Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa... .....                     Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq .....                     Ermənilərin absurd SÖYÜDLÜ DAVASI... .....                     AAK-dan narazılıq pik həddə çatıb... .....                     "Armenian Report"dan iddia: .....                     İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı .....                     "Üstümüzdə çox ağır bir yük var idi" .....                     Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar .....                     Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib .....                     Gəncə məhkəməsində nələr baş verir? .....                     Azərbaycanın Zod həmləsi İrəvanda şok effekti yaradıb .....                     Azərbaycan əsgəri Ermənistanla sərhəddi təkbaşına çəkir .....                     Maradona dəfn edildi .....                     Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir .....                     “Çirkli pullar” “əfvə düşür?: Maliyyə amnistiyası gündəmdə .....                     Hacıqabulda 23 yaşlı gənc bıçaqlanıb .....                     “Fransa Qarabağda sülhə gedən yola mina basdırır” .....                     Bakıda 17 yaşlı gənc bıçaqlanaraq öldürüldü .....                     Bu gün dollar neçəyədir? .....                     Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib .....                     Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi .....                     Ağsunun icra başçısı vəfat edib .....                     Ermənistan parlamentində dava düşüb .....                     Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir .....                     Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində KİM İMİŞ? .....                     "Qarabağ qəhrəmanı" məhv edilib .....                     "AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı .....                     Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq .....                     "Qızım telefonu mənə verir ki, atama zəng et" .....                     Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb .....                     iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında! .....                     “Dnestryanı”nın sabiq Xarici İşlər naziri: .....                     Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır .....                     Azərbaycanda indiyədək 1665832 koronavirus testi aparılıb .....                     Azərbaycanda ümumilikdə 106101 nəfər COVID-19-a yoluxub, .....                     Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, .....                     “Qarabağdakı xristian abidələri qədim Albaniya mirasıdır” .....                     Komitə sədrindən Fransaya .....                     İrəvan kapitulyasiyanı qəbul edib, .....                     Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü .....                 

"30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam" - Rüstəm Behrudi
Tarix: 20-10-2020, 12:43 | Çap et
"30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam"
Vətən müharibəsi dövründə tanınmış ziyalılar, xalqın sevimlisi olan sənətkarlarla həmsöhbət olmağa davam edirik. Növbəti qonağımız tanınmış şair, “Salam dar ağacı” şeiri ilə könüllərdə taxt qurmuş Rüstəm Behrudidir. Onunla ordumuzun zəfər yolundan, mənfur düşmənlərimizdən və onun havadarlarından danışdıq.

- Müzəffər ordumuzun zəfərləri, torpaqlarımızın işğaldan azad olunması, ölkədə baş verən olaylar sizə necə təsir bağışlayır?

- Azərbaycan şərəfli tarix yazır. Ağırdır, şəhidlərimiz var. Amma Azərbaycan xalqı uzun müddətdir belə qürurlu günlər yaşamamışdı. Uzun illər səbr etməyimizin nəticəsini gördük. Buna çox sevinirəm. Üstümüzdəki namus ləkəsini silmək üçün ayağa qalxdıq. Bu missiyanı da son dərəcə bacarıqlı, rəşadətli şəkildə Azərbaycan əsgəri yerinə yetirir. Mən baş verənlərə fəlsəfi şəkildə yanaşmaq istəyirəm. Ömür ölümü öyrənmək sənətidir. Ölümün üstünə getmək, oturub onu gözləməkdən min dəfə gözəldir. Ona görə də bu son savaşımız olacaq. İndi son döyüşü əsgərlərimizdən daha gözəl heç kim bilə bilməz. Onlar ölümün üstünə getməklə ölümü gözləməyin fərqini bizdən daha yaxşı bilirlər. Bu müharibənin bir adı da var. Savaş ölmədən öldürmək sənətidir. Azərbaycan əsgəri həmin sənəti şərəflə icra edir.

- Döyüş meydanı ilə yanaşı siyasi arenada da üstünlük bizdədir. Düşmən hərtərəfli şəkildə məğlubiyyətə düçar olub...

- Bəli, məni sevindirən bir məqam da var. İndi ölkədə son döyüşümüzlə diplomatiyamız harmoniya içərisindədir. İnsan sevinməyə bilmir. Məhz Prezidentin apardığı siyasəti, onun çıxışlarını xüsusi olaraq bəyənirəm. Fransa kanalına verdiyi müsahibədə işlətdiyi ifadələr çox xoşuma gəldi. Gördüm ki, millətə nə qədər yaxın adamdır. Mənə bir şair kimi o sözlər çox gözəl gəldi. Qeyd edim ki, cənab İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan xalqını qələbəyə aparmaq gücünə inandım. Bu məni bir insan, bir vətəndaş, ziyalı olaraq çox sevindirdi.

- Keçirdiyiniz hissləri, indiki ab-havanı hansı sözlərlə ifadə edərdiniz?

- İndi otuz ildir çəkdiyim xəcalət hissindən, utancdan uzaqdayam. Təbii gələn şəhid hər ailəyə düşən od, atəşdir. Amma od döyüşün simvoludur. Savaş atributudur. Əgər müharibə varsa, od da olacaq, ölüm də. Hesab edirəm ki, bu gün Azərbaycan əsgəri öz adını tarixə yazdı. Nə qədər ki, türk milləti var qəhrəmanlarımız yaşayacaqlar. Təkrar qeyd edirəm, indiki əsgərlər Azərbaycan xalqının üstündəki namus ləkəsini silənlərdir. Onlar bizim namus, vicdan simvolumuzdur. O mənada mən çox sevincliyəm. Qürurluyam ki, torpaqlarımız işğaldan azad olunur. Bir də onu demək istəyirəm ki, İlham Əliyevin illərdir niyə susduğunu anladım. Başa düşürəm ki, bu günə hazırlaşıb. Bizim düşünmədiyimiz məsələləri bilirdi. Müharibənin vaxtını belə ağılla, bacarıqla seçdi. Bu cür dəqiq hesablama aparmaq hər adama nəsib olmur. Mən onun addımlarını alqışlayıram. İndi Ali Baş Komandanın, döyüşən əsgərlərimizin həmvətənlisi olmaqdan qürur duyuram.

- Bilirsiniz ki, bu haqq savaşımızda qardaş ölkə Türkiyənin mənəvi dəstəyi var..

- Çox qəribə bir deyim var. O həmişə hamının qulağında ritorik, humanizimdən uzaq, millətçi şüar kimi səslənib. Amma görünür ki, elə deyil. “Türkün-türkdən başqa dostu yoxdur”. İndi bütün dünya aləm bizə düşməndir. Hətta illərdir beynimizə yazılmış, ruhumuzu əzən bir düşüncə tərzi var. “Türk islam birliyi” ömrümdə “Türk İslam birliyi” kimi saçmasapan ideologiyaya inanmamışam. Bu fikrin nə qədər fiaskoya uğradığını gördük. Məsələn, bütün ərəb ölkələri düşmənin yanındadılar. Bizim yanımızda isə Türkiyə var. Hətta islam düşməni olan İsrail də bizimlədir. Deməli, həmin ideologiyanın təsiri yoxdur. Bu millətlərin haqq-ədalət uğrunda savaşıdır. İsrail dövləti görür ki, haqlıyıq ona görə bizim tərəfimizdədir. Bir də islam ölkələrinin içərisində təkcə Pakistan qeyrətlə, qürurla yanımızdadır. Onun dəstəyi də islamla əlaqəli deyil. Bunun bir neçə səbəbi var.

- Nədir o səbəblər?

- Birincisi, Pakistanın dövlət kimi formalaşmasında türk imperatorluğu olan Baburun böyük rolu var. Çünki Pakistan həmin imperatorluğun tərkibində olub. Hökmdar Babur şah o əraziləri son dərəcə sülhlə, ədalətlə idarə edib. Bütün bunlar Pakistan xalqının yadında qalıb. İkincisi, Pakistanın sonuncu hökmdarının kökü Azərbaycana gəlib çıxır. Pakistanın etnik quruluş kimi təşəkkül tapmasında onun böyük rolu olub. Həmin şah o qədər ədalətli olub ki, Pakistan xalqı bunu da unutmayıb. Üçüncüsü, 20-ci əsrin əvvəllərində Pakistanda epidemiya yayılıb. Bu zaman Pakistan dünya xalqları içərisində təklənib, heç kim kömək etməyib. Yalnız bizim qürur mənbəyimiz, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Pakistana yardım əli uzadıb. On minlərlə qızıl sikkə bağışlayıb. Hətta həmin kütləvi epidemiyanın qarşısını almaq üçün vaksinlər göndərib. Bütün bunlar Pakistan xalqının yadından çıxmayıb. İndiki dəstəkləri ilə onlar minnətdarlıq hisslərini ifadə edirlər.

- Belə bir məqamda sülhdən, məsələni danışıq yolu ilə həll etməyimizi istəyən ölkələr var. Hansı ki, otuz ildir onlar torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına, pozulan bütün hüquq normalarına səssiz qalmışdılar. Bütün bunlara münasibətiniz necədir?

- Azərbaycan bu müharibəni yarımçıq saxlayaraq atəşkəs yoluna gedə bilməz. Son iki yüz ildən artıq bir dövrdə başımıza gəlmiş bütün fəlakətlərin səbəbi Rusiyadır. İndi Rusiyanın vasitəçiliyi ilə danışığa getmək fəlakətimiz olardı. Düşünürəm ki, son erməni əsgəri Azərbaycanı tərk etməmiş bizi atəşkəsə zorlamaq bu milləti təhqir etmək deməkdir. Bu gün barmağımızı şəhidlərin qanına batırıb atəşkəsə imza atmağımız millətimizin sonu olar. Barışıq olmamalıdır, olmayacaq da.

- Əfsuslar olsun ki, hələ də Rusiyanın vassalı olmağa davam edən, onun bu məsələdəki mövqeyini dəstəkləyənlər var...

- Rusiya imperiyasının tərkibində yaşadığımız illər ərzində bizim canımıza hopmuş qorxunun nəticəsidir. İnsan niyə yaltaq olur, başqasına biyət etməyə çalışır? Qorxudan. Hələ iki yüz illik qorxu Rusiyaya biyət edən, onun tərəfini saxlayan bizi barışa gətirmək istəklərini təqdir edir. Onlar Rus imperiyasına fəlakətimiz kimi baxırlar. Amma bu bizim ermənilərlə son savaşımızdır. Onlar bilmirlər ki, savaşa qalxmış bir xalqın qarşısındakı düşmən nə qədər güclü də olsa o son döyüş onun taleyini həll edəcək. Barışa getmək olmaz. Fikirləşirəm ki, Ali Baş Komandan düzgün siyasət yeridir. Böyük qürur hissi keçirirəm. Onun çıxışlarını izləyirəm. Bir çıxışında o qədər fəxr etdim ki, dedi ki, barışıq təklifi ilə mənə zəng edən bütün beynəlxalq təşkilatlara, Avropa birliyinə, ATƏT-in Minsk Qrupuna telefonum bağlıdır. Son erməni əsgəri Azərbaycan torpağından çıxandan sonra atəşkəs olacaq. Mən Prezidentin son günlər atdığı bütün addımları təqdir edirəm. Bu gün son savaşın bir parçası olmağa hazıram. Əgər döyüşə də çağırsalar gedərəm.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa... - ciddi problemlər yarana bilər
Bu gün, 08:51
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
Bu gün, 08:49
Ermənilərin absurd SÖYÜDLÜ DAVASI... - GƏLİŞMƏ
Bu gün, 08:42
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Bu gün, 08:40
"Armenian Report"dan iddia: - “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Bu gün, 08:34
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı - Reaksiya
Bu gün, 08:33
"Üstümüzdə çox ağır bir yük var idi"
Bu gün, 08:31
Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar - Ruslar köç təqvimini qısaltdılar
Bu gün, 08:29
Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib
Bu gün, 08:28
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Bu gün, 08:27
Azərbaycanın Zod həmləsi İrəvanda şok effekti yaradıb – Gözləmirmişlər
Bu gün, 08:25
Azərbaycan əsgəri Ermənistanla sərhəddi təkbaşına çəkir – Erməni iddiası
Bu gün, 08:23
Maradona dəfn edildi
Bu gün, 08:19
Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir - AKTUAL
Bu gün, 08:17
“Çirkli pullar” “əfvə düşür?: Maliyyə amnistiyası gündəmdə - TƏHLİL
Bu gün, 08:16
Hacıqabulda 23 yaşlı gənc bıçaqlanıb
Bu gün, 08:13
“Fransa Qarabağda sülhə gedən yola mina basdırır” - GƏLİŞMƏ
Bu gün, 08:12
Bakıda 17 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Bu gün, 08:07
Bu gün dollar neçəyədir?
Bu gün, 08:06
Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib
Bu gün, 06:51
Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi - Bu mövqe belə heç nəyi dəyişmir
Bu gün, 03:36
Ağsunun icra başçısı vəfat edib
Bu gün, 03:32
Ermənistan parlamentində dava düşüb - VİDEO
Dünən, 18:17
Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir
Dünən, 18:08
Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində KİM İMİŞ?
Dünən, 18:05
"Qarabağ qəhrəmanı" məhv edilib
Dünən, 18:00
"AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı - AYIBDIR!!!
Dünən, 17:57
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Dünən, 17:54
"Qızım telefonu mənə verir ki, atama zəng et" - Şəhid XTQ-nin həyat yoldaşı
Dünən, 17:45
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Dünən, 17:41
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Dünən, 17:39
“Dnestryanı”nın sabiq Xarici İşlər naziri: - "Maya Sandu çox təhlükəli yol tutub”
Dünən, 17:36
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Dünən, 17:31
Azərbaycanda indiyədək 1665832 koronavirus testi aparılıb
Dünən, 17:28
Azərbaycanda ümumilikdə 106101 nəfər COVID-19-a yoluxub, 1256 nəfər vəfat edib
Dünən, 17:26
Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Dünən, 17:25
“Qarabağdakı xristian abidələri qədim Albaniya mirasıdır”
Dünən, 17:21
Komitə sədrindən Fransaya SƏRT TƏPGİ
Dünən, 17:16
İrəvan kapitulyasiyanı qəbul edib, Fransa isə “dayanmır”
Dünən, 17:14
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü
Dünən, 17:08
Əmanətlərin sığortalanmasında YENİ DÖNƏM: - “Hazırda faiz dərəcələri yüksək olduğu üçün...”
Dünən, 17:07
“Onlar ermənidən sonra ikinci düşmənimizdir”
Dünən, 17:05
“Fransa senatının qərarı həmsədr ölkə üçün qəbuledilməzdir”
Dünən, 17:02
Tarix unutmadı: Fransanın Əlcəzair soyqırımı - Zorlanan qadınlar, diri-diri yandırılan insanlar, kütləvi məzarlıqlar
Dünən, 16:57
"Əvvəlcədən mətbuata müsahibə verəndə də qeyd edirdim"
Dünən, 16:51
Azərbaycanlı deputatlara MDB PA-da vəzifə verildi
Dünən, 16:49
"27 ildən sonra doğma yurdumda ilk dəfə azan oxudum"
Dünən, 16:45
Bayram Səfərovla bağlı iddia... - Belə deyirlər...
Dünən, 16:41
Tramp Moskvaya güc toplamaq üçün möhlət verdi, bəs Bayden?
Dünən, 16:38
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru