Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

İsmayıllıda narazılıq yaradan kimdir? - İDDİA
Tarix: 29-10-2020, 09:10 | Çap et
İsmayıllıda narazılıq yaradan kimdir?
Qanunvericiliyə və eləcə də standartlara görə qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyekt olmaqla, "A" kateqoriyasına, yəni ən təhlükəli obyektlər siyahısına daxildir. Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələri məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə olmalıdır.
Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə, yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və su qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi qadağandır.
İndi isə bir statistikaya nəzər salaq:
02.04.2009-cu il. Saat 17.30 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisindəki maye qaz doldurma məntəqəsində rayon sakini Saday Nadirovun idarə etdiyi yükü maye qaz olan "ZİL-130" markalı avtomaşının çənində partlayış baş vermişdir. Nəticədə S.Nadirov hadisə yerində ölmüş, avtomaşına qoşulmuş çən dağılmış, məntəqənin arakəsmə divarı uçmuş, pəncərə şüşələri sınmış və maye qaz çənlərinin qapaqları yerindən çıxmışdır.
16.10.2012-ci il. Saat 16:30 radələrində Yevlax şəhəri ərazisindəki maye qaz doldurma məntəqəsində, orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş verib. Nəticədə Abdullayev hadisə yerində ölüb.
15.06.2013-cü il. Saat 11:45 radələrində Saatlı şəhəri, Mirzağa Əliyev küçəsində yerləşən, rayon sakini Oruc Həsənova məxsus “Alov 10” maye qaz yanacaqdoldurma məntəqəsinin ərazisində təmir işləri zamanı maye qazla doldurulmuş çəndə partlayış baş verib. Partlayışın radiusu yüz metr diametrə qədər ərazini əhatə edib. Nəticədə yanacaqdoldurma məntəqəsi ilə yanaşı, yaxınlıqda olan Lütfiyar Məmmədova məxsus 2 mərtəbəli ev yanıb. Ətrafda yerləşən digər evlərdə çatlar əmələ gəlib, pəncərələrin şüşələri sınıb. İki nəfər partlayışın zərbə dalğasından yüngül yanıq xəsarəti alıb, “VAZ-2107” və “Mercedes” markalı avtomobillər yanaraq sıradan çıxıb.
15.07.2015-ci il. Siyəzəndə vətəndaş Sadiq Atakişiyevə məxsus ümumi sahəsi 12 kv.m. olan qazdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə məntəqədə olan 40 litrlik qaz balonundan ikisi partlayıb, mağazanın bir divarı uçub və yanar konstruksiyaları yanıb. Hadisə nəticəsində obyekt sahibi Sadiq Atakişiyev üzün və hər iki qolun yanığı diaqnozu ilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
17.09.2017-ci il. Ələt-Astara magistral yolunun 201-ci km-də Lənkəran rayonunun Digah kəndində “Diqaz” maye qaz doldurma məntəqəsində partlayışla müşayiət olunan güclü yanğın baş verib. Hadisə səhər saat 05:30-da qeydə alınıb. Nəticədə yanacaqdoldurma məntəqəsinin üç əməkdaşı xəsarət alıb. Yanğının qarşısı saat 08:00-da alınıb. Hadisə zamanı 4 güclü partlayış qeydə alınıb. Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb. Yaxınlıqdakı onlarla binaya ciddi ziyan dəyib. Bir ev tamamilə dağılıb. Yanacaqdoldurma məntəqəsinin 2-3 kilometrliyindəki xəstəxananın pəncərəsinin şüşələri sınıb. Maye-qaz boşaltma məntəqəsinə yanacaqdaşıyan avtomobil məntəqəyə qaz boşaldarkən sızma baş verib.
30.10.2017-ci il. Saat 19:00 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaq doldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb.
Bu sadaladıqlarımız internet üzərindən axtarış nəticəsində əldə olunan, qaz doldurma məntəqələrində baş vermiş partlayışları xronoloji ardıcıllıqla əks etdirən siyahıdır. Həm də çox güman ki, natamamdır. Ona görə ki, bu qəbildən olan irili-xırdalı hadidsələrin böyük ehtimalla heç də hamısı internet informasiya resurslarına yerləşdirilməyib. İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, haqqında söz açdığımız qaz doldurma məntəqəsinin də aqibətinin eyni olmasını istəmirik. Lakin, Allah eləməmişkən, bu, baş versə, daha çox sayda insanın canına və əmlakına təhlükə yaradar. Çünki, sözügedən obyekt izdihamlı yerdə fəaliyyət göstərir. Bu təhlükədən qorunmaq üçün İsmayıllı sakinləri dəfələrlə yuxarı instansiyalara müraciət etmiş, kütləvi informasiya vasitələrində problemi ictimailəşdirmişlər. Yenə də internet resurslarına nəzər salsaq görərik ki, rayon sakinlərindən Əmrah Cəfərov BBC müxbirinə deyib: "Hazırda bütün İsmayıllı səksəkədədir. İsmayıllının Kəpənəkli dairəsində bir qaz doldurma məntəqəsi, yanında da benzindoldurma məntəqəsi var. Qazdoldurma məntəqəsi təyinatı üzrə verilməyib. Ötən il Prezident İlham Əliyevə bununla bağlı məktub da göndərdik. Ancaq bu kimindirsə, heç kimin ona gücü çatmır. Ətraf tamam qaz iyidir. Burda yaşayan camaat qaz iyindən köçmək istəyir".
İsmayıllı rayonu İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu da “YeniSabah.az” saytına gileylənib:
“İsmayıllı rayonu Nizami küçəsi ərazisində fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində, lap yaxınlığında inşa edilib. Buna görə orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq.
Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər.
Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq.
Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə - İsmayıllı İdman Kompleksinin yaxınlığına köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir.
Məcbur olub mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident siz vətəndaşların daima qayğısına qalırsınız, sahibkarlığın inkişafına kömək olursunuz. Sizdən xahiş edirik, İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz”.
Məntəqənin vəd etdiyi təhlükədən narahat olan İsmayıllı sakinlərinin üz tutduqları ünvanlardan biri də “Azerinfo.az” saytı redaksiyasıdır. Sakinlər bildirirlər ki, ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq. İnsanların daimi yaşayış yerlərinin və digər iaşə obyektlərinin 10 addımlığında yerləşən qaz doldurma məntəqəsi çəkilmiş fotolardan da görünür ki, normativlərin heç birinə cavab vermir. Həmçinin, müşahidə etmişik ki, məntəqədə müştərilərə çek verilmir. İşçilərin çoxu əmək müqaviləsi olmadan cəlb olunublar.
İsmayıllı rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədovanın Prezident Administrasiyasının yüksək vəzifəlisi Zeynal Nağdəliyev və şöbə müdiri Niyaz Əliyevlə tələbə yoldaşı olduğu, həm də onlarla keçmiş komsomol təşkilatında birgə fəaliyyət göstərmiş olduğu deyilir. Sonradan dövr elə gətirdi ki, rayonda məlum hadisələr baş verdi və İsmayıllı əsilli şəxs Mirdamət Sadıqov rayon icra hakimiyyəti başçısı təyin edildi. Bu zaman Niyaz Əliyev İsmayıllının kuratoru vəzifəsində çalışırdı. Niyaz Əliyev və Zeynal Nağdəliyevin dəstəyi ilə icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əzizə Vahabova “vuruldu” və yerinə Sevil Əhmədova gətirildi. Bildirilir ki, o zamandan bu günə kimi icra hakimiyyətində Sevil Əhmədova vəzifələrə təyinat, bələdiyyə seçkilərində və sair işlərdə vasitəçilik rolunu oynamağa başlayıb. Hətta onun həyat yoldaşı olan Nizami Əhmədov da rayonda işbazlarla icra hakimiyyəti arasında vasitəçilik rolu oynamaq üçün imkanlar əldə edib. Məlumatlarda qeyd olunur ki, Nizami Əhmədov Azərbaycan Kommunist Partiyasının İsmayıllı rayon təşkilatının sədridir. O, həyat yoldaşının əli ilə rayonda xeyli vəzifələrə yaxın dost və qohumlarını yerləşdirə bilib.
Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik. Eyni zamanda əlaqədar instansiyaların məsələyə münasibətini öyrənib oxucularla bölüşməyə çalışacağıq.
\\azerinfo.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Dünən, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Dünən, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Dünən, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Dünən, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Dünən, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Dünən, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Dünən, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Dünən, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Dünən, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Dünən, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Dünən, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Dünən, 11:32
Xudat sakini dəm qazından boğulub
Dünən, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Dünən, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Dünən, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Dünən, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Dünən, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Dünən, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Dünən, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Dünən, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Dünən, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Dünən, 11:00
Donbasdakı son durum açıqlandı
Dünən, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Dünən, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Dünən, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Dünən, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Dünən, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Dünən, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Dünən, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Dünən, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Dünən, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Dünən, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Dünən, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Dünən, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Dünən, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Dünən, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Dünən, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Dünən, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Dünən, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Dünən, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Dünən, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Dünən, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Dünən, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Dünən, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Dünən, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Dünən, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Dünən, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Dünən, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru