Bakı polisinə yeni rəis təyin edildi .....                     Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi .....                     30 noyabrda dollar neçəyə olacaq? .....                     Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... .....                     “Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” .....                     Vasif Talıbov yaralı hərbçilərlə görüşüb .....                     Erməni generaldan Paşinyana cavab: .....                     Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq .....                     YAP İdarə Heyətinin iclası keçirilib .....                     Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq .....                     Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib .....                     Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib .....                     Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı .....                     “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” .....                     Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb .....                     Təhsil Nazirliyinin əməkdaşı şəhid olub .....                     Qarabağ savaşı Ermənistana daşınır .....                     Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, .....                     Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq .....                     “Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” .....                     Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? .....                     “Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn” .....                     Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... .....                     "Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" .....                     Polis Oğuzda reyd keçirib .....                     İşin başında Makron özü dayanır .....                     Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb .....                     Koronavirusa yoluxan deputat sağaldı .....                     Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur .....                     Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və... .....                     "Azərxalça" 58 min manata qonaq qarşılayacaq .....                     DYP sürücülərə müraciət edib .....                     Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar .....                     Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək .....                     Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi .....                     Erməni generaldan etiraflar: .....                     “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” .....                     Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”... .....                     “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” .....                     Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub .....                 

XİN başçılarının sabah Cenevrədə “biri artıq, biri əskik” görüşü, yoxsa? - GƏLİŞMƏ
Tarix: 28-10-2020, 09:49 | Çap et
XİN başçılarının sabah Cenevrədə “biri artıq, biri əskik” görüşü, yoxsa?
Oktyabrın 29-u, yəni sabah Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərlə birgə görüşü keçiriləcək. “Yeni Müsavat” yazır ki, Moskva, Paris və Vaşinqtonda əldə edilən humanitar atəşkəs razılaşmasına işğalçı güclərin riayət etməməsi səbəbindən Cenevrə danışıqlarına da böyük ümid bəslənmir. Elə bu görüşə əvvəlcədən Prezident İlham Əliyev münasibət bildirib. Xalqa müraciətində Cenevrə danışıqlarına toxunan dövlət başçısı qeyd etmişdi ki, 27 il ərzində o qədər mənasız danışıqlar olub, bu da biri...Sitat: “Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin”.

Sözün kəsəsi, istər dövlət rəhbərliyinin, istərsə Azərbaycan ictimaiyyətinin ATƏT-in Minsk Qrupunun iştirakı ilə Cenevrə görüşündən ciddi gözləntisi yoxdur. Bununla belə, sabahkı müzakirədə masaya 6 bəndlik baza prinsipləri qoyulacaq.

Nədən ibarətdir bu prinsiplər? İlk növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması; Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi; Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması; Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi; bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması; sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.

Lakin bu baza prinsipləri Azərbaycanın maraqlarını nə dərəcədə təmin edir? Döyüş meydanında aşkar üstünlük qazanan, bir aya 4 rayon və xeyli sayda kənd azad etdiyimiz halda həmin prinsiplər sərfəlidirmi?

Məsələn, ikinci bəndi götürək - Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi. Bu, bizi qane edə bilərmi? Və yaxud dördüncü bəndə diqqət edək, Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, ciddi məsələlərə aid söhbət aparmaq tezdir. Onun sözlərinə görə, Prezidentin bəyan etdiyi kimi, status-kvo dəyişib, təmas xətti yoxdur, Minsk Qrupunun isə aktuallığı qalmayıb: “Real danışıqlar üçün Ermənistanın mövqeyi dəyişməlidir. Bunu bəyan etməlidirlər və yeni müzakirələr başlamalıdır. Bu zaman yeni və ya köhnə baza prinsipləri formalaşa bilər. İnanmram ki, Azərbaycan həm diplomatik, həm siyasi üstünlüyü danışıqlarda kiməsə versin. Ona görə Cenevrə görüşündən böyük nəticələr gözləmirəm. Erməni qoşunlarını ərazilərimizdən evakuasiya etməlidir və sonra hansı prinsiplərinin masaya qoyulacağını söyləmək olar”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan bu görüşlərdən imtina etmir. Onun fikrincə, əks təqdirdə dünya rəsmi Bakını başqa cür qəbul edə bilər: “Amma Prezidentin də söylədiyi kimi, görüşlər 30 ildir davam edir, bir nəticəsi olmalıdır. Baza prinsiplərinə gəlincə, həmsədr ölkələrin zamanında etməli olduqlarını bu gün Ordumuz yerinə yetirir. Artıq iki qətnamə icra olunub, digər iki qətnamə qalır. Həmsədr ölkələr bilməlidirlər ki, ermənilərin müharibə ritorikası, Paşinyanın danışıqlar prosesini pozması bugünkü nəticəyə gətirib çıxarıb”.

Ekspert hesab edir ki, Cenevrə görüşünə böyük ümidlər yoxdur: “Müharibənin bir ayını geridə qoymuşuq. Azərbaycan və Ermənistan hərbçiləri arasında fərqli imkanlar müşahidə edirik. Bu 30 ildə həmsədr ölkələr münaqişənin nizamlanması üçün heç bir iş görməyiblər. Bilməliydilər ki, bir gün silahlar işə düşəcək. Lakin onlar bu gün də bütün resursları işə salaraq Ermənistana yox, Azərbaycana siyasi təzyiqlər edirlər. Biz Qarabağa doğru irəlilədikcə həmsədr ölkələr müharibəni dayandırmağa çalışırlar. Lakin 4 rayonu və çoxlu kəndləri azad etmişik, Azərbaycanı sentyabrın 27-dən əvvəlki vəziyyətə qaytara bilməzlər. Prezident qeyd etdi ki, yoxsul Ermənistana hərbi yardımlar olunur. Bu yardımları kimin etdiyi aydındır və ondan sonra Cenevrə görüşünə ümid edə bilmərik”.

Politoloqun sözlərinə görə, Paşinyan hələ də ermənilərin Qarabağda öz müqəddəratını təyin etməkdən danışır, Qarabağı ayrıca xalq kimi dəyərləndirir: “Bu halda, hansı danışıqlar ola bilər? Erməni qoşunları Qarabağdan çıxmalıdır və dinc erməni əhalisi mədəni muxtariyyət əldə edib yaşaya bilər. Paşinyan isə xarici qüvvələrə arxalanır və düşünür ki, müharibəni dayandıracaqlar. Əslində savaşı başlayan da, dayanmayan da Ermənistandır”.

Politoloq İlqar Vəlizadə isə Axar.az-a bildirib ki, görüşqabağı həmsədrlərin torpaqların konkret geri qaytarılma qrafiki tələbini danışıqların gündəliyinə salması haqda məlumatlar dolaşır: “Lakin qarşı tərəfin açıqlamalarında bunu qəbul edəcəkləri ilə bağlı heç bir işartı yoxdur. Əksinə, Ermənistan ”daha uğurlu şərtlər üçün döyüş" yolunu seçib. Ona görə də Cenevrədə beynəlxalq hüquqa uyğun bir siyasi həllin tapılacağı çox az inandırıcıdır".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı polisinə yeni rəis təyin edildi
Dünən, 18:06
Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi
Dünən, 17:00
30 noyabrda dollar neçəyə olacaq?
Dünən, 16:55
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Dünən, 16:51
“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH
Dünən, 16:45
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Dünən, 16:43
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Dünən, 16:41
Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
Dünən, 16:36
YAP İdarə Heyətinin iclası keçirilib
Dünən, 16:22
Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Dünən, 16:15
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dünən, 16:10
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib
Dünən, 16:04
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - deputat
Dünən, 16:02
“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” - XİN başçısı
Dünən, 15:48
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Dünən, 15:42
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Dünən, 15:37
Qarabağ savaşı Ermənistana daşınır - Paşinyan
Dünən, 15:33
Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi
Dünən, 15:30
Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq - Rusiya XİN
Dünən, 15:22
“Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” - deputat
Dünən, 13:08
Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab
Dünən, 13:04
“Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn”
Dünən, 13:02
Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... - Vartanesyan
Dünən, 13:00
"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" - ekspert
Dünən, 12:59
Polis Oğuzda reyd keçirib
Dünən, 12:57
İşin başında Makron özü dayanır - Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır
Dünən, 12:56
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb
Dünən, 12:52
Koronavirusa yoluxan deputat sağaldı
Dünən, 12:51
Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur
Dünən, 12:42
Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və...
Dünən, 12:40
"Azərxalça" 58 min manata qonaq qarşılayacaq
Dünən, 12:36
DYP sürücülərə müraciət edib
Dünən, 12:34
Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar - VİDEO
Dünən, 12:30
Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək - Eşq olsun!!!
Dünən, 12:28
Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi
Dünən, 12:26
Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Dünən, 12:19
“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Dünən, 12:17
Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”...
Dünən, 12:16
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
Dünən, 12:14
Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
Dünən, 12:11
5 tenderi bir şirkət uddu
Dünən, 12:10
Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Dünən, 12:03
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
Dünən, 12:01
Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur - GƏLİŞMƏ
Dünən, 11:58
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı
Dünən, 11:56
Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!
Dünən, 11:55
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Dünən, 11:48
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
Dünən, 11:47
Ermənistan bu gün də itkilərini açıqladı
Dünən, 11:46
"Yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər" - Məşhur alim
Dünən, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru