“Elə bil, min illik həbsxanadan buraxıldım” .....                     Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir .....                     Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı .....                     Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır .....                     “3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” .....                     “Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” .....                     Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər .....                     “Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” .....                     Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır .....                     “Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ .....                     Düşmən daha 40 leşini etiraf etdi .....                     Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb .....                     ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama .....                     Azərbaycan turizmi “ayaq üstə” necə qalır? .....                     AMB-yə yeni səlahiyyət verilir .....                     Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: .....                     Ermənistana silah qaçaqmalçılığı davam edir .....                     Metro bağlandı, taksi qiymətləri yenidən artdı .....                     Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Bir igidin ömrü qədər gözləmişik bu anları" .....                     "Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında .....                     "Yerli gəldi, yersiz qaç!" .....                     "Sərt karantin rejiminə keçməliyik" .....                     “Gürcüstan dövləti faktiki olaraq məhv olunub” .....                     Kamikadze PUA-larımız hərb tarixini dəyişdi .....                     Oljas Süleymanov xalqımıza müraciət etdi: .....                     Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir .....                     "Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" .....                     Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? .....                     Ermənistanda son durum: .....                     "Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" .....                     “Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır” .....                     "Muğan Bank" 3 filialını bağladı .....                     “Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək” .....                     Ordumuzun "Dağlarda yas" əməliyyatı... .....                     İƏT Parlament İttifaqından Azərbaycana dəstək: .....                     Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” .....                     Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir .....                     Ermənistanın Rusiyaya növbəti xəyanəti .....                 

Qarabağ nizamlanmasında yeni format: - Minsk Qrupu “qapı arxasında” qalır
Tarix: 8-10-2020, 12:46 | Çap et
Qarabağ nizamlanmasında yeni format:
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun həmsədrlik institutundan Türkiyə-Rusiya formatına keçməyə başlayıb.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasından da görmək olar. Çavuşoğlu münaqişənin həllində Türkiyənin Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

“Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib. O bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib. "Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk Qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiya böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq.

Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”, - deyə Çavuşoğlu qeyd edib. Nazirin bu açıqlamasında nə ABŞ-a, nə də Fransaya deyil, məhz Rusiyaya müraciət etməsi diqqəti cəlb edir. Çünki Rusiya Ermənistana ən güclü təsir vasitələrinə malik ölkə sayılır. Ona görə də M.Çavuşoğlunun fikirləri Rusiyanın Paşinyan hökumətini sülhə məcbur etmək üçün öz imkanlarını işə salmaq çağırışı kimi başa düşülə bilər.

Üstəlik, Rusiya region ölkəsidir və Cənubi Qafqazda strateji maraqları var. Lakin son zamanlar həm Kreml, həm də Ermənistan rəsmi şəkildə Türkiyənin Cənubi Qafqazda geosiyasi oyunçuya çevrildiyini etiraf etməyə başlayıb. Ona görə də münaqişənin həllində Türkiyənin maraqlarının nəzərə alınması siyasi reallığa çevrilib. Bu baxımdan, problem Türkiyə və Rusiya arasında gedən danışıqlar masasında çözülə bilər. Çavuşoğlunun açıqlaması da buna işarədir.

Politoloq Fikrət Sadıqov hesab edir ki, hazırda Cənubi Qafqazda əsas geosiyasi aktorlar Rusiya və Türkiyədir. Ona görə də Ankara və Moskvanın diplomatik müstəvidə anlaşması mümkündür. “Türkiyə Azərbaycana qardaş, müttəfiq dövlətdir. Rusiyanın da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var. Biz bundan imtina etmirik. Türkiyə ilə Rusiya arasında razılaşma məsələlərində təcrübə də var. Onlar Suriyada da bir araya gəliblər. Doğrudur, Azərbaycan Suriya deyil. Amma hər iki dövlət konsensusa gələ bilər. Əslində, Türkiyə və Rusiya nəzərə almalıdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bunu hətta indi Moskvada da başa düşürlər. Rusiya prezidenti Vladimir Putinin müsahibəsində bu açıq şəkildə deyilir. O, qeyd etdi ki, Azərbaycan öz ərazilərində əməliyyat aparır. Yəni Azərbaycan Ermənistan ərazisində müharibə aparmır. Ermənistana raket zərbələri endirmir. Halbuki, Ermənistan Azərbaycan ərazisini raketlə vurur. Ona görə də Türkiyə və Rusiya diplomatik müstəvidə bir araya gələrək razılaşma əldə edə bilər. Əgər Türkiyənin xarici işlər naziri də belə bəyanat səsləndirirsə, bu iki dövlətin diplomatik sazişə nail ola bilsələr bu, Azərbaycanın xeyrinə ola bilər. Lakin bu razılaşma Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə mane olmamalı, torpaqlarını işğaldan azad etməkdən yayındırmamalıdır”.

Qeyd edək ki, Rusiya prezidenti tərəfləri Azərbaycanı və Ermənistanı dərhal atəşkəs elan etməyə çağırıb. Bir tərəfdən sanki Azərbaycanın apardığı hərbi əməliyyatlara qarışmadığını nümayiş etdirən Putin eyni zamanda, atəşkəs tələb edir. Bu isə Kremlin ikibaşlı mövqeyi kimi də dəyərləndirilə bilər. Fikrət Sadıqov bildirdi ki, V.Putinin bu fikirləri Azərbaycana mane olmur. Çünki dünyanın aparıcı dövlətlərindən və Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiya sülhə çağırış etməlidir. Çünki Rusiyanın Ermənistanla müttəfiq, Azərbaycanla strateji tərəfdaş olması belə çağırışlar etməklə tərəfləri sakitləşdirməyə çalışır. “Əlbəttə ki, bu çağırışlar Azərbaycan üçün təlimat deyil. Rusiyanın və başqa dövlətlərin belə bəyanatlarla çıxış etməsi bizi öz mövqeyimizdən yayındırmamalıdır. Əgər Putin belə ifadə işlədirsə və Türkiyə ilə razılığa gəlmək arzusundadırsa və müharibənin Azərbaycan ərazisində getdiyini söyləyirsə, bu ölkəmizin xeyrinədir”.
Ancaq münaqişənin həllinə dair beynəlxalaq vasitəçilik mandatı ATƏT-in Minsk Qrupuna və həmsədr ölkələrə məxsusdur.

Belə olan halda, problemin Türkiyə ilə Rusiya arasında həll edilməsi hüququ ATƏT-in Minsk Qrupu tərəfindən tanınacaqmı?

Siyasi ekspertin fikrincə, vasitəçilik mandatının Minsk Qrupunda olması vasitəçiliyin Türkiyə və Rusiya formatına keçməsinə mane olmur: “Minsk Qrupu artıq öz etibarını itirib. Bunu beynəlxalq təşkilatlar da, aparıcı oyunçular da başa düşür. Fransanın özü Minsk Qrupunun həmsədri olaraq tam qərəzli və qeyri-obyektiv mövqe tutub. Azərbaycana Fransanın həmsədrliyi lazım deyil. Bu heç də o demək deyil, Rusiya və Türkiyə kimisə əvəz etmək istəyir. Bu, ədalətin bərpası və sülh naminə atılan addımlardır. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk Qrupu buna etiraz etsin. Rusiya özü bu qrupun həmsədridir. Türkiyə isə Minsk konfransının üzvüdür. Minsk Konfransının təsis edilməsində Türkiyənin mühüm rolu olub. Ona görə də beynəlxalq vasitəçilər sabitliyin yaranmasında maraqlıdırsa, bütün vasitələrdən istifadə etməlidir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elə bil, min illik həbsxanadan buraxıldım”
Dünən, 18:06
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Dünən, 17:59
Əməkdar artistin oğlu cəbhəyə getmək üçün könüllü yazıldı
Dünən, 17:54
Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır
Dünən, 17:51
“3-5 il sonra Qarabağa digər iqtisadi rayonlarımız qibtə edəcəklər” - AÇIQLAMA
Dünən, 17:49
“Hərbi-siyasi hakimiyyətin Qarabağdakı erməni icmasının həyatını məhv etdiyi üzə çıxdı” - ekspert
Dünən, 17:47
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Dünən, 17:45
“Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” – Koronavirusun payız dalğası
Dünən, 17:44
Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır
Dünən, 17:39
“Paşinyanın cavab qaytarmamağı xoşuma gəlir“ - Elməddin Cəfərov
Dünən, 17:37
Düşmən daha 40 leşini etiraf etdi - SİYAHI
Dünən, 17:36
Nikol Paşinyan "qırılan, bükülən erməniləri" yenidən ayağa qalxmağa çağırıb
Dünən, 17:34
ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama
Dünən, 17:32
Azərbaycan turizmi “ayaq üstə” necə qalır? - ARAŞDIRMA
Dünən, 17:22
AMB-yə yeni səlahiyyət verilir
Dünən, 17:16
Gürcüstan da Rusiyadakı bəzi xəstələrin cavabını verdi: - “Bizim üzərimizdən Ermənistana desant endirə bilməzsiniz”
Dünən, 17:14
Ermənistana silah qaçaqmalçılığı davam edir - Yeni faktlar
Dünən, 17:11
Metro bağlandı, taksi qiymətləri yenidən artdı - AÇIQLAMA
Dünən, 17:09
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub - Gündəlik
Dünən, 17:08
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
"Bir igidin ömrü qədər gözləmişik bu anları"
Dünən, 16:53
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında - FOTO
Dünən, 16:52
"Yerli gəldi, yersiz qaç!"
Dünən, 16:49
"Sərt karantin rejiminə keçməliyik" - AÇIQLAMA
Dünən, 16:47
“Gürcüstan dövləti faktiki olaraq məhv olunub” - Saakaşvili
Dünən, 16:45
Kamikadze PUA-larımız hərb tarixini dəyişdi - Düşmənin məhv edilən “S-300”ləri
Dünən, 16:43
Oljas Süleymanov xalqımıza müraciət etdi: - "Azərbaycan öz gücü ilə torpaqlarını azad edir"
Dünən, 16:41
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir - Müdafiə Nazirliyi
Dünən, 16:29
"Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək" - Rusiyalı politoloq
Dünən, 16:27
Ermənistan Vaşinqtonda TƏSLİMÇİ SÜLHƏ İMZA ATA BİLƏRMİ? - Nə gözlənilir?
Dünən, 16:26
Ermənistanda son durum: - ordu üçün 2 dollar və ya "jengəlov xaç" çıxış yolu deyil
Dünən, 16:22
"Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır" - Kamran Əliyev
Dünən, 16:10
“Buradakı bütün azərbaycanlılar Bakı vaxtı ilə yaşayır”
Dünən, 16:08
"Muğan Bank" 3 filialını bağladı
Dünən, 16:06
“Şuşa, Laçın məscidlərinin minarələrindən azan səsi eşidiləcək”
Dünən, 16:04
Ordumuzun "Dağlarda yas" əməliyyatı... - ŞUŞAYA QAYIDACAĞIQ!!!
Dünən, 16:00
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: - Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dünən, 15:57
Ermənistan mətbuatı məşhur türk bloqçunu öz ordu sıralarına “qatıb” - Bunların başları tam qaçıb...
Dünən, 15:56
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir - XİN
Dünən, 15:55
Ermənistanın Rusiyaya növbəti xəyanəti - AÇIQLAMA
Dünən, 15:35
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Dünən, 15:29
“Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı” - deputat
Dünən, 15:22
Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı
Dünən, 15:20
PUTİN PAŞİNYANI ƏLƏ SALIB... - Erməni komandirlər isə İrəvanı təslim olmağa çağırır
Dünən, 15:18
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
Dünən, 15:13
“Azərbaycan xalqı Böyük Qayıdışın astanasındadır”
Dünən, 15:11
Azərbaycan və Türkiyənin ombudsmanları Gəncədədir
Dünən, 15:09
Arayik Arutyunyan erməni xalqına yalvardı
Dünən, 14:40
Paşinyan üçün son həftə: - “ASALA onu ya öldürəcək, ya da…”
Dünən, 14:39
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Dünən, 14:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru