Bakı polisinə yeni rəis təyin edildi .....                     Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi .....                     30 noyabrda dollar neçəyə olacaq? .....                     Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... .....                     “Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” .....                     Vasif Talıbov yaralı hərbçilərlə görüşüb .....                     Erməni generaldan Paşinyana cavab: .....                     Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq .....                     YAP İdarə Heyətinin iclası keçirilib .....                     Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq .....                     Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib .....                     Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib .....                     Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı .....                     “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” .....                     Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb .....                     Təhsil Nazirliyinin əməkdaşı şəhid olub .....                     Qarabağ savaşı Ermənistana daşınır .....                     Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, .....                     Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq .....                     “Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” .....                     Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? .....                     “Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn” .....                     Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... .....                     "Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" .....                     Polis Oğuzda reyd keçirib .....                     İşin başında Makron özü dayanır .....                     Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb .....                     Koronavirusa yoluxan deputat sağaldı .....                     Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur .....                     Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və... .....                     "Azərxalça" 58 min manata qonaq qarşılayacaq .....                     DYP sürücülərə müraciət edib .....                     Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar .....                     Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək .....                     Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi .....                     Erməni generaldan etiraflar: .....                     “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” .....                     Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”... .....                     “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” .....                     Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub .....                 

"Azərbaycanla oyun oynamasınlar..." - Əhməd Obalı
Tarix: 27-10-2020, 15:23 | Çap et
 "Azərbaycanla oyun oynamasınlar..."
Şanlı Azərbaycan Ordusunun zəfərləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla yanaşı, İrandakı milyonlarla soydaşımız tərəfindən də böyük sevinc və qürur hissi ilə izlənilir. Hərbi əməliyyatlar başlayan gündən etibarən güneyli qardaşlarımız müxtəlif aksiya və piketlərlə Azərbaycan Ordusuna dəstəklərini ifadə edirlər. Ordumuzun qarşısında duruş gətirə bilməyən terrorçu Ermənistanın dinc sakinlərimizə qarşı törətdiyi vandalizm aktları da Güney Azərbaycanda da böyük etirazla qarşılanır.

Təbrizli fəallarımız İran dövlətinin Ermənistana dəstəyinə qarşı çıxır, bu addımın müsəlman qardaşlığına, qonşuluq siyasətinə yaraşmadığını bəyan edirlər. Gözlənildiyi kimi sosial şəbəkələrdə və cəmiyyətdə “Biz Azərbaycanın özüyük” şüarı ilə aparılan dəstək aksiyaları, verilən bəyanatlar İranın rəsmi dairələri tərəfindən ciddi narahatlıqla qarşılanır. Hətta fəal soydaşlarımızın təzyiqlərə məruz qaldığı deyilir. Lakin buna rəğmən, güneyli soydaşlarımız açıq şəkildə bəyan edirlər ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.

Güney Azərbaycan türklərinin liderlərindən biri, “Günaz” TV-nin sahibi, ABŞ-ın Çikaqo şəhərində yaşayan Əhməd Obalı da “Şərq”ə müsahibəsində vurğulayıb ki, bu gün dünyanın bütün bölgələrində yaşayan hər bir azərbaycanlının fikri, amalı Qarabağın azadlığa qovuşmasıdır...

- Əhməd bəy, 30 ilə yaxındır xalqımızın həsrətlə gözlədiyi qürurverici hadisələri, ordumuzun şanlı qələbələrini necə dəyərləndirirsiniz?

- Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-bir düşməndən azad etməsi çox qürurvericidir. Bu qələbəni dəyərləndirmək üçün proseslərə hərtərəfli baxmaq lazımdır. Birinci məsələ qəsb olunmuş torpaqlarımızın hissə-hissə düşməndən azad edilməsidir. 28 ildir millətimiz gözləyirdi. Müvafiq beynəlxalq qurumlar qərarlar, qətnamələr qəbul etsələr də heç bir iş görmürdülər. Düməli, istənilən problemi çözmək insanın öz iradəsinə bağlıdır. Əmin olun ki, illər keçsə də, sülh və danışıq yolu ilə heç kim torpaqlarımızı bizə qaytarmayacaqdı. Baxmayaraq ki, şəhidlər veririk, amma digər tərəfdən sevinirəm ki, işğal altındakı torpaqlarımızı müzakirələrlə geri qaytarmadıq, məhz savaşla düşməndən təmizlədik. Bəlkə də torpaqlarımızı danışıqlarla geri qaytarsaydıq, başımız aşağı olacaqdı. Deyəcəkdilər ki, müharibədə uduzdular, sonra vasitəçiliklə torpaqları geri aldılar. Milli ruhun diri qalması, özümüzə inamın güclənməsi, millətimizin başının uca olması üçün savaşla, düşməni əzə-əzə, darmadağın edə-edə torpaqlarımızı azad etməyimiz xalqımıza müsbət mənada ciddi təsir göstərən amildir. Hərbi uğurlarımız Azərbaycanın dövlət olaraq başını dünya ictimaiyyətində də uca edir. Artıq ermənilər və onları himayə edənlər bizi uduzmuş millət yox, güclü ordusu olan, torpaqlarını işğaldan azad edən və onu qoruyan bir millət kimi tanıyacaq. Təbii ki, əməliyyatlar siyasi cəhətdən də Azərbaycanın diplomatik uğurlarına töhfə verəcək, ölkəmizin nüfuzunu, etibarını daha da artıracaq. Bundan sonra bölgədə gedən proseslərdə Azərbaycan mütləq hesaba alınacaq. Əvvəl sanki birimiz digərinə yük olurduq, başqasının kölgəsində otururduq. İndi o cür deyil. Azərbaycan modern silah-sursatı, müasir hərbi texnikaları ilə regionda söz sahibidir. Hadisələrin ümumdünya azərbaycanlılarına da böyük mənada təsiri var.
Ordumuzun müzəffər qələbələri dünyada Azərbaycan türklərinə düşmən olan bütün qüvvələri məyus etməkdədir. Bu savaş bizim üçün yalnız torpaqlarımızın azadlığı deyil, gələcəkdə bizə göz dikmək istəyənlərə indidən xəbərdarlıqdır ki, Azərbaycanla oyun oynamasınlar.

- Mənfur ermənilər mülki əhalimizi hədəfə alır, cəbhə bölgəsindən xeyli uzaq şəhərlərimizə raket atırlar. Hesab edirsizmi ki, beynəlxalq aləmin bu vandalizmə susması erməniləri də bir qədər də azğınlaşdırır?

- Biz ermənilərin vəhşiliyini ilk dəfə görmürük. Dünyanın ağzına su alıb durmasının da dəfələrlə şahidi olmuşuq. Ancaq Azərbaycan Ordusu qəsb edilmiş ərazilərimizi düşməndən təmizlədikcə, dünyanın da susqunluğunu sındırır. Məhz buna görədir ki, hazırda ermənilərin cinayətləri dünya mediasında daha çox yazılır, ifşa olunur. Halbuki, 1990-cı illərin əvvəllərində Qarabağın işğalı zamanı, xüsusən Xocalı soyqırımında ermənilər daha çox vəhşilik etmişdi. Amma həmin dövrdə dünya ictimaiyyəti bundan demək olar ki, xəbər tutmamışdı. 28 il əvvələ baxanda indi ermənilərin əleyhinə daha çox yazılıb-çizilir. Mən ABŞ-da, Vaşinqtonda mətbuatı oxuyuram. Nisbi halda Azərbaycanın xeyrinə dərc olunan məqalələr, informasiyalar keçmişə nəzərən yaxşıdır. Deməli, hər şey cəbhədən başlayır. Erməni vandalları isə başa düşmür ki, onların mülki əhaliyə atdığı raketlərin əks-zərbəsi əslində ermənilərin özlərinə “dəyir”.

- Qarabağın cənubunun, İranla sərhəd olan 132 km-lik ərazinin düşməndən təmizlənməsinin önəmini necə şərh edərdiniz?

- 132 km-lik sərhəd xəttinin düşməndən azad edilməsi çox önəmlidir. Əvvəla beynəlxalq çərçivədə tanınmış qanuni sərhədlərimiz yenidən öz dövlətimizin nəzarətinə keçir. Hamımıza məlum idi ki, həmin sərhəd bölgəsindən, xüsusən yeni Xudafərin körpüsü vasitəsi ilə birbaşa Dağlıq Qarabağ separatçılarına silah-sursat göndərilirdi. Narkotik maddənin ticarəti aparılırdı. Sərhədə nəzarət edə bilmədiyimizə görə, Ermənistana və Dağlıq Qarabağa hərbi texnika, yanacaq məhsulları rahat şəkildə daşınırdı. Strateji və iqtisadi baxımdan İranla sərhəd xəttinin təmizlənməsi çox mühüm idi. Təsəvvür edin ki, tranzit və şəxsi maşınlarla Naxçıvandan Bakıya gəlmək istəyənlər Biləsuvardan keçməli olurdular. İndi isə avtomobillər Xudafərin körpüsündən rahat şəkildə keçərək Azərbaycan torpaqları ilə səfər edəcəklər. Tranzit yollarına verilən pulları hesablayanda bu marşrutun iqtisadi cəhətdən böyük önəm kəsb etdiyi məlum olur. İranın bu məsələyə həssaslıqla yanaşması da mühüm məqamdır. Səbəbi odur ki, artıq Azərbaycan İranla bütün sərhədlərinə güclü şəkildə nəzarət edəcək, özü də ən müasir vasitələrlə - dronlarla. Ermənistandan Qafana gedən yol Zəngilan tərəfindən hərtərəfli nəzarətdə saxlanılacaq. Üstəgəl, Azərbaycanın dostlarının da İrana nəzarət imkanı çoxalacaq. Yayılmış xəbərə görə, İran şimal sərhədinə Mazandarandan yeni fars ordusu yerləşdirib. Hətta Cənubi Azərbaycandakı türkdilli “SEPAH”a inanmadığı üçün farsları gətirib.

- Güneyli soydaşlarımız sərhəd rayonlarının düşməndən azad edilməsini böyük sevinclə qarşıladılar. Ümumən, soydaşlarımızın Azərbaycana dəstək aksiyalarını, sərgilədikləri mövqeni qənaətbəxş hesab edirsinizmi?

- Güneydəki soydaşlarımız Qarabağdakı qəbələ xəbərlərinə daha çox sevinir, həyəcan keçirirlər. Günaz TV-də bu barədə çoxsaylı verilişlərimiz yayımlanır. Güneyli kimi mənim özüm üçün də çox önəmli məsələdir. Soydaşlarımızın Azərbaycana dəstək aksiyaları, düşmənə etiraz mitinqləri, Nurduz keçidinin bağlanmasının tələb edilməsi İranı məcbur elədi ki, rəsmi Tehran sözdə də olsa mövqeyini dəyişsin. Amma mən İranın səmimiyyətinə inanmıram. Sözdə desə də, yəqin ki, arxadan yenə ermənilərə yardım edəcək. Buna şəkk-şübhəm yoxdur. Amma hər halda bu hərəkat güneyli azərbaycanlıların gücünü göstərdi. Ən mühüm odur ki, Azərbaycan Ordusuna dəstək aksiyaları, piketləri dünya mətbuatında geniş yayımlandı. Bu da Azərbaycan dövlətinə və dövlətçiliyinə böyük imkandır. Amerikada görüşdüyüm və danışdığım adamların hamısı deyirdi ki, “biz 30 milyon azərbaycanlının İranda varlığından, onların bu qədər aktivliyindən və Azərbaycana vurğun olduqlarından xəbərsiz olmuşuq”. Yəni yaşanan hadisələr həm Azərbaycan Respublikasını, həm də güney hərəkatını gücləndirdi. Əminəm ki, rəsmi Bakı bu məsələnin çox yaxşı fərqindədir. Fakt odur ki, İran dövlətinin mövqeyini sözdə də olsa dəyişdirən məhz Güney azərbaycanlıların sərt mövqeyi və cəbhədəki uğurlarımız idi.

- Niyə müsəlman qonşumuz İranın səmimiyyətinə inanmırsınız?

- İran dövləti strateji baxımdan Azərbaycanı özünə dost görmür, bizə rəqib kimi baxır. Bunu açıq demək lazımdır. Rəsmi Tehran Azərbaycanın böyüməsinə, güclənməsinə, ordusunun xilaskarlığına, torpağını qoruma gücünə sahib olmasına qısqanclıqla yanaşır. İran narahatdır və bütün siyasəti farsçılıq üzərində qurulub. Bu dövlət türklüyə düşmən münasibət bəsləyir. Ona görə də Türkiyənin bölgədə güclənməsini istəmir. Eyni zamanda İsrail-Azərbaycan dostluğuna da qarşı çıxır.

- Rusiyanın mövqeyini, indiki “neytral” mövqeyini necə şərh edərdiniz?

- Rusiya əvvəlki ölkə deyil, özünün ciddi problemləri var, sanksiyalar nəticəsində iqtisadi cəhətdən zəifləyib. Vaxtında o qədər yerə əlini uzadıb ki, indi əl-qolunu yığışdıra bilmir. Moskva uzun müddət meydanı boş gördüyü üçün atını istədiyi tərəfə sərbəst çapırdı. Artıq Rusiyanın qarşısında güclü Türkiyə var. Türkiyə Yaxın Şərqdə, Şimali Afrikada bir çox dövlətləri geri çəkilməyə məcbur etdi. Bir neçə hərbi mütəxəssislərlə danışmışam və onların əksəriyyəti deyir ki, hərbi baxımdan Türkiyə Rusiyanın qarşısında durmağa qadir ölkədir. Rusiyanın nüvə silahı olsa da, heç vaxt NATO üzvü olan Türkiyə əleyhinə bu silahdan istifadə edə bilməz. Əgər Ermənistana görə Kreml Ankara ilə üz-üzə gəlməyi gözə alarsa, uduzan tərəf Rusiya olacaq. Həm də nəzərə alaq ki, Rusiya Ermənistanda istədiyini artıq alıb, ordusunu yerləşdirib. Ermənistan daim Rusiyanın əlində qalacaq. Yəni düşmən ölkə üzərindən qazanılacaq heç nə qalmayıb. İndi Moskva çalışır ki, Azərbaycandan da nəsə qopartsın. Kreml Türkiyə ilə, Azərbaycanla səmimi dostluq qurmasa da, ən azından neytral qalmağa üstünlük verir. Rusiyanın “neytral” qalması ağıllı gedişdir.

- Həmsədr ölkələrdən “atəşkəs" çağrıları gəlir, yeni format məsələləri müzakirə olunur. Sizcə, Paşinyan rejimi ilə danışıqlar bərpa olunmalıdırmı, yoxsa hərbi əməliyyatlar sona qədər davam etməlidir?

- Nikol Paşinyana, yaxud digər erməni rəhbərlərinə qətiyyən inanmaq olmaz. Biz ermənilərlə daim qonşu olmalıyıq. Nə Ermənistan, nə də Azərbaycan bölgəni “tərk edəcək”. Əgər hansısa mərhələdə danışıqlar bərpa edilərsə, bir müddət sonra Rusiyanın, yaxud başqa qüvvələrin əli ilə ermənilər yenidən təxribata çəkilə bilər. O səbəbdən masaya geri dönməyə tələsməməliyik. Mümkün qədər torpaqlarımızı işğaldan azad etməliyik. Əlimizi tam doldurduqdan sonra hansısa müzakirələrə razılıq vermək olar. Elə addımlar atılmalıdır ki, daimi sülhün bərqərar olması mümkün olsun. Madrid prinsiplərini qəbul etmirik, çünki orada “referendum” məsələsi var. Ermənilərə ancaq mədəni muxtariyyət verilə bilər, başqa statusun verilməsindən söhbət belə gedə bilməz. Dağlıq Qarabağda ermənilərə məxsus silah-sursat, qoşun növü qətiyyən olmamalıdır. Şərtlərimiz elə olmalıdır ki, birgə yaşamağa razılıq vermiş ermənilər gələcəkdə yeni oyunlar çıxarmasınlar. Ordumuz yalnız Şuşanı, Laçını aldıqdan sonra müzakirələrə qapı aça bilər. Əfsuslar olsun ki, ermənilər onun-bunun əlində maşa olmağa adət ediblər, onların xisləti dəyişmir. Azərbaycan çox doğru və humanist addım ataraq sivil ermənilərin yaşadığı yerləri vurmur. Biz Qarabağ ermənilərini öz vətəndaşımız hesab etdiyimiz üçün onların məhv edilməsinə çalışmırıq. Güclü tərəf kimi öz şərtlərimizi diktə edirik. Nə şimal qonşumuza, nə də cənub qonşumuza inanırıq. Xüsusən, son dönəmlər müxtəlif sahələrdən rus meyilli şəxslərin uzaqlaşdırılmasına cəbhədəki uğurlarımız qədər sevinirəm.

- Xaricdə, ələlxüsus Amerikada yaşayan bir şəxs kimi Azərbaycan diplomatlarının və diasporasının fəaliyyətini necə qiymətləndirirsiniz? Savaş dövründə necə işləyirlər?

- Xaricdə olan biri kimi deyə bilərəm ki, Azərbaycan diplomatları son zamanlar yüksək səviyyədə çalışırlar. Xüsusən, ABŞ-dakı diplomatlarımız, səfirliyimiz çox yaxşı işləyir. Erməni lobbisinin qarşısında nə iş görülübsə, əsasən xaricdəki diplomatlarımızın sayəsində olub. Diasporamız da öz işini sistemli qurmalıdır ki, müsbət nəticələr əldə edə bilək. Nəzərə alaq ki, Amerika ermənilərin mərkəzidir, burada çox güclü təsir imkanları var. Mətbuat erməni tərəfdarları ilə doludur. Belə məqamda ortaya iş qoymaq böyük bacarıq tələb edir. Diaspora üzvü kimi deyirəm ki, lobbiçilik fəaliyyətimiz zəifdir. Bir məqamı da vurğulayım ki, Amerikada Azərbaycana bütün sahələrdə, təbliğat işində ən çox dəstək verən İsrail vətəndaşlarıdır, yəhudilərdir. Bunu mütləq qiymətləndirmək lazımdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı polisinə yeni rəis təyin edildi
Bu gün, 18:06
Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi
Bu gün, 17:00
30 noyabrda dollar neçəyə olacaq?
Bu gün, 16:55
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Bu gün, 16:51
“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH
Bu gün, 16:45
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Bu gün, 16:43
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Bu gün, 16:41
Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
Bu gün, 16:36
YAP İdarə Heyətinin iclası keçirilib
Bu gün, 16:22
Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Bu gün, 16:15
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Bu gün, 16:10
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib
Bu gün, 16:04
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - deputat
Bu gün, 16:02
“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” - XİN başçısı
Bu gün, 15:48
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Bu gün, 15:42
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Bu gün, 15:37
Qarabağ savaşı Ermənistana daşınır - Paşinyan
Bu gün, 15:33
Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi
Bu gün, 15:30
Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq - Rusiya XİN
Bu gün, 15:22
“Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” - deputat
Bu gün, 13:08
Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab
Bu gün, 13:04
“Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn”
Bu gün, 13:02
Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... - Vartanesyan
Bu gün, 13:00
"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" - ekspert
Bu gün, 12:59
Polis Oğuzda reyd keçirib
Bu gün, 12:57
İşin başında Makron özü dayanır - Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır
Bu gün, 12:56
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb
Bu gün, 12:52
Koronavirusa yoluxan deputat sağaldı
Bu gün, 12:51
Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur
Bu gün, 12:42
Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və...
Bu gün, 12:40
"Azərxalça" 58 min manata qonaq qarşılayacaq
Bu gün, 12:36
DYP sürücülərə müraciət edib
Bu gün, 12:34
Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar - VİDEO
Bu gün, 12:30
Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək - Eşq olsun!!!
Bu gün, 12:28
Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi
Bu gün, 12:26
Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Bu gün, 12:19
“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Bu gün, 12:17
Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”...
Bu gün, 12:16
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
Bu gün, 12:14
Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
Bu gün, 12:11
5 tenderi bir şirkət uddu
Bu gün, 12:10
Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Bu gün, 12:03
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
Bu gün, 12:01
Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur - GƏLİŞMƏ
Bu gün, 11:58
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı
Bu gün, 11:56
Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!
Bu gün, 11:55
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Bu gün, 11:48
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
Bu gün, 11:47
Ermənistan bu gün də itkilərini açıqladı
Bu gün, 11:46
"Yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər" - Məşhur alim
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru