Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

Erməni lobbisinin informasiya "istehkam"ları sökülür - GƏLİŞMƏ
Tarix: 29-10-2020, 09:38 | Çap et
Erməni lobbisinin informasiya "istehkam"ları sökülür
Oktyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibənin artıq bir ayı tamam olub. Ötən müddətdə Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib. Cəbhədəki müharibə ilə yanaşı informasiya müharibəsində də savaşlar davam etməkdədir. Bildiyimiz kimi, xaricdə Azərbaycana qarşı anti-Azərbaycan siyasəti hələ də davam edir. Bu faktdır ki, son günlər Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşirlər. Jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb.

Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədlərinə nail ola bilmədikləri üçün hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir. Lakin Fransa Milli Assambleyasının deputatı, Xarici işlər komissiyasının üzvü Jan-Lük Reytzer “Bourse Plus” qəzetinə verdiyi müsahibəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə bu cür təqdim edib: "Mətbuatda bəzən deyilir ki, Dağlıq Qarabağda əsasən ermənilər yaşayırlar. Ancaq Dağlıq Qarabağda ermənilərin əksəriyyət təşkil etməsinin səbəbi milyonlarla azərbaycanlının bu torpaqlardan qovulmasıdır. Çoxları vəziyyəti bilmədən danışır. Azərbaycan dünyəvi, düzgün istiqamətdə irəliləyən bir ölkədir. Fransada insanlar əsl vəziyyəti bilmirlər. Azərbaycanlılar böyük xalqdır və dini səbəblərə görə ölkədəki sabitliyi pozmaq istəyən qonşuları var. Deməli, bu bölgədə tarazlığın və sabitliyin yolunu tapmaq özü qəhrəmanlıqdır. Azərbaycan uzun illərdir ki, məhz bu bacarığını göstərir və həyata keçirir. Ermənistanla Azərbaycan arasında dini müharibə yoxdur. Doğrudan da haqlı olduğuna inanan bir xalq üçün bu, ərazi və milli suverenlik müharibəsidir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının bir neçə iclası ilə Azərbaycana haqq qazandırıbsa, deməli, bunun üçün əsaslı dəlilləri olub”.
Moldovanın “NOİ.md” informasiya portalında Ermənistanın baş naziri ilə bağlı tənqidi məqalə də dərc edilib. Digər bir məqalədə isə Paşinyanın Azərbaycan Silahlı Qüvvələrinin gücü qarşısında geri çəkildiyi, acı məğlubiyyətlər qazandığı geniş təhlil olunub. İtaliyanın “Kmetro”, “Il Tempo”, “Politicamente Corretto”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Askanews”, “Notizie Yahoo”, “Fortuneita”, “Maximitalia”, “Agenzia Stampa Italia”, “Adnkronos”, “Radioveronicaone”, “Sardegnagol”, “Notizie Geopolitiche” və sair kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfirliyinin mətbuat açıqlamaları əsasında 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatları barədə çoxsaylı məlumatlar dərc olunub. Bu gün, ümumilikdə, Azərbaycan Ordusunun uğurları və Qarabağ həqiqətləri barədə dünya ictimaiyyətinə bir çox materiallar təqdim edilib.

Tanınmış jurnalist Asəf Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, bu gün xarici mediada Azərbaycanın haqq savaşı bir o qədər də qaneedici səviyyədə işıqlandırılmır. O bildirib ki, hazırda vəziyyət elə ümidsiz də deyil:

"Böyük Vətən müharibəsi adlandırdığımız mərhələ başlayan ilk günlərdə xarici medianı izləyərkən, mülki əhalinin hədəfə alınması mövzusunu işıqlandıran xarici medianın həm Gəncədəki terror hadisələrini, həm də Xankəndidə erməni mülki əhalisinin zirzəmilərdə gizlənməsini tərəziyə qoyub bərabərləşdirirdilər. Onların formalaşdırmaq istədikləri rəy bu idi ki, müharibə pisdir, hər iki tərəfdən dinc mülki əhalinin itkisinə gətirib çıxarır. Buna görə Azərbaycan tərəfi hərbi əməliyyatları dərhal dayandırmalıdır. Halbuki, burada təfərrüatların açıqlanması oxucu və izləyicidə tamam başqa bir rəy yarada bilərdi. Gəncədəki mülki əhali döyüş zonasından kənarda yerləşən şəhərdə, gecə yarısı yatan yerdə, xarici dövlətin ərazisindən onu xüsusi hədəfləyən ağır artilleriya ilə qətlə yetirilib. Bu, müharibə cinayəti idi. Digər bir misal - illərlə materiallarında Dağlıq Qarabağı başlıqlarda “mübahisəli” ərazi adlandıran qərb mediası, bölgəni Azərbaycanın suveren ərazisi kimi tanıyan beynəlxalq hüquq sənədlərinə istinaddan boyun qaçırırdı".
Ekspert vurğulayıb ki, Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevin iyirmidən çox nüfuzlu beynəlxalq KİV-ə müsahibə verməsi öz müsbət nəticələrini göstərirdi: "İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr 99 faiz çatışmazlıqları kompensasiya etdi. Müzəffər Ali Baş Komandanın hər jurnalistə, bəzən qərəzli suallara baxmayaraq belə, obyektiv, dəqiq, hərtərəfli və əsaslı cavablar verməsi Azərbaycanın son günlər öz hüquqlarının bərpası uğrunda başladığı mübarizənin həqiqi simasını beynəlxalq auditoriyaya çatdırmağa başlayıb. Artıq beynəlxalq medianın “güzgü”sündə əks edilən Azərbaycanın köklü şəkildə dəyişdiyi görünən vəziyyətdir. Prezident İlham Əliyevin ön sırada durduğu bu informasiya müharibəsində bütün dünya azərbaycanlıları yumruq kimi birləşiblər".

Tanınmış jurnalist Elçin Xalidbəyli də "Şərq"ə açıqlamasında bildirib ki, xarici mediada Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ problemi ilə bağlı reallıqların işıqlandırılması o qədər də məmnunedici səviyyədə deyil:

"Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə başlatdığı antiterror əməliyyatları barədə də Qərb mətbuatında doğru-düzgün məlumatlandırma istəyini müşahidə etmirik. Çünki Qərb mətbuatı Azərbaycana qarşı qərəzli mövqe tutmaqdadır. Qərb mətbuatında məlumatlar əsasən Ermənistanın mənafeyinə uyğun verilməkdədir. Ancaq bununla belə, Qərb mətbuatında Azərbaycanın ifadə olunması hallarına da rast gəlinir. Belə ki, son vaxtlar Azərbaycan informasiya savaşında da müəyyən uğurlara nail olmağa başlayıb. Xüsusilə də Ermənistanın dinc sakinlərin yaşadığı, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket zərbəsi endirməsi istər-istəməz Qərb mətbuatının diqqətini çəkməyə başlayıb".
E.Xalidbəyli vurğulayıb ki, Qərb mətbuatında Azərbaycan həqiqətlərinin doğru-düzgün işıqlandırılmamasının əsas səbəbləri sırasında xarici ölkələrdə yaşayan erməni lobbisinin təsiri ön plandadır: "Erməni lobbisi öz təsir gücündən yararlanaraq, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına əngəl törədir. Bunun əvəzində isə ermənilərin maraqlarına uyğun yalan məlumatların yayılmasına nail olurlar. Bu baxımdan, erməni lobbisinin ən güclü olduğu ölkələr arasında yer alan ABŞ və Fransa mediasında Azərbaycana qarşı qərəzli mövqe açıq hiss edilir, erməni yalanlarının geniş yayılması daha qabarıq şəkildə nəzərə çarpır. Onu da qeyd edək ki, vəziyyətin belə olmasında bizim də müəyyən qədər səhvlərimiz var. Belə ki, indi yaranmış vəziyyət onu göstərir ki, vaxtilə Azərbaycanın xarici ölkələrdə təbliğatının qurulmasına görə məsuliyyət daşımalı olan bəzi dövlət qurumları öz vəzifələrinin öhdəsindən tam gələ bilməyiblər.

Və inanmaq istərdim ki, bundan sonra belə çatışmazlıqların aradan qaldırılmasına xüsusi önəm veriləcək. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı açılan informasiya cəbhəsinin də rəsmi Bakı tərəfindən artıq yarıldığını düşünmək üçün ciddi əsaslar var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə ön planda yer almaqdadır və birmənalı şəkildə böyük uğurlar qazanmaqdadır. Prezident İlham Əliyev hər gün bir və ya bir neçə nüfuzlu xarici ölkə telekanallarına, digər media qurumlarına geniş müsahibə və açıqlamalar verməkdədir. Və Prezident İlham Əliyevin müsahibələri, açıqlamaları erməni lobbisinin xarici ölkələrdə yaydığı erməni yalanlarının darmadağın edilməsində önəmli rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ordusunun hərbi əməliyyatları barədə dünyanın nüfuzlu media qurumlarına müsahibələri sayəsində erməni lobbisinin “informasiya istehkamları”nın da tədricən darmadağın olduğunu iddia etmək tamamilə mümkündür.

Ümumiyyətlə, gələcəkdə bu istiqamətdə Azərbaycanın daha məqsədyönlü şəkildə fəaliyyət göstərməsi lazımdır. Və əminəm ki, dövlətimiz, eləcə də əlaqədar bütün qurumlar bu sahəyə diqqəti artıracaqlar".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Dünən, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Dünən, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Dünən, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Dünən, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Dünən, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Dünən, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Dünən, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Dünən, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Dünən, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Dünən, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Dünən, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Dünən, 11:32
Xudat sakini dəm qazından boğulub
Dünən, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Dünən, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Dünən, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Dünən, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Dünən, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Dünən, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Dünən, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Dünən, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Dünən, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Dünən, 11:00
Donbasdakı son durum açıqlandı
Dünən, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Dünən, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Dünən, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Dünən, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Dünən, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Dünən, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Dünən, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Dünən, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Dünən, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Dünən, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Dünən, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Dünən, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Dünən, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Dünən, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Dünən, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Dünən, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Dünən, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Dünən, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Dünən, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Dünən, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Dünən, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Dünən, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Dünən, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Dünən, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Dünən, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Dünən, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru