Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

Qarabağ savaşının Gürcüstana açdığı şans - Bakı və Tiflis tale ortaqları kimi
Tarix: 24-10-2020, 09:46 | Çap et
Qarabağ savaşının Gürcüstana açdığı şans
Azərbaycanın Böyük Vətən müharibəsi başlayandan bu günə müxtəlif ölkələr fərqli mövqelər səsləndirsələr də, öz tutduğu strateji xətlə Azərbaycanı məmnun edən ölkələrdən biri də Gürcüstan oldu. Rəsmi Tiflis Rusiyanın Ermənistana göndərdiyi silahların öz ərazisindən keçməsinə icazə verməyərək, bu prosesi xeyli zəiflətdi.

Gürcüstanın Azərbaycana dəstəyini dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətlərində və çıxışlarında yüksək qiymətləndirib. Azərbaycan Prezidenti həmçinin bu günlərdə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində regional əməkdaşlığın inkişaf etdirilməsi kontekstində Azərbaycanla Gürcüstan arasında əlaqələri yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, iki ölkə hökuməti arasında mükəmməl əlaqələr mövcuddur, qarşılıqlı münasibətlər qarşılıqlı dəstək, dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanır. Bununla yanaşı, Azərbaycanla Gürcüstan birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıblar. Bunların arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars və s. xüsusi əhəmiyyətə malik layihələrdir. Azərbaycan Gürcüstanda iki ən böyük investordan və vergi ödəyicisindən biridir.

Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr reallaşdırır. Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstanla Azərbaycan arasındakı əlaqələr həm siyasi, həm də iqtisadi baxımdan xeyli inkişaf edib və hər iki dövlətə faydalıdır: “İki ölkəni birləşdirən ən böyük amil odur ki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, iqtisadi bağlantısıdır. Bizim Türkiyəyə və Avropaya iqtisadi bağlantımız Gürcüstan üzərindəndir. Bu da Gürcüstanın həm strateji əhəmiyyətini, həm iqtisadi fürsətlərini genişləndirən əsas amillərdən biridir və bəlkə də birincisidir. Hamımızın bildiyi böyük layihələr var, Bakı-Tiflis -Ceyhan, Bakı-Tiflis-Qars kəməri, bundan başqa Qarsa qədər uzanan dəmiryolu layihəsi - bütün bunlar böyük layihələrdir, onların həyata keçirilməsindən belə Gürcüstanın həyatına ciddi dividentlər gəlir. Bu günə qədər də tranzit ödənişləri olaraq Gürcüstan büdcəsinə valyuta daxilolmalarına səbəb olan əsas layihələrdir. İndi Cənub Qaz Dəhlizi layihələri TANAP və TAP xətləri çərçivəsində genişləndirilir və bu da Gürcüstan ərazisində son 2-3 ildə iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə səbəb oldu. Bundan başqa, Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. İnvestor kimi isə ikinci şirkəti ”SOCAR Georgia"-dır. Buna görə də, Gürcüstanda kifayət qədər iqtisadi fürsətlərimiz və maraqlarımız var ki, onları birgə dəyərləndirə bilirik".

İqtisadçı ekspert vurğuladı ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına töhfələri çox böyükdür: “Gürcüstan ərazisinə ən çox investisiya qoyan 3 ölkədən biri Azərbaycandır. ”SOCAR Georgia" çox böyük investisiya layihələri həyata keçirir. Bundan əlavə, Gürcüstan tranzitdən stabil gəlirlər əldə edir. Neftin və qazın qiymətindən asılı olaraq bu rəqəmlər müxtəlif olur. Ancaq stabil olaraq 50-100 milyon dollar arası tranzit gəlirindən söhbət gedir. Bu da Gürcüstan iqtisadiyyatı üçün böyük rəqəmdir. Azərbaycan vətəndaşları da orada investor kimi çox yaxından çıxış edirlər. Son 10 ildə Azərbaycandan kifayət qədər iş adamları Batumidə , Tiflisdə, Gürcüstanın müxtəlif yerlərində xidmət sahəsindən tutmuş kənd təsərrüfatına qədər böyük investisiya qoyublar. Azərbaycanlılar fərdi olaraq da Gürcüstanda bizneslə məşğul olan və oraya investisiya yatıran əsas xarici vətəndaşlardan biridir".

N.Cəfərli hesab edir ki, bütün bunlardan başqa, bizim Gürcüstanla tale bağlantılarımız da var: “Həm bizim, həm də Gürcüstanın ərazilərinin işğal altında olması faktı da var. Gürcüstan da uzun illərdir bundan əziyyət çəkir. Hər iki ölkədə eyni vaxtda işğal faktı qeydə alınıb. Bu da siyasi birliyə səbəb olur. Bizim problemimiz eynidir, 30 ilə yaxındır ki, işğal faktından hər iki dövlət əziyyət çəkir. Bu da bizim talelərimizin oxşar olduğunu göstərir. Ona görə də, burada siyasi dəstək də önəmlidir. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq və dəstəkləyirik, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bəyanatlar verir”.

Qarabağ məsələsində qonşu ölkənin mövqeyinə gəlincə, N.Cəfərli bildirdi ki, Gürcüstan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin onlar üçün də müəyyən şanslar yaratdığını anlayır: “Gürcüstan daxilindəki Cavaxetiya bölgəsində baş verə biləcək istənilən hadisələrin önlənməsinə səbəb olacaq. Çünki orada da gərgin bir vəziyyətdir, orada da ermənilər istənilən vaxt öz müqəddəratını təyin etmə və ya müstəqilliklə bağlı hərəkata başlaya bilərlər. Bir neçə dəfə buna cəhd ediblər, ancaq Gürcüstan kökündəcə məsələni həll etməyə nail olub. Ancaq hər halda bu təhlükə də qalır. Dağlıq Qarabağ məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, həm Cavaxetiya məsələsini birdəfəlik bağlayacaq, həm də Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün fürsətlər pəncərəsinin açılmasına səbəb olacaq”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
28-11-2020, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
28-11-2020, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
28-11-2020, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
28-11-2020, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
28-11-2020, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
28-11-2020, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
28-11-2020, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
28-11-2020, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
28-11-2020, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
28-11-2020, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
28-11-2020, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
28-11-2020, 11:32
Xudat sakini dəm qazından boğulub
28-11-2020, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
28-11-2020, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
28-11-2020, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
28-11-2020, 11:11
Məlahət Mürşüdlü vəfat edib
28-11-2020, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
28-11-2020, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
28-11-2020, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
28-11-2020, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
28-11-2020, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
28-11-2020, 11:00
Donbasdakı son durum açıqlandı
28-11-2020, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
28-11-2020, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
28-11-2020, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
28-11-2020, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
28-11-2020, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
28-11-2020, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
28-11-2020, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
28-11-2020, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
28-11-2020, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
28-11-2020, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
28-11-2020, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
28-11-2020, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
28-11-2020, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
28-11-2020, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
28-11-2020, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
28-11-2020, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
28-11-2020, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
28-11-2020, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
28-11-2020, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
28-11-2020, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
28-11-2020, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
28-11-2020, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
28-11-2020, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
28-11-2020, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
28-11-2020, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
28-11-2020, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
28-11-2020, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
28-11-2020, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru