Ağcabədidə kişi qardaşı oğlunu güllələyib .....                     "Baku Electronics" üçün müştəri mənuniyyəti önəm daşımır... .....                     AQTA "Veysəloğlu"ya bir söz deyə bilmir? .....                     ABŞ İranla əlaqəsi olan daha 6 şirkətə sanksiya tətbiq edib .....                     Bakı nəqliyyat agentliyi yenə də narazılıq yaradır... .....                     "Avtobuslar işləmirsə, səhiyyəmiz də iflic duruma düşür..." .....                     “SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR” .....                     Ermənistan morqları meyitlərlə doludur .....                     ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb .....                     Neft yenidən ucuzlaşıb .....                     Qarabağın cənub qapısı əlimizdə .....                     Bu sığorta agentinin lisenziyası ləğv edildi .....                     "Təbim Qarabağda gələcək" .....                     Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası .....                     İşğal olunmuş ərazilərimizdəki keçilməz istehkamları Livan və Suriyadan gətirilmiş terrorçular qoruyur .....                     “Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur” .....                     Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? .....                     “BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” .....                     General-polkovnik Məhərrəm Əliyev üçün özəl gün .....                     Ermənistanın siyasi partiyaları məğlubiyyətin rəsmi elanını müzakirə ediblər? .....                     “ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyil...” .....                     Ön cəbhədə erməni, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki... .....                     “Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” .....                     Cənubi Kipr generalı niyə Qarabağdadır? .....                     “Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun” .....                     “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək səviyyədədir” .....                     "Bizə Ermənistanda muxtariyyət verilməlidir" .....                     7 kənd, 7 min köçkün və 7-dən 77-yə qətliam .....                     “Sosial şəbəkələrdə maksimum soyuqqanlı olmalıyıq” .....                     ATƏT-in Minsk Qrupu arxivə göndərilir .....                     “Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil” .....                     BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib .....                     Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib .....                     Düşmənin məhv edilən hərbi texnikaları .....                     Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb .....                     Qubadlı-Zəngilan istiqamətlərində .....                     Bu gün dollar neçəyədir? .....                     Qeyri-dəqiq məlumatı yaymayın! .....                     Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb .....                     Ermənistan cəsədlərinə niyə sahib çıxmır? .....                 

Ermənistan dağıdır, Azərbaycan hökuməti qurur: - "Bizim böyük qayıdış planımız var"
Tarix: 30-09-2020, 11:47 | Çap et
Ermənistan dağıdır, Azərbaycan hökuməti qurur:
Son günlər cəbhə xəttində vəziyyət daha da gərginləşib. Ermənilər Azərbaycanın mülki vətəndaşlarına, cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrinə, evlərə atəş açırlar. Evlərin bir qismi tamamilə yararsız vəziyyətə düşüb.

Cəbhəboyu ərazilərdə yaşayan sakinlərin problemlərinin həlli istiqamətində və evləri tamamilə yararsız vəziyyətə düşən şəxslərlə bağlı hansı addımlar atılacaq?

Sputnik Azərbaycan olaraq cəbhəboyu ərazilərdə yaşayan əhalinin probleminə toxunduq. Eyni zamanda baş verən hadisələrlə bağlı millət vəkilləri də fikirlərini açıqladılar.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a açıqlamasında dövlət qurumları tərəfindən operativcəsinə atılan addımları yüksək səviyyədə qiymətləndirib. O bildirib ki, beynəlxalq hüquq və konvensiyaların kobud şəkildə pozulmasını özündə ehtiva edən, mülki insanları hədəfə alan və onların üzərindən savaşa aparan amansız qırğınlar, bəşəri cinayətlər törədən ermənilərin bu əməlləri ilə bağlı sənədləri toplayaraq beynəlxalq cinayət xarakterində müvafiq olaraq məhkəmələrə təqdim etmək və bununla bağlı Ermənistandan cavabdehlik istəmək mümkün olacaq. Z.Oruc bildirir ki, cəbhə ərazisində yaşayan ailələr heç zaman diqqətdən kənar qalmayıb və bu dəfə də elə olacaq: "Tovuz döyüşlərindən sonra da hər bir ailəyə xüsusi diqqət ayrıldı. Bərpa tədbirləri həyata keçirildi, bunun üçün dövlət büdcəsindən 1 milyondan artıq vəsait ayrıldı. Bundan öncə, ölkə başçısı 2016-cı ildə Tərtər və ön cəbhədə yerləşən digər ərazilərdə oldu, eyni zamanda da Lələtəpədə oldu, bərpa və quruculuq işləri görüldü".

"Ermənistan silahsız insanlara hücum edərək, 90-cı illərin təkrarlanmasına cəhdlər edir. Ancaq gördüyünüz kimi, bütün bunlar onlara qarşı nifrət və hiddəti artırmaqla, xalqın dövlət və orduya bağlılığını gücləndirməklə nəticələnir. Bütün bunlar Ermənistanı güclü şəkildə arqumentsiz qoyur, Azərbaycanın hüquqi mövqelərini gücləndirir", - deyə Z.Oruc əlavə edib.

O bildirir ki, Naftalan, Daşkəsəndə bir ailə üzvlərinin öldürülməsini hər hansı 3-cü, 4-cü qüvvənin ayağına yazılan cinayət kimi göstərmək mümkün deyil, bunları Ermənistan edir: "Sabah bunu Qarabağ erməniləri ilə əlaqələndirməklə bağlı arqumentlər də tam aradan qalxıb. Biz bu ölkəyə qarşı savaş elan etməmişik. Amma gördüyünüz kimi, onlar birinci olaraq hərbi vəziyyət tətbiq etdi, ardınca səfərbərliyə getdilər. Ölənlər niyə Ermənistana aparılır?! Bütün bunlar hamısı onun sübutudur ki, savaşı aparan tərəf Ermənistandır, Qarabağ ermənilərini də süngünün ucunda məhv edən onlardır. Bu səbəbdən mülki vətəndaşlara dəyən ziyan, cavabdehlik və onların dünyasını dəyişmələri ilə bağlı məsuliyyət bilavasitə Ermənistanın üzərində qalır", - deyə Z.Oruc əlavə edib.

Milət vəkili Elşad Mirbəşiroğlu da bildirir ki, Ermənistan təkcə cəbhədə deyil, eyni zamanda da dinc əhaliyə qarşı da amansız müharibə aparır: "Cəbhəboyu ərazidə yerləşən sakinlərimizə atəş açılır, onların evləri dağıdılır, zərər görür. Azərbaycan dövləti müharibədən əziyyət çəkmiş qruplara münasibətdə hər zaman həssas davranıb. Bundan sonrakı mərhələdə də zərərçəkmişlərə münasibətdə bütün zəruri sosial tədbirlər həyata keçiriləcək. Sadəcə olaraq hazırda Azərbaycan əks-hücumlar həyata keçirməkdədir".

"Bir sıra mühüm yaşayış məntəqələri erməni işğalından azad edilib. Bu isə ona dəlalət edir ki, bütünlükdə işğaldan azad olunan ərazilərlə bağlı dövlətin bərpa layihələri haqda düşünmək lazım gələcək. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan gələcəkdə də işğaldan azad olunan ərazilərdə bərpa işlərini həyata keçirtmək, infrastruktur qurmaq iqtidarındadır. Cocuq Mərcanlının nümunəsində də bunu gördük", - deyə o əlavə edib.

Elşad Mirbəşirli deyir ki, cəbhəboyu ərazilərdə yaşayan vətəndaşlarla bağlı təşəbbüslərlə çıxış etməyə gərək yoxdur. Çünki bütün hallarda əhalinin bu və digər səbəbdən mülkünə zərər dəydikdə bu zərərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbrilər həyata keçirilir: "İşğalçı Ermənistanın təxribatları nəticəsində əhaliyə hansısa formada zərər dəyirsə, bu zərərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir, əhali tam olaraq dövlətin qayğısı ilə təmin olunur".

"Sadəcə olaraq indiki şəraitdə hansısa qərarların qəbul olunaraq dərhal həyata keçirilməsi tam olaraq mümkün deyil. Çünki hazırda müharibənin kəskinləşdiyi şəraitdəyik. Dövlətin bütün diqqəti hazırda Ermənistanın təxribatlarının qarşısının alınmasına və onun işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasına yönəldilib", - deyə millət vəkili bildirib.

Millət vəkili Fazil Mustafa da bildirir ki, istənilən halda dəymiş zərər dövlət tərəfindən kompensasiya olunacaq: "Hesab edirəm ki, bu işlər yüksək səviyyədə həyata keçiriləcək. Yəni evlərin salınmasına görə sığorta vəsaitinin ödənilməsi, istər sosial vəsaitin ödənilməsi, bu şəxslərin müalicə və dəfn xərcləri də dövlət hesabınadır. Gələcəkdə də bu ailələrdə hansısa problemlər olarsa, yenə də onlara nəzərdə tutulan imtiyazlar verilə biləcək".

Millət vəkili Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəbhəboyu ərazilərdə yaşayan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda digər sosial yardımlar da göstərilə bilər: "Azərbaycan hökuməti hər zaman Ermənistan tərəfindən atəşə tutulan mülki əhalinin yanında olub. Bu vətəndaşları müvəqqəti olaraq sığınacaqlara yerləşdirib, evlərini təmir edərək tamamilə yararlı vəziyyətə gətirdikdən sonra onlara təhvil verib. Eyni zamanda mal-qarasına dəyən maddi zərər hökumət tərəfindən ödənilib. Müharibə bitəndən sonra da bu istiqamətdə təcili yardımlar göstəriləcək, evlər təmir olunacaq və yaxud da yeni evlər veriləcək".

"Hazırda ermənilərin yaşayış məntəqələrinə hücumunu terror aktı adlandırmaq olar. Ermənistanın bu addımı Cenevrə Konvensiyasına ziddir", - deyə millət vəkili bildirib.

Ermənilərin mülki əhaliyə hücumunu pisləyən digər millət vəkili Tahir Kərimli eyni zamanda cəbhə bölgəsində yaşayan şəxslərin bunadək olan problemlərinə və onların həlli istiqamətlərinə toxunub: "Bu bölgələrdə yaşayan şəxslər müəyyən müavinətlər arzu edirlər. Uşaqpulu, yaxud da əlillərin müdafiəsi, qocalara yardım və s. ehtiyac duyurlar. Son zamanlar cəbhəyanı bölgələrdə yaşayan əhali də xeyli çətinliklərlə üzləşib. Düşünürəm ki, bu şəxslərin banklara borcları silinməlidir, bir müddət kommunal xərclərdən azad olunmalı və yardımlar almalıdırlar".

"Bizim böyük qayıdış planımız var. Həmin ərazilərdə yenidən məskunlaşma təmin edilməli, infrastruktur yaradılmalıdır. Düşünürəm ki, Azərbaycanın ehtiyatları və dövlət büdcəsi buna kifayət edər", - deyə T.Kərimli bildirib.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağcabədidə kişi qardaşı oğlunu güllələyib
Bu gün, 10:05
"Baku Electronics" üçün müştəri mənuniyyəti önəm daşımır... - NARAZILIQ...
Bu gün, 10:04
AQTA "Veysəloğlu"ya bir söz deyə bilmir? - GİLEY
Bu gün, 09:58
ABŞ İranla əlaqəsi olan daha 6 şirkətə sanksiya tətbiq edib
Bu gün, 09:52
Bakı nəqliyyat agentliyi yenə də narazılıq yaradır... - Vətəndaşlar çarəsiz durumda
Bu gün, 09:51
"Avtobuslar işləmirsə, səhiyyəmiz də iflic duruma düşür..." - GİLEY
Bu gün, 09:47
“SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR” - İlyas İsmayılov
Bu gün, 09:32
Ermənistan morqları meyitlərlə doludur – Rus jurnalist
Bu gün, 09:30
ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb
Bu gün, 09:28
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:26
Qarabağın cənub qapısı əlimizdə - Füzuli və Xudafərinin strateji əhəmiyyəti
Bu gün, 09:25
Bu sığorta agentinin lisenziyası ləğv edildi
Bu gün, 09:20
"Təbim Qarabağda gələcək" - Alim Qasımov
Bu gün, 09:17
Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda
Bu gün, 09:05
İşğal olunmuş ərazilərimizdəki keçilməz istehkamları Livan və Suriyadan gətirilmiş terrorçular qoruyur - AÇIQLAMA
Bu gün, 09:03
“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur” - GƏLİŞMƏ
Bu gün, 08:59
Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? - ARAŞDIRMA
Bu gün, 08:57
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” - AKTUAL
Bu gün, 08:54
General-polkovnik Məhərrəm Əliyev üçün özəl gün
Bu gün, 08:53
Ermənistanın siyasi partiyaları məğlubiyyətin rəsmi elanını müzakirə ediblər? - İLGİNC
Bu gün, 08:51
“ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyil...” - TƏHLİL
Bu gün, 08:48
Ön cəbhədə erməni, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki... - GƏLİŞMƏ
Bu gün, 08:46
“Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” - İcra başçısı
Bu gün, 08:45
Cənubi Kipr generalı niyə Qarabağdadır?
Bu gün, 08:42
“Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun” - TƏKLİF
Bu gün, 08:41
“Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək səviyyədədir” - AÇIQLAMA
Bu gün, 08:40
"Bizə Ermənistanda muxtariyyət verilməlidir" - Mühacir Qərbi Azərbaycan Respublikasının prezidenti
Bu gün, 08:38
7 kənd, 7 min köçkün və 7-dən 77-yə qətliam - Qarabağdan uzaqda
Bu gün, 08:31
“Sosial şəbəkələrdə maksimum soyuqqanlı olmalıyıq” - Ermənilər nəzarət edir...
Bu gün, 08:24
ATƏT-in Minsk Qrupu arxivə göndərilir - TƏHLİL
Bu gün, 08:22
“Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil”
Bu gün, 08:20
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib
Bu gün, 08:18
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - Müdafiə Nazirliyi
Bu gün, 08:17
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Bu gün, 08:15
Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb
Bu gün, 08:14
Qubadlı-Zəngilan istiqamətlərində AĞIR DÖYÜŞLƏR GEDİR
Bu gün, 08:13
Bu gün dollar neçəyədir?
Bu gün, 08:11
Qeyri-dəqiq məlumatı yaymayın! – “Erməni dəyirmanına su tökürsünüz!”
Dünən, 18:11
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb - Diqqət!
Dünən, 18:10
Ermənistan cəsədlərinə niyə sahib çıxmır? – Paşinyanın qorxusu
Dünən, 18:08
Azərbaycan Almaniyaya nota verəcək
Dünən, 18:03
Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
Dünən, 17:53
Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası - TƏHLİL
Dünən, 17:51
Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər...
Dünən, 17:48
“Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı” - Prezidentin köməkçisi
Dünən, 17:47
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Dünən, 17:44
Erməni gənclər hökumətin hikkəsinə görə ölmək istəmirlər
Dünən, 17:35
“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var” - Hikmət Hacıyev
Dünən, 17:29
Ceyhun Bayramov fransız nazirlə danışıb
Dünən, 17:28
Məktəblər bağlandı, distant təhsil də dayandırılır? - Təhsil Nazirliyindən AÇIQLAMA
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru