Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib? .....                     Ankaradan sanksiya qərarına sərt reaksiya: .....                     "“Qərb demokratiyası”nın maskasını çırıb, onun eybəcər sifətini bütün dünyaya nümayiş etdirdilər" .....                     "Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ .....                     Ermənilər məğlubiyyətin dörd səbəbini açıqladı .....                     Xankəndinə 30 min erməni qaytarıldı?.. .....                     Neft yenidən ucuzlaşıb .....                     "AzSığorta" vətəndaşın haqqına girir... .....                     Üç paytaxtdan İrəvan və Parisə xəbərdarlıq .....                     Gömrükdəki limit vətəndaşı çətin duruma salır... .....                     “Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi” .....                     Fransa Senatı üç dövləti hədəf seçdi .....                     Səhiyyə Nazirliyinin “Covid 19” planı… .....                     Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa... .....                     Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq .....                     Ermənilərin absurd SÖYÜDLÜ DAVASI... .....                     AAK-dan narazılıq pik həddə çatıb... .....                     "Armenian Report"dan iddia: .....                     İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı .....                     "Üstümüzdə çox ağır bir yük var idi" .....                     Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar .....                     Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib .....                     Gəncə məhkəməsində nələr baş verir? .....                     Azərbaycanın Zod həmləsi İrəvanda şok effekti yaradıb .....                     Azərbaycan əsgəri Ermənistanla sərhəddi təkbaşına çəkir .....                     Maradona dəfn edildi .....                     Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir .....                     “Çirkli pullar” “əfvə düşür?: Maliyyə amnistiyası gündəmdə .....                     Hacıqabulda 23 yaşlı gənc bıçaqlanıb .....                     “Fransa Qarabağda sülhə gedən yola mina basdırır” .....                     Bakıda 17 yaşlı gənc bıçaqlanaraq öldürüldü .....                     Bu gün dollar neçəyədir? .....                     Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib .....                     Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi .....                     Ağsunun icra başçısı vəfat edib .....                     Ermənistan parlamentində dava düşüb .....                     Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir .....                     Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində KİM İMİŞ? .....                     "Qarabağ qəhrəmanı" məhv edilib .....                     "AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı .....                 

"Müharibə 2 həftə davam etsə, Ermənistan ordusunun resursları tükənəcək" - ekspert
Tarix: 20-10-2020, 11:27 | Çap et
"Müharibə 2 həftə davam etsə, Ermənistan ordusunun resursları tükənəcək"
Rəşadətli ordumuz torpaqlarımızın düşməndən azad edilməsi uğrunda hərbi əməliyyatlarını davam etdirir. Hər gün cəbhədən gələn xoş xəbərlər xalqımızın əzmini, ruh-yüksəkliyini daha da artırır. Uzun illərdən bəri həllini tapmayan Dağlıq Qarabağ düyünü açılmağa doğru gedir. Qələbəyə gedən çətin, keşməkeşli, lakin şanlı yolda Azərbaycan bir daha dostunun və düşməninin kim olduğunu tanıdı.
23 gündür davam edən müharibədə mənfur düşmən çoxsaylı təxribatlara əl atdı. Mayası xainliklə yoğrulmuş ermənilər hərzamankı kimi yenə də dinc əhalimizi hədəf alır. Döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan ordusu əslində iyrənc əməlləri ilə özlərinə ziyan vurmuş olur. Məsələ ondadır ki, terror aktı ilə üzləşən, yurd-yuvaları dağılan Azərbaycan xalqını heç nə qorxutmur...

“Sherg.az” olaraq tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu ilə cəbhədəki proseslər barədə həmsöhbət olduq.

Həmin müsahibəni təqdim edirik:

- Ərəstun bəy, sentyabrın 27-dən ön cəbhədə müharibə gedir. Azərbaycan Ordusu haqlı savaşla öz ərazilərimizdə hərbi əməliyyatlar aparır. Vəziyyəti necə şərh edə bilərsiniz?

- Müharibə sentyabrın 27-dən işğalçı Ermənistan qoşunlarının cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin atəşə tutulması ilə başladı. Ardınca da Azərbaycan torpaqlarını düşməndən azad etməyə qərar verdi. Bu, faktiki genişmiqyaslı antiterror əməliyyatıdır və fikrimcə, kifayət qədər sürətli, effektiv, həmçinin müasir müharibə qaydalarına uyğun həyata keçirilir. Sülh danışıqlarının davam etdiyi 26 il ərzində özünü rahat hiss edən işğalçının həm saxta özgüvəni, həm də sülh danışıqlarının sonsuzluğa qədər davam edəcəyinə ümidləri puça çıxdı. Ona görə də indi ağır məğlubiyyətlər yaşamağa məhkumdurlar.

- Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Təbii ki, bu yaxınlığı qısqanan dövlətlər var. Sizcə, qısqanclığın kökündə nə dayanır?

- Məsələ qısqanclıqla kifayətlənmir. Türkiyənin Azərbaycana birmənalı dəstək göstərməsi istər əvvəllər bölgədə yeganə söz sahibi olan Rusiyaya, istərsə də sülh danışıqlarının imitasiyasında vasitəçilik edən digər ölkələrə “soyuq duş” effekti yaratdı. Amma bu, gözlənilən idi. Çünki münaqişənin həllinin uzanması, onun münaqişə tərəflərinə siyasi və geosiyasi təsir vasitəsi kimi istifadə olunması yalnız qısa vadəli effektiv ola bilərdi. Uzunmüddətli perspektivdə belə süni yaradılmış status- kvo işləyə bilməzdi və işləmədi də. Prosesin uzanması isə münaqişə tərəflərini, ilk növbədə də Azərbaycanı alternativ variantlar və tərəfdaşlar axtarmağa sövq etdi ki, bu da ilk növbədə Türkiyə və İsrail oldu. Bu tərəfdaşlarının köməyilə ordusunu modernləşdirən Azərbaycan bu gün öz ərazi bütövlüyünü bərpa edir. Amma regionda marağı olan dövlətlər bunu bir növ Türkiyənin işi kimi qələmə verərək Ankaraya təzyiq eləməyə çalışırlar. Bunun da səbəbi təkcə Türkiyənin Azərbaycana dəstəyi deyil, həm də onun böyük bir regionda gücə çevrilməsidir. Bu gün ərazi bütövlüyü pozulmuş Ukrayna və Gürcüstan kimi dövlətlərin də Türkiyəyə tərəfdaş kimi baxması bir çox ölkələrdə qıcıq yaradır.

- Ermənistanın baş naziri Nikol Paşinyan açıq formada təxribatların törədilməsi əmrini verir. Gəncədə, Tərtərdə, Ağdamda mülki insanlar hədəf götürülür. Ancaq beynəlxalq ictimaiyyət bu məsələdə həmişəki susqunluğu göstərir...

- Sadaladığınız əməllər hərbi cinayətlər kateqoriyasına daxildir və Hərbi Cinayətlərə dair Beynəlxalq Tribunalın (buna Haaqa Məhkəməsi də deyirlər) təhqiqat predmetidir. Amma çox təəssüf ki, müasir dünyada ikili standartlar hələ də mövcuddur və bunun da çeşidli səbəbləri var. Bəzi ölkələr Ermənistana açıq simpatiya bəsləyirlər, digərləri lobbiçilərin sifarişini yerinə yetirirlər, üçüncülər Türkiyənin Azərbaycana dəstəyini həzm edə bilmədiyindən bizə qarşı çıxırlar, dördüncülərin bizim Qarabağdakı hərbi əməliyyatlar geosiyasi maraqlarına ziddir və s. Məncə indi buna çox da əhəmiyyət vermək lazım deyil. Əlbəttə, həqiqətlərimizi dünyaya çatdırmağa çalışmalıyıq, amma bu gün başlıca vəzifə mümkün qədər qısa zamanda ölkənin ərazi bütövlüyünü bərpa etməkdir. Qalibi mühakimə eləmirlər. Gələcək üçün isə ölkənin xaricdə və beynəlxalq səviyyədə layiqli təmsil olunması üzərində ciddi düşünməli və çalışmalıyıq.

- Gəncədə baş verənlər barədə nə düşünürsüz? Nə üçün beynəxalq aləm susur? Xalqımız nə zamana kimi belə dəhşətləri yaşayacaq?

- Dediyim kimi, bunların hamısı hərbi cinayətlərdir və müvafiq dövlət orqanları onlar haqqında ətraflı məlumat və sübutlar toplayaraq Haaqa Tribunalına təqdim eləməlidir. Yalnız bu halda hansısa təsirli reaksiyalar gözləyə bilərik. Əks halda isə ölkələr və beynəlxalq qurumlar standart bəyanatlar verməklə kifayətlənəcəklər və bununla da mövzu qapadılacaq.

- Sizcə, Ermənistan ordusunda canlı və texniki qüvvə tamamilə tükənərsə, Paşinyan hansı addımı ata bilər?

- Düşmən ölkənin vəziyyəti elə indi də yetərincə ağırdır və əməliyyatlar təxminən 2 həftə də davam edərsə Ermənistan ordusunun resurslarının tükənməsi artıq qaçılmaz olacaq. Bu halda da Paşinyan hökuməti müxtəlif təxribatlara əl atacaq. Artıq bu gün görünür ki, Ermənistan var gücü ilə Rusiyanı münaqişəyə cəlb etməyə çalışır. Digər bir məqam erməni terrorizminin fəallaşması ola bilər. Amma Ermənistanın işğalçı missiyası uğursuzluqlarla üzləşdikcə ölkənin daxilində ictimai-siyasi vəziyyət də gərginləşəcək ki, bu da son nəticədə dövlət çevrilişinə qədər gedib çıxa bilər. Paşinyan da bundan qaçmaq üçün millətçiliyi qızışdıracaq, artıq bunu indi də edir.

- Necə düşünürsünüz, Rusiya sonuna qədər Ermənistana havadarlıqdan imtina edəcəkmi?

- Rusiyanın elə bu gün də Ermənistana havadarlıqdan tam imtina etdiyinə əmin deyiləm. Sadəcə iki ölkə arasında problemlər olduğundan həmin havadarlıq yetərincə deyil. Rusiyanın Ermənistandakı əsas problemi isə Paşinyan və onun qərbpərəst hakimiyyətidir. Paşinyan hakimiyyətdən gedəcəyi halda Rusiya Ermənistana hərbi və iqtisadi dəstəyini dəfələrlə artıra bilər. Elə buna görə də əməliyyatları maksimum qısa zamanda başa çatdırmaq lazımdır ki, hətta İrəvanda siyasi dəyişikliklər olsa belə bunun artıq prosesə ciddi təsiri olmasın.

- İstərdim İranın mövqeyi barədə də fikirlərinizi bildirəsiz. İranın Ermənistana gizli yollarla silah yardımı etdiyi bəllidir. İranın belə addım
atmasına səbəb nədir?

- İran bu tip ittihamları qətiyyətlə inkar edir və sözdə də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Buna baxmayaraq, İran ən azı hər iki ölkə ilə münasibətlərini saxlamağa çalışır. Təbii ki, Ermənistan-İran münasibətləri Azərbaycan-İran münasibətlərindən daha yaxın və daha intensivdir. İran daxili siyasi strukturuna görə çox mürəkkəb dövlətdir, amma onun siyasi kəsimi bir məsələdə eyni platformadan çıxış edir: İran siyasətində Azərbaycana qarşı yad münasibət mövcuddur ki, bunun da çoxsaylı səbəbləri var. Məncə 2 əsas səbəbin burda rolunu qeyd etməmək düzgün olmazdı: bu, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ və İsraillə tərəfdaşlığı, bir də İranda yaşayan çoxsaylı azərbaycanlılardır. İranda ölkəmizin inkişaf edəcəyini ölkələrinin birliyinə qarşı təhdid kimi qəbul edirlər.

- İşğalçı Ermənistan təkcə cəbhədə təxribatlara əl atmır. Eyni zamanda, informasiya savaşında da mənfur niyyətindən əl çəkmir. Düşmən tərəfi
iddia edir ki, Azərbaycan ordusunda hansısa ölkənin muzdlu əsgərləri döyüşür. Siz də bilirsiniz ki, bugünkü Azərbaycan ordusu 1990-cı illərdəki özünümüdafiə batalyonlarından təşkil edilməyib ki, hansısa muzdlu döyüşçüyə ehtiyacı olsun. Sizcə, Ermənistan tərəfi bu cür iddiaları səsləndirməklə regionda nə etməyi düşünür?

- Təəssüf ki, bu cür əsassız iddialar təkcə Ermənistan deyil, Rusiyanın və İranın da siyasi dairələri tərəfindən səsləndirilir. Bu günlərdə 3 ölkənin birləşərək antiterror koalisiyası yaratmaq istədiyi haqda məlumatlar da vardı. Görünür, Azərbaycanın apardığı hərbi əməliyyatları çağırışlarla, siyasi təsirlərlə dayandıra bilməyənlər indi də başqa və daha məkrli yollara əl atmağı düşünürlər. Bunun üçün də elə özlərinin uydurduğu çirkin yalanlara istinad edirlər. Amma bu cür məkrli əməllərin mümkün əks-effektləri haqda da düşünsəydilər məncə pis olmazdı.

- Vasitəçi ölkə olan Fransanın mövqeyi, verdiyi açıqlamaları, birmənalı olaraq Ermənistana tərəf olduğunu göstərir. Fransanın Ermənistan
sevdasına səbəb nədir?

- Əsas səbəblər Fransadakı erməni icmasından maddi və siyasi dəstək almaq və bir də Türkiyənin artan rolunun qarşısını almaq istəyidir. Qalanları təfərrüatlardır.

- Ermənilərin Rusiya, Fransa kimi havadarları əməliyyatların dayandırılmasına nail ola bilərlərmi?

- Hələlik buna nail ola bilməyiblər və bundan sonra da nail olacaqlarını təsəvvür eləmirəm. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə yetərincə qərarlıdır və bu gün o, tək deyil. Bizə dəstək verən, dost olan dövlətlər də az deyil və ən başlıcası da xalq buna imkan verməz. Azərbaycan insanı üçün torpaqların işğaldan azad edilməsi qürur məsələsidir. Belə məsələdə isə geri çəkilmirlər.

- Qarabağ müharibəsinin sonunu necə proqnozlaşdırırsınız?

- Hər şey verilən siyasi qərarlardan asılı olacaq. Hələlik bir məqamı dəqiq demək olar: Azərbaycan xalqı, onun ordusu artıq məğlub durumda deyil və inanıram ki, qalib ordu və qalib xalq statusuna da nail olacaq. Bu isə ən əsas hədəfdir, çünki qalib xalqın olacaq, öz gücünə inamı da, iradəsi də.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib? - AÇIQLAMA
Bu gün, 09:42
Ankaradan sanksiya qərarına sərt reaksiya: - Rədd edirik!
Bu gün, 09:40
"“Qərb demokratiyası”nın maskasını çırıb, onun eybəcər sifətini bütün dünyaya nümayiş etdirdilər" - deputat
Bu gün, 09:37
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ - Diqqət!
Bu gün, 09:34
Ermənilər məğlubiyyətin dörd səbəbini açıqladı - “Bütün qonşularla düşmənçilik”
Bu gün, 09:31
Xankəndinə 30 min erməni qaytarıldı?.. - Erməni iddiası...
Bu gün, 09:27
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:23
"AzSığorta" vətəndaşın haqqına girir... - NARAZILIQ...
Bu gün, 09:19
Üç paytaxtdan İrəvan və Parisə xəbərdarlıq - “Qarabağ konflikti artıq yoxdur!”
Bu gün, 09:13
Gömrükdəki limit vətəndaşı çətin duruma salır... - GİLEY
Bu gün, 09:11
“Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi” - Sərdar Cəlaloğlu
Bu gün, 09:04
Fransa Senatı üç dövləti hədəf seçdi - Azərbaycan, Türkiyə və Rusiya...
Bu gün, 09:03
Səhiyyə Nazirliyinin “Covid 19” planı… - İTTİHAM
Bu gün, 08:57
Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa... - ciddi problemlər yarana bilər
Bu gün, 08:51
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
Bu gün, 08:49
Ermənilərin absurd SÖYÜDLÜ DAVASI... - GƏLİŞMƏ
Bu gün, 08:42
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Bu gün, 08:40
"Armenian Report"dan iddia: - “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Bu gün, 08:34
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı - Reaksiya
Bu gün, 08:33
"Üstümüzdə çox ağır bir yük var idi"
Bu gün, 08:31
Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar - Ruslar köç təqvimini qısaltdılar
Bu gün, 08:29
Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib
Bu gün, 08:28
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Bu gün, 08:27
Azərbaycanın Zod həmləsi İrəvanda şok effekti yaradıb – Gözləmirmişlər
Bu gün, 08:25
Azərbaycan əsgəri Ermənistanla sərhəddi təkbaşına çəkir – Erməni iddiası
Bu gün, 08:23
Maradona dəfn edildi
Bu gün, 08:19
Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir - AKTUAL
Bu gün, 08:17
“Çirkli pullar” “əfvə düşür?: Maliyyə amnistiyası gündəmdə - TƏHLİL
Bu gün, 08:16
Hacıqabulda 23 yaşlı gənc bıçaqlanıb
Bu gün, 08:13
“Fransa Qarabağda sülhə gedən yola mina basdırır” - GƏLİŞMƏ
Bu gün, 08:12
Bakıda 17 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Bu gün, 08:07
Bu gün dollar neçəyədir?
Bu gün, 08:06
Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib
Bu gün, 06:51
Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi - Bu mövqe belə heç nəyi dəyişmir
Bu gün, 03:36
Ağsunun icra başçısı vəfat edib
Bu gün, 03:32
Ermənistan parlamentində dava düşüb - VİDEO
Dünən, 18:17
Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir
Dünən, 18:08
Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində KİM İMİŞ?
Dünən, 18:05
"Qarabağ qəhrəmanı" məhv edilib
Dünən, 18:00
"AZƏRMAŞ" ASC cəbhədəki əsgərin maşınını əlindən aldı - AYIBDIR!!!
Dünən, 17:57
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Dünən, 17:54
"Qızım telefonu mənə verir ki, atama zəng et" - Şəhid XTQ-nin həyat yoldaşı
Dünən, 17:45
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Dünən, 17:41
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Dünən, 17:39
“Dnestryanı”nın sabiq Xarici İşlər naziri: - "Maya Sandu çox təhlükəli yol tutub”
Dünən, 17:36
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Dünən, 17:31
Azərbaycanda indiyədək 1665832 koronavirus testi aparılıb
Dünən, 17:28
Azərbaycanda ümumilikdə 106101 nəfər COVID-19-a yoluxub, 1256 nəfər vəfat edib
Dünən, 17:26
Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Dünən, 17:25
“Qarabağdakı xristian abidələri qədim Albaniya mirasıdır”
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru