Qeyri-dəqiq məlumatı yaymayın! .....                     Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb .....                     Ermənistan cəsədlərinə niyə sahib çıxmır? .....                     Azərbaycan Almaniyaya nota verəcək .....                     Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb .....                     Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası .....                     Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər... .....                     “Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı” .....                     “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir .....                     Erməni gənclər hökumətin hikkəsinə görə ölmək istəmirlər .....                     “KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var” .....                     Ceyhun Bayramov fransız nazirlə danışıb .....                     Məktəblər bağlandı, distant təhsil də dayandırılır? .....                     Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib .....                     Ermənilərin etiraf etdiyi leş sayısı .....                     “Münaqişə Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır” .....                     Ermənilərin Ağdamı atəşə tutması nəticəsində biri jurnalist olmaqla 4 nəfər xəsarət alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistan tərəfdən vuruşan muzdlular: .....                     “Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: .....                     Azərbaycan Qafanı tələb edə bilərmi? .....                     Düşmən yaşayış məntəqələrimizi atəşə tutur .....                     “Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir” .....                     “ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir” .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən .....                     Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi .....                     “Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər” .....                     AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı .....                     “Erməni radiosunda Gəncə terroru qisas kimi təqdim olunub” .....                     "Bu xalq tarix boyu torpaqlarını düşmənlərdən azad edib" .....                     “Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” .....                     92 yaşlı Ömər Eldarov koronavirusa .....                     “Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” .....                     RUSLARIN “BAYRAKTAR” TƏLAŞI .....                     “Biz bunu gələcək nəsillərə saxlamamalıyıq” .....                     Ermənilər Tərtər pambıq zavodunu vurdu .....                     Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir .....                     "Allah deyib, bu şərəfli yola davam edək" .....                     Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı .....                     "Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi" .....                 

Evləri zəbt olunanlar çarəsiz durumda... - GİLEY
Tarix: 1-10-2020, 09:24 | Çap et
Evləri zəbt olunanlar çarəsiz durumda...
81-yaşlı Vaqif Əliyev və həyat yoldaşı Sara Əliyeva 17 ildir ki, Sumqayıtda şüşə zavodunun ərazisindəki anbarda yaşayır. Əllərində elə Sumqayıt şəhərində 9 mərtəbəli binanın birinci mərtəbəsində ikiotaqlı mənzilin mülkiyyətçisi olduqlarını təsdiqləyən sənədlər, məhkəmə qərarları var. Amma həmin mənzildən istifadə edə bilmirlər. Çünki 27 ildir ki, orada Qubadlı rayonundan olan məcburi köçkünlər yaşayır.

Əliyevlər mənzili məcburi köçkünlər tərəfindən zəbt olunan yüzlərlə ailədən biridir. Təkcə V.Əliyevlə birlikdə dövlət orqanlarına gedib-gələn, əmlakının boşaldılıb ona qaytarılmasını tələb edənlərin sayı 65 nəfərdir. Onlar birləşərək illərdir ki, Prezident Administrasiyasından tutmuş, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinədək müxtəlif qurumlara qrup şəklində ərizələr yazırlar, qəbula gedirlər: "Bizdən başqa qruplar da var. Tək Sumqayıtda belə mənzil sahiblərinin sayı yüzlərlədir".

V.Əliyev özü də əslən Cəbrayıl rayonundandır, uzun illər şüşə zavodunda işləyib. 1996-cı ildə sexdə bir əlinin dörd barmağı kəsilib, birinci qrup əlil olub.

"İkinci dəfə gedəndə məni döyüb qovdular"
Mübahisəli mənzili ona 1993-cü ildə veriblər. Həyat yoldaşı AzadlıqRadiosuna danışır ki, V.Əliyev mənzilin orderini alıb, elə həmin ərəfədə yaxın qohumu vəfat etdiyi üçün təcili rayona getmək məcburiyyətində qalıb:

"O vaxt kirayə qalırdıq. Gecə saatlarında iş yoldaşı gəldi ki, təcili yeni mənzilə gedin, məcburi köçkünlər evlərə girirlər. Gözlədim, səhər açılanda gedib gördüm ki, artıq zəbt ediblər. Onda söz vermişdilər ki, müvəqqətidir, çıxacaqlar. İkinci dəfə gedəndə məni döyüb qovdular. O vaxtdan gah bazada qaldıq, gah tikinti meydançasında, axırda zavodun direktoru anbarı bizə verdi ki, küçədə qalmayaq. Bura sement və başqa tikinti avadanlıqları yığırdılar. Yağış yağanda üstümüzə "klyonka" çəkib yatırdıq".

S.Əliyeva deyir ki, 67 yaşı var, ən böyük qorxusu bu anbarda ölməkdir. Onun sözlərinə görə, 36-yaşlı yeganə övladı evsizliyə görə ailə qura bilmir.

Əliyevlərin əlində olan məhkəmə qətnaməsində sözügedən mənzilin onlara məxsus olduğu göstərilib və məcburi köçkünlərin oradan çıxarılmasına qərar verilib. Amma uzun illərdir qərar kağız üzərində qalıb. Onlar məhkəmə qərarının icra olunmamasını da mübahisələndirib, hətta Avropa Məhkəməsi müstəvisinə də çıxarıblar. Avropa Məhkəməsi də qərarın icra olunmamasını onların mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Hətta bundan sonra da problem həllini tapmayıb. Ona görə bir daha Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini məhkəməyə veriblər. Ölkə daxilində istədikləri nəticəyə nail olmadıqlarına görə bir daha Avropa Məhkəməsinə şikayət ediblər.

"Rəvadırmı ki, biz yaşda adamlar burada belə yaşayaq?"
V.Əliyev bildirir ki, artıq yeriməkdə də çətinlik çəkir, nəfəsi çatmır, ona görə də daha dövlət orqanlarına gedib-gələ bilmir. Məlumatları da onunla eyni vəziyyətdə olan başqa şikayətçilərdən alır.

"Əlimiz hər yerdən üzülüb, utanıram ki, ölərəm, meyitim anbardan çıxar. Gəlirəm, bu kişiyə üzümü tutub (otaqda Heydər Əliyevin şəkli var-red.) onun ruhuna yalvarıram. Rəvadırmı ki, biz yaşda adamlar burada belə yaşayaq? Əvvəl hökumət hamamına gedirdik, virusa görə onu da bağlayıblar. Vedrədə su qızdırıb, bir küncdə yuyunuruq. Siçovullara görə tələ əlindən addım atmaq olmur", – S.Əliyeva ağlayır.

Vəkil Əsabəli Mustafayev deyir ki, Avropa Məhkəməsi onlarla başqa oxşar işlər üzrə qərar çıxarıb. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin mövqeyi belədir ki, məhkəmə qərarı icra olunmursa, əhəmiyyətsizdir.

"Əvvəllər yerli məhkəmələrin zəbt olunmuş mənzillərlə bağlı qərarlarında əlavə olurdu ki, "məcburi köçkünlər yurdlarına qayıdana qədər qərarın icrası təxirə salınsın". Avropa Məhkəməsi "Akimova Azərbaycana qarşı" qərarında yazdı ki, bu cür yanaşma insan hüquqlarına ziddir. Qərar icra olunmayacaqsa, onun nə əhəmiyyəti var? Məhkəmələr 1998-ci ildə verilmiş, zəbt olunan evlərdən məcburi köçkünlərin çıxarılmasını qadağan edən prezident fərmanına istinad edirdilər. Amma Akimova işindən sonra artıq bu istinadı dayandırdılar", – Ə.Mustafayev bildirib.

"Adətən, evləri başqalarının adına alırlar"
Vəkilin sözlərinə görə, zəbt olunmuş mənzillərdə yaşayan məcburi köçkünlərin bir qisminin başqa yerlərdə mülkləri, mənzilləri var. Bir müddət əvvəl Sumqayıtda məhkəmə qaydasında bu, sübuta yetirilib: "Adətən, evləri başqalarının adına alırlar. Orada yaşayan kirayənişinin dindirilməsi ilə, kommunal xidmətlərə görə ödəniş qəbzləri ilə bunu sübut etmək mümkün oldu".

Ə.Mustafayev Mənzil Məcəlləsindəki "sosial kirayə müqaviləsi" anlayışını yada salır. Deyir ki, dəfələrlə dövlət orqanlarına müraciətlərində bu yolla problemin müvəqqəti həllini təklif ediblər: "Hökumət məcburi köçkün üçün kirayə ödənişini büdcə hesabına həyata keçirə bilər. Yaxud, heç olmasa, Vaqif Əliyev kimi ev sahibləri üçün bunu etsin ki, adam anbarda qalmasın. Bunu da eləmirlər. Məcburi köçkünlər üçün xeyli yaşayış yerləri, binalar tikilib. Ora köçürülənlər, əsasən, yataqxanalarda, dövlət binalarında məskunlaşanlardır. Onları köçürürlər ki, həmin binalardan dövlət istifadə edə bilsin".

Akimovanın şikayəti üzrə Avropa Məhkəməsi ilə kommunikasiya zamanı Azərbaycan hökuməti yazıb ki, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli qərarıyla təsdiqlənmiş "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları" məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasını təxirə salmağı mümkün edir.

Hökumət vurğulayıb ki, Ermənistanın işğalı altında olan ərazilərdən 700 mindən çox insan didərgin düşüb: "Məcburi köçkünlərin əksəriyyəti keçmiş inzibati binalarda, mehmanxana və xəstəxanalarda, qaçqın düşərgələrində yerləşiblər. Müəyyən sayda məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus mənzillərdə məskunlaşıblar. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarilə onları evsiz qoya, sosial gərginliyə və partlayışa gətirib çıxara, ictimai asayişə təhlükə yarada bilər. Buna görə də, ərizəçinin mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb".

Amma Avropa Məhkəməsi hökumətin arqumentini əsaslı saymayıb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzadlıqRadiosuna bildirilib ki, evləri zəbt olunan vətəndaşların şikayətləri komitədə də var və diqqətdə saxlanılır.

"Bu məsələlərlə bağlı məhkəmə qətnamələrinin surəti Komitəyə də təqdim olunur. Belə mənzillərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Bunun üçün lazım olan addımlar atılır", – Komitənin mətbuat xidmətindən belə deyilib.

Bu cür mübahisəli mənzillərin sayı isə açıqlanmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qeyri-dəqiq məlumatı yaymayın! – “Erməni dəyirmanına su tökürsünüz!”
Dünən, 18:11
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb - Diqqət!
Dünən, 18:10
Ermənistan cəsədlərinə niyə sahib çıxmır? – Paşinyanın qorxusu
Dünən, 18:08
Azərbaycan Almaniyaya nota verəcək
Dünən, 18:03
Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
Dünən, 17:53
Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası - TƏHLİL
Dünən, 17:51
Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər...
Dünən, 17:48
“Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı” - Prezidentin köməkçisi
Dünən, 17:47
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Dünən, 17:44
Erməni gənclər hökumətin hikkəsinə görə ölmək istəmirlər
Dünən, 17:35
“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var” - Hikmət Hacıyev
Dünən, 17:29
Ceyhun Bayramov fransız nazirlə danışıb
Dünən, 17:28
Məktəblər bağlandı, distant təhsil də dayandırılır? - Təhsil Nazirliyindən AÇIQLAMA
Dünən, 17:26
Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib
Dünən, 17:25
Ermənilərin etiraf etdiyi leş sayısı - 729-a ÇATDI
Dünən, 17:12
“Münaqişə Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır” - Özbəkistan parlamentinin Sədri
Dünən, 17:11
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində biri jurnalist olmaqla 4 nəfər xəsarət alıb
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:05
Ermənistan tərəfdən vuruşan muzdlular: - Kəlbəcər və Laçındakı təlim mərkəzinə gətirilmiş terrorçular kimdir?
Dünən, 17:05
“Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: - hərbçilər olmasa da, xalq onu linç edəcək”
Dünən, 17:01
Azərbaycan Qafanı tələb edə bilərmi? - Hüquqşünas
Dünən, 17:00
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 16:58
“Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir” - Hikmət Hacıyev
Dünən, 16:57
“ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir” - Prezidentin köməkçisi
Dünən, 16:47
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "mesaj" açıqlaması
Dünən, 16:45
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi - FOTO
Dünən, 16:44
“Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər” - Diqqətli olaq!
Dünən, 16:43
AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı
Dünən, 16:40
“Erməni radiosunda Gəncə terroru qisas kimi təqdim olunub” - Prezidentin köməkçisi
Dünən, 16:39
"Bu xalq tarix boyu torpaqlarını düşmənlərdən azad edib"
Dünən, 16:37
“Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” - Ülvi Quliyev
Dünən, 16:33
92 yaşlı Ömər Eldarov koronavirusa YOLUXDU
Dünən, 16:26
“Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” – Rus ekspert
Dünən, 16:22
RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”
Dünən, 16:21
“Biz bunu gələcək nəsillərə saxlamamalıyıq” - PA rəsmisi
Dünən, 16:19
Ermənilər Tərtər pambıq zavodunu vurdu - zavodda böyük yanğın başlayıb
Dünən, 16:17
Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir - Müdafiə Nazirliyi
Dünən, 16:11
"Allah deyib, bu şərəfli yola davam edək"
Dünən, 16:10
Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı məhkəməyə müraciət etdi
Dünən, 16:08
"Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi" - Prezidentin köməkçisi
Dünən, 16:07
“Ermənilər Cəbrayılın işğaldan azad olunan kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər" - MN-in İdarə rəisi
Dünən, 16:06
"Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib" - Elçin Əmirbəyov
Dünən, 16:05
"Ermənistan dövlət səviyyəsində terror həyata keçirir" - Hikmət Hacıyev
Dünən, 15:46
"Erməni analarına müraciət edirəm"
Dünən, 15:45
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Prezidentin köməkçisi
Dünən, 15:44
“Ermənistan KTMT-dən çıxarıla bilər” - deputat
Dünən, 15:42
Ehtiyatda olan polkovnikdən müjdə: - “Bir-iki günə yenə sevinəcəyik”
Dünən, 15:37
“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” - Lavrov
Dünən, 15:33
Azərbaycanda indiyədək 1232636 koronavirus testi aparılıb
Dünən, 15:31
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru