“Elə bil, min illik həbsxanadan buraxıldım” .....                     Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir .....                     Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı .....                     Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır .....                     “3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” .....                     “Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” .....                     Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər .....                     “Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” .....                     Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır .....                     “Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ .....                     Düşmən daha 40 leşini etiraf etdi .....                     Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb .....                     ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama .....                     Azərbaycan turizmi “ayaq üstə” necə qalır? .....                     AMB-yə yeni səlahiyyət verilir .....                     Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: .....                     Ermənistana silah qaçaqmalçılığı davam edir .....                     Metro bağlandı, taksi qiymətləri yenidən artdı .....                     Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Bir igidin ömrü qədər gözləmişik bu anları" .....                     "Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında .....                     "Yerli gəldi, yersiz qaç!" .....                     "Sərt karantin rejiminə keçməliyik" .....                     “Gürcüstan dövləti faktiki olaraq məhv olunub” .....                     Kamikadze PUA-larımız hərb tarixini dəyişdi .....                     Oljas Süleymanov xalqımıza müraciət etdi: .....                     Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir .....                     "Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" .....                     Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? .....                     Ermənistanda son durum: .....                     "Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" .....                     “Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır” .....                     "Muğan Bank" 3 filialını bağladı .....                     “Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək” .....                     Ordumuzun "Dağlarda yas" əməliyyatı... .....                     İƏT Parlament İttifaqından Azərbaycana dəstək: .....                     Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” .....                     Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir .....                     Ermənistanın Rusiyaya növbəti xəyanəti .....                 

“Torpağımız azad olunan kimi Amerikadan ölkəmə qayıdacam” - Qubad İbadoğlu
Tarix: 17-10-2020, 10:06 | Çap et
“Torpağımız azad olunan kimi Amerikadan ölkəmə qayıdacam”
Qüdrətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etmək uğrunda əməliyyatları davam edir. Ordumuz, Azərbaycan dövləti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Vətəndaşlarımız hərə öz sahəsində əlindən gələn dəstəyini əsirgəmir.

İşğalçıya qarşı mübarizə bütün sahələrdə aparılır. Bu istiqamətlərdən biri də xaricdə, müxtəlif ölkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. Bu prosesdə xaricdə yaşayan soydaşlarımız aktiv iştirak edirlər. Onların arasında iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu da var.

Əslən Füzuli rayonundan olan Q.İbadoğlu ABŞ-dakı soydaşlarımızın Qarabağ uğrunda birləşməsi istiqamətində gərgin fəaliyyət göstərir. Onunla müsahibəni diqqətinizə təqdim edirik.

- Qubad bəy, Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirsiniz: planlı və strateji hədəflərə yönəlmiş əməliyyatlardır, yoxsa?..

- Hesab edirəm ki, Azərbaycan Ordusu artıq birinci mərhələdə öz işini uğurla həyata keçirib. Xilaskar ordumuz işğal altında olan ərazilərimizin ən azı 5,5 faizini azad edib. Rəşadətli əsgərlərimizin qanı, canı bahasına başa gələn bu torpaqlar həm də müzəffər ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Bu torpaqlar artıq bir daha yağı işğalı altında olmayacaq. İnanıram ki, müzəffər ordumuzun yürüşü davam edəcək və biz həm Qarabağ ətrafını, həm də Qarabağı mənfur düşmənlərdən azad edəcəyik.

Bütövlükdə Azərbaycanın mövqeyini ədalətli, Azərbaycan Ordusunu xilaskar hesab edərək, ilk gündən ordumuzu tam dəstək xətti seçmişəm. Əsas məqsədim döyüşən ordunun əzminin yüksək olması üçün arxa cəbhədə milli birliyin möhkəmlənməsinə yardım olub. İndiyədək apardığım informasiya siyasəti də buna hədəflənib. Milli ruhun yüksək olması müharibədə qələbənin demək olar ki, yarısıdır. Müharibəni xalq, döyüşü ordu aparır. Bu gün mənim üçün ən vacib olan xalqımızın birliyi və həmrəyliyidir, arxa cəbhə ilə ön cəbhənin bərabər çalışmasıdır. Bu isə xalqda həmişə ordumuza inamın olmasını tələb edir. Mən də çalışıram ki, ordumuzun qəhrəmanlıqlarını, şücaətini təbliğ etməklə ona inamı indi olduğu kimi həmişə yüksək saxlayaq, xalq öz dəstəyini ardıcıl və sistemli şəkildə davam etdirsin. Bu istiqamətdə əsas gördüyüm iş ondan ibarətdir ki, Azərbaycan xalqına yalnız pozitiv informasiya axınını yönəldirəm. Belə informasiya axını məlumatların mötəbər mənbələrdən əldə olunmasına əsaslanmalıdır. Odur ki, öz fəaliyyətimdə də çalışıram ki, rəsmi informasiyalara üstünlük verim, xalqın artan ehtiyaclarının ödənməsinə, Müdafiə Nazirliyinin informasiya siyasətinə dəstək olum.

İndiyə qədər olan əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, rəşadətlidir. Ordumuzun texniki səviyyəsi, texniki silahlanma səviyyəsi yüksəkdir. Ordumuz texnoloji müharibəyə hazırdır. Ordumuz eyni zamanda öz torpağı uğrunda döyüşdüyü üçün xilaskardır. Bu müharibə onu da göstərdi ki, ordumuzu idarə edənlər, Qarabağda döyüşləri aparanlar çox ağıllı hərbi strategiya seçiblər, taktikaları da uğurludur. Bu taktika minimum canlı itkiyə, maksimum yüksəkliklərin fəth edilməsinə hədəflənib. Ona görə də baxmayaraq ki, ordudan gözləntilər çoxdur, insanlar torpaqlarımız sürətlə işğaldan azad olunmasını istəyirlər, biz həm torpaqlarımızın azad olduğunun şahidi oluruq, həm də minimum itkiylə qələbə qazanırıq.

Ordumuzun strategiyasında yer alan vacib məsələlərdən biri də Qarabağdakı erməni-rus hərbi birləşmələrinə xidmət edən infrastrukturun sıradan çıxarılmasıdır. Bu infrastrukturdan Qarabağda yalnız və yalnız şər məqsədlərlə istifadə olunur. Ordumuz istisnasız olaraq bu infrastruktura zərbələr endirir. Amma qarşı tərəf işğalçı mahiyyətinə uyğun olaraq dinc sakinləri, müharibədən kənar ərazilərdəki mülki obyektləri hədəf alır. Bu, ermənilərin bu müharibədə nə qədə azğın, nə qədər ədalətsiz mövqedə olduğunu sübut edir.

- Sizcə, ermənilərin Rusiya, Fransa kimi havadarları əməliyyatların dayandırılmasına nail ola bilərlərmi?

- Ermənilər çalışırlar ki, hərbi əməliyyatların dayandırılmasına nail olsunlar. Bu işdə siz dediyiniz və digər ölkələrdəki havadarlarından dəstək almağa çalışırlar. Eyni zamanda, beynəlxalq aləmə yalan məlumatlar yayırlar. Təsəvvür edin ki, müharibəni yeni müharibə kimi qələmə verirlər, guya hərbi əməliyyatlarda terrorçular Azərbaycan tərəfdən vuruşur, Türkiyə bunu təşkil edir və sair. Elə bir fon yaradırlar ki, guya Azərbaycan və Türkiyə ermənilərin genosidini həyata keçirir. Təəssüf ki, beynəlxalq ictimaiyyət hələ də bilmir ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir, Azərbaycan torpaqları 27 il əvvəl işğal olunub. Bununla onlar özlərini maskalayırlar, keçmişdə olanları, xüsusilə BMT qətnamələrini arxa plana atmaq istəyirlər.

Fəaliyyət göstərdiyim ABŞ-da onların bütün fəaliyyətlərini izləyirəm. Təəssüf hissi ilə qeyd edim ki, bu gün (oktyabrın 15-də) Miçiqan ştatı Konqresinin nümayəndələr palatası Türkiyə və Azərbaycan əleyhinə qətnamə qəbul edib. Ştat səviyyəsində və aşağı palatada qəbul olunan qətnaməyə yuxarı palata da müsbət rəy versə, hüquqi status qazanacaq. Düşünürəm ki, bu prosesdə seçkilər mühüm rol oynayır. ABŞ-da erməni seçicilərinin sayı çox olduğuna görə hər seçkiqabağı namizədlər onların mövqeyinə uyğun bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, prezidentliyə namizəd Co Bayden də məhz bu səbəbdən erməniləri sevindirən fikirlər səsləndirib. Seçilərsə, ABŞ dərin dövlətinin tələblərinə uyğun fəaliyyət göstərəcək. Bu baxımdan, ciddi bir narahatlığım yoxdur. Ümumiyyətlə, ABŞ-da həmişə respublikaçılar Azərbaycanla bağlı daha ədalətli mövqe tuturlar. Tramp hazırda respublikaçıların namizədi olaraq seçkiyə qoşulub.

- Bəs Avropada gedən prosesləri necə dəyərləndirirsiniz? Fransada qondarma DQR-in tanınması üçün qanun layihəsi hazırlanıb.

- Avropadakı prosesləri də yaxından izləyirəm. Fransada erməni lobbisinin güclü olmasına baxmayaraq, bu ölkənin o layihəni qəbul edəcəyini düşünmürəm. Avropanın, Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu hər iki çevrədə yüksək qiymətləndirirlər. Onlar hətta ən ağır qərarlar, sanksiyalar versələr belə, onlar Azərbaycana şamil olunmayacaq. Azərbaycan nefti və qazının Avropaya yolunu bağlamağa heç kim səs verməyəcək. Odur ki, narahatlıq keçirsək də, bilirik ki, sonda ədalət zəfər çalacaq, bizim haqq səsimizi eşidənlər daha da çoxalacaq.

- ABŞ-da Azərbaycanın haqlı mövqeyini çatdırmaq üçün hansı işlər görülür?

- Yaşadığım Nyu-Cersi ştatında demokratlar üstünlüyə malikdir. Burada da ermənipərəst senator və konqresmenlər var. Onlar da ümumamerika səviyyəsindəki təşəbbüslərdə aktiv rol oynayırlar. Buna görə də mən ilk növbədə onları məlumatlandırmaq, Azərbaycanın haqlı tərəf olduğunu onlara çatdırmaq üçün sənədlər hazırlayıb onlar çatdırıram. Tvitterdə çox fəalam, ingilisdilli auditoriya üçün ingilis dilində mövqeyimizi çatdıran postlar yayıram. Bütün sosial şəbəkələrdə bu işi görürəm. Bundan əlavə, ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları və icma rəhbərlərini Qarabağ Forumunda bir araya gəlməsinin təşəbbüskarı oldum. Biz birləşdik, bir platforma yaratdıq, hazırda aldığımız qərarların icrası ilə məşğuluq. Müxtəlif ştatlarda yerləşən diaspor təşkilatlarımızla müxtəlif tədbirlər hazırlayıb keçiririk, lazımi sənədlər hazırlayıb yayırıq. Eyni təşəbbüslə Avropadakı təşkilatlarımızın birləşməsi təşəbbüsü ilə çıxış etdim. Çoxsaylı Avropa ölkələrindəki soydaşarımız tərəfindən təşəbbüsüm dəstəkləndi, biz orada da bir platforma yaratdıq, hazırda onun üzərindən aktiv təbliğat işləri həyata keçiririk. Fəaliyyətimiz kifayət qədər uğurludur, inşallah, daha da güclənəcək.

- Azərbaycanı dəstəkləyən mövqe sərgiləyir, ABŞ-dakı soydaşlarımızın birgə fəaliyyətinin təşkili üçün aktivlik edirsiniz. Bu mövqeyiniz işlədiyiniz universitetdə sizə problem yaratmır ki? Universitetdə ermənilər varmı, onlarla münasibətləri necə qurursunuz?

- İşlədiyim Rutgers Universiteti ABŞ-ın ən böyük universitetlərindən biridir. Universitetdə təhsil alan ermənilər, əlbəttə, var. Eyni zamanda yerli əhali arasında da ermənilər çoxdur. Bilirsiniz, harada yaşamasından asılı olmayaraq, ermənilərin təfəkkürü eynidir. Öz dərslərimdə heç vaxt milli məsələlərə toxunmuram - iqtisadiyyat fənnini tədris edirəm, bu fəndə hansısa milli, dövlət ayrıcalığı yoxdur. Dərs keçdiyim tələbələr arasında yerli ermənilərdən də olub. Hazırda isə dərs keçdiyim qruplarda ermənilər yoxdur, pandemiya ilə əlaqədar xaricdən tələbə qəbulu olmayıb. Hərbi əməliyyatlar başlanandan az sonra ABŞ-ın 30 universitetində çalışan professor həmkarlarım qarşısında Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə mühazirə ilə çıxış etdim. Orada ermənipərəst kürdlərin müəyyən sualları oldu, mən öz həyat hekayəmi - torpağımın, evimin işğal olunmasını, atamın məzarını ziyarət edə bilmədiyimi danışdım. Gördüm ki, bunlar dinləyicilər arasında rəy dəyişikliyinə səbəb oldu.

Fəaliyyətimdə ermənilər tərəfindən hansısa problemlə üzləşsəm belə, hesab edirəm ki, nə qədər nüfuzlu olsa da, Rutgers Universitetinin professoru titulundan məhrum olmaq Qarabağın işğaldan azad olunmasından dəyər baxımından çox-çox kiçikdir. Mənim ən böyük arzum öz torpağıma, vətənimə, yurduma qayıtmaqdır. Atamın 28 ildir ziyarət edə bilmədiyim məzarına baş çəkməkdir. Torpağımız azad olunan kimi ölkəmə qayıdacam. İnanın ki, burada demək olar, yatmıram. Azərbaycanda gündüz olanda burada gecə olur - bütün gecəni ölkəmdən xəbərləri oxumaq, bir də bu günlərdə olduğum beynəlxalq platformalarda ona əlimdən gələn qədər yardım etmək üçün fəaliyyətlərə həsr edirəm. Ürəyim ölkəmlə döyünür. Arzum budur ki, bütün torpaqlarımız azad olunsun, mən də vətənə qayıdıb ərazilərimizin bərpasında əlimdən gələn işin qulpundan yapışım. Ən böyük arzularımdan biri Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası planını hazırlamaqdır.

- Bir iqtisadçı kimi necə hesab edirsiniz, Ermənistan uzunmüddətli müharibənin ağırlığını qaldırmaq gücündədirmi?

- Ermənistanın iqtisadi imkanları kifayət qədər məhduddur. Hazırda müharibədən əlavə, Ermənistan koronavirusun geniş yayılması problemi ilə üz-üzədir. Ermənistanda hərbi əməliyyatlardan əvvəlki sorğular göstərir ki, əhalinin 55 faizi gəlirlərindən məhrum olub, yoxsullaşıb. Hərbi əməliyyatlar başlanandan Ermənistanın büdcəsi boşalıb. Bizim hesablamalarımıza görə, indiyədək Ermənistan müharibədə 1 milyard dollardan yuxarı itkiyə məruz qalıb. Bu ölkənin xarici borcları da təhlükəli həddədir, valyuta ehtiyatları da tükənir. İdarəçilik bərbad vəziyyətdədir, şirkətlər və əhali iqtisadi fəaliyyətin subyekti olaraq fəaliyyətlərini təşkil edə bilmirlər. Ölkədə müharibədən əvvəlki iqtisadi kiçilmə 6,2 faiz təşkil edib. Bütün bunlar göstərir ki, Ermənistan iqtisadiyyatının gələcəyi tutqundur.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elə bil, min illik həbsxanadan buraxıldım”
Dünən, 18:06
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Dünən, 17:59
Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı
Dünən, 17:54
Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır
Dünən, 17:51
“3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” - AÇIQLAMA
Dünən, 17:49
“Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” - ekspert
Dünən, 17:47
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Dünən, 17:45
“Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” – Koronavirusun payız dalğası
Dünən, 17:44
Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır
Dünən, 17:39
“Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ - Elməddin Cəfərov
Dünən, 17:37
Düşmən daha 40 leşini etiraf etdi - SİYAHI
Dünən, 17:36
Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb
Dünən, 17:34
ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama
Dünən, 17:32
Azərbaycan turizmi “ayaq üstə” necə qalır? - ARAŞDIRMA
Dünən, 17:22
AMB-yə yeni səlahiyyət verilir
Dünən, 17:16
Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: - “Bizim üzərimizdən Ermənistana desant endirə bilməzsiniz”
Dünən, 17:14
Ermənistana silah qaçaqmalçılığı davam edir - Yeni faktlar
Dünən, 17:11
Metro bağlandı, taksi qiymətləri yenidən artdı - AÇIQLAMA
Dünən, 17:09
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub - Gündəlik
Dünən, 17:08
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
"Bir igidin ömrü qədər gözləmişik bu anları"
Dünən, 16:53
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında - FOTO
Dünən, 16:52
"Yerli gəldi, yersiz qaç!"
Dünən, 16:49
"Sərt karantin rejiminə keçməliyik" - AÇIQLAMA
Dünən, 16:47
“Gürcüstan dövləti faktiki olaraq məhv olunub” - Saakaşvili
Dünən, 16:45
Kamikadze PUA-larımız hərb tarixini dəyişdi - Düşmənin məhv edilən “S-300”ləri
Dünən, 16:43
Oljas Süleymanov xalqımıza müraciət etdi: - "Azərbaycan öz gücü ilə torpaqlarını azad edir"
Dünən, 16:41
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir - Müdafiə Nazirliyi
Dünən, 16:29
"Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" - Rusiyalı politoloq
Dünən, 16:27
Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? - Nə gözlənilir?
Dünən, 16:26
Ermənistanda son durum: - ordu üçün 2 dollar və ya "jengəlov xaç" çıxış yolu deyil
Dünən, 16:22
"Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" - Kamran Əliyev
Dünən, 16:10
“Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır”
Dünən, 16:08
"Muğan Bank" 3 filialını bağladı
Dünən, 16:06
“Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək”
Dünən, 16:04
Ordumuzun "Dağlarda yas" əməliyyatı... - ŞUŞAYA QAYIDACAĞIQ!!!
Dünən, 16:00
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: - Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dünən, 15:57
Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” - Bunların başları tam qaçıb...
Dünən, 15:56
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir - XİN
Dünən, 15:55
Ermənistanın Rusiyaya növbəti xəyanəti - AÇIQLAMA
Dünən, 15:35
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Dünən, 15:29
“Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı” - deputat
Dünən, 15:22
Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı
Dünən, 15:20
PUTİN PAŞİNYANI ƏLƏ SALIB... - Erməni komandirlər isə İrəvanı təslim olmağa çağırır
Dünən, 15:18
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
Dünən, 15:13
“Azərbaycan xalqı Böyük Qayıdışın astanasındadır”
Dünən, 15:11
Azərbaycan və Türkiyənin ombudsmanları Gəncədədir
Dünən, 15:09
Arayik Arutyunyan erməni xalqına yalvardı
Dünən, 14:40
Paşinyan üçün son həftə: - “ASALA onu ya öldürəcək, ya da…”
Dünən, 14:39
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Dünən, 14:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru