“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” .....                     "Fransız maşınına minməkdənsə, at arabasına minin" .....                     “Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” .....                     "Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var" .....                     Yoluxma artır, məktəbləri açmaq olmaz .....                     “Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” .....                     "McDonalds"a SƏRT TƏPKİ: .....                     Vətən Müharibəsində İran amili .....                     Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək .....                     Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? .....                     “Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” .....                     İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb .....                     Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib .....                     Bu gün dollar neçəyədir? .....                     Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı .....                     İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti .....                     İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək .....                     Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb .....                     Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək .....                     BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı .....                     Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb .....                     “Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” .....                     Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur .....                     Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir .....                     Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb .....                     Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib .....                     "Yas içində toy çaldırdınız" .....                     “Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” .....                     Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır .....                     Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır .....                     “Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” .....                     UNİCEF-in icraçı katibi ermənipərəstdir! .....                     “Bu şəxslər iş yerindən foto paylaşmasın” .....                     Cenevrə görüşü nə vəd edir? .....                     Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu .....                     Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır .....                     Ermənistanın 543-cü alayının hərbi qulluqçuları Qarabağa getməkdən imtina edib .....                     Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür .....                 

Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT
Tarix: 1-10-2020, 08:04 | Çap et
Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq
Ermənistanın təxribatı nəticəsində, sentyabrın 27-də Qarabağda başlayan döyüşlər fonunda, beynəlxalq təşkilatlar və müxtəlif dövlətlər bəyanatlar verir, tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır. Bundan əlavə, sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının iclası keçirildi və BMT Baş Katibinin tərəflərin gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışı dəstəkləndi. Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildirdilər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırdılar.

Həmçinin, mütəmadı olaraq müxtəlif ölkələrin liderləri Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayaraq vəziyyətdən narahat olduqlarını ifadə edirlər.

Maraqlıdır ki, 26 il ərzində Ermənistanın Azərbayacana qarşı təşkil etdiyi hərbi təcavüzə susan beynəlxalq ictimaiyyət, Azərbaycanın öz torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatlarına nə üçün dərhal reaksiya verir? Digər tərəfdən, beynəlxalq aləmin fəallaşması Azərbaycanın keçirdiyi əməliyyatlara mane ola bilərmi?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Fuad Çıraqov AYNA-ya deyib ki, bu bəyanatların Azərbaycan üçün heç bir fərqi yoxdur: “26 ildir ki, biz onlara vaxt veririk və bu müddət ərzində 1 milyondan çox məcburi köçkün öz yurd-yuvasına qayıtmağı gözləyir. Bu müddət ərzində 1 milyondan çox insanın hüquqları pozulub. Bu illər ərzində bir ölkənin torpaqları işğal altında qaldı və beynəlxalq hüquq hamının gözü qarşısında pozuldu. Bəs, beynəlxalq aləm onda niyə cavab vermirdi? Ona görə də bu bəyanatların bizim üçün əvvəlki və növbəti bəyanatlardan heç bir fərqi yoxdur”.

“Yəni, həmin çağırışları edənlər Azərbaycan dövlətinin və xalqının qarşısında bütün etimadlarını itiriblər. Ona görə də Azərbaycanın artıq səbri tükənib, öz əzmini ortaya qoyub və öz işini görür. Beynəlxalq ictimaiyyət həqiqətən də münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, konkret olaraq təcavüzkar Ermənistana ultimatum verməli, müxtəlif yollarla cəzalandırmalı və işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalarını təmin etməlidir”, - ekspert bildirib.

Çıraqov beynəlxalq aləmin fəallaşmasını onların öz simalarını qorumaq istəyi kimi əsaslandırıb: “Bu, beynəlxalq etiketdir və böyük dövlətlərin üzərində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı öhdəlik olduğu üçün məsuliyyət daşıyırlar. Onlar bu öhdəliyi və məsuliyyəti yerinə yetirmədikləri təqdirdə, ilk növbədə öz imicləri zədələnir. Əslində isə, onların imici 26 illik işğala göz yumanda zədələnib. Digər tərəfdən, həmin ölkələrdə güclü erməni lobbiləri var deyə, belə əl-ayağa düşüblər. Lakin Azərbaycanın hər şeyə rəğmən qətiyyətli əzmini görürlər və düşmənin məğlubiyyəti qaçılmazdır. Bu məğlubiyyətin reallaşmasına da çox az vaxt qalıb”.

Müsahibimiz beynəlxalq aləmin fəallaşmasının Azərbaycanın əks-hücum əməliyyatlarına təsir etməyəcəyini düşünür: “Mən bununla bağlı heç bir işarə görmürəm. Əksinə, dövlət rəhbərliyi tərəfindən ardıcıl şəkildə qətiyyətli və məqsədəuyğun istiqamətdə qərarlar və fəaliyyət görürəm. Yəni, hər hansı bir tərəddüd yoxdur”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı da AYNA-ya açıqlamasında bənzər fikirlər səsləndirib: “Verilən bəyanatlar münaqişənin irimiqyaslı olması ilə əlaqəlidir. İrimiqyaslı müharibəyə də atəşkəs dövründən daha çox reaksiya verilməsi təbiidir. İkincisi, erməni lobbisinin Rusiya daxil olmaqla, dünyanın müxtəlif ölkələrində güclü olması amili var. Yəni, həm irimiqyaslı müharibənin olması, həm də erməni lobbisinin fəallığı bu reaksiyaları təbiiləşdirir”.

“Biz, əslində bunun bənzərini 1990-cı illərin əvvəlində də görmüşdük. Ermənistan Azərbaycan ərazilərini işğal edəndə, bəzi dövlətlərin parlamentləri, rəsmi nümayəndələri beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə təbliğat aparırdılar. Halbuki, işğalı aparan ölkə Ermənistan idi. İndi həmin qüvvələr yenidən fəallaşıblar deyə, bu cür açıqlamaları, müzakirələri bir qədər təbii qarşılayıram”, - politoloq vurğulayıb.

Amma o, təbii olmayan başqa məsələyə diqqət çəkib: “Onların hansısa məsələyə münasibət bildirməsi üçün gərək münaqişənin miqyası genişlənsin. Çünki bütün dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri var. Onlar beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmasını təmin etməli, bunun üçün birgə fəaliyyət göstərməli, beynəlxalq hüququn əsas prinsiplərini pozan dövlətə qarşı müştərək addımlar atmalı və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını bir yerdə təmin etməlidirlər. 1994-cü ildən bu günə qədər bunlar nə işğalın aradan qalxması üçün addım atıblar, nə də Ermənistan beynəlxalq hüququ heçə sayanda reaksiya veriblər. Təbii olmayan da budur”.

Aslanlının fikrincə, biz bunları bu istiqamətdə ittiham edə bilərik ki, onlar nə üçün beynəlxalq hüquqdan qaynaqlanan öhdəliklərini yerinə yetirmilər: “Axı, biz onlardan Azərbaycanın müttəfiqi olmağı, bizə tərəfkeşlik etməyi istəmirik. Onların beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri var. Bizim istədiyimiz də onların qəbul etdikləri qərarların icrası ilə məşğul olmalarıdır”.

Müsahibimiz hesab edir ki, bir müddət əvvəl Azərbaycanın maraqları tapdananda yalandan verilən qərarlar, bu gün ərazilərimiz azad edilərkən qəbul edilən qərarlarla eyni dərəcədə olacaq: “Sadəcə bir fərq var ki, onların o zamankı təsirsizliyi beynəlxalq hüquqa qarşı hörmətsizlik idi, bugünkü təsirsizliyi isə beynəlxalq hüququn yerinə gəlməsinə kömək edəcək. Yəni Azərbaycan öz ərazilərini azad edəcək və onların bu cür qəbul etdiyi qərarların təsirə malik olmamağı, bugünkü çağırışların heç bir işə yaramaması regionda daimi sülh üçün beynəlxalq hüququn əsas prinsiplərinin yerinə gəlməsi üçün işə yarayacaq”.

“ATƏT-in hər qətnaməsindən sonra Ermənistan yeni rayonlar işğal edir, ATƏT isə təcili və təxirəsalınmaz fəaliyyət planı qəbul edirdi. Adı təcili və təxirəsalınmaz əməliyyat planı idi, amma heç biri olmurdu və hamısı də təxirə salınırdı. Əgər o bəyanatlar vaxtı ilə beynəlxalq hüququn pozulmasının, Ermənistanın beynəlxalq hüquqa zidd addımlarının qarşsını almayıbsa, Azərbaycanın da beynəlxalq hüquqa uyğun addımlarını dayandıra bilməz”, - QAFSAM sədri əlavə edib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa
Bu gün, 08:13
"Fransız maşınına minməkdənsə, at arabasına minin"
Bu gün, 08:12
“Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” - ekspert
Bu gün, 08:10
"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Bu gün, 08:09
Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?
Bu gün, 08:06
“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA
Bu gün, 08:04
"McDonalds"a SƏRT TƏPKİ: - “Ya yanımızda ol, ya da şələ-şüləni yığ!”
Bu gün, 08:02
Vətən Müharibəsində İran amili - TƏHLİL
Bu gün, 08:01
Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək - Bu gün
Bu gün, 07:59
Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? - GƏLİŞMƏ
Bu gün, 07:57
“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” - deputat
Bu gün, 07:56
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
Bu gün, 07:54
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 07:54
Bu gün dollar neçəyədir?
Bu gün, 07:52
Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı - DƏHŞƏT!
Bu gün, 07:52
İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti həyata keçirəcək qurum müəyyənləşib
Dünən, 18:03
İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək - RƏSMİ
Dünən, 18:01
Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb - Detallar...
Dünən, 18:00
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq
Dünən, 17:58
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Dünən, 17:57
İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək - Diqqət!
Dünən, 17:55
BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
Dünən, 17:54
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb - TƏFƏRRÜAT
Dünən, 17:52
“Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” - Hacı Şahin Həsənli
Dünən, 17:50
Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 17:47
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Dünən, 17:46
Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb
Dünən, 17:45
Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib
Dünən, 17:44
"Yas içində toy çaldırdınız"
Dünən, 17:38
“Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” - Rauf Arifoğlu
Dünən, 17:35
Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır - Baş Prokurorluq
Dünən, 17:33
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - deputat
Dünən, 17:32
“Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” - Putin
Dünən, 17:31
UNİCEF-in icraçı katibi ermənipərəstdir! – “...Terrora dair bir bəyanatı yoxdur”
Dünən, 17:25
“Bu şəxslər iş yerindən foto paylaşmasın” – Ekspert terror təhlükəsindən danışdı
Dünən, 17:23
Cenevrə görüşü nə vəd edir? - AKTUAL
Dünən, 17:21
Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu
Dünən, 17:16
Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır - Müdafiə Nazirliyi
Dünən, 17:15
Ermənistanın 543-cü alayının hərbi qulluqçuları Qarabağa getməkdən imtina edib - Müdafiə Nazirliyi
Dünən, 16:59
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - Müdafiə Nazirliyi
Dünən, 16:55
"Fransız maşınına minməkdənsə..."
Dünən, 16:54
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Dünən, 16:52
Rusiya da gözləyir: Qarabağ tez azad olunsun... – İvanov
Dünən, 16:48
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Dünən, 16:45
Xocalı qətliamına imza atan “Əfsanəvi general” indi şivən qoparır: - “Ermənilər təhdid altındadır”
Dünən, 16:44
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI
Dünən, 16:41
"PAŞA Bank Georgia"nın zərəri kəskin artdı
Dünən, 16:36
Tural Gəncəliyev Kanada parlamentinin üzvünü və senatorunu üzr istəməyə çağırıb
Dünən, 16:35
"Bu susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir" - ETİRAZ
Dünən, 16:23
“Bundan sonra təqvimdə işğal günləri qeyd edilməyəcək” - deputat
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru