Əsgərimiz niyə şəhid oldu? .....                     Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər .....                     "Kreml dominantlığını itirib" .....                     XİN cəbhədəki gərginliklə bağlı .....                     Əhali banklardakı əmanətlərini geri çəkib: .....                     "Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" .....                     “Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi .....                     Vüqar Səfərlinin məhkəmə zalından .....                     Bilgəhdə dənizdə bir nəfər batıb .....                     Balakəndə yol polisi reyd keçirib .....                     “Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” .....                     “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib .....                     Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: .....                     "Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." .....                     "Nişanlı olduğu üçün görünüşündən narahat idi" .....                     5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? .....                     Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... .....                     Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub .....                     Büdcəni talayan məmurlarla mübarizə... .....                     "Ürəyimin odu sönüb, közü isitmir" .....                     “Patı” əməliyyatları... .....                     Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı .....                     26 iyulda dollar neçəyə olacaq? .....                     “Molla rejimi bu gün də Xankəndinə silah yollayır” .....                     Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI .....                     “Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” .....                     Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI .....                     “Mətbuatda “ələnmə” prosesi gedəcək” .....                     “Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” .....                     "Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" .....                     Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb .....                     Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT .....                     Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu .....                     Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var .....                     “İranın itirilməsi bizim üçün fəlakət ola bilər” .....                     Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... .....                     AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib .....                     "Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər" .....                     Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib .....                 

""Krasuxa-4" “Bayratkar”ı yenmək imkanına malik deyil” - ekspert
Tarix: 27-10-2020, 18:04 | Çap et
""Krasuxa-4" “Bayratkar”ı yenmək imkanına malik deyil”
Ermənistan və rus mediasının iddialarına əsasən Gümrüdəki bazada yerləşən Rusiyanın “Krasuxa-4” kompleksi son günlərdə “Bayraktar” da daxil olmaqla Azərbaycan PUA-larına qarşı effektiv nəticələr nümayiş etdirir. Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı maraqlı təhlil aparıb. Musavat.com onun məqaləsini təqdim edir:

- Bundan əvvəl də biz Suriyanın Xmeymim aviabazasının ərazisində istifadə olunan bu kompleksin İdlib üzərində Türkiyə PUA-larını məhv etdiyi barədə xəbərlərə rast gəlmişdik. Rus silahının nüfuzunu qorumaq vəzifəsi daşıyan “Lovejournal”portal Avia.pro-ya istinadən bir az da uzağa gedərək “Krasuxa 4” kompleksinin Suriyada ABŞ-ın “Tomahawk” qanadlı raketlərini məhv etdiyini də iddia edib.
Beləliklə, dünyada qanadlı raketin REM vasitəsilə məhv edildiyinə dair ilk dəfə xəbəri də buradan oxumuş olduq.

Lakin bu dəfə əsasən “Krasuxa” kompleksinin PUA-lara qarşı mübarizə imkanlarına diqqət yetirəcəyik.

Rus dilindən “gözəl qadın” kimi tərcümə edilən “Krasuxa” radioelektron maneə kompleksidir. Dolayısı ilə bu kompleks birbaşa məhvetmə vasitəsi deyil, o yalnız radioelektron avadanlıqlara malik texniki vasitələrin radio rabitəsini “basdırmaq” üçün nəzərdə tutulur. “Krasuxa” təyinatına görə obyektlərin radioelektron mübarizəsini təmin etmək üçün hazırlanıb. Ermənistanda isə “Krasuxa” Rusiya hərbi bazasının müdafiəsi üçün istifadə edilir.

Azərbaycan dəfələrlə Ermənistanın yaydığı feyk xəbərləri vizual gürüntülərlə təkzib etməsinə baxmayaraq, Rusiya mənbələri nədənsə yalnız erməni mənbələrə istinad edirlər. Əslində bu anlaşılandır. Rusiya istehsalı olan vasitələrin, xüsusilə də tankların və HHM vasitələrinin əsl qəniminə çevrilən Azərbaycan, İsrail və Türkiyə PUA-larının uğurları Kremlə yaxın KİV-lərin hədəfinə çevrilməsi təəccüblü deyil. Çünki Azərbaycan Əsgərinin döyüş əməliyyatları teatrında rus silahının müasir tələblərə cavab verməməsi onların gələcək eksport imkanlarını tam şübhə altına alıb. Ermənistan PUA istehsalında geridə qaldığını və ərazilərdən çəkilməsini ört basdır etmək üçün Rusiyanın REM komplekslərinin Azərbaycan PUA-larına qarşı effektivliyini qabartmaq məqsədilə bu səpkili məqalələri dərc etməklə daxili audiotoriyanı sakitləşdirməyə və itkilərini sözdə də olsa kompensasiya etməyə çalışır. Azərbaycan ilə Ermənistan arasında texnoloji uçurumun miqyasını Rusiyanın PUA üzrə 1 nömrəli mütəxəssisi Denis Fedutdinov da dünən dərc edilən son məqaləsində bir daha təsdiqləyib. Maraqlananlar aşağıdakı linkdə məqalə ilə tanış ola bilərlər.

https://versia.ru/rossiya-i-armeniya-prospali-bespilotnuyu-revolyuciyu-v-nebe

Münaqişə bölgəsindən kifayət qədər məsafədə yerləşən Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının ətrafında aktiv fəaliyyətdə olan REM kompleksinin Azərbaycanın arsenalında olan yerli, İsrail və Türkiyə PUA-larına qarşı effektiv olması real səslənmir. Haqlı “niyə” sualını əsaslandırmağa çalışım.

Çünki Türkiyə PUA-ları Qarabağdan əvvəl Suriya və Liviya münaqişəsi ilə bərabər mütəmadi olaraq İraq sərhəddində tətbiq edilir. Dünyada ilk dəfə Türkiyə PUA-sı pilotlu vasitəyə (F-16-ya) hədəf göstərərək qırıcının Suriya hüdudlarından kənarda buraxdığı raketi Rusiya istehsalı HHM vasitəsi ilə “görüşdürdü”. Ümumiyyətlə nə Suriyadakı “Krasuxa”, nə də ki, Həftərə verilən digər silahlar Türkiyə PUA-larına qarşı heç nə ilə yadda qalmadılar.

İsrail PUA-larına gəlincə isə Suriya ərazisində onların Rusiya HHQ və HHM vasitələrinə qarşı tam cəzasızlıq şəraitində göstərmədiyi master klass qalmadı. Hər dəfə Suriyadakı Rusiya istehsalı vasitələr İsrailin yeni silah sistemi ilə - gah yeni tank əleyhinə idarə olunan komplekslə, gah yeni raketlə, gah da yeni PUA ilə məhv edilib. Bunula da İsrail silh bazarında layiq olduğu səviyyəni əldə edə bildi.

İndi isə Azərbaycan Əsgəri döyüş meydanında İsrail və Türkiyə təcrübəsini daha geni miqyasda, həm daha sürətli bir şəkildə tətbiq edir. Təbii ki, bu uğurlara kölgə salmaq üçün Ermənistan istifadəçi kimi, Rusiya isə istehsalçı kimi bu uğurları həzm edə bilmir. Buna görə də bəzi Rusiya və Ermənistan KİV-ləri Azərbaycan silahlarının, xüsusilə də PUA-ların fəaliyyətinə birgə kölgə salmağa çalışırlar. Əgər “Krasuxa” iddia edildiyi qədər, yəni iki gündə Azərbaycanın 9 ədəd “Bayraktar” PUA-sını endirməyə qadir idisə, o zaman Suriyada niyə heç bir nəticə əldə edə bilməyib?

İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin ilk günündən Rusiyanı münaqişəyə cəlb etməyə çalışır. Mülki əhalinin atəşə tutulmasına Bakı döyüş meydanında cavab verməklə İrəvanın planlarını alt üst etdikdən sonra Ermənistan, Gümrü bazasında mövcud olan vasitələrin münaqişəyə müdaxilə etdiyini bildirməklə Kreml və Bakı arasındakı ikitərəfli müsbət münasibətlərə mənfi təsir etməyə çalışır. Nəzərə alsaq ki, eyni “Krasuxa” komplekslərindən Ermənistanın özündə də mövcuddur, o zaman İrəvanın özündə olan kompleksin deyil, Rusiya bazasındakı kompleksin effektiv istifadəsini qabartmağa çalışmasının məqsədi daha çılpaq şəkildə diqqəti cəlb edir.

Digər tərəfdən isə Azərbaycan pilotsuz vasitələrinin yüzlərlə erməni tanklarını, HHM vasitələrini, PUA-larını, zirehli və zirehsiz maşınlarını məhv edilməsinə dair çoxsaylı video görüntüləri görmək istəməyən Rusiya KİV-ləri, nədənsə vizual təsdiqi olmayan saxta və feyk məlumatların yayılması üzrə ixtisaslaşan Ermənistan Müdafiə Nazirliyinə istinad etməyə üstünlük verirlər. Deməli, onları bu istiqamətdə birləşdirən ortaq maraqlar da yox deyil.

Nədənsə hərbi sahədə ixtisaslaşan Rusiya saytları faktların deyil, iddiaların əsasında fikir yürüdürlər. “Bayraktar” mövcud olduğu müddətdə və istifadə edildiyi münaqişələrdə bir dəfə də olsun Rusiya REM vasitələrinin təsirinə məruz qalmayıb. Halbuku PUA digər hava vasitələri kimi qəzaya uğraya və ya vurula da bilər. Lakin bütün bunlar görüntülərlə təsdiqlənmirsə, deməli məlumatlar şübhəlidir. Digər tərəfdən isə Suriya, Liviya və Qarabağ münaqişəsi nəticəsində dünya silah bazarında mövqelərini itirməkdə davam edən Rusiya müdafi sənayesi, bu görüntüləri əldə etmək üçün çox ciddi səy göstərir, lakin görünən odur ki, bu səylər hələlik nəticə vermir. Əgər “Bayraktar” PUA-larının zərərsizləşdirilməsi bu qədər asan vəzifədirsə, o zaman Ermənistan rəsmiləri və hərbi ekspertəri nəyə görə zərbə PUA-ları və gəzən sursatlar ilə mübarizə aparmaqda ciddi problemlərlə qarşılaşdıqlarını dəfələrlə etiraf edirdilər?

Bu ilin avqustunda Ermənistanın Tovuzda törətdiyi təcavüz aktından dərhal sonra İrəvana gətirilən 400 ton hərbi yüklərin tərkibində “Krasuxa”, “Avtobaza” və “Nebo-M” radioelektron vasitələri olub. Onlar Ermənistan ərazisindən döyüşlərdə istifadə olunur. Əgər “Krasuxa” 300 km radiusda PUA-lara qarşı bu qədər effektivdirsə və iddia edildiyi kimi, son 48 saatda guya 9 ədəd “Bayraktar” zərərsizləşdirə bilibsə, o zaman bir neçə sual yaranır:

1. İyul ayında Ermənistana verilən “Krasuxa” əməliyyatların davam etdiyi 1 ay ərzində niyə istifadə edilməyib? Nəyə görə Ermənistanın sonuncu nəfəsliyi olan Laçın dəhlizi bağlanılması ərəfəsində “Krasuxa” kompleksinin geniş imkanları yada düşdü?
2. Ermənistanın özündə “Krasuxa” və digər REM vasitələri olduğu halda Rusiya bazasına məxsus eyni texnikanın tətbiqinin etiraf edilməsi hansı məqsəd daşıyır?
3. Atəşkəs dövründə iki günə guya 9 ədəd PUA, o cümlədən “Bayraktar” da zərərsizləşdirən “Krasuxa” kompleksi, əməliyyatların aktiv fazasında ən azı bundan iki dəfə çox, yəni ümumilikdə bir ayda 250-dən çox PUA zərərsizləşdirməli idi. Bu isə ümumi istehsal sayı ilə uyğun gəlmir.
4. Aviasiya sahəsində ixtisaslaşdığını iddia edən portalın “Bayraktar” PUA-sını 10 millyon dollar dəyərində qiymətləndirməsi sadəcə absurddur. Məqalə müəllifləri konkret rəqəm yazmadan açıq mənbələrdə Ukraynanın bu PUA kompleksini əldə etmək üçün bağladığı müqavilə şərtlərinə baxa bilərdi.
5. Əgər həqiqətən də bu qədər Azərbaycan PUA-sı məhv edilibsə, görüntülər niyə təqdim edilmir?
6. PUA-nın atəş təsiri və ya nasazlıqdan yerə çırpılmasını təyin etmək üçün görüntülərə baxmaq kifayətdir. Əgər Ermənistan REM vasitələri ilə Azərbaycan PUA-larını zərərsizləşdirmək imkanlarına malikdirsə, o zaman 4 rayonun, 3 qəsəbənin və 170-ə yaxın kəndin işğaldan azad edilməsinə nədən mane ola bilmirlər? Əvəzində Ermənistanın hərbi rəhbərliyi PUA-lara qarşı mübarizə üsulunun olmadığından, bu gün isə Azərbaycan Ordusunun Sünik vilayətinin sərhədlərinə qədər irəllədiyindən danışır?

Təzadlı məlumatların doğurduğu sualların sayını artırmaq da mümkündür. Bir yandan Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan oktyabrın 13-də Birləşmiş Məlumat Mərkəzində keçirdiyi brifinqdə dünyada heç kimin PUA-dan tam mühafizəni təmin edəcək universal vasitəyə malik olmadığını, digər yandan fasiləsiz olaraq Azərbaycan PUA-larını zərərsizləşdirlərini bildirir.

https://newsarmenia.am/news/nagorno_karabakh/zolotogo-resheniya-net-minoborony-armenii-rasskazalo-o-borbe-s-bespilotnikami/

Nəticə olaraq bildirirəm ki, “Krasuxa” yalnız radioelektron avadanlıqlara malik texniki vasitələrin radio rabitəsini basdırmaq üçün effektiv ola bilər. Başqa sözlə REM vasitələri bloklanmayan (şifrələnməyən) radio rabitəyə malik PUA-nın operator ilə əlaqəsinə maneə törədə bilər. Lakin müasir PUA-lar, o cüümlədən Azərbaycanın istifadə etdiyi vasitələr həm REM əleyhinə avadanlığa, həm şifrəli radioəlaqəyə, həm də əlaqənin kəsildiyi halda belə avtonom şəkildə start nöqtəsinə və ya operator tərəfindən əvvəlcədən təyin olunan əraziyə qayıtmaq funksiyasına malikdir. Odur ki, Ermənistan və Rusiya KİV-lərinin Azərbaycanın tətbiq etdiyi PUA-lar barədə birgə özfəaliyyəti, sadəcə Azərbaycan Əsgərinin uğurlarını kiçiltmək və Rusiya silahının süquta uğrayan nüfuzunu xilas etmək məqsədilə atılan talesiz addımdan başqa bir şey deyil.
Ancaq bütün bunlara rəğmən, ortada bir həqiqət var: Qaliblər mühakimə olunmur!
Əgər həqiqətən də “Krasuxa” istehsalçının bəyan etdiyi kimi, 300 km-də redioelektron sistemləri basdırmağa qadirdisə, o zaman 2014-cü ildən bu yana “Krasuxa” istehsalçısı KRET şirkəti, Ukrayna və Krımdakı fəaliyyətlərinə görə ABŞ sanksiyaları altındadır.
Qəzaya uğrayan pilotsuz vasitəyə aid eyni fotolar müxtəlif rakursdan çəkilərək Ermənistan MN tərəfindən yayımlanıb. Onların əsasən tirajlayan isə Rusiyanın Avia.pro saytıdır. Ermənistanın İskəndər kompleksinin Azərbaycan tərəfindən məhv edilməsi barədə məlumatı da bu portal yaymışdı. Düşünürəm ki, burada artıq şərhə ehtiyac qalmır. Nəticə olaraq məlum olur ki, Avia.pro saytı ciddi mənbə olmasa da, münaqişənin genişlənməsi üçün Ermənistan hərbi-siyasi rəhbərliyinin sifarişlərinə uyğun heç bir əsası olmayan məqalələr dərc etməklə məşğuldur.

Musavat.com





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgərimiz niyə şəhid oldu? - AKTUAL ŞƏRH
Dünən, 18:23
Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər
Dünən, 18:21
"Kreml dominantlığını itirib"
Dünən, 18:12
XİN cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:10
Əhali banklardakı əmanətlərini geri çəkib: - Bir aya 200 milyon manat
Dünən, 18:07
"Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" - Minsk Qrupu ilə NƏ ETMƏLİ?
Dünən, 18:01
“Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” - GƏLİŞMƏ
Dünən, 17:58
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:55
Vüqar Səfərlinin məhkəmə zalından EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Dünən, 17:54
Bilgəhdə dənizdə bir nəfər batıb
Dünən, 17:47
Balakəndə yol polisi reyd keçirib
Dünən, 17:42
“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu
Dünən, 17:38
“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib
Dünən, 17:36
Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: - İki rəsmi mənbə niyə fərqli xəbər yaydı?
Dünən, 17:34
"Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." - Ağsudan Şikayət
Dünən, 17:29
"Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır
Dünən, 17:24
5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? - AÇIQLAMA
Dünən, 17:20
Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... - NƏ BAŞ VERİR?
Dünən, 17:18
Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub
Dünən, 17:15
Büdcəni talayan məmurlarla mübarizə... - “Gəlir deklorasiyası mütləq reallaşmalıdır”
Dünən, 17:12
"Ürəyimin odu sönüb, közü isitmir" - 80 yaşını qeyd edən Flora Kərimova
Dünən, 17:08
“Patı” əməliyyatları... - Problemin köklü həlli üçün yol göstərildi
Dünən, 17:07
Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı
Dünən, 17:06
26 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:04
“Molla rejimi bu gün də Xankəndinə silah yollayır” – Laçın koridorunda yaranan TIXAC
Dünən, 16:58
Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO
Dünən, 16:56
“Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” - Keçmiş spiker
Dünən, 16:48
Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI - "Əbülfəs müəllim yaxşı olmağa çalışır..."
Dünən, 16:48
“Mətbuatda “ələnmə” prosesi gedəcək” - AÇIQLAMA
Dünən, 16:46
“Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” – Hərbi ekspert
Dünən, 16:43
"Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" - Mixeyev
Dünən, 16:42
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Dünən, 16:40
Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT - ÖLÜM AYAĞINDADIR...
Dünən, 16:38
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu
Dünən, 16:34
Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var - SİYAHI
Dünən, 16:28
“İranın itirilməsi bizim üçün fəlakət ola bilər” - Erməni mediası
Dünən, 16:26
Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... - DOSYE
Dünən, 16:24
AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib - FƏRMAN
Dünən, 16:23
"Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"
Dünən, 16:21
Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib
Dünən, 16:17
Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - ELDAR MAHMUDOV “DİRİLİR”
Dünən, 16:16
"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
Dünən, 16:12
Vüqar Səfərlinin məhkəməsi TƏXİRƏ SALINIB
Dünən, 16:10
Yerli turizmin OD TUTAN QİYMƏTLƏRİ... - Vətəndaşlar üçün əlçatanlıq niyə təmin edilmir?
Dünən, 16:09
“Məmurların çoxu o qədər harınlayıb ki, prezident xəbərdarlığının ciddiliyini başa düşmürlər” - İTTİHAM
Dünən, 16:08
“Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik” - Partiya sədri
Dünən, 16:06
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib - SƏRƏNCAM
Dünən, 16:03
Xankəndinin şəhər statusu ləğv edilə bilər: - Şuşanın tabeliyinə verilməsi mümkündür
Dünən, 16:02
“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Dünən, 16:01
“Rus hərbi komandanlığı Azərbaycanın qara kürüsündən yeyib, lal olublar” - Ermənistan KİV
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru