Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib .....                     Ermənistanda siyasi gərginlik artır .....                     Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü .....                     Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb .....                     Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb .....                     Ermənistana dəstək olan Anastasiya Tatulovanın .....                     Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi .....                     Azərbaycan Ordusunun performansı .....                     Mərkəzi Bank işə qarışdı, .....                     Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi .....                     Ermənistan prezidenti Brüsselə gedib .....                     Gecə və gündüz artilleriya atışlarının görüntüləri .....                     “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb .....                     Son günlər yoluxmaların artması həyəcan siqnalıdır .....                     “Gəncədən qayıdandan özümə gəlməmişəm” .....                     "Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" .....                     Donald Tramp Qarabağda müharibəyə gedir .....                     ABŞ tanklarını Rusiya ilə sərhədə yığır .....                     Şəmkir sakini küçədə bıçaqlandı .....                     Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? .....                     “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” .....                     Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? .....                     Sumqayıtda daha bir korrupsiya ünvanı .....                     “ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” .....                     Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü .....                     SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb .....                     Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ .....                     Paşinyan artıq siyasi meyitdir! .....                     Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib .....                     Neftin ucuzlaşması davam edir .....                     Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb .....                     Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır .....                     Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... .....                     Tərtər rayonu atəşə tutulur .....                     Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir... .....                     Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib .....                     "Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?" .....                     Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib .....                 

“Xankəndi tutulana qədər müharibəni dayandırmaq olmaz” - Partiya sədri
Tarix: 1-10-2020, 11:36 | Çap et
“Xankəndi tutulana qədər müharibəni dayandırmaq olmaz”
Azərbaycanın siyasi gündəmi opertaiv xəbərlərlə çox zəngindir. İlk öncə nəzərinizə çatdıraq ki, Müdafiə Nazirliyinin son verdiyi məlumatlara əsasən şanlı ordumuzun ard-arda uğurları davam edir. Bildirilir ki, düşmənin 2300-dən çox canlı qüvvəsi sıradan çıxarılıb, 130-dan çox tank və başqa zirehli texnika məhv edilib, 50-dən çox havadan müdafiə zenit kompleksinin zərərsizləşdirilib. Bununla yanaşı, ard-arda azad olunan yaşayış məntəqələrimiz barədə uğurlu xəbərlər də bizi sevindirir və davamlı olmasını gözləyirik.

Gündəmin əsas mövzularından biri də srağagün axşam “Rossiya-1” kanalına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi və Ermənistanın baş naziri Paşinyanın həmişəki kimi sərsəm çıxışları oldu. Odur ki, bütün bu məsələləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə müzakirə etdik.

– Sərdar bəy, yəqin ki, Rusiya kanalına müsahibə verən İlham Əliyev və Paşinyanın çıxışını izlədiniz. Müsahibədə ilk suallardan bir bu oldu ki, döyüş meydanında Türkiyənin mövcudluğu varmı? Haqlı olaraq prezident İlham Əliyevin cavabı bu oldu ki, 10 milyonluq Azərbaycanın 2 milyonluq Ermənistana qarşı döyüşdə heç bir dövlətə ehtiyacı yoxdur. Türkiyə bizə qardaş ölkədir, mənəvi dayaqdır və buna görə Türkiyə dövlətinə və prezidentinə minnətdarlığını bildirdi. Bu haqda düşüncələriniz nədir?

– Əvvəla onu deyim ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədləri daxilində baş verib. Bu, Azərbaycanın daxili işidir. Hətta Türkiyənin, Pakistanın və başqa dövlətlərin Azərbaycanda bu münaqişədə iştirak etməsi beynəlxalq hüquqa zidd deyil. Çünki biz özümüz bilərik kimi dəvət edərik, kimi dəvət etmərik. Ona görə də bunu təkzib etməyə ehtiyac yoxdur. Bu sualın mənası yoxdur. Ölkənin prezidenti özü bilər daxildə bir problemin həlli üçün hansı gücdən, hansı qüvvədən necə istifadə edir. Amma tamamilə düzgündür ki, 2016 aprel döyüşlərində də biz qısa müddətdə Ermənistan sərhədinə getdik. Onda da Rusiya bizə təzyiq edərək, mane oldu. Eləcə də Tovuz hadisələri zamanı qəflətən döyüş başladı. Heç kim bilmirdi ki, ermənilər hücum edəcək və qısa müddət ərzində biz erməniləri yerində otuzduracağıq. Yəni əvvəlki döyüşlər də göstərir ki, biz hərbi cəhətdən ermənilərdən üstünük. Əslində bunlar sualı verməklə onu göstərmək istəyirlər ki, bu uğurları Azərbaycan özü əldə etməyib, başqa qüvvənin köməyi ilə əldə edib. Belə bir rəy yaratmaq istəyirlər. Ən vacibi də bu çox məkrli sualdır. Məqsəd odur ki, belə bir ictimai rəy yaratsınlar ki, Azərbaycanın tərəfində Türkiyə vuruşursa, Ermənistan tərəfindən də hansısa dövlətlər vuruşmalıdır. Dediyim kimi, biz öz tərəfimizdə istənilən qüvvəni problemimizin həllinə cəlb edə bilərik. Bu beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına uyğundur.

Amma hərbi təcrübələr də göstərdi ki, İlham Əliyevin də dəfələrlə dediyi kimi, biz 2-3 Ermənistan kimi dövlətin öhdəsindən gələ bilərik. Sadəcə olaraq belə sual olunur ki, nəyə görə biz uzun müddət qələbələr əldə etməmişik? Çünki “5-ci kolon” fəaliyyət göstərirdi, daxildən hərbi məlumatları ötürərək xəyanət ediblər. Eləcə də Rusiyanın bir təpkisi ilə döyüşləri dərhal dayandırmaq haqda qərar qəbul etdilər. İndi “5-ci kolon” neytrallaşdırıldığına görə artıq Azərbaycanda daxildən təxribat edən qüvvələr azalıb.

İkincisi, Azərbaycan kifayət qədər hərbi gücə, potensiala malikdir. Bu potensial ilə də özü təklikdə Dağlıq Qarabağı azad etmək imkanına malikdir. Bu baxımdan, rus kanalında həmin sual demaqoqcasına verilib. Müxtəlif dövlətləri ermənilərin tərəfində müharibəyə qoşmaq cəhdi düşünülür. Mən əvvəllər də demişəm, bu münaqişəyə 3-cü tərəfin qoşulması artıq 3-cü dünya müharibəsi deməkdir. Çünki Türkiyə də, Pakistan da qətiyyətli mövqedədir. Ukrayna da eyni mövqedədir. Əgər bu münaqişəyə Ermənistandan başqa hər hansı bir tərəf qoşularsa, mütləq dünya müharibəsinə gətirəcək.

Üçüncüsü, Paşinyandan heç kim soruşmur ki, sən Azərbaycan ərazisində niyə hərbi əməliyyatlarda iştirak edirsən və yaxud nəyə görə Azərbaycanın daxili işlərinə qarışırsan? Heç kim bu günə qədər Paşinyana bu sualı vermir. Sanki Paşinyanın belə bir hüququ var, istənilən vaxt Şuşaya getsin, orada yallı getsin, oğlunu göndərsin Dağlıq Qarabağa xidmətə, arvadını göndərsin oraya. Əgər rusiyalı jurnalistlər səmimi olsaydılar, sualı belə verməli idilər ki, Ermənistan nə üçün Azərbaycanın daxili işlərinə qarışır? Çünki beynəlxalq hüquqa görə, hər hansı bir ölkə öz ərazisindəki etnik azlığa özü-öz razılığı ilə muxtariyyət statusu verə bilər. İspaniyada – Kataloniyada referendum keçirildi, heç bir güllə atmadan, dinc şəkildə. Amma İspaniya nə etdi? Oraya qoşun yeritdi, Kataloniyanın müstəqilliyini elan edən rəhbərlərini cinayət məsuliyyətinə cəlb etdi. İspaniya onun razılığı ilə elan olunan muxtariyyəti ləğv etdi. Eləcə də İraqda kürdlər dinc yolla muxtariyyət elan etdilər. İraq həmin muxtariyyəti ləğv etdi və oraya qoşun yeritdi. İndi belə çıxır ki, İspaniyada bir qanun işləyir, İraqda bir qanun işləyir, Azərbaycanda başqa bir qanun işləyir? Beynəlxalq hüquqa görə, etnik qrupa status verilməsi dispozitiv hüquqdur. Dispozitiv hüquq həmin ölkənin öz razılığına buraxılmış bir məsələdir. Azərbaycan istəyər o hüququ verər, istəməz verməz. Amma Ermənistan qoşunlarının Azərbaycandan çəkilməsi imperativ hüquqdur, yəni əmr şəklindədir. Yerinə yetirilməlidir və beynəlxalq hüququn təhlükəsizlik normalarına ziddir. Bu baxımdan ermənilər uzun illərdir dünya ictimaiyyətini çaşdıraraq, dispozitiv və imperativ hüququn bir yerdə həyata keçirilməsini istəyirlər. Yəni mən geri çəkilirəm, sən Dağlıq Qarabağa müstəqillik ver. Bu mənada bütün beynəlxalq ictimaiyyət erməni rəhbərliyini ittiham etməlidir ki, Azərbaycan öz daxili işi ilə məşğuldur.

Ermənilər dünyanın müxtəlif bölgələrindən silahlı terrorçu dəstələri gətiriblər. Vaxtilə ABŞ İraqda antiterror əməliyyatı aparıb. Əfqanıstanda beynəlxalq qoşunlar illərlə guya antiterror əməiyyatı aparır. Biz öz ərazimizdə antiterror əməliyyatı aparırıq, amma bizim prezidentə suallar verirlər ki, o niyə belə oldu, bu niyə belə oldu… Adama deyərlər, xeyir ola, siz öz sərhədlərinizdən uzaqda antiterror əməliyyatı aparırsınız, Azərbaycan öz ərazisində antiterror əməliyyatı apara bilməz? Bu, həm beynəlxalq hüququn terrorçuluğa qarşı mübarizə müddəalarına, həm də işğal haqda ümumi qətnamənin şərtlərinə uyğundur. Beynəlxalq hüququn işğal haqda qətnaməsinə görə, dövlət istənilən vasitələrlə öz ərazilərini işğaldan azad etmək hüququna malikdir. Bu gün bizə “müharibəni dayandırın, danışıqlara gedin” deyənlər, həm BMT-nin Təhlükəsizlik Şurası, həm dünyanın super-gücləri bilməlidirlər ki, beynəlxalq hüquqa tüpürürlər. Onlar özlərini qəbul etdiyi beynəlxalq normanın əleyhinə çıxırlar. Çünki onlar bizə deyə bilməzlər ki, müharibə aparma. Bu hüququ onlar özləri qəbul edib. Biz də həmin hüquqa qoşulmuşuq. İşğal haqda ümumi qətnamədir. Adından da göründüyü kimi, bu, ancaq ABŞ, ya Rusiya üçün deyil. Bizə də bu əsas verir ki, ərazimizi istənilən yolla işğaldan azad edək. İndi biz ərazimizi işğaldan azad etmək istəyirik, bunun BMT-yə nə aidiyyatı var? Bu, hansı beynəlxalq hüquqa ziddir? Bizi niyə danışıqlara çağırırlar? Deyirlər k, müharibə dayansın, Azərbaycanla Ermənistan danışığa getsin. Hansı danışığa? Danışığın predmeti nə olacaq? Bu danışığın bir predmeti olacaq. Çünki biz işğalçıları çıxarmaq istəyirik. İşğalçının könüllü çıxması üçün Ermənistana müraciət etmək lazımdır. Demək lazımdır ki, biz Azərbaycandan xahiş edərik müharibəni dayandırsın, siz dərhal Qarabağ daxil olmaqla, bütün əraziləri boşaldın. Amma siz müharibəni dayandırıb, predmeti qeyri-müəyyən olan danışıqları başlatmaq istəyirsiniz.

- Hesab edirsiniz ki, artıq heç bir halda danışıqlara getmək olmaz?
– 30 il ərzində Azərbaycanda minlərlə insan ölüb, dövlətimizə 100 milyard dollardan artıq ziyan dəyib. Milyondan artıq insan qaçqın düşüb, mədəniyyət nümunələrimiz, təbii ehtiyatlarımız ermənilərin vandalizminə məruz qalıb. İndi hansı danışıqlardan söhbət gedə bilər? BMT Təhlükəsizlik Şurasının bu toplantısı belə hüquqa ziddir. Azərbaycan hökuməti həmin çağırışlara cavab verməməlidir. Ermənilər könüllü şəkildə Azərbaycanın torpaqlarını tərk etməyənə qədər davam etməlidir. Birinci növbədə biz Xankəndini nəzarət altına almalıyıq, çünki bu terrorun başı elə Xankəndidir, oradan idarə olunur. Ona görə sərhədlərimizi möhkəmləndirməliyik. Ermənistandan Azərbaycana gələn terrorçuların Laçın yolu kəsilməlidir. Kəlbəcərə gələn yollar bağlanmalıdır. Biz həmin ərazini minalardan qısa müddətdə təmizləyib, təhlükəsiz hala gətirməliyik, əhalini öz doğma torpaqlarına qaytarmalıyıq. Heç bir danışıqlara getməməliyik. Danışıqları Ermənistan beynəlxalq təşkilatlarla aparmalıdır. Beynəlxalq təşkilatlar ona təklif verməlidir ki, qoşunlarını çək Azərbaycandan. Ermənilər razılıq verəcəyi təqdirdə Azərbaycan ermənilərin böyük miqyaslı müharibə cinayətləri törətdiyinə baxmayaraq, humanizm göstərib atəşkəs elan edə bilər ki, ermənilər öz texnikalarını, meyitlərini, yaralılarını çıxartsınlar.

– Rusiyanı qoyaq bir kənara. Rusiya onsuz da dünyada aqressiv dövlət kimi tanınır. Özlərini “humanizmin carçısı” sayan Avropa dövlətləri də fərqli yöndə bəyanatlar verir, xristian təəssübkeşliyi göstərirlər. Dünən Paşinyanın sərsəm sayıqlamalarından birində Su-25 təyyarəsinin vurulmasını belə qələmə verdilər ki, guya Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub. Ermənistan Xarici İşlər Nazirliyinin səhər verdiyi məlumatlarda isə göstərilir ki, təyyarə Ermənistan sərhədlərindən 60 km daxildə vurulub. Bunlar öz fikirlərini təkzib edir…

-Bunun üçün faktlar ortaya qoyulmalıdır. Kosmosdan müşahidə məntəqəsi bir çox ölkələrdə – İranda da, ABŞ-da da var. O təyyarə Azərbaycan səmasında vurulubsa, düz edilib vurulub. Sənin təyyarənin mənim daxili hava məkanında nə gəzir?

İlham Əliyev bir şeyi bilməlidir ki, xalq onun tərəfindədir, müxalifət, beynəlxalq hüquq da o cümlədən. Bu müharibəni bir dəqiqə də dayandırmaq olmaz. Xankəndi tutulana və oradakı separatçı rejim cəzalandırılana qədər müharibəni dayandırmaq olmaz. Biz bütün ərazimizi təmizləməliyik. Ümid edirəm ki, İlham Əliyev də bu iradəyə malikdir. Beynəlxalq təşkilatların çağırışına da məhəl qoymaq lazım deyil. Bu çağırışlar beynəlxalq hüquqa ziddir. Onlar özləri 30 ildir görüşüblər, bu münaqişənin həll olunması üçün hansı işi görüblər? İndi gəlib əl-ayağa düşüblər. Adama deyərlər ki, ATƏT-in Minsk qrupu var idi, nə iş görmüşünüz? Ancaq şərait yaratmışınız ki, ermənilər ərazilərimizi məskunlaşdırsın. Guya Dağlıq Qarabağ erməniləri bu müharibədə iştirak edirlər? Orada 10 millərlə tank, top, təyyarə var. Bunları Dağlıq Qarabağ hansı pulla aldı? Bunlar dövlət deyil ki, deyəsən müqavilə ilə alıb. Avropada silahlar Silahlara Nəzarət Konvensiyası əsasında alınıb-satılır. Bəs bu silahları Dağlıq Qarabağa kim verib? Kim veribsə, cinayət edib. Dağlıq Qarabağın belə bir maliyyə resursu yoxdur axı. Dağlıq Qarabağ bir dənə tank almaq imkanına malik deyil. Amma bizim ordu onların 50 tankını yandırıb, onların havadan hücum qurğularını sıradan çıxarıb. Hətta 2 ədəd S-300-ü məhv edib. İndi sual olunur: Dağlıq Qarabağda bu qədər silah hardandır? Ayrı-ayrı dövlətlər var ki, bizim məhv etdiyimiz qədər silahları yoxdur. Beynəlxalq ictimaiyyət əsas bu suala cavab verməlidir: Dağlıq Qarabağda Azərbaycanın məhv etdiyi və edəcəyi texnikanı hansı dövlət verir? Hansı beynəlxalq hüquq buna əsas verir? Hansı pulla alınır? Hansı məqsədlə verilir? Deməli, açıqca görünür ki, burada Dağlıq Qarabağ söhbəti yoxdur. Xarici dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxiləsi var. Həmin ərazinin militarizasiyası həm Bişkek protokoluna, həm beynəlxalq hüquqa, həm Avropada ümumi silahlar haqda konvensiyanın şərtlərinə, həm silahlanmaya nəzarət haqda beynəlxalq normalara ziddir. Bu qədər beynəlxalq hüquq pozulur, buna səsini çıxardan yoxdur. BMT TŞ bu məsələni müzakirə etməlidir ki, Dağlıq Qarabağ erməni icmasının əlində Ermənistanın malik olduğu silahdan da çox silah var. Hansı pulla alıblar? Hansı ölkə bunu pulsuz veribsə, deməli, o ölkə Azərbaycanın daxili işlərinə qarışır ki, bu da beynəlxalq hüquqa ziddir. PKK-nın, İŞİD-in orada nə işi var? Livanlı erməninin orada nə işi var? Orada yaşayan əhalinin 90%-i gəlmədir. Nəyə görə bizim ərazimizə başqa dövlətlərin vətəndaşları gəlib yaşamalıdır? Bu gün Ermənistanın, Rusiyanın ərazisində başqa ölkələrin vətəndaşı varmı? Bu nə deməkdir? Beynəlxalq ictimaiyyətin son vaxtlar verdiyi bəyanatlar, əslinə baxsan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməkdən bir neçə il saxlamaq məqsədi güdür. Biz bu müharibəni dayandıracağımız təqdirdə Azərbaycanda çox böyük narazılıq olacaq. Çox böyük itkilərimiz var. Müharibə dayandırılsa, bu Azərbaycan rəhbərliyinin avantürası kimi dəyərləndiriləcək. Çünki Qarabağı azad etməyəcəkdinsə, bu qırğınları niyə edirdin? İkincisi, ermənilər daha da şirniklənəcəklər. Tam arxayın olacaqlar ki, məğlub olacaqları gün də beynəlxalq ictimaiyyət bunların yanında olacaq. Daha da həyasızlaşacaqlar. Bu da bir presedent olacaq. Ona görə İlham Əliyev bir addım da geri çəkilməməlidir. Bütün Azərbaycan müxalifəti bu Qarabağ müharibəsinin məsuliyyətini həm dünya, həm ölkə ictimaiyyəti qarşısında İlham Əliyevlə bölüşməyə hazırdır. Ona görə çəkinmədən, ehtiyat və tərəddüd etmədən Azərbaycanda axırıncı erməni qalanadək, Dağlıq Qarabağın bütün şəhər və kəndlərinin, ilk növbədə Xankəndinin üzərində Azərbaycanın bayrağı dalğalananadək, bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilənədək, dövlət orqanlarının normal fəaliyyəti bərpa olunanadək nə müharibəni dayandırmaq, nə danışıqlara getmək. nə də beynəlxalq ictimaiyyətin hər hansı müraciətinə cavab vermək olar. Çünki o beynəlxalq ictimaiyyət qeyri-səmimi mövqedədir. Beynəlxalq hüquqa zidd mövqe ortaya qoyurlar. Özlərinin qəbul etdiyi beynəlxalq normalara zidd bəyanatlar verirlər. Necə deyə bilərsən işğalçı ilə danışığa get? Dünyanın hansı ölkəsində işğalçı, terrorçu ilə danışığa gedilir ki, bizə deyilir, gedin danışığa?

- Yeri gəlmişkən, Paşinyanın əvvəlki mövqeyi ilə indiki arasında hər hansı fərq hiss edirsiniz?..
– Paşinyanın bundan əvvəlki ritorikası yadınızdadı? Lotuluq edirdi, 7 şərt qoymuşdu. Hətta bu müharibə başlayanda erməni parlamentində Paşinyan sual vermişdi ki, siz istəyirsiniz Qarabağ qalsın Azərbaycanın tərkibində? Guya Qarabağ bunun atasınındır, Azərbaycana pay verib. Millət vəkilləri də deyib ki, yox, biz istəmirik. Baxın, hətta məğlub olduqları bir vaxtda həyasızlıqlarından əl çəkmirlər. Demək istəyirəm ki, bunlar konstruktiv mövqedə dura bilməzlər. Əslində Dağlıq Qarabağ erməniləri bunların girovuna çevrildi. Rusiyanın Qafqazdakı oyunlarının, erməni hakimiyyətinin girovuna çevrildi. Həm də Azərbaycan ərazisi hesabına Ermənistan ərazisini genişləndirmək istəyən erməni siyasətçilərinin girovuna çevrildi. Yoxsa, Dağlıq Qarabağ erməniləri uzun illər Azərbaycanda yaşayırdılar və ən yüksək həyat səviyyəsinə malik idilər. Onlara güldən ağır söz deyən yox idi. Hətta sovet dönəmində Dağlıq Qarabağda erməni dilində dərs oxuyurdular. Dövlət dili azərbaycan dili olmalı idi, amma qanuna zidd olaraq ermənicə oxuyurdular. Azərbaycan da buna göz yumurdu. Amma gör nə qədər qudurğanlıq etdilər ki, xalqı öz siyasətlərinə qurban etdilər. Əslində Qarabağ ermənilərinin 80%-i başqa ölkələrə köçüblər. Ora gələnlər evi-eşiyi olmayan adamlardır və terrorçulardır.
//hurriyyet.org//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib
Bu gün, 11:04
Ermənistanda siyasi gərginlik artır - Paşinyan sabiq prezidentlərə mesaj göndərib
Bu gün, 11:02
Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü
Bu gün, 11:00
Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb
Bu gün, 11:00
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi
Bu gün, 10:58
Ermənistana dəstək olan Anastasiya Tatulovanın Bakıdakı kafesinin adını sökməyə başladılar!
Bu gün, 10:57
Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi - GƏLİŞMƏ
Bu gün, 10:56
Azərbaycan Ordusunun performansı - Hərbi ekspertlərin ən çox təəccübləndiyi taktiki savaş
Bu gün, 10:51
Mərkəzi Bank işə qarışdı, "Azərsığorta" filial direktorunu cəzalandırdı
Bu gün, 10:49
Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
Bu gün, 10:48
Ermənistan prezidenti Brüsselə gedib
Bu gün, 10:44
Gecə və gündüz artilleriya atışlarının görüntüləri
Bu gün, 10:30
“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” - Prezidentin köməkçisi
Bu gün, 10:28
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 10:22
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - Müdafiə Nazirliyi
Bu gün, 10:21
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Diqqət!
Bu gün, 10:20
“Gəncədən qayıdandan özümə gəlməmişəm” - Fərhad Bədəlbəyli
Bu gün, 10:18
"Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
Bu gün, 10:16
Donald Tramp Qarabağda müharibəyə gedir - “Kommersant”
Bu gün, 10:09
ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
Bu gün, 10:05
Şəmkir sakini küçədə bıçaqlandı
Bu gün, 10:03
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI
Bu gün, 09:58
“Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” - ermənilər məğlubiyyətə görər rusları günahlandırır
Bu gün, 09:57
Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? - TƏHLİL
Bu gün, 09:55
Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA
Bu gün, 09:53
“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
Bu gün, 09:52
Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü - FOTO
Bu gün, 09:39
SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb
Bu gün, 09:37
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Bu gün, 09:35
Paşinyan artıq siyasi meyitdir! – Özbək tarixçi
Bu gün, 09:30
Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib
Bu gün, 09:27
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:26
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - ekspert
Bu gün, 09:25
Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!
Bu gün, 09:12
Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... - TƏHLİL
Bu gün, 09:10
Tərtər rayonu atəşə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 09:08
Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir...
Bu gün, 09:07
Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib - GƏLİŞMƏ
Bu gün, 09:05
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
Bu gün, 09:02
Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:58
"Bu gün də yaxşı xəbər olacaq"
Bu gün, 08:57
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:53
Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ
Bu gün, 08:50
Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? - Detallar...
Bu gün, 08:46
Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... - GƏLİŞMƏ
Bu gün, 08:44
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Bu gün, 08:32
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Bu gün, 08:30
“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” - Qulu Məhərrəmli
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru