Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

Rusiya başçısı nankor və satqın dövlətə layiqli yerini göstərdi - GƏLİŞMƏ
Tarix: 24-10-2020, 09:15 | Çap et
Rusiya başçısı nankor və satqın dövlətə layiqli yerini göstərdi
Terrorçu Ermənistan təkcə Qarabağ müharibəsində Azərbaycanın qəhrəman ordusuna uduzmur, həm də Azərbaycanın hücum diplomatiyası qarşısında aciz duruma düşüb. İşğalçı ölkənin humanitar atəşkəslə bağlı razılaşmaları xaincəsinə pozaraq, gecə yarısı Gəncənin dinc əhalisini yatdığı yerdə raketlərlə vurmasından sonra artıq onu müdafiə üçün hətta müttəfiqlərinin belə, arqumenti qalmayıb.

Nikol Paşinyan rejimi sözün həqiqi mənasında özünü islaholunmaz küçə uşağı kimi aparmaqdadır və onu nizama dəvət edən Azərbaycanın dinc əhalisini, savaş meydanından azı 100 km kənarda olan şəhərlərini atəşə tutmaqda davam edir ki, bu da insanlıq əleyhinə cinayətdir və bəraət yoxdur. Belə olan təqdirdə Rusiya prezidenti Vladimir Putinin Ermənistanda məyusluq doğuran mövqeyi təəccüblü görünmür. Əslində Azərbaycanda bir narahatlıq var idi ki, 2016-cı ilin aprel döyüşlərindəki kimi, Rusiya dövriyyəyə girə və ərazilərimizin terrorçu-işğalçı yığnağından təmizlənməsinə əngəl yarada bilər. Amma Putinin “Valday” Diskussiya Klubunda Qarabağ məsələsinə baxışı, Ermənistan-Azərbaycan müharibəsi, habelə Türkiyə, onun prezidenti cənab Ərdoğanla bağlı açıqlamaları bütün şübhələrimizə, narahatlıqlarımlza son qoymuş oldu. Nəticə etibarilə ermənilərin də bütün xəyalları, gözləntiləri suya düşdü. Rusiya prezidenti həmçinin Mink Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsi - böyük ehtimalla Türkiyə bu qrupa daxil ediləcək - haqda da çox ciddi və xeyrimizə olan açıqlamalarla çıxış etdi. Rusiya prezidentindən əvvəl onun köməkçisi D.Peskov maraqlarımıza uyğun açıqlamalar vermişdi.

V.Putinin dediklərini xatırlayaq: “Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”. “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır. “Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə o bildirib. O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur. “Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.

Rusiya prezidentinin “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz” deməsi isə Ermənistanı yerdən-yerə vuran mövqedir. Düzdür, Putin “Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”, - deyib. Ancaq olsun, biz zatən bunu bilirik ki, Rusiyanın bölgədə ciddi maraqları var, amma yetər ki, Azərbaycanın haqq işinə maneçilik törətməsin, bunu da görməkdəyik. Son günlərədək terrorçu və işğalçı Ermənistan Vladimir Putinin onu xilas edəcəyini güman edirdi, Rusiya lideri isə satqın və cinayətkar dövlətə layiqli yerini göstərdi.

Qeyd edək ki, ermənipərəst mövqeyinə görə seçilən Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyatı apara biləcəyini istisna etməmişdi. Ancaq cavab özünü çox gözlətmədi. “Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.

“RİA Novosti”nin məlumatına görə, bunları Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib. Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görürlər. “Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.

Andrey Krasov qeyd edib ki, buna görə də, “deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”. A.Krasov onu da vurğulayıb ki, “Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya liderinin son açıqlamalarını müsbət qiymətləndirib: “Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirə layiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah-sursat göndərilməsinə baxmayaraq əgər bu gün sorğu keçirilsəydi həm Putinin, həm Rusiyanın insanlarımız arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi-nəzərdən dediyi xoş sözlər də bunu təsdiqidir. Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan ”sözümüz imzamız qədər mötəbərdir", “biz etibarlı tərəfdaşıq” deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir".

Q.Həsənquliyev digər məqama da diqqət çəkib: “Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq, Rusiya istəsəydi, münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur. Xəyanətkar Ermənistana görə Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir. Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir”.

BAXCP sədri qeyd edib ki, 2009-cu ildə Minsk Qrupu həmsədrləri münaqişənin həllinə dair tərəflərə Madriddə yeni prinsiplər təqdim edəndən bir çox insanlarımızın ürəyindən sanki daş asılmışdı: “Hətta ilk dəfə bu prinsiplər elan olunanda bəyan etmişdim ki, yaxşı ki, Ermənistan bunu qəbul etmədi. Açıq söyləyim ki, Ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı. Amma Prezident hər zaman bəyan edib ki, o nəyi nə zaman və necə etməyi dəqiq bilir. Belə hesab edirəm ki, Prezident həm xalqımızın bir hissəsinin narahatçılığına birdəfəlik son qoymaq üçün və xarici işlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət ki, bununla barışmağa məcbur edəcək. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaq”.

Politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, Putinin Valdayda verdiyi açıqlamalardan sonra onun fikirlərindən Ermənistanın yararına faydalanmaq üçün erməni şərhçilər fərqli yanaşma sərgiləyirlər: “Güya Putin Azərbaycanın hərbi əməliyyatlarını təqdir etmir, Ərdoğanı suçlayır və sair. Amma bizim üçün önəmli olan Putinin Qarabağ məsələsinin uzun müddət belə vəziyyətdə qalmasının qəbuledilməzliyini deməsidir”.

Q.Çaxmaqlı qeyd etdi ki, ikinci ən önəmli cəhət odur ki, Minsk Qrupu ilə bağlı yeni yanaşma var: “Türkiyənin bu qrupa daxil edilməsilə bağlı Azərbaycanın israrı nəticə verəcək. Putinin açıqlamasında ona işarə var. Türkiyə ilə Rusiyanın Qarabağ məsələsinə yanaşma fərqinin olması təbiidir və bunun da gələcək danışıqlarda yaxınlaşdırılması üçün Rusiyanın qərarının olacağı görünməkdədir. Rusiya liderinin Türkiyənin buradakı varlığını qəbul edirik mənasını verən açıqlaması diplomatik uğurdur. Hər nə səviyyədə açıqlamalar olur-olsun, Azərbaycan savaşda qələbəsini sona çatdırmalıdır. Artıq Rusiyanın təsir imkanları azalıb. Minsk Qrupu da bizim xeyrimizə olmayan heç bir şeyi diktə edə bilməyəcək”.

Q.Çaxmaqlı əlavə etdi ki, Prezident İlham Əliyevin ermənilərə mədəni muxtariyyət verilə bilər, deməsi də artıq əvvəlki prinsiplərin dəyişəcəyini ifadə edir: “Moskva da, o biri erməni havadarları da Azərbaycanın təklif etdiyi müddəalarla razılaşmalıdırlar. Ermənistanın bu məsələlərdə heç bir iddiası qəbul edilməyəcək”.

Bu günlərdə uçurumun başında olduğunu anlayan Ermənistan rəhbərliyinin döymədiyi qapı qalmayıb. Elə prezident Armen Sarkisyanın nicat üşün Avropaya səfəri, Fransa prezidenti Makronun qapısını kəsdirməsi də ordumuzun sarsıdıcı zərbələrinin məntiqi nəticəsidir. Nikol Paşinyanın göstərişi ilə Prezident Armen Sarkisyan Brusselə səfər edib. O, səfər çərçivəsində NATO Baş katibi ilə görüşüb. A.Sarkisyan görüş zamanı Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Müharibədən sonra Ermənistanın öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Ermənistanın Rusiyaya növbəti xəyanət nümunəsidir. Bənzər addımı aprel döyüşlərindən sonra eks-prezident Serj Sərkisyan atmışdı və Almaniyaya səfər edərək A.Merkelə Rusiyadan şikayətlənmişdi.

Bu fakt bir daha ermənilərin satqın olmasının təsdiqidir. Təsadüfi deyil ki, Putin Türkiyəni və onun rəhbərliyini etibarlı tərəfdaş, faktiki olaraq KİŞİ ADAM, KİŞİ DÖVLƏT adlandırır. Bu, həm də Azərbaycana verilən dəyərin dolayı ifadəsi və Ermənistana açıq mesajdır. Uşaq qatili olanlardan hər cür şərəfsizlik gözləmək olar və dünya buna şahiddir, o cümlədən Putin. Rusiyanın sayəsində mövcud olan ermənilər indi onu avropalıya, amerikalıya satırlar...

Ancaq Avropa da artıq bunları tanıyır və mahiyyətinə tam bələddir. Anlayırlar ki, terrorçu dövləti müdafiə edənin özü də terroru dəstəkləyən kimi tarixə düşəcək, bunu çoxları anladığı üçün ermənilərdən uzaq durmağa çalışırlar...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
28-11-2020, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
28-11-2020, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
28-11-2020, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
28-11-2020, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
28-11-2020, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
28-11-2020, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
28-11-2020, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
28-11-2020, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
28-11-2020, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
28-11-2020, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
28-11-2020, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
28-11-2020, 11:32
Xudat sakini dəm qazından boğulub
28-11-2020, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
28-11-2020, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
28-11-2020, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
28-11-2020, 11:11
Məlahət Mürşüdlü vəfat edib
28-11-2020, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
28-11-2020, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
28-11-2020, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
28-11-2020, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
28-11-2020, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
28-11-2020, 11:00
Donbasdakı son durum açıqlandı
28-11-2020, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
28-11-2020, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
28-11-2020, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
28-11-2020, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
28-11-2020, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
28-11-2020, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
28-11-2020, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
28-11-2020, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
28-11-2020, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
28-11-2020, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
28-11-2020, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
28-11-2020, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
28-11-2020, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
28-11-2020, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
28-11-2020, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
28-11-2020, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
28-11-2020, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
28-11-2020, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
28-11-2020, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
28-11-2020, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
28-11-2020, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
28-11-2020, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
28-11-2020, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
28-11-2020, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
28-11-2020, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
28-11-2020, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
28-11-2020, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
28-11-2020, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru