Bakı polisinə yeni rəis təyin edildi .....                     Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi .....                     30 noyabrda dollar neçəyə olacaq? .....                     Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... .....                     “Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” .....                     Vasif Talıbov yaralı hərbçilərlə görüşüb .....                     Erməni generaldan Paşinyana cavab: .....                     Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq .....                     YAP İdarə Heyətinin iclası keçirilib .....                     Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq .....                     Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib .....                     Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib .....                     Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı .....                     “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” .....                     Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb .....                     Təhsil Nazirliyinin əməkdaşı şəhid olub .....                     Qarabağ savaşı Ermənistana daşınır .....                     Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, .....                     Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq .....                     “Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” .....                     Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? .....                     “Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn” .....                     Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... .....                     "Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" .....                     Polis Oğuzda reyd keçirib .....                     İşin başında Makron özü dayanır .....                     Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb .....                     Koronavirusa yoluxan deputat sağaldı .....                     Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur .....                     Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və... .....                     "Azərxalça" 58 min manata qonaq qarşılayacaq .....                     DYP sürücülərə müraciət edib .....                     Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar .....                     Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək .....                     Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi .....                     Erməni generaldan etiraflar: .....                     “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” .....                     Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”... .....                     “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” .....                     Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub .....                 

“SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR” - İlyas İsmayılov
Tarix: 20-10-2020, 09:32 | Çap et
“SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR”
Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı əks-hücum və düşməni cəzalandırma əməliyyatı uğurla davam etdikcə, müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən hərbi əməliyyatların dayandırılması haqda çağırışlar da getdikcə güclənir. Növbəti dəfə tərəflər arasında “humanitar atəşkəs” elan edilərək, tərəflər sülhə səslənsə də, Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurların danışıqlar formatını və prinsiplərini tamamilə yenilədiyi faktı ortadadır. Hətta indiyədək münaqişənin həllində vasitəçilik missiyasının həvalə edildiyi ATƏT-in Minsk Qrupuna ehtiyacın olmadığı, yeni formatın yaranmasının gərəkliyi fikri də getdikcə dominant mövqeyə keçir.
Mövzuyla bağlı Strateq.az-ın suallarını Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İSMAYILOV cavablandırıb.

– İlyas müəllim, Siz “Hüquqi dövlət: mülahizələr və təkliflər” kitabınızda, eləcə də bütün müsahibə və çıxışlarınızda həmişə vurğulamısınız ki, ATƏT-in Minsk Qrupu Qarabağ problemini həll edə bilməz, onun vasitəçilik missiyasından imtina olunmalıdır. Ancaq Ordumuzun məlum uğurlu əməliyyatlarından sonra Minsk Qrupuna daxil həmsədr ölkələrin yenidən fəallaşdığı hiss olunur və hətta Prezident İlham Əliyevin son çıxışlarından belə anlaşılır ki, Azərbaycan tərəfi Türkiyənin də Minsk Qrupu həmsədrliyində olmasına çalışır. Sizcə, Türkiyənin Minsk Qrupuna həmsədr gəlmə etimalı nə dərəcədə mümkündür?
– Əvvəla, qeyd etmək istəyirəm ki, 27 sentyabrdan bəri, illərlə həsrətində olduğumuz, necə deyərlər, tamarzı qaldığımız yüksək qürur hissləri yaşayırıq. Buna görə xalqın, millətin şərəf və ləyaqətinin yegnə təminatçısı, qarantı olan Ordumuza, əsgər və zabitlərimizə, Ali Baş Komandana təşəkkür etməliyik. Artıq millət dəyişir, onun şəxsi ləyaqət hissləri güclənir.
Sulınıza cavaba gəldikdəsə, dəfələrlə demişəm və bu gün bir daha təkrarlayıram: bu münaqişəyə son qoymağın bircə yolu var – müharibə!
Mən hələ dünya hərb tarixində elə bir nümunəyə rast gəlməmişəm ki, hansısa işğalçı zor görmədən sülh danışıqlarıyla işğal etdiyi ərazilərdən geri çəkilsin. Sülh istəyirsənsə, müharibəyə hazır olmalı, öz döyüş əzmini və iradəni düşmənə göstərməlisən. Bu gücü görməyən düşmən səninlə sülhə gəlməz.
Mən çox şadam ki, Azərbaycan Ordusu son iki həftə ərzindəki uğurlu əks-hücum əməliyyatları ilə mənim indiyədək dediklərimi bir daha sübuta yetirdi. İndi işğalçı Ermənistan da, ona indiyədək havadarlıq etmiş dövlətlər də ona görə hərbi əməliyyatların dayandırılmasını və sülh danışıqlarının bərpasını istəyirlər ki, düşmənin burnu ovulub, o, gücümüzü görüb!
Şanlı Ordumuz cəmisi 3 həftə ərzində göstərdiyi şücaətlə indiyədək zorla bizə sırınan bütün “sülh planları”nı da artıq alt-üst etmiş oldu. Hesab edirəm ki, hətta Ordumuz irəli getməyi dayandırıb indiyədək işğaldan azad etdiyi ərazilərdə möhkəmlənsə belə, cəbhə xəttindəki mövcud durum bizim danışıqlar masasındakı əlimizi xeyli gücləndirəcək.
Ancaq mən heç də düşünmürəm ki, bu danışıqların ATƏT-in Minsk Qrupu formatında yenidən davam etdirilməsi hansısa nəticələr verəcək. ATƏT-in qərarları tövsiyə xarakteri daşıdığından və münaqişə iştirakçısı olan tərəflər üçün də hər hansı məcburi hüquqi öhdəlik yaratmadığından, Minsk Qrupu həmsdərlərinin hətta tam tərkibdə dəyişməsi, lap elə bizim istədiyimiz ölkələrdən formalaşması belə, heç nəyi dəyişməyəcək.
Münaqişə tərəflərinə yüksək təsir və bölgədə sabitləşdirici rol oynamaq imkanları hələlik iki ölkədədir: Rusiyada və Türkiyədə. Hesab edirəm ki, Rusiya və Türkiyənin birgə və fəal iştirakıyla yeni bir format müəyyənləşdirilməli və yalnız bu iki ölkənin zəmanətçi və təminatçı statusuyla sülh danışıqları aparılmalıdır. Bu danışıqlar başlananadəksə, Azərbaycan Ordusu hərbi əməliyyatlarını davam etdirməldir.
– Yəni, hesab edirsiniz ki, Türkiyənin Minsk Qrupuna həmsədrliyindənsə, ayrıca Rusiya və Türkiyə formatı yaranmalıdır?
– Bəli. Hərbi əməliyyatlar başlayan andan etibarən, biz bir daha onu müşahidə etdik ki, tərəflərə daha çox təsiretmə imkanları Rusiya və Türkiyədədir. Üstəlik, yaxın keçmişimizdə Suriya və Liviyada yaşanan olaylar zamanı biz Rusiya və Türkiyənin münaqişələrin həllində birgə əməkdaşlıq imkanlarının uğurlu ola biləcəyini görmüşük. Rusiyanın Ermənistanda vazkeçilməz maraqlarını, Türkiyənin də Azərbaycanın qardaşı olduğunu və onu meydanda tək buraxmayacağı faktını nəzərə aldıqda, hər iki ölkənin bu münaqişədə toqquşma deyil, əməkdaşlıq müstəvisində daha çox şeyə nail ola biləcəkləri ciddi şəkildə düşünülməlidir. Onu da nəzərə alsaq ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putin xarakterli adamlardır, onların regionda toqquşmasını istəyən güclər də az deyil və belə şəraitdə hər iki ölkə daha çox zərər görə bilər, ona görə də mən hər iki liderin Qarabağ məsələsində uzlaşma mövqeyindən çıxış edəcəklərinə daha çox inanıram.
– Sizcə, bu münaqişə ilə bağlı elə bir variant, həll modeli varmı ki, Rusiya və Türkiyə məhz o nöqtədə uzlaşa bilsinlər və bu, savaş tərəflərini də qane etsin?
– Bəli, var. Uzlaşma nöqtəsi ədalət prinsipinin gözlənilməsi, beynəlxalq hüquqa, qanunların aliliyinə hər kəsin hörmət və riayət etməsidir. Mənə xüsusən xoş təsir bağışladı ki, Rusiya prezidenti Putin KTMT-nin münaişəyə müdaxilə imkanları haqda suala cavab verərəkən, “Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır” bəyanatını verdi. Hərbi əməliyyatın gedişi zamanı Rusiya prezidentinin dilindən belə bir bəyanatın səslənməsi bizim üçün çox önəmli idi. Deməli, bununla prezident Putin aydın şəkildə hamıya o mesajı vermiş oldu ki, Rusiya bu münaqişədə məhz beynəlxalq hüququn qorunması prinsipindən çıxış edir və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətlə yanaşaraq, onun öz dövlət sərhədləri çərçivəsində torpaqlarının işğalçılardan təmizləmə əməliyyatına başlamasını qanuni sayır. Bir daha vurğulayıram ki, bu, mövcud situasiyada və gələcək danışıqlar prosesində Rusiyanın tutacağı mövqeni bilmək üçün bizim üçün çox vacib bəyanat idi…
– Ancaq ermənilər danışıqlarda beynəlxalq hüququn başqa bir prinsipini – “millətlərin öz müqəddəratını təyin etmə hüququ”nun olmasına istinad edirlər və danışıqlarda da bu prinsipin əsas götürülməsini tələb edirlər. Rusiya da indiyədək Ermənistandakı maraqları naminə, onları müdafiə edib.
– Əvvəla, dəfələrlə demişəm, yenə də təkrar edirəm: ermənilərin bu tələbi tamamilə əsassızdır, beynəlxalq hüququn “millətlərin öz müqəddəratını təyinetmə prinsipi” Dağlıq Qarabağda yaşayan ermənilərə qətiyyən şamil edilə bilməz! Şamil edilərsə, bu, çox pis bir presedentin əsasını qoya, dünya nizamını və beynəlxalq hüququ alt-üstə ed bilər və bundan da ən çox zərbə alan elə Rusiyanın özü olar!
– Niyə hesab edirsiniz ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ ermənilərinə şamil edilə bilməz?
– Çünki ermənilər bir millət kimi, öz müqəddəratını təyinetmə hüququndan artıq istifadə edib, öz dövlətlərini – Ermənistan Respublikasını yaradıblar. Bunu onlar da bilirlər, lakin çalışırlar sübut etsinlər ki, guya, Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indi isə “Artsax xalqı”. Bu yalana da insanları inandırmağa çalışırlar. Halbuki orada yaşayanlar ermənilərdir, onlar da xalq deyil, sakindirlər. BMT-nin sözügedən prinsipinin də onlara heç bir aidiyyəti yoxdur.
Bilməliyik ki, Dağlıq Qarabağda xaricdən təşkil olunan terrorçu, separatçı hadisələr baş vermişdir. Bunu böyük müəllimimiz və tərbiyəçimiz olan cənab tarix də sübut edir. Uinston Çörçil də həmişə üzünü gənclərə tutub deyərdi: “Tarixi öyrənin, orada dövlət idarəçiliyinin bütün sirləri cəmlənmişdir”.
Xatırladım ki, 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada “Daşnaksütyun” partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ var idi: Ermənistanın ərazisini genişləndirmək və bu işə də haradan başlanacağını müəyyən etmək. Türkiyə güclü dövlət olduğundan, onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan – Dağlıq Qarabağdan, ya da Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda cəmi bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub da göndərdilər və onu əmin etdilər ki, bu, Rusyanın maraqlarına uyğundur.
Bu qərarın həyata keçirilməsinin nəticələri göz qabağındadır – Dağlıq Qarabağ və ətrafdakı 7 rayon terrorçular tərəfindən işğal olundu. Bu terrorçu-separatçı hərəkatdan sonra da heç bir dövlət qurula bilməz.
İndi ermənilərin məntiqi ilə, harada kompakt şəkildə erməni yaşayır, onlara mütəqil dövlət statusu vermək lazımdır. ABŞ-da, Rusiyada Qarabağdakından çox erməni yaşayır, getsinlər, görək, o ölkələrdə özlərinə yeni dövlət qura bilərlərmi?! Təbii ki, yox və dünya onlara gülər… Hətta nəinki gülər, belə təşəbbüslər ən sərt tədbirlərlə elə yerindəcə boğular. Heç uzağa getməyin, xatırlayın Çeçenistan hadisələrini. Rusiya özü məgər çeçenlərə divan tutmadı ki, niyə öz dövlətlərinə qarşı qiyam qaldırıblar, müstəqillik tələb edirlər?! Yaxşı, özlərində gələndə zor tətbiq etmək olar, bizə gələndə yox?!
Məncə, Rusiya da, ABŞ da, Fransa da, elə qonşu İran da anlamaldır ki, ermənilərin bu məkrli yalanlarına rəvac versələr, ən böyük zərəri gələcəkdə özləri görəcəklər…
– Dediniz ki, Dağlıq Qarabağda baş verən hadisələr terrorçu-separatçı hərəkatdır və belə hərəkatlardan sonra hər hansı dövlət də qurula bilməz. Eyni zamanda, 27 sentyabrdan üzübəri cəbhə xəttində dəyişən vəziyyətin danışıqlar masasında əlimizi xeyli gücləndirəcəyini də vurğuladınız. Sizcə, sülh danışıqları başlayarsa, Azərbaycan indiyədək danışıqlarda tutduğu mövqe və prinsiplərdən çıxış edəcək, yoxsa fərqli şərtlər irəli sürəcək?
– Son Gəncə hadisələri – dinc sakinlərin yaşayış yerinin, mülki əhalimizin məqsədli şəkildə ermənilər tərəfindən dağıdıcı raket atəşinə tutulması və günahsız insanların qətlə yetirilməsi bir daha Ermənistanın terrorçu dövlət olduğunu, terrorizmi dövlət siyasətinə çevirdiyini sübuta yetirdi və onları beynəlxalq miqyasda tam ifşa etdi. Terrorçuya isə, dediyim kimi, heç bir halda güzəştə getmək olmaz! Zərrə qədər güzəşt bölgədə dövlət terrorunun daha da güclənməsinə, “çiçəklənməsinə” və yayılmasına rəvac verə bilər. Ona görə də Azərbaycan tərəfi Ermənistan tam şəkildə təslim olana – işğalçı qoşunlarını Qarabağ ərazisindən birdəfəlik çıxarmağa razılaşanadək, hərbi əməliyyatları davam etdirməlidir.
Üstəlik, Cəbrayılın, Hadrutun və Füzulinin alınması, Xocavənd, Ağdərə və Kəlbəcər istiqamətində çox strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi o deməkdir ki, indiyədək masada olan “5+2” planı, ətraf əraziləri qaytarmaq əvəzinə yüksək muxtariyyət tələbi də tamamilə alt-üst olub. Deməli, yeni şərait yeni şərtlərin, yeni prinsiplərin müəyyənləşdirilməsi zərurətini ortaya qoyacaq. Və ən əsası, indi bu şərtləri Ermənistan yox, Azərbaycan diktə edəcək.
– Ancaq Azərbaycan cəmiyyətində çox böyük narahatlıq var ki, Rusiya vəziyyətdən istifadə edərək, sülhməramlı adıyla yenidən Qarabağa yerləşə bilər…
– Buna heç bir halda razılıq vermək olmaz! Azərbaycan yalnız bir şərtlə sülhməramlıların gəlişinə razılaşa bilər ki, onlar keçmiş DQMV-nin inzibati sərhədləri boyu deyil, Ermənistanla Azərbaycanın sərhədi boyu yerləşsinlər. Paralel şəkildə, biz də Türkiyənin eyni qaydada həmin sərhədboyu ərazidə yerləşməsini təkilf etməliyik.
– Sizcə, Rusiya sülhməramlı məsələsində israr edəcəkmi?
– Rusiya Ermənistanın getdikcə onun təsirindən çıxmağa çalışdığını aydın görür. Paşinyan və komandası rusların gözündə satqın və Qərb agenturası kimi qəbul edilir. Hətta Rusiyanın narahatçılığı var ki, Paşinyan komandası hansısa təxribatlar təşkil edərək 102-ci bazanın Ermənistandan çıxma tələbini qaldıra bilərlər. Çünki Paşinyan Ermənistanı NATO-ya aparmağı hədəfləyibsə, bu baza Ermənistandan çıxarılmalıdır. Rusların belə bir qorxusu var və bu qorxu, onların etirazlarına baxmayaraq, məşhur “Amulsar” qızıl mədəninin Qərb şirkətlərinə verilməsindən, Ermənistanda Qərb QHT-lərinin güclənməsinə şərait yaradılmasından və eləcə də hakim komandanın əsasən əsasən Qərbyönümlü şəxslərdən təşkil edilməsindən sonra daha da artıb. Bu durumda Azərbaycan hərbi əməliyyatları davam etdirdikcə, Paşinyanın Rusiyanın dəstəyinə daha böyük ehtiyacı yaranacaq və yaranıb da. Artıq Azərbaycan Prezidentinin özü dedi ki, qoy, Paşinyan gedib Putinə minnətdar olsun ki, Rusiya prezidenti onu xilas etdi.
Hesab edirəm ki, Rusiya Ermənistanda hərbi varlığını saxlamaq üçün Ermənistan tərəfinin xahişi əsasında sülhməramlı adı altında Azərbaycanın Ermənistanla sərhədlərində yerləşə bilər. Onsuz da Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur, bundan sonra bu sıraya Azərbaycanla sərhədlər də daxil edilə bilər.
– Sizcə, Rusiya bu durumdan faydalanıb Azərbaycan ərazisində – Dağlıq Qarabağda da hərbçilərinin yerləşdirilməsini istəyərmi?
– Azərbaycan buna heç vaxt razılıq veməz. Həm də Azərbaycan Rusiyaya indiyədək kifayət qədər güzəştə gedib. Mən təkcə 2018-ci ilin 12 avqustunda Astanada 5 Xəzəryanı ölkənin iştirkıyla imzlanmış Xəzər Konvensiyasına diqqəti çəkmək istəyirəm. Bu Konvensiya NATO-nun Xəzərə gəlməsinin qarşısını almaqla yanaşı, həm də Rusiyaya Xəzərdə ən güclü hərbi donanma saxlamaq imkanı verir. Xəzərdən Suriyaya raket zərbələri endirməklə Rusiya göstərdi ki, bu akvatoriyada o hərbi baxımdan çox güclüdür. Rusiyanın artıq Qarabağda da yerləşməsinə ehtiyac yoxdur. Ermənistanda isə var. Çünki bu dövləti Rusiya özü qurub.
Söhbətləşdi: Mətin RƏŞADOĞLU
Strateq.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı polisinə yeni rəis təyin edildi
Bu gün, 18:06
Paşinyanın ətrafı dağılır: Daha bir nəfər getdi
Bu gün, 17:00
30 noyabrda dollar neçəyə olacaq?
Bu gün, 16:55
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Bu gün, 16:51
“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH
Bu gün, 16:45
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Bu gün, 16:43
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Bu gün, 16:41
Azərbaycanda müşayiətsiz qalan əcnəbi uşaqlarla bağlı məlumat bazası yaradılacaq
Bu gün, 16:36
YAP İdarə Heyətinin iclası keçirilib
Bu gün, 16:22
Üç yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Bu gün, 16:15
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Bu gün, 16:10
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib
Bu gün, 16:04
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - deputat
Bu gün, 16:02
“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq” - XİN başçısı
Bu gün, 15:48
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Bu gün, 15:42
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Bu gün, 15:37
Qarabağ savaşı Ermənistana daşınır - Paşinyan
Bu gün, 15:33
Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi
Bu gün, 15:30
Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq - Rusiya XİN
Bu gün, 15:22
“Şəhid ailələri və qazilərin ehtiyacları bu formada müəyyənləşdirilə bilər” - deputat
Bu gün, 13:08
Azərbaycanda koronavirus peyvəndi sınaqdan keçirilib? - TƏBİB-dən rəsmi cavab
Bu gün, 13:04
“Araik Rüstəm Muradovla danışdı, dedilər ki, burda heç kim qalmasn”
Bu gün, 13:02
Gizli danışıqlar: Ermənistan bu əraziləri də itirəcək... - Vartanesyan
Bu gün, 13:00
"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq" - ekspert
Bu gün, 12:59
Polis Oğuzda reyd keçirib
Bu gün, 12:57
İşin başında Makron özü dayanır - Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır
Bu gün, 12:56
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanması qaydası açıqlanıb
Bu gün, 12:52
Koronavirusa yoluxan deputat sağaldı
Bu gün, 12:51
Sabah küçələrə çıxmamağınız tövsiyyə olunur
Bu gün, 12:42
Qarabağdakı savaşa "FRANSIZ QALAN" Fransa və...
Bu gün, 12:40
"Azərxalça" 58 min manata qonaq qarşılayacaq
Bu gün, 12:36
DYP sürücülərə müraciət edib
Bu gün, 12:34
Hərbiçilərimiz Murovdağda belə çətin şəraitdə xidmət aparırlar - VİDEO
Bu gün, 12:30
Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək - Eşq olsun!!!
Bu gün, 12:28
Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi
Bu gün, 12:26
Erməni generaldan etiraflar: - “PUA görəndə məni atıb qaçdılar”
Bu gün, 12:19
“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Bu gün, 12:17
Donetskdə gərginləşmə: “Qrad” və “Bayraqdar”...
Bu gün, 12:16
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert
Bu gün, 12:14
Putinin illik böyük mətbuat konfransının vaxtı məlum olub
Bu gün, 12:11
5 tenderi bir şirkət uddu
Bu gün, 12:10
Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Bu gün, 12:03
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
Bu gün, 12:01
Türk ordusunun bölgəyə gəlişinə hüquqi və fiziki maneə yoxdur - GƏLİŞMƏ
Bu gün, 11:58
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı
Bu gün, 11:56
Yaralı əsgərimiz üçün SƏFƏRBƏR OLMAQ ZAMANIDIR!!! - MİLLƏTƏ ÇAĞIRIŞ!
Bu gün, 11:55
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Bu gün, 11:48
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
Bu gün, 11:47
Ermənistan bu gün də itkilərini açıqladı
Bu gün, 11:46
"Yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər" - Məşhur alim
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru