Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! - TƏHLİL
Tarix: 24-10-2020, 11:04 | Çap et
PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ!
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini növbəti dəfə aydın və konkret şəkildə izah etdi. Bununla yanaşı, münaqişənin bu qədər uzanması və onun hazırda pik nöqtəyə çatmasının dəqiq səbəbləri göstərildi.

Ölkə başçısının həmin müsahibədə səsləndirdiyi tezislərdəki əsas istiqamətlərdən biri də Ermənistanın indiki hökumətinin tutduğu qeyri-konstruktiv, təhrikedici mövqenin Azərbaycana öz hərbi qüdrətindən istifadə etməkdən başqa çıxış yolu qoymamasına dair oldu: “Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər...”

Prezidentin bu fikrilə bir növ Qarabağda hazırda yaranan durum və onun səbəblərinin bütün konturları cızılmış oldu. Bu, o deməkdir ki, Paşinyan hökuməti sülh danışıqlarının dayandırılması və məsələnin hərbi müstəviyə keçməsi üçün əlindən gələni etdi. Və görünən odur ki, bu zaman həmin yolun Ermənistan və Qarabağdakı qondarma rejim, eləcə də onun öz hakimiyyəti üçün hansı nəticələr yaradacağını qabaqcadan görmək qabiliyyətinə malik olmayıb. Paşinyanın hazırki aqoniyası, çırpıntıları, dünyanın bütün beynəlxalq təşkilatlarından tutmuş ayrı-ayrı dövlət başçılarına qədər Azərbaycanı durdurmaq üçün hər kəsə yalvarması da bunu sübut edir.

Lakin Paşinyanın bütün səyləri və çırpıntıları nəticəsiz qalır. Onun əsas istəyi isə beynəlxalq güclərin müdaxiləsi vasitəsilə status-kvonu saxlamaq, Azərbaycan ordusunu durdurmaq və darmadağın edilən Ermənistan ordusunu, ölkədaxili resursları, xaricdəki diasporalarının imkanlarını toparlamaq və işğaldan azad edilmiş ərazilərimizin yenidən geri qaytarılmasına çalışmaqdır. Yəni işğal edilmiş ərazilərin Azərbaycan Prezidentinin təklif etdiyi kimi, qrafik üzrə boşaldılması və bundan sonra Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansısa statusunun müzakirə edilməsini Ermənistan hökuməti qəbul etmir. Və bunu açıq şəkildə bəyan edir. Bəs bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan BMT-nin məlum qətnamələrini yalnız öz hərbi gücü, ordusu ilə yerinə yetirməlidir ki, bunu da edir...

Ona görə də, ölkə başçısı qeyd etdiyimiz müsahibəsində Azərbaycanın, Ermənistan rəhbərliyinin başqa seçim imkanı saxlamadığından, yeganə doğru yolla getdiyini vurğulayır: “Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik.”

Göründüyü kimi, Azərbaycan Prezidenti yenə də Ermənistan rəhbərliyini məntiqli davranmağa çağırır. Lakin hər kəsə bəllidir ki, artıq əli çoxdan qana batmış və iflasa uğramış Paşinyan hökuməti özü öz taleyini hələ Cıdır düzündə sərxoş olub yallı gedəndə, “Qarabağ Ermənistandır” kimi qeyri-ciddi və sərsəm bəyanatlar verəndə, qondarma rejimi danışıqlar masasına dürtməyə çalışanda, sonradan isə Gəncəni bombalayaraq, dinc əhalini qətlə yetirəndə həll edib. İndi isə Paşinyanın və onun başıpozuq dəstəsinin geriyə yolu qalmayıb. Elə ona görə də açıq şəkildə sülh danışıqlarından imtina edir. Çünki onun hazırda masa arxasında oturacaq heç bir gücü, arqumenti, bazarlıq vasitəsi yoxdur – “bir həsirdir, bir məmmədnəsir”. Odur ki, öz siyasi sonunun gəldiyini anlayan bu zatın düşdüyü uçuruma erməniləri də atmaqdan başqa yolu yoxdur.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın hazırkı hökuməti hakimiyyətdə qaldıqca, dayanıqlı sülhün əldə edilməsi mümkünsüz görünür. Və Ermənistan üçün bu bəlanın bir tərəfi də ondan ibarətdir ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də elə Paşinyan ağılda və düşüncədədir. Ona görə də Azərbaycanın Şanlı Ordusunun mənfur düşmənin başına döyə-döyə onu ağıllandırmaqdan başqa yolu qalmır.

Elə Azərbaycan Prezidenti də işğalçı ölkəyə və onun rəhbərlərinə məhz bunu anlatmağa çalışıb, əlbəttə ki, əgər anlamaq qabiliyyətləri varsa: “Beləliklə, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.”
“AzPolitika.info”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
28-11-2020, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
28-11-2020, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
28-11-2020, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
28-11-2020, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
28-11-2020, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
28-11-2020, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
28-11-2020, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
28-11-2020, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
28-11-2020, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
28-11-2020, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
28-11-2020, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
28-11-2020, 11:32
Xudat sakini dəm qazından boğulub
28-11-2020, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
28-11-2020, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
28-11-2020, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
28-11-2020, 11:11
Məlahət Mürşüdlü vəfat edib
28-11-2020, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
28-11-2020, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
28-11-2020, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
28-11-2020, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
28-11-2020, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
28-11-2020, 11:00
Donbasdakı son durum açıqlandı
28-11-2020, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
28-11-2020, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
28-11-2020, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
28-11-2020, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
28-11-2020, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
28-11-2020, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
28-11-2020, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
28-11-2020, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
28-11-2020, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
28-11-2020, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
28-11-2020, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
28-11-2020, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
28-11-2020, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
28-11-2020, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
28-11-2020, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
28-11-2020, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
28-11-2020, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
28-11-2020, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
28-11-2020, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
28-11-2020, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
28-11-2020, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
28-11-2020, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
28-11-2020, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
28-11-2020, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
28-11-2020, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
28-11-2020, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
28-11-2020, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
28-11-2020, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru