"Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik" .....                     Ərdoğanın “qırmızı xətt” xəbərdarlığının pərdəarxası .....                     Bakını işğal etməkdən dəm vururdu... .....                     Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının .....                     Düşmənin hücum cəhdinin qarşısı alınıb, .....                     Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış .....                     “İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” .....                     “Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” .....                     "Fransız maşınına minməkdənsə, at arabasına minin" .....                     “Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” .....                     "Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var" .....                     Yoluxma artır, məktəbləri açmaq olmaz .....                     “Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” .....                     "McDonalds"a SƏRT TƏPKİ: .....                     Vətən Müharibəsində İran amili .....                     Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək .....                     Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? .....                     “Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” .....                     İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb .....                     Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib .....                     Bu gün dollar neçəyədir? .....                     Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı .....                     İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti .....                     İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək .....                     Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb .....                     Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək .....                     BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı .....                     Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb .....                     “Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” .....                     Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur .....                     Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir .....                     Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb .....                     Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib .....                     "Yas içində toy çaldırdınız" .....                     “Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” .....                     Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır .....                     Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır .....                     “Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” .....                 

“Beynəlxalq təşkilatlar cəbhə xəttinə gəlib hadisələri araşdırmırlar, çünki...” - TƏHLİL
Tarix: 1-10-2020, 09:17 | Çap et
“Beynəlxalq təşkilatlar cəbhə xəttinə gəlib hadisələri araşdırmırlar, çünki...”
Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 42 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 13 nəfər şəxs isə həlak olub.

Baş Prokurorluqdan verilən məlumata görə, təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 70-dən çox yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. Hazırda savaş davam etdiyindən bu rəqəmlərin artması ehtimalı da var.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Bizim diqqətimizi çəkən məqam isə odur ki, Azərbaycan Ordusu hərbi əməliyyatları yalnız öz torpaqlarında aparır və düşmən tərəfin yalnız hərbi qüvvələri ilə savaşır. Hətta düşmən ölkənin sivillərinə dəfələrlə hərbi obyektlərdən uzaq durmaqla bağlı çağırış edilib. Erməni terrorçuları isə əsasən sərhəd kəndlərindəki mülki əhalini, kəndləri, evləri ağır artilleriyadan atəşə tuturlar. Hər zaman istər dinc, istərsə də savaş dövrlərində insan haqlarını, onların həyatını və sosial durumunu qorumaqla mükəlləf olan beynəlxalq təşkilatların isə səsi çıxmır.

Bu istiqamətdə yalnız yerli Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərir. Sentyabrın 29-da səhər saatlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun başçılığı ilə növbəti geniş tərkibli müşavirə keçirilib.

AzQAC-dən bildirilib ki, müşavirədə cəbhə bölgəsində Cenevrə konvensiyalarının müvafiq maddələrinin tələblərinin Erməni silahlı birləşmələri tərəfindən kobud şəkildə pozularaq mülki şəxslərə qarşı törətdikləri qanunsuzluqlar müzakirə olunub. Bu qanunsuzluqlar barədə Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müvafiq məlumatların verildiyini bildirib.

AzQAC Cenevrə konvensiyalarına, Seviliya razılşmasına, öz missiyasına və beynəlxalq humanitar hüquqa əsaslanaraq, özünün fundamental prinsiplərinə uyğun olaraq, zərurət yarandığı halda humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər edib.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) isə təmas xətti boyunca 27 sentyabrda səhər saatlarında başlamış gərginləşmənin humanitar nəticələri barədə narahat olduğunu açıqlayıb və hər iki tərəfdən itkilərin arasında mülkilərin də olduğunu bildirib. Qurumdan verilən açıqlamada bildirilib ki, BQXK tərəfləri, beynəlxalq humanitar hüququn ən başlıca qaydaları barədə öhdəliklərinə riayət etməklə mülki şəxslərin həyatlarını və mülki infrastruktur obyektlərini qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır. BQXK-nın regional direktoru Martin Şopp qeyd edib ki, təmsil etdiyi qurum bu gərginləşmə nəticəsində təsirə məruz qalan şəxslərə dəstək göstərməyə və neytral vasitəçilik rolunu yerinə yetirməyə hazır olduğunu bir daha bildirir: “Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə hər bir halda tam riayət etməyə çağırırıq”.

BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir, onun Bakı və İrəvanda nümayəndəlikləri var.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, hazırda savaş davam etdiyinə görə beynəlxalq təşkilatlar cəbhə xəttinə gəlib hadisələri araşdırmağa risk etmirlər: “Əsasən bu prosesdə Qırmızı Xaç Komitəsi fəal rol oynamalıdır. Bu komitənin Bakıda böyük bir ofisi də var, ştatı var. Bu qurum məsələləri diqqət mərkəzində saxlamalıdır. Onların bölgə də nümayəndəlikləri var, yəqin ki, hansısa proses aparılır. Bizim həm mülki əhali arasından, həm də əsgərlərimizdən şəhidlərimiz var. Ancaq əsas odur ki, kimsə bizə mane olmasın və sonuna qədər müharibəni apara bilək”.

Politoloq vurğuladı ki, mülki əhalidən verdiyimiz itkilər beynəlxalq mətbuatda yer alır, bu məsələyə diqqət yetirilir: “90-cı illərdən fərqli olaraq, biz informasiya blokadasında deyilik və həqiqətlər dünya mətbuatına çatdırılır. Biz bu itkilərimizin hüquqi qiymətini alması üçün işlərimizi davam etdirməliyik. Ancaq hələ cinayət işinin açılması o demək deyil ki, cinayətkarları həbs etdirə bilərik. Xocalı qatilləri ilə bağlı da cinayət işləri var, ancaq nəticəsiz qalıb. Lakin cinayət işinin açılması beynəlxalq aləmin bu faktları görməsi baxımından önəmlidir. Bu çox vacib məsələdir və informasiya savaşında da önəmlidir”.

Milli Məclisin İnsan haqları komitəsinin üzvü Zahid Oruc da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Azərbaycan hüquq-mühafizə orqanları mülki şəxslərlə bağlı baş verən cinayət faktlarını toplayıb, sistemləşdirməli, beynəlxalq qurumların qarşısına qoymalıdır: “Azərbaycan son 30 illik müstəqillik tarixində Ermənistanın müharibəni məhz silahsız vətəndaşlarımızla apardığına dair minlərlə fakt toplanıb. Lakin təəssüf ki, bu faktları Dağlıq Qarabağın azadlığı uğrunda apardığımız davanın bir hissəsinə çevirmək sona qədər mümkün olmayıb. Bir tərəfdən mülki insanların qətlə yetirilməsi, digər tərəfdən əmlaklarının yağmalanması, darmadağın edilməsi fonunda maddi təzminatlar davası, təəssüf olsun ki, beynəlxalq məhkəmələrin yurisdiksiyasında kütləvi hal alıb və Azərbaycanın həm beynəlxalq mövqeyini möhkəmləndirmək, həm də o insanların haqqını tanımaq baxımından bu işlər istənilən miqyasda görülə bilmədi.

İndiki gerçəklikdə Respublika Prokurorluğu məlum dəyişiklikdən sonra hər birimiz müşahidə edirik ki, birbaşa təmas xəttinə aid olmayan ərazilərə belə atəş edən Ermənistan ordusunun mülki şəxslərə qarşı cinayətlərinin hər birini aktlaşdırır, sistemləşdirir, faktlaşdırır. Bu faktlar illər sonra deyil, müharibənin nəticəsindən asılı olmayaraq (inanırıq ki, ordumuzun qalibiyyəti ilə başa çatacaq) sonda beynəlxalq cinayət məhkəmələrinə təqdim ediləcək. Ermənistan buna dair onlarla konvensiyanı ratifikasiya edib, dövlət kimi üzərinə məsuliyyət götürüb.

Azərbaycanın hüquq-mühafizə orqanları cəbhədə savaşan əsgər və zabitlərimiz kimi, hüquq məkanında da bu işləri həyata keçirməlidir".

Parlamentin İnsan haqları komitəsini təmsil edən deputat qeyd etdi ki, bu gün müxtəlif beynəlxalq təşkilatlara öz müraciətlərini göndərirlər: “Bu qurumlar ənənəvi trafaret mövqelərdən, heç bir reaksiya verməməkləri ilə müqayisədə, indi ən azı yazışmalara reaksiya verilir. Ancaq burada konkret missiyaların gəlməsi onların öz istəkləri ilə baş verir. Onlar bunu arzulayanda edə bilirlər. Avropa Şurasının, ATƏT-in, Avropa Məhkəməsinin və bir sıra digər qurumların hər biri istədikdə, dövlətlərarası münaqişəni öz fokusuna götürə bilir və orada baş verən cinayətləri təhlil edir, qərarlar verir. Hətta keçmiş Yuqoslaviyanın timsalında gördük ki, mülki insanlara qarşı qəddarlığına görə serb rəhbərlərini mühakimə də edə bilir”.

Z.Oruc beynəlxalq təşkilatların prosesə birbaşa müdaxilə etməməsinin səbəbini belə izah etdi: “İndi həmin qurumların bunu istəməməsinin səbəbi odur ki, bu addımlar avtomatik olaraq onları Azərbaycanın tərəfində göstərəcək. İkincilər düşünür ki, bu, münaqişəyə qatılmaq deməkdir. Üçüncülər müxtəlif qüvvələrin tapşırıqları altındadır, dördüncülər bölgədə proseslərin fərqli məcrada inkişafını istəyirlər. Ona görə də bizim xalq artıq siyasi kamilliyə yüksəlib və çox yaxşı bilir ki, qətnamə və qərarlar, hüquqi sənədlərin yerinə yetirilməsi üçün siyasi iradə lazımdır. Bu 4 günlük savaşın şiddəti fonunda ”Azərbaycan əliyalın erməni vətəndaşı ilə mübarizə aparmır" mesajı bütün dünyaya yayıla bildi. Ermənistan rəhbərliyinin bütün manevrlərinə baxmayaraq, onlar güclü faktlarla bizi hansısa beynəlxalq tələblər qarşısında qoya bilmirlər. Bizim parlament üzvləri, üçüncü sektor təmsilçiləri bu məsələni vaxtında sistemləşdirib təqdim etməliyik. Davanı sonuna qədər apardıqca, bir gün bu fəaliyyətimiz nəticə doğuracaq".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik"
Bu gün, 08:25
Ərdoğanın “qırmızı xətt” xəbərdarlığının pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 08:24
Bakını işğal etməkdən dəm vururdu... - İndi Xankəndi ona dar gəlir...
Bu gün, 08:23
Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının SİYAHISI
Bu gün, 08:18
Düşmənin hücum cəhdinin qarşısı alınıb, şəxsi heyəti arasında ölən və yaralananlar var
Bu gün, 08:17
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
Bu gün, 08:16
“İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” - AKTUAL
Bu gün, 08:15
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa
Bu gün, 08:13
"Fransız maşınına minməkdənsə, at arabasına minin"
Bu gün, 08:12
“Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” - ekspert
Bu gün, 08:10
"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Bu gün, 08:09
Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?
Bu gün, 08:06
“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA
Bu gün, 08:04
"McDonalds"a SƏRT TƏPKİ: - “Ya yanımızda ol, ya da şələ-şüləni yığ!”
Bu gün, 08:02
Vətən Müharibəsində İran amili - TƏHLİL
Bu gün, 08:01
Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək - Bu gün
Bu gün, 07:59
Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? - GƏLİŞMƏ
Bu gün, 07:57
“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” - deputat
Bu gün, 07:56
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
Bu gün, 07:54
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 07:54
Bu gün dollar neçəyədir?
Bu gün, 07:52
Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı - DƏHŞƏT!
Bu gün, 07:52
İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti həyata keçirəcək qurum müəyyənləşib
Dünən, 18:03
İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək - RƏSMİ
Dünən, 18:01
Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb - Detallar...
Dünən, 18:00
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq
Dünən, 17:58
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Dünən, 17:57
İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək - Diqqət!
Dünən, 17:55
BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
Dünən, 17:54
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb - TƏFƏRRÜAT
Dünən, 17:52
“Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” - Hacı Şahin Həsənli
Dünən, 17:50
Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 17:47
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Dünən, 17:46
Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb
Dünən, 17:45
Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib
Dünən, 17:44
"Yas içində toy çaldırdınız"
Dünən, 17:38
“Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” - Rauf Arifoğlu
Dünən, 17:35
Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır - Baş Prokurorluq
Dünən, 17:33
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - deputat
Dünən, 17:32
“Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” - Putin
Dünən, 17:31
UNİCEF-in icraçı katibi ermənipərəstdir! – “...Terrora dair bir bəyanatı yoxdur”
Dünən, 17:25
“Bu şəxslər iş yerindən foto paylaşmasın” – Ekspert terror təhlükəsindən danışdı
Dünən, 17:23
Cenevrə görüşü nə vəd edir? - AKTUAL
Dünən, 17:21
Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu
Dünən, 17:16
Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır - Müdafiə Nazirliyi
Dünən, 17:15
Ermənistanın 543-cü alayının hərbi qulluqçuları Qarabağa getməkdən imtina edib - Müdafiə Nazirliyi
Dünən, 16:59
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - Müdafiə Nazirliyi
Dünən, 16:55
"Fransız maşınına minməkdənsə..."
Dünən, 16:54
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Dünən, 16:52
Rusiya da gözləyir: Qarabağ tez azad olunsun... – İvanov
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru