"Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" .....                     Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... .....                     "Bir daha gücümüzü göstərəcəyik" .....                     Əli Həsənova ağır itki üz verdi .....                     "Ermənistan ordusu demək olar ki, yoxdur" .....                     Prezident SİRRİ AÇDI .....                     "Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" .....                     "Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" .....                     Gəncədə əlilin başına kimlər oyun açır? .....                     Azərbaycan nefti kəskin bahalaşıb .....                     "Onlar bizim arxamızda kişi kimi durdular" .....                     Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı .....                     "Haqq-ədalət bizim tərəfimizdədir" .....                     "Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" .....                     "Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" .....                     Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili .....                     "Bu, bizim böyük uğurumuzdur" .....                     Sahil Babayev ancaq narazılıq yaradır... .....                     "Qarabağın suyu, otu, daşı-divarı muğam idi" .....                     Oqtay Güləliyev koronavirusdan sağaldı .....                     "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" .....                     “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” .....                     “Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır .....                     “DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” .....                     Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb .....                     MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... .....                     BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq .....                     Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." .....                     Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? .....                     Goranboyun icra başçısının adı qalmaqalda... .....                     ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir .....                     Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır .....                     Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. .....                     28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... .....                     Lombardlardakı girovu bağlayanlar peyda olublar .....                     “Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” .....                     Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur .....                     Neftin bahalaşması davam edir .....                     Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb .....                     Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi .....                 

Faşist Ermənistanın son çırpıntıları - belə getsə, “Berlin döyüşü”də qaçılmaz olacaq!..
Tarix: 29-10-2020, 09:01 | Çap et
Faşist Ermənistanın son çırpıntıları
Bu gün Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 3+2 formatında görüş planlaşdırılır. Lakin bu görüşün də Qarabağ ixtilafının həllində kardinal dönüşə səbəb olacağına inam azdır. Ona görə ki, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi hələ də cəbhədəki acı məğlubiyyətini etiraf etməyə və konstruktivlik göstərməyə tələsmir.

Ermənistanın başını itirmiş baş naziri Nikol Paşinyanın öz xalqına son müraciəti buna şübhə yeri saxlamır. Demək, hərbi yolla həll variantı öz aktuallığını saxlayır. Demək ki, Azərbaycan Ordusu sonadək - düşmənin tam və qeyd-şərtsiz kapitulyasiyasına qədər getməli olacaq.

Bununla belə, Cenevrə müzakirələri ərəfəsində həmsədr dövlətlərin rəsmiləri səviyyəsində diplomatik fəallığın artdığı da müşahidə edilir. Məsələn, Türkiyə və Rusiya prezidentləri arasında srağagün müharibə başlayandan bəri ikinci dəfə telefon danışığı olub. ABŞ dövlət katibi Mayk Pompeo isə eyni gündə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyana telefon açıb. Məlumata görə, ABŞ xarici siyasət idarəsinin başçısı bir daha konfliktin hərbi həllinin olmadığını bildirib. Yəni ki, yalnız siyasi çözüm. Təbii ki, bu mesaj müstəsna olaraq, ard-arda hərbi qələbələr qazanan Bakıya ünvanlıdır.

Pompeo′nun görüşmeleri sonuç vermedi, Dağlık Karabağ′da çatışmalar sürüyor | DÜNYA | DW | 24.10.2020

Bəs Pampeonun dediyi o siyasi çözüm haradadır? Görən varmı? Varsa, münaqişə niyə 28 ildə həll olmadı? Siyasi həll variantı real idisə, Azərbaycan nədən silaha əl atmalı, hərbiyə bunca xərc çəkməli idi?

*****

Məsələ də ondadır ki, işğalçını sülhə vadar etməyin tək yolu indi yalnız silahdır, daha dəqiqi, hərbi-siyasi yoldur. Hansını ki, İlham Əliyev öz müsahibələrində bir neçə dəfə vurğulayıb. Başqa sözlə, işğalçı tərəf Azərbaycanın hərbi “yumruğunu” yeməlidir ki (yeyir də!) o, nəhayət, sülh barədə, Bakı ilə anlaşma barədə ciddi düşünsün. Heç bir alternativinin qalmadığına, status-kvonu süni şəkildə uzatmağın mümkünsüzlüyünə qəti əminlik hasil eləsin.

Bu yerdə daha bir ritorik sual yaranır: əgər işğal probleminin hərbi həll yolu yoxdursa, o zaman sovet qoşunları nədən Berlinə - işğalçı Almaniyanın paytaxtına kimi getdi? Elə Stalinqrad ətrafında Hitlerlə illərlə danışıq aparardılar da? Azərbaycan isə İrəvana getməyi hədəfləməyib, yalnızca öz ərazilərini işğaldan azad eləməklə məşğuldur. Ancaq bunu da bizə çox görürlər.

Görəsən, Birləşmiş Ştatlar öz ərazisinin 20%-iik işğalına neçə il dözərdi? Ümumiyyətlə, dözərdimi? Həmçinin “münaqişənin hərbi həll yolu yoxdur” deyə iddia edən Fransa və Rusiya rəsmiləri. Əgər torpaqlarına soxulmuş işğalçı sözlə yola gəlmirsə, əksinə, səni yeni ərazi işğalı ilə hədələyirsə, o zaman, ona qarşı hansı mübarizə üsulu qalır? Üstünə silahla gələnlə danışıq aparılırmı?..

*****

“Qarabağdakı münaqişənin hərbi yolla həlli var və bunu indi Azərbaycan Ordusu sübut edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiyada nəşr olunan “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında deyib.

Mütəxəssis bir sıra rusiyalı ermənipərəst ekspertlər və erməni mənşəli politoloqların Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın neft və qaz infrastrukturuna raket zərbələri endirilməsinin zəruriliyi barədə təhlükəli tezislər irəli sürdüyünə diqqət çəkib: “Bu cür müraciətlər birbaşa terror aktlarının həyata keçirilməsinə çağırış kimi təsnif edilməlidir və Rusiya hüquq-mühafizə orqanları bu adamlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırmalıdır”.

Ekspert bunu da xüsusi qeyd edib ki, “Ermənistana nə pul qarşılığında loyallıq, nə də səmimi rəğbət Azərbaycana qarşı terror aktları həyata keçirmək çağırışlarına əsas olmamalıdır.

“Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatları ardıcıl şəkildə və uğurla həyata keçirir”.

Bunu isə digər rusiyalı hərbi ekspert Vladislav Şurıgin bildirib (Report). Ekspertin fikrincə, müəyyən məqamdan sonra həm Azərbaycan Ordusunun texniki və təşkilati üstünlüyü, həm də Ermənistandakı daxili böhran öz təsirini göstərməyə başlayıb: “Nəticədə Azərbaycan 28 ildir Ermənistanın nəzarətində olan torpaqlarını inamlı şəkildə azad edə bilib. Mən bunu Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən son illər gördüyü böyük işlərin bəhrəsi kimi görürəm. Qarşıya qoyulan vəzifələri yerinə yetirən Azərbaycan Ordusunu müsbət qiymətləndirirəm. Belə ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası olan başlıca məsələni həll etməyə qadir olan regionun güclü ordularından birini yaratmağa müvəffəq olub”.

Mütəxəssisin qənaətincə, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həllinə nail olub: “Ermənistanla Azərbaycan hərbi, iqtisadi potensial baxımdan müqayisə oluna bilməz. Bu münaqişə zamanı əldə olunan döyüş təcrübəsi sayəsində Azərbaycan ordu quruculuğuna bundan sonra da uğurla davam edə biləcək”.

*****

İşğalçı və faşist Ermənistan isə artıq son çırpıntılarını yaşamaqdadır. Bunu onun terrorçu rəhbəri Paşinyanın çarəsiz durumundan aydın sezmək olar. Məhz çarəsizliyin nəticəsidir ki, Ermənistan ərazisindən mülki yaşayış məntəqələrimiz daha amansızcasına, həm də qadağan olunmuş raketlərlə alçaqcasına atəşinə tutulur, dinc sakinlərimiz, körpələrimiz vəhşicəsinə qətlə yetirilir. Ancaq vəziyyət artıq elədir ki, kimsə işğalçını və onun azğın rəhbəri Paşinyanı Azərbaycanın əlindən almayacaq. Almağa hazırlaşmır. Ələlxüsus da Rusiya.

“Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq. Və doğru edəcək”.

Bunu “Komsomolskaya Pravda”ya müsahibəsində peşəkar hərbi konfliktoloq İqor Lifanov deyib. Lifanov qeyd edib ki, Ermənistan və Qarabağda vəziyyət nə qədər pis olarsa, bu, Putinə bir o qədər sərfəlidir. “Burada məşhur ”nə qədər pis olsa, bir o qədər yaxşıdır" prinsipi keçərlidir. Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində anti-Rusiya “nailiyyətlərini” sadalamaq və təhlil etmək kifayətdir", - deyə o qeyd edib və ardınca N.Paşinyan hökumətinin atdığı anti-Rusiya addımlarını sadalayıb.

*****

“Paşinyan çarəsiz və çıxılmaz durumdadır. O, Azərbaycanın hərbi strategiyasının bu günə qədər heyrətamiz dərəcədə uğurlu olduğunu bilir və möcüzəvi şəkildə xilas olacağına inanır, ümid edir ki, birtəhər, möcüzəvi şəkildə erməni qüvvələri daha yüksək ərazilərin üstünlüyündən istifadə edərək, Azərbaycanın hücumlarını dayandıracaq və bu ərəfədə kimsə Ermənistan adından məsələyə müdaxilə edəcək. Bilmirəm, kimin onların müdafiəsinə gələcəyini düşünür. Yəni Rusiya artıq yardıma gəlməyəcəyini bəyan etdi, çünki döyüşlər Ermənistan ərazilərində deyil, Azərbaycan torpaqlarında gedir. Düşünürəm ki, Ermənistanın baş naziri həqiqətən çıxılmaz vəziyyətdədir”.

Bunu isə ABŞ-ın Minsk Qrupundakı və ölkəmizdəki sabiq səfiri Metyu Brayza deyib.

Düz deyib. Hitler də 1945-ci ildə, “Berlin döyüşü” ərəfəsində eyni panik ovqatda idi...

Və Hitler də son nəfəsində Avropada mülki əhalini bombalayırdı.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" - İlham Əliyev
Bu gün, 10:34
Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... - NARAZILIQ...
Bu gün, 10:33
"Bir daha gücümüzü göstərəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:29
Əli Həsənova ağır itki üz verdi
Bu gün, 10:28
"Ermənistan ordusu demək olar ki, yoxdur" - Dövlət başçısı
Bu gün, 10:27
Prezident SİRRİ AÇDI - "Ağdam əməliyyatı planlaşdırılırdı"
Bu gün, 10:26
"Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" - İlham Əliyev uğurlu savaş taktikasından danışdı
Bu gün, 10:25
"Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" - İlham Əliyev
Bu gün, 10:23
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY
Bu gün, 10:22
Azərbaycan nefti kəskin bahalaşıb
Bu gün, 10:20
"Onlar bizim arxamızda kişi kimi durdular" - Prezidentdən dost ölkələrə TƏŞƏKKÜR
Bu gün, 10:20
Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı - "Mən xoşbəxt adamam ki..."
Bu gün, 10:18
"Haqq-ədalət bizim tərəfimizdədir" - Prezident İlham Əliyev
Bu gün, 10:17
"Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" - İlham Əliyev
Bu gün, 10:15
"Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" - Dövlət başçısı
Bu gün, 10:14
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili - DİN
Bu gün, 10:13
"Bu, bizim böyük uğurumuzdur" - Prezident İlham Əliyev
Bu gün, 10:12
Sahil Babayev ancaq narazılıq yaradır... - FAKTLAR
Bu gün, 10:11
"Qarabağın suyu, otu, daşı-divarı muğam idi"
Bu gün, 10:02
Oqtay Güləliyev koronavirusdan sağaldı
Bu gün, 10:01
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Bu gün, 09:58
“Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” - Tofiq Zülfüqarov
Bu gün, 09:56
“Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır
Bu gün, 09:54
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Bu gün, 09:47
Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb - SƏBƏB
Bu gün, 09:45
MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... - İndi həmin "qayğını" vətəndaş elan saytından SATIN ALIR...
Bu gün, 09:40
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Bu gün, 09:37
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Bu gün, 09:35
Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - ШДПШТС
Bu gün, 09:33
Goranboyun icra başçısının adı qalmaqalda... - İTTİHAM
Bu gün, 09:28
ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər
Bu gün, 09:23
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün, 09:20
Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. - VİDEOGİLEY
Bu gün, 09:19
28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - VİDEO
Bu gün, 09:16
Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?
Bu gün, 09:14
“Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” - Ermənilərin məkrli planı
Bu gün, 09:09
Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur - AÇIQLAMA
Bu gün, 09:08
Neftin bahalaşması davam edir
Bu gün, 09:06
Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb - TƏFƏRRÜAT
Bu gün, 09:06
Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi
Bu gün, 09:04
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir - RƏSMİ
Bu gün, 09:02
Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya – DİQQƏT ƏSİRLƏRƏ
Bu gün, 09:01
Ermənistan qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi? - TƏHLİL
Bu gün, 09:00
"Bu xəbərdən sonra atamın məzarı başına getdim"
Bu gün, 08:55
Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: - “Sizin ucbatınızdan...”
Bu gün, 08:50
Qobustan sakini çətin durumda... - GİLEY
Bu gün, 08:48
“Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır” - GƏLİŞMƏ
Bu gün, 08:44
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi - MƏTN
Bu gün, 08:43
Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... - “Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
Bu gün, 08:42
COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... - Diqqət, TƏHLÜKƏ!
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru