"Hər dəfə də erməni məkri, erməni hiyləsi özünü büruzə verib" .....                     “Vest LTD” QSC-nin imkanı və iddiası .....                     “Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var” .....                     "Bizə Annanın ərinin hakimiyətdə qalması çox sərfəlidir" .....                     Samuxun icra başçısı bir köşəyə çəkilərək... .....                     Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur .....                     "Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik" .....                     Ərdoğanın “qırmızı xətt” xəbərdarlığının pərdəarxası .....                     Bakını işğal etməkdən dəm vururdu... .....                     Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının .....                     Düşmənin hücum cəhdinin qarşısı alınıb, .....                     Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış .....                     “İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” .....                     “Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” .....                     "Fransız maşınına minməkdənsə, at arabasına minin" .....                     “Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” .....                     "Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var" .....                     Yoluxma artır, məktəbləri açmaq olmaz .....                     “Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” .....                     "McDonalds"a SƏRT TƏPKİ: .....                     Vətən Müharibəsində İran amili .....                     Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək .....                     Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? .....                     “Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” .....                     İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb .....                     Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib .....                     Bu gün dollar neçəyədir? .....                     Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı .....                     İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti .....                     İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək .....                     Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb .....                     Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək .....                     BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı .....                     Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb .....                     “Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” .....                     Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur .....                     Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir .....                     Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb .....                 

Yaxın müddətdə Bakı Dağlıq Qarabağı nəzarət altına alacaq... - GƏLİŞMƏ
Tarix: 1-10-2020, 08:58 | Çap et
Yaxın müddətdə Bakı Dağlıq Qarabağı nəzarət altına alacaq...
Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü davam edir. Müdafiə Nazirliyimizin cəbhə xəttindən yaydığı xəbərlər bunu bir daha təsdiqləyir. Bölmələrimiz azğın düşmənə bütün istiqamətlər üzrə sarsıdıcı zərbələr endirməkdədir. İşğal altındakı ərazilərimiz günbəgün kiçilir.

Əlbəttə ki, istənilən müharibənin qalibiyyətlə bitməsində informasiya savaşı da mühüm rol oynayır. Bu mənada hazırda Ermənistanla Azərbaycan arasında döyüşlər təkcə səngərlərdə getmir. Hələ ki erməni lobbisinin, ümumən ermənilərin ölkəmizə və ordumuza qarşı total yalanları ayaq tutsa da, yeriyə, qaça bilmir. O cümlədən İrəvanın öz strateji müttəfiqi Rusiyanı cidd-cəhdlə əməliyyatlara cəlb eləmək cəhdləri fiasko olmaqdadır.

Əsas səbəb odur ki, indi nə dünya həmin dünyadır, nə də Azərbaycan əvvəlki Azərbaycan. Başqa yandan, hamıdan yaxşı elə rəsmi Moskva bilir ki, biz öz torpaqlarımızda döyüşürük, Ermənistan ərazisində yox. Rusiya isə Ermənistanın müttəfiqidir, Dağlıq Qarabağdakı oyuncaq rejimin yox.

*****

Erməni yalanları əsasən bundan ibarətdir: guya budəfəki hərbi qarşıdurmada qardaş Türkiyə üçüncü tərəfdir, Azərbaycana hərbi kömək göstərir və guya Suriyadan, digər ölkələrdən Azərbaycana muzdlular gətirilir. Təbii ki, barmaqdan sovurulan bu yalanlarla bağlı ortada heç bir fakt yoxdur, ola bilməz. Bunu Azərbaycan prezidenti İlham Əliyev srağagün “Rosiya-1" telekanalının efirində, Ermənistan baş naziri Nikol Paşinyanla on-line debat zamanı arqumentli şəkildə bir daha izhar edərək, Rusiya ictimai rəyini də, beynəlxalq birliyi də növbəti dəfə arxayın elədi.

Sitat: “Azərbaycanın hazırlıqlı ordusu, çox böyük səfərbərlik ehtiyatı var. Dünən (srağagün - red.) mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanı orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Biz özümüz-özümüzü müdafiə etmək və təcavüzkarı cəzalandırmaq gücündəyik. Elə şəkildə cəzalandırmaq ki, o, bir daha hətta biz tərəfə boylanmağı belə qəsd eləməsin”.

Debat zamanı İlham Əliyev tutarlı arqumentlər və kontur-arqumentlərlə zəngin ətraflı çıxışı ilə hərbi əməliyyatların başlama səbəblərini və motivini bir-bir açıqladı, o sırada işğalçıya qarşı genişmiqyaslı cəza əməliyyatlarını qaçılmaz edən düşmən təxribatlarını sıraladı, bütövlükdə işğalçı tərəfin arqument sarıdan aciz qalan rəhbərinə faktiki, “master-klass” (“usta dərsi”) keçdi.

Belə bir dərsi indi həm də Azərbaycan Ordusu döyüş meydanında işğalçı qüvvələrə keçir. Onun canlı qüvvəsi və hərbi texnikasını kütləvi şəkildə məhv eləməklə və ya yararsız hala gətirməklə. Yazı hazırlanarkən verilən son məlumatlara görə, artıq düşmən tərəfdə çox böyük bir panika, təlaş yaşanır, işğal altındakı Ağdərə və digərı yaşayış məntəqələri sürətlə boşaldılır.

“İrəli, irəli! Yalnız irəli! Azərbaycan əsgəri, geriyə yol yoxdur!” Bu çağırış Azərbaycanın Müdafiə Nazirliyinin Facebook səhifəsindəki statusundandır. Ayrı cür ola da bilməz. Bu dəfə doğrudan da işğalçıya elə bir cəza, dərs verməliyik ki, bir daha Azərbaycan tərəfə boylanmağa cürət etməsin.

*****

“Ermənistanın mənfur siyasəti fiaskoya uğradı. Rəsmi İrəvan hər nə qədər Rusiyanı münaqişəyə daxil etmək istəsə də, hazırda Azərbaycan qarşısında tək qalıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə deyib ki, biz digər dövlətlərin daxili işinə qarışmırıq: “Bu, bir daha onu göstərir ki, Kreml mövcud gərginlik çərçivəsində Qarabağda baş verən hadisələri Azərbaycanın daxili məsələsi olaraq görür. Mahiyyət etibarilə bu, real və doğru yanaşmadır. Rəsmi İrəvan Kremlin səssizliyinə etiraz edə bilmir. Çünki Rusiyaya görə Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən İrəvan Moskva ilə münasibətləri korlaya bilməz. Bu gün Rusiya və ya Qərbin Ermənistana hansısa dəstək verəcəyini düşünmürəm”.

Bu yerdə erməni kökənli Rusiya XİN başçısı Sergey Lavrovun vaxtilə söylədiyi “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” hədəsi düşür. İndi nə oldu bəs? Putin “daxili işimizdir” deyir. Önəmli olan da Putinin dediyidir. Xeyrimizə olan bu gəlişmənin bir səbəbi Azərbaycanın həqiqətən də öz qanuni torpaqlarında əməliyyatlar apardığına dünyanı inandırmasıdırsa, digər səbəbi şübhəsiz, qardaş Türkiyənin Rusiya faktorunu kifayət qədər neytrallaşdıra bilməsidir...

*****

“Ermənistan ərazilərinə biz hər hansı zərbə endirmirik. Bu, bizim prinsipial mövqeyimizdir. Biz Ermənistana qarşı döyüşmürük. Biz döyüşləri o yerlərdə aparırıq ki, Rusiya o ərazilərin qeyd-şərtsiz Azərbaycana qaytarılmasını tələb edirdi. Döyüşlər məhz orada gedir. Bizim üçün bu, Böyük Vətən müharibəsidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri “Rosiya-1" telekanalının ”60 dəqiqə" adlı verilişində Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.

“Yaxın müddətdə Dağlıq Qarabağ nəzarət altına alınacaq. Əməliyyatı dayandırmaq intihar olardı”.

Bunu isə türkiyəli hərbi ekspert Coşqun Başbuğ ölkə mətbuatına açıqlamasında deyib.

“Ermənistan bir dövlət deyil, 1,5 milyon insanın yaşadığı coğrafiyadır. Nə siyasi iradəsi var, nə də iqtisadi gücü. Əhalisinin vəziyyəti acınacaqlıdır. Bu qədər acizlik içində olan Ermənistan təkbaşına Azərbaycana hücum edə bilərmi?”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın məğlub olacağını anlayan Qərb narahatdır. “Qərb Türkiyənin bölgədə gedişatı dəyişdirməyə başladığı andan etibarən ”dialoq" deyə çağırışlar edir", - deyə hərbi ekspert əlavə edib.

*****

Azərbaycanın Vətən müharibəsi davam edirkən Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan bu arada bəyanatla çıxış edib, hakimiyyətə çağırış edib. Ter-Petrosyan deyib ki, “Ermənistan ərazi itkisi olmadan müharibəni dayandırmalı” və “Rusiyanın təşəbbüsü ilə ATƏT-in Minsk Qrupu formatında mahiyyəti üzrə danışıqları dərhal bərpa etməlidir”.

Bu yerdə yada salaq. Vaxtilə (1998) erməni liderlərinin ən praqmatik düşüncəlisi sayılan Ter-Petrosyan Qarabağa dair Azərbaycanla mərhələli həll planını qəbul etməyin zəruriliyindən danışarkən demişdi ki, “biz bu varianta razılıq verməsək, gələcəkdə yalvaracağıq, ona görə ki, Azərbaycan güclənəcək, biz zəifləyəcəyik” (həmin plana əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, kommunikasiyalar, sərhədlər açılır, bölgənin yekun statusu isə sonrakı mərhələyə saxlanılırdı).

Buna görə Ter-Petrosyanı xain elan edib hakimiyyətdən devirdilər. Sonrası məlumdur. Azərbaycan gerçəkdən də gücləndi, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars strateji əhəmiyyətli dəmir yolu - hamısı Ermənistandan yan keçdi, tezliklə (oktyabrda) ondan yan keçəcək və Azərbaycanı Qərbə daha möhkəm bağlayacaq daha bir strateji qaz xətti - Cənub Qaz Dəhlizi işə düşəcək. Ermənistan isə hələ də qaldığı yerdədir, özlərinin etiraf elədikləri kimi, “tullantı” ölkəyə çevrilib. Bu azmış kimi, Paşinyanın avantürası öz xalqını yeni bir fəlakətə tuş edib.

Maniakal ideyalarla, Azərbaycan və Türkiyəyə qarşı maksimalist və həyasız tələblərlə, mifik “hərbi qələbə”nin eyforiyası ilə yaşayan ermənilər Levon Ter-Petrosyanı zamanında qiymətləndirə bilmədilər. Bu da acınacaqlı mənzərə. Ter-Petrosyanın 22 il öncəki xəbərdarlığı gerçəkləşməkdədir. İndi ermənilər onu əlləri üstdə hakimiyyətə qaytarsalar belə, yəqin ki, gecdir...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər dəfə də erməni məkri, erməni hiyləsi özünü büruzə verib"
Bu gün, 08:47
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Bu gün, 08:45
“Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var” - Sabiq maliyyə naziri
Bu gün, 08:41
"Bizə Annanın ərinin hakimiyətdə qalması çox sərfəlidir"
Bu gün, 08:39
Samuxun icra başçısı bir köşəyə çəkilərək... - İTTİHAM
Bu gün, 08:38
Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 08:35
"Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik"
Bu gün, 08:25
Ərdoğanın “qırmızı xətt” xəbərdarlığının pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 08:24
Bakını işğal etməkdən dəm vururdu... - İndi Xankəndi ona dar gəlir...
Bu gün, 08:23
Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının SİYAHISI
Bu gün, 08:18
Düşmənin hücum cəhdinin qarşısı alınıb, şəxsi heyəti arasında ölən və yaralananlar var
Bu gün, 08:17
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
Bu gün, 08:16
“İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” - AKTUAL
Bu gün, 08:15
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa
Bu gün, 08:13
"Fransız maşınına minməkdənsə, at arabasına minin"
Bu gün, 08:12
“Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” - ekspert
Bu gün, 08:10
"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Bu gün, 08:09
Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?
Bu gün, 08:06
“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA
Bu gün, 08:04
"McDonalds"a SƏRT TƏPKİ: - “Ya yanımızda ol, ya da şələ-şüləni yığ!”
Bu gün, 08:02
Vətən Müharibəsində İran amili - TƏHLİL
Bu gün, 08:01
Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək - Bu gün
Bu gün, 07:59
Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? - GƏLİŞMƏ
Bu gün, 07:57
“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” - deputat
Bu gün, 07:56
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
Bu gün, 07:54
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 07:54
Bu gün dollar neçəyədir?
Bu gün, 07:52
Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı - DƏHŞƏT!
Bu gün, 07:52
İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti həyata keçirəcək qurum müəyyənləşib
Dünən, 18:03
İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək - RƏSMİ
Dünən, 18:01
Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb - Detallar...
Dünən, 18:00
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq
Dünən, 17:58
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Dünən, 17:57
İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək - Diqqət!
Dünən, 17:55
BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
Dünən, 17:54
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb - TƏFƏRRÜAT
Dünən, 17:52
“Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” - Hacı Şahin Həsənli
Dünən, 17:50
Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 17:47
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Dünən, 17:46
Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb
Dünən, 17:45
Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib
Dünən, 17:44
"Yas içində toy çaldırdınız"
Dünən, 17:38
“Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” - Rauf Arifoğlu
Dünən, 17:35
Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır - Baş Prokurorluq
Dünən, 17:33
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - deputat
Dünən, 17:32
“Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” - Putin
Dünən, 17:31
UNİCEF-in icraçı katibi ermənipərəstdir! – “...Terrora dair bir bəyanatı yoxdur”
Dünən, 17:25
“Bu şəxslər iş yerindən foto paylaşmasın” – Ekspert terror təhlükəsindən danışdı
Dünən, 17:23
Cenevrə görüşü nə vəd edir? - AKTUAL
Dünən, 17:21
Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru