhali banklardakı əmanətlərini geri çəkib: - Bir aya 200 milyon manat
Dünən, 18:07
"Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" - Minsk Qrupu ilə NƏ ETMƏLİ?
Dünən, 18:01
“Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” - GƏLİŞMƏ
Dünən, 17:58
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:55
Vüqar Səfərlinin məhkəmə zalından EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Dünən, 17:54
Bilgəhdə dənizdə bir nəfər batıb
Dünən, 17:47
Balakəndə yol polisi reyd keçirib
Dünən, 17:42
“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu
Dünən, 17:38
“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib
Dünən, 17:36
Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: - İki rəsmi mənbə niyə fərqli xəbər yaydı?
Dünən, 17:34
"Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." - Ağsudan Şikayət
Dünən, 17:29
"Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır
Dünən, 17:24
5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? - AÇIQLAMA
Dünən, 17:20
Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... - NƏ BAŞ VERİR?
Dünən, 17:18
Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub
Dünən, 17:15
Büdcəni talayan məmurlarla mübarizə... - “Gəlir deklorasiyası mütləq reallaşmalıdır”
Dünən, 17:12
"Ürəyimin odu sönüb, közü isitmir" - 80 yaşını qeyd edən Flora Kərimova
Dünən, 17:08
“Patı” əməliyyatları... - Problemin köklü həlli üçün yol göstərildi
Dünən, 17:07
Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı
Dünən, 17:06
26 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:04
“Molla rejimi bu gün də Xankəndinə silah yollayır” – Laçın koridorunda yaranan TIXAC
Dünən, 16:58
Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO
Dünən, 16:56
“Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” - Keçmiş spiker
Dünən, 16:48
Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI - "Əbülfəs müəllim yaxşı olmağa çalışır..."
Dünən, 16:48
“Mətbuatda “ələnmə” prosesi gedəcək” - AÇIQLAMA
Dünən, 16:46
“Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” – Hərbi ekspert
Dünən, 16:43
"Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" - Mixeyev
Dünən, 16:42
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Dünən, 16:40
Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT - ÖLÜM AYAĞINDADIR...
Dünən, 16:38
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu
Dünən, 16:34
Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var - SİYAHI
Dünən, 16:28
“İranın itirilməsi bizim üçün fəlakət ola bilər” - Erməni mediası
Dünən, 16:26
Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... - DOSYE
Dünən, 16:24
AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib - FƏRMAN
Dünən, 16:23
"Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"
Dünən, 16:21
Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib
Dünən, 16:17
Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - ELDAR MAHMUDOV “DİRİLİR”
Dünən, 16:16
"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
Dünən, 16:12
Vüqar Səfərlinin məhkəməsi TƏXİRƏ SALINIB
Dünən, 16:10
Yerli turizmin OD TUTAN QİYMƏTLƏRİ... - Vətəndaşlar üçün əlçatanlıq niyə təmin edilmir?
Dünən, 16:09
“Məmurların çoxu o qədər harınlayıb ki, prezident xəbərdarlığının ciddiliyini başa düşmürlər” - İTTİHAM
Dünən, 16:08
“Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik” - Partiya sədri
Dünən, 16:06
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib - SƏRƏNCAM
Dünən, 16:03
Xankəndinin şəhər statusu ləğv edilə bilər: - Şuşanın tabeliyinə verilməsi mümkündür
Dünən, 16:02
“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Dünən, 16:01
“Rus hərbi komandanlığı Azərbaycanın qara kürüsündən yeyib, lal olublar” - Ermənistan KİV
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru