Daha 1 qəsəbə və 20 kənd işğaldan azad edilib .....                     “Elə bil, min illik həbsxanadan buraxıldım” .....                     Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir .....                     Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı .....                     Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır .....                     “3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” .....                     “Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” .....                     Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər .....                     “Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” .....                     Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır .....                     “Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ .....                     Düşmən daha 40 leşini etiraf etdi .....                     Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb .....                     ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama .....                     Azərbaycan turizmi “ayaq üstə” necə qalır? .....                     AMB-yə yeni səlahiyyət verilir .....                     Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: .....                     Ermənistana silah qaçaqmalçılığı davam edir .....                     Metro bağlandı, taksi qiymətləri yenidən artdı .....                     Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Bir igidin ömrü qədər gözləmişik bu anları" .....                     "Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında .....                     "Yerli gəldi, yersiz qaç!" .....                     "Sərt karantin rejiminə keçməliyik" .....                     “Gürcüstan dövləti faktiki olaraq məhv olunub” .....                     Kamikadze PUA-larımız hərb tarixini dəyişdi .....                     Oljas Süleymanov xalqımıza müraciət etdi: .....                     Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir .....                     "Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" .....                     Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? .....                     Ermənistanda son durum: .....                     "Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" .....                     “Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır” .....                     "Muğan Bank" 3 filialını bağladı .....                     “Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək” .....                     Ordumuzun "Dağlarda yas" əməliyyatı... .....                     İƏT Parlament İttifaqından Azərbaycana dəstək: .....                     Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” .....                     Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir .....                 

“Təmkinimizi gözləməliyik, mülki əhalini qoruma altına almalıyıq, hava hücumundan müdafiə sistemləri qurmalıyıq” - deputat
Tarix: 17-10-2020, 12:50 | Çap et
“Təmkinimizi gözləməliyik, mülki əhalini qoruma altına almalıyıq, hava hücumundan müdafiə sistemləri qurmalıyıq”
Erməni barbarlığı, erməni neofaşizmi və namərdliyi öz qatil simasını növbəti dəfə Gəncədə göstərdi. Bu, son iki həftədə Gəncədə ikinci terrordur.

Düşmənin silahlı qüvvələri müzəffər Ordumuz qarşısında acizliyinə görə heyfini, acığını dinc insanları terror etməklə çıxmağa çalışır.

Musavat.com xatırladır ki, bu gecə Gəncədə insanların yatdığı saatlarda yaşayış evlərinə atılan raket nəticəsində 13 mülki şəxs həlak olub, 50-dən çox yaralı var.

Bu, Paşinyan rejiminin və erməni terrorçularının Çauşevski, Miloşeviç, Əsəd kimi qatillərdən fərqinin olmadığını göstərir.

Elə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “twitter” hesabında yazıb ki, SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir.

Azərbaycan prezidenti İlham Əliyev isə səhər saatlarında xalqa müraciətində bildirdi ki, dinc sakinləri vurmaq namərdlikdir, faşizmdir və onların cavabı döyüş meydanında veriləcək.

Elə bu terrora ən layiqli cavabı da prezident müraciətində açıqladı - Füzuli şəhəri tam azad olunub.

Əslində, Səddam yolu gedən Paşinyanın ölkənin ikinci şəhəri sayılan Gəncəni vurmaqda niyyəti də işğal etdikləri əraziləri itirə-itirə göz qorxutmaq, irəliləyən Ordumuzun yürüşünə mane olmaqdır. Düşmən işarə verir ki, paytaxt Bakıya da raket ata bilər.

Eyni zamanda bu terrorla Azərbaycan tərəfini Ermənistanın öz ərazisini, İrəvanı vurmağa təhrik edir. Bununla bəhanə axtarır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin.

Bəs bu halda necə etməliyik? İrəvanı və digər nöqtələri vurmalıyıq, yoxsa yenə təmkin, səbr nümayiş etdirməliyik?

Əgər düşmən Bakını vursa, buna İrəvanla adekvat cavab verməliyik, yoxsa KTMT və üçüncü qüvvələrə arqument qazandırmamalıyıq?

Suallarımızı cavablandıran deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, şəhərlərimizi qorumalıyıq və təmkin göstərməliyik.

F.Mustafanın fikrincə, ilk növbədə döyüş meydanında uğurları artırmalıyıq və əsas hədəf Qarabağdır: “Gəncəni vurmaq başqa qüvvələri müharibəyə qoşmaq, hədəfdən yayındırmaq cəhdidir.

Ona görə biz təmkinimizi gözləməliyik. Biz mülki əhalini qoruma altına almalıyıq, hava hücumundan müdafiə sistemləri qurmalıyıq. Eyni zamanda Qarabağda hərbi əməliyyatları daha da genişləndirməliyik”.

Deputat hesab edir ki, ermənilərin Gəncəni vurması məğlubiyyətin simptomlarıdır: “Onlar dinc əhalini vurmaqla məğlubiyyəti etiraf edirlər. Beynəlxalq təşkilatların münasibəti isə adekvat deyil.

Onlar özlərini erməni vəhşiliyinin ardıcılları kimi aparırlar, əvvəllər olduğu kimi eyni mövqedən çıxış edirlər. Beynəlxalq təşkilatların davranışı insanlıq əxlaqına uyğun deyil.

Onların nə zamansa bizə təklifi olanda, qulaqlarından tutub yola salmalıyıq ki, gedin, işinizlə məşğul olun”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov saytımıza qeyd etdi ki, Azərbaycanın dinc erməni əhalisi ilə heç bir işi yoxdur və onları hədəf almaq niyyəti güdmürük.

“Prezident xalq müraciətində də bəyan etdi ki, mülkilərlə işimiz yoxdur və olmayacaq. Azərbaycan işğalçı qüvvələri məhv edir və tezliklə bütün torpaqlarımızdan çıxacaqlar.

Biz sözümüzə sona qədər sadiqik, dinc insanları vurmayacağıq və heç kim narahat olmasın, düşmənin bütün hərbi hədəfləri sıradan çıxarılır”, - deyə hərbi ekspert vurğuladı.

Ü.Cəfərovun sözlərinə görə, Ermənistan üçüncü qüvvəni müharibəyə cəlb etmək üçün dəridən-qabıqdan çıxır: “Amma alınmadı. Azərbaycanın haqq işinə kimsə haram qata bilməz.

Və onu da unutmasınlar ki, bu gün üzümüzə gülüb, arxada iş görənlər müharibədən sonra layiqli münasibəti bizdən görəcəklər. Ölkə başçısının dediyi kimi, bu savaşda dostumuzu və düşmənimizi tam şəkilə ayırd edə bildik”.

Hərbi ekspertin fikrincə, Paşinyan Gəncədə dinc insanları vurmaqla Ermənistan ərazisinə raket atmağımızı arzulayır:

“İstəyirlər ki, həşir qoparsınlar, KTMT-dən kömək diləsinlər, amma bu fitnəkarlıqları nəticə vermədi. Biz rayonlarımızı azad etməklə məşğuluq.

Yeri gəlmişkən, sabaha da xoş xəbərlərimiz olacaq. Xoş xəbərlər ondan ibarətdir ki, əsgərlərimiz inamla irəliləyir, rayonlar, qəsəbələr, strateji ərazilər nəzarətimizə keçir.

Sözsüz ki, itkilərimiz bizi sızladır, ürəyimizi ağrıdır. Amma xalqımız bilir ki, bu, Vətən müharibəsidir, haqq davamızdır. Ən əsası, Prezident açıq şəkildə dedi ki, Şuşasız bu iş yarımçıq qalar”.

Politoloq Zaur Məmmədov da bildirdi ki, Ermənistanın əsas istəyi Azərbaycanı təxribata sürükləməkdir:

“Onlar istəyir ki, erməni mülki əhalisini vuraq, sonra şəkilləri dünya ictimaiyyətinə yaysınlar, hay-küy salsınlar.

Əgər Gəncə hadisələri Ermənistanda törədilsəydi, beynəlxalq qurumlar indi bar-bar bağırırdılar, bizi ittiham edirdilər. Amma bu gün biz ikili standartlarla üzləşmişik”.

Siyasi ekspertin sözlərinə görə, Füzulinin azad olunması xəbərini almağımız düşmənə agah idi və Azərbaycana qarşı bu təxribata əl atdılar:

“Ordumuzla döyüşə bilməyən qorxaq ermənilər mülki əhalimizə terror etdi. Buna dünya susqun dayanmamalıdır.

Görünür ki, bundan qabaqkı Gəncə terrorunda beynəlxalq aləm tərəfindən qınanılmayan Ermənistan şirnikləndi və yenidən terrora əl atdı.

Bununla Paşinyan erməni xalqına quyu qazır və onlara baha başa gələcək. Biz Qarabağda qalib gəlməklə sözümüzü deyəcəyik.

Prezident də xalqa müraciətində söylədi ki, Ermənistan öz istəyinə çatmayacaq, mülki əhaliyə atəş açmayacağıq”.
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha 1 qəsəbə və 20 kənd işğaldan azad edilib - Video
Bu gün, 00:49
“Elə bil, min illik həbsxanadan buraxıldım”
Dünən, 18:06
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Dünən, 17:59
Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı
Dünən, 17:54
Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır
Dünən, 17:51
“3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” - AÇIQLAMA
Dünən, 17:49
“Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” - ekspert
Dünən, 17:47
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Dünən, 17:45
“Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” – Koronavirusun payız dalğası
Dünən, 17:44
Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır
Dünən, 17:39
“Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ - Elməddin Cəfərov
Dünən, 17:37
Düşmən daha 40 leşini etiraf etdi - SİYAHI
Dünən, 17:36
Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb
Dünən, 17:34
ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama
Dünən, 17:32
Azərbaycan turizmi “ayaq üstə” necə qalır? - ARAŞDIRMA
Dünən, 17:22
AMB-yə yeni səlahiyyət verilir
Dünən, 17:16
Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: - “Bizim üzərimizdən Ermənistana desant endirə bilməzsiniz”
Dünən, 17:14
Ermənistana silah qaçaqmalçılığı davam edir - Yeni faktlar
Dünən, 17:11
Metro bağlandı, taksi qiymətləri yenidən artdı - AÇIQLAMA
Dünən, 17:09
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub - Gündəlik
Dünən, 17:08
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
"Bir igidin ömrü qədər gözləmişik bu anları"
Dünən, 16:53
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında - FOTO
Dünən, 16:52
"Yerli gəldi, yersiz qaç!"
Dünən, 16:49
"Sərt karantin rejiminə keçməliyik" - AÇIQLAMA
Dünən, 16:47
“Gürcüstan dövləti faktiki olaraq məhv olunub” - Saakaşvili
Dünən, 16:45
Kamikadze PUA-larımız hərb tarixini dəyişdi - Düşmənin məhv edilən “S-300”ləri
Dünən, 16:43
Oljas Süleymanov xalqımıza müraciət etdi: - "Azərbaycan öz gücü ilə torpaqlarını azad edir"
Dünən, 16:41
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir - Müdafiə Nazirliyi
Dünən, 16:29
"Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" - Rusiyalı politoloq
Dünən, 16:27
Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? - Nə gözlənilir?
Dünən, 16:26
Ermənistanda son durum: - ordu üçün 2 dollar və ya "jengəlov xaç" çıxış yolu deyil
Dünən, 16:22
"Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" - Kamran Əliyev
Dünən, 16:10
“Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır”
Dünən, 16:08
"Muğan Bank" 3 filialını bağladı
Dünən, 16:06
“Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək”
Dünən, 16:04
Ordumuzun "Dağlarda yas" əməliyyatı... - ŞUŞAYA QAYIDACAĞIQ!!!
Dünən, 16:00
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: - Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dünən, 15:57
Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” - Bunların başları tam qaçıb...
Dünən, 15:56
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir - XİN
Dünən, 15:55
Ermənistanın Rusiyaya növbəti xəyanəti - AÇIQLAMA
Dünən, 15:35
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Dünən, 15:29
“Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı” - deputat
Dünən, 15:22
Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı
Dünən, 15:20
PUTİN PAŞİNYANI ƏLƏ SALIB... - Erməni komandirlər isə İrəvanı təslim olmağa çağırır
Dünən, 15:18
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
Dünən, 15:13
“Azərbaycan xalqı Böyük Qayıdışın astanasındadır”
Dünən, 15:11
Azərbaycan və Türkiyənin ombudsmanları Gəncədədir
Dünən, 15:09
Arayik Arutyunyan erməni xalqına yalvardı
Dünən, 14:40
Paşinyan üçün son həftə: - “ASALA onu ya öldürəcək, ya da…”
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru