Bakı polisinə yeni rəis təyin edildi .....                     Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi .....                     30 noyabrda dollar neçəyə olacaq? .....                     Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... .....                     “Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” .....                     Vasif Talıbov yaralı hərbçilərlə görüşüb .....                     Erməni generaldan Paşinyana cavab: .....                     Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq .....                     YAP İdarə Heyətinin iclası keçirilib .....                     Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq .....                     Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib .....                     Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib .....                     Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı .....                     “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” .....                     Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb .....                     Təhsil Nazirliyinin əməkdaşı şəhid olub .....                     Qarabağ savaşı Ermənistana daşınır .....                     Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, .....                     Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq .....                     “Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” .....                     Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? .....                     “Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn” .....                     Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... .....                     "Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" .....                     Polis Oğuzda reyd keçirib .....                     İşin başında Makron özü dayanır .....                     Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb .....                     Koronavirusa yoluxan deputat sağaldı .....                     Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur .....                     Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və... .....                     "Azərxalça" 58 min manata qonaq qarşılayacaq .....                     DYP sürücülərə müraciət edib .....                     Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar .....                     Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək .....                     Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi .....                     Erməni generaldan etiraflar: .....                     “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” .....                     Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”... .....                     “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” .....                     Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub .....                 

Azərbaycana və Türkiyəyə təzyiqlərin pərdəarxası - “Nəticəyə təsir etməyəcək”
Tarix: 27-10-2020, 09:36 | Çap et
Azərbaycana və Türkiyəyə təzyiqlərin pərdəarxası
Azərbaycan Ordusu Qarabağ savaşının taleyini artıq həll etdiyi bir mərhələdə, həm dövlətimizə, həm də qardaş Türkiyəyə qarşı ABŞ-ın və Qərbin təzyiqləri artmaqdadır. Türkiyə prezidenti Ərdoğan da bugünlərdə ABŞ-a və Fransaya ciddi mesajlar verib, bütün təzyiq və sanksiya hədələrinə baxmayaraq Azərbaycanın yanında olduğunu bildirib. Malatyada AKP-nin toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Qafqazda azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq".

O, çıxışında ABŞ-a çox açıq mesajlar verib: “İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Siz daha kiminlə rəqs etdiyinizi bilmirsiniz! Sanksiyan nədirsə, gec qalma, tətbiq et!...”

Ərdoğan daha sonra Rusiyadan alınan S-400-lərə toxunub. Deyib ki, ABŞ bu raket kompleksinin Rusiyaya geri qaytarılmasını istəyib: “Biz qəbilə dövləti deyilk. Biz Türkiyəyik, Türkiyə. Biz ABŞ-dan pulumuzu verib F-35 almaq istədik. Vermədilər. PUA almaq istədik, yenə verilmədi. İndi biz PUA da, SİHA da istehsal edirik. Biz haqlı yolumuza qürurla davam edəcəyik. Dünyadakı bütün məzlumların səsi olacağıq...”

Ərdoğan çıxışında Fransa prezidenti Makronu da sərt şəkildə tənqid edib: “Bu dəqiqə Fransanın başındaki zat çaşmış halda yatıb-durub Ərdoğanla əlləşir. Sən öncə bir özünə bax. Bu, bir xəstəlikdir. Həqiqətən kontroldan keçməsi lazımdır”.

Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyev də xalqa müraciətində Azərbaycana olan təzyiqlərdən danışıb.

Dövlət başçısı deyib ki, bir ay ərzində demək olar ki, hər gün müsahibə verir: “Hər dəfə soruşurlar ki, Türkiyə ”F-16?ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın. F-16-lar təlimə gəlib və yerdədir. Əgər bizə qarşı kənardan təzyiq olarsa, onda F-16-ları görəcəksiz".

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev də bütün mövcud təzyiqlərə baxmayaraq Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək, regionda sülhü bərpa edəcəyini bildirib.

Məsələni “Yeni Müsavat” üçün şərh verən Elxan Şahinoğlu bildirib ki, dünyanın böyük dövlətləri birbaşa Azərbaycana və Türkiyəyə təzyiqlər edirlər: “Bizə Rusiyadan da, Fransadan da, ABŞ-dan da təzyiq var. Bu təzyiqləri həm təkbaşına, həm də Türkiyənin dəstəyi sayəsində neytrallaşdırırıq. Ərdoğan Rusiya prezidenti ilə telefonla danışıb, İran prezidenti ilə də telefonla danışıb. Dünənki çıxışı da Amerikaya mesaj idi ki, bu təzyiqlər bizim üçün nəticə verməyəcək, biz Azərbaycana dəstəyimizi davam etdirəcəyik və Azərbaycan istədiyi nəticəni əldə edəcək. Dövlət başçısı İlham Əliyev də xalqa müraciətində dedi ki, təzyiq var . Bu təzyiqləri Azərbaycan heçə sayır və öz işini davam etdirir. Müharibənin ilk 4-5 günündə bizdə müəyyən qədər suallar var idi ki, bu təzyiqlər bizə təsir edə bilərmi? Amma indi çox rahatıq, çünki artıq bu təzyiqlər bizə təsir etmir. Bizə qarşı nə edəcəklər, əl-qolumuzu bağlayacaqlar, yoxsa sanksiyalar tətbiq edəcəklər? Azərbaycan ərazisində savaş gedir və biz öz ərazi bütövlüyümüzü təmin edirik”.

Politoloqun fikrincə, Ərdoğanın hər dəfə bu mövzuya toxunması vacibdir: “Bu, dünyaya mesajdır, Azərbaycana da mesajdır. Azərbaycan da bilsin ki, Türkiyə daim bu təzyiqləri neytrallaşdıracaq. Ona görə də mən bu təzyiqlərin Azərbaycanın planlarına təsir edəcəyini düşünmürəm. Doğrudur, Moskvada görüş oldu, Vaşinqtonda görüş oldu, atəşkəslə bağlı şifahi razılaşma var. Ancaq bu atəşkəslər Ermənistan tərəfindən pozulduğuna görə Azərbaycan öz işini rahat davam etdirə bilər. Türkiyə ilə Azərbaycanın ortaya qoyduğu bir mesaj var ki, atəşkəsdən sonra nə olacaq, işğalçı dövlətin qoşunu torpaqlarımızı tərk edəcəkmi? Bu suala heç kim cavab vermirsə, Azərbaycanla Türkiyə öz işini davam etdirəcək”.

ABŞ-ın Türkiyəyə silah satmamasının, onun Cənub Qafqazdakı roluna qısqanclıqla yanaşmasının səbəblərinə gəlincə, politoloq vurğuladı ki, Türkiyə regionun ən böyük dövlətlərindən birinə çevrilir: “Türkiyə güclənir. Türiyə ilə Rusiyanın dostluğu da Amerikanı narahat edir. Necə ki, Türkiyənin S-400 raketlərini alması Amerikanı narahat etdi. Amerika və Türkiyə əvvəl müttəfiq idilər, indi isə artıq rəqiblərə çevrilirlər. Türkiyənin bölgədəki rolunu nə Amerika, nə Fransa, nə də ki Qərbin digər dövlətləri qəbul edə bilmir. Bu səbəbdən sanksiyalar və təzyiqlər yolu ilə Türkiyəni zəiflətməyə çalışırlar. Ancaq heç biri alınmır, Türkiyə öz bildiyi yolla gedir. Türkiyənin rolu Azərbaycanla strateji müttəfiqliyə görə də artacaq, eynilə Azərbaycanın da gücü və rolu Türkiyə ilə strateji müttəfiqliyə görə artacaq. Bu da Qərbdə və Rusiyada bir çoxlarını narahat edir. Ancaq bu narahatlığa baxmayaraq heç bir təzyiq və təsir bizim planlara mane ola bilmir”.

Avropanın Dağlıq Qarabağ münaqişəsinə hər zaman olduğu kimi, bu gün də ikili standartlarla yanaşmasına toxunan E.Şahinoğlu bildirdi ki, biz bu məsələni bitirdikdən sonra hər kəs Azərbaycanın qələbəsi ilə razılaşacaq: “İndi bizə təzyiq etsələr də, Azərbaycan qələbə çalandan sonra, Ermənistanı sülhə məcbur edəndən sonra da biz bizə qarşı ikili standartlarla çıxış edənləri unutmayacağıq. Onların hamısı Azərbaycanla tərəfdaşlıq münasibətlərini qorusunlar, təmin etsinlər. İsrail dövləti Azərbaycanla sıx əlaqələrə malikdir, Azərbaycan ona neft satır, silah alır. Onlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Belə dövlətlərin sayı çoxdur. Türkiyə strateji müttəfiqimizdir, Pakistan və Əfqanıstan var. Digər dövlətlər Amerika, Fransa və digərləri Ermənistanı qorumağa, status-kvonu saxlamağa çalışırlar. Rusiyada da belə qüvvələr var. Ancaq Azərbaycan qələbəni təmin edəndən sonra Azərbaycanla hesablaşmağa, tərəfdaşlıq münasibətləri saxlamağa çalışacaqlar. Bilirlər ki, Cənubi Qafqazın əsas açar dövlətlərindən biri Azərbaycandır”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı polisinə yeni rəis təyin edildi
Bu gün, 18:06
Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi
Bu gün, 17:00
30 noyabrda dollar neçəyə olacaq?
Bu gün, 16:55
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Bu gün, 16:51
“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH
Bu gün, 16:45
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Bu gün, 16:43
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Bu gün, 16:41
Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
Bu gün, 16:36
YAP İdarə Heyətinin iclası keçirilib
Bu gün, 16:22
Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Bu gün, 16:15
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Bu gün, 16:10
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib
Bu gün, 16:04
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - deputat
Bu gün, 16:02
“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” - XİN başçısı
Bu gün, 15:48
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Bu gün, 15:42
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Bu gün, 15:37
Qarabağ savaşı Ermənistana daşınır - Paşinyan
Bu gün, 15:33
Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi
Bu gün, 15:30
Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq - Rusiya XİN
Bu gün, 15:22
“Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” - deputat
Bu gün, 13:08
Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab
Bu gün, 13:04
“Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn”
Bu gün, 13:02
Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... - Vartanesyan
Bu gün, 13:00
"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" - ekspert
Bu gün, 12:59
Polis Oğuzda reyd keçirib
Bu gün, 12:57
İşin başında Makron özü dayanır - Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır
Bu gün, 12:56
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb
Bu gün, 12:52
Koronavirusa yoluxan deputat sağaldı
Bu gün, 12:51
Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur
Bu gün, 12:42
Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və...
Bu gün, 12:40
"Azərxalça" 58 min manata qonaq qarşılayacaq
Bu gün, 12:36
DYP sürücülərə müraciət edib
Bu gün, 12:34
Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar - VİDEO
Bu gün, 12:30
Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək - Eşq olsun!!!
Bu gün, 12:28
Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi
Bu gün, 12:26
Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Bu gün, 12:19
“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Bu gün, 12:17
Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”...
Bu gün, 12:16
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
Bu gün, 12:14
Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
Bu gün, 12:11
5 tenderi bir şirkət uddu
Bu gün, 12:10
Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Bu gün, 12:03
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
Bu gün, 12:01
Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur - GƏLİŞMƏ
Bu gün, 11:58
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı
Bu gün, 11:56
Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!
Bu gün, 11:55
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Bu gün, 11:48
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
Bu gün, 11:47
Ermənistan bu gün də itkilərini açıqladı
Bu gün, 11:46
"Yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər" - Məşhur alim
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru