Prezdentin uzaqgörən siyasəti: “Xudafərin” və “Qız Qalası” su bəndi .....                     Ceyhun Bayramov Mustafa Şəntopla görüşüb .....                     “Xəyallarımız, hədəflərimiz puç oldu” .....                     Goranboyun başçısı hansı əhvaldadır? .....                     Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub .....                     Bakıda filialı olan restoran ERMƏNİLƏRƏ YARDIM EDİR... .....                     Koronavirus noyabrın əvvəlindən səngiməyə başlayacaq .....                     "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək .....                     Paşinyan “DQR”-i tanıya bilərmi? .....                     "Amrah Sığorta"da ləğvetmə komissiyası yaradıldı .....                     Özümüzü koronavirusdan qorumaqla döyüşən hərbçilərimizi xəstəlikdən müdafiə etmiş olarıq .....                     Azərbaycan neftinin qiyməti cüzi azalıb .....                     Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi .....                     “Dərs vaxtı”nın bu günə olan cədvəli .....                     Ağcabədidə kişi qardaşı oğlunu güllələyib .....                     "Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... .....                     AQTA "Veysəloğlu"ya bir söz deyə bilmir? .....                     ABŞ İranla əlaqəsi olan daha 6 şirkətə sanksiya tətbiq edib .....                     Bakı Nəqliyyat Agentliyi yenə də narazılıq yaradır... .....                     "Avtobuslar işləmirsə, səhiyyəmiz də iflic duruma düşür..." .....                     “SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR” .....                     Ermənistan morqları meyitlərlə doludur .....                     ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb .....                     Neft yenidən ucuzlaşıb .....                     Qarabağın cənub qapısı əlimizdə .....                     Bu sığorta agentinin lisenziyası ləğv edildi .....                     "Təbim Qarabağda gələcək" .....                     Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası .....                     İşğal olunmuş ərazilərimizdəki keçilməz istehkamları Livan və Suriyadan gətirilmiş terrorçular qoruyur .....                     “Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur” .....                     Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? .....                     “BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” .....                     General-polkovnik Məhərrəm Əliyev üçün özəl gün .....                     Ermənistanın siyasi partiyaları məğlubiyyətin rəsmi elanını müzakirə ediblər? .....                     “ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyil...” .....                     Ön cəbhədə erməni, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki... .....                     “Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” .....                     Cənubi Kipr generalı niyə Qarabağdadır? .....                     “Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun” .....                     “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək səviyyədədir” .....                 

Sabiq icra başçıları həbsdən qurtula bilmirlər - ilginc səbəblər
Tarix: 30-09-2020, 08:40 | Çap et
Sabiq icra başçıları həbsdən qurtula bilmirlər
Hazırda həbsdə olan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Yevlağın keçmiş icra başçıları indiyə qədər azadlığa çıxmaları üçün bütün yollara əl atsalar da, buna nail ola bilmədilər. Son olaraq, onlar ev dustaqlığına buraxılmağa cəhd etdilər, lakin qanunun sərt üzü ilə rastlaşdılar.

Amma onlardan fərqli olaraq aylar öncə Xarici İşlər Nazirliyinin həbs edilən yüksək rütbəli məmurları barəsində son günlərdə gözlənilməz qərarlar verilir. Belə ki, əvvəlcə sentyabrın 23-də XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov və bundan üç gün sonra da Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin sabiq rəisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxıldı. Sonuncu ilə bərabər idarənin keçmiş əməkdaşı İlqar Əliyev barəsində də eyni qərar verildi.

Doğrudur, icra başçıları ilə XİN məmurlarının ittihamları arasında fərqlər açıq görünür. Birincilər üçün ən hiddət doğuran məsələ kasıbın pulunu mənimsəmələri idi. İkincilər isə korrupsiyada ittiham olunurdular, sadə vətəndaşla ünsiyyətləri olmamış, onların adlarına iş yerləri açaraq, kartlarını mənimsəməyiblər. Hökumətin məhz bu nüansları diqqətə aldığı deyilir. Amma istənilən halda son qərarlar ciddi suallar doğurmaya bilməz.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bunları dedi: “Burada fərqli element yalnız bir seçim üzrə ola bilər. Baş vermiş korrupsiya əməlinin masştabı məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi odur ki, icra başçıları bilavasitə iş adamları, vətəndaşlarla təmaslarda korrupsiyaya uğrayıblar. Burada deyək ki, Xarici İşlər Nazirliyindəki məmur bir tender əməliyyatında hansısa bir sahibkardan, yaxud tenderi verdiyi tərəfdən müəyyən bir rüşvət alıb. Amma icra başçıları rayon ərazisində vətəndaşlarla, çoxsaylı iş adamları ilə təmas quraraq, korrupsiya əməllərini həyata keçiriblər. Bu əməllərin miqyasına, həcminə görə yəqin ki, istintaqın gedişində fərqli yanaşmalar yaranıb. Digər tərəfdən, ola bilər ki, XİN-in məmuru ilə bağlı qısa zaman kəsiyində bəzi məsələlər aydınlaşdırılıb və onların törətdiyi əməllərin elə də ciddi xarakterli olmadığı üzə çıxıb. Ancaq icra başçıları ilə bağlı aparılan istintaqın bir müddət də davam etməsi gərəkdir ki, hər şey ortaya çıxsın. Çünki onlar icra hakimiyyətində uzun müddət rəhbər vəzifədə işləyiblər. Ortada konkret rüşvət və korrupsiya ilə bağlı əməllər var. Məsələni daha çox bir bununla fərqləndirə bilərəm. Başqa bir fərq burada görə bilmirəm”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə həbsdəki icra başçılarından biri haqqında heç yerdə demədiyi bir faktı açıqladı: “İcra başçıları cənab Prezidentin yerlərdəki nümayəndələridir. Onlar ölkə başçısının birbaşa etimadını doğrultmayan şəxslər idi. 100-150 min əhalisi olan bir rayona Prezident öz nümayəndəsini göndərir, onu tövsiyyə, tapşırıqları nəinki o rayonda yerinə yetirilmir, əksinə, rüşvətə və korrupsiyaya meylli olurlar, yetim-yesirin mal-mülkünü mənimsəyirlər, eyni zamanda şəxsən cənab Prezidentin təşəbbüsü ilə aztəminatlı ailələr üçün açılan iş yerlərinə ayrılmış kartlara ödənilən pulları mənimsəmək məqsədilə kartları özlərində saxlamaları, onu fərdi qaydada mənimsəmələri çox yolverilməz hal idi. Ölkə başçısı öz fikirlərində demişdi ki, bu nəinki cinayət, həm də allahsızlıqdır. Baxın dediyiniz məsələdə bu yanaşmalar fərqlidir. Fikir verin, biri tutuldu, ikinci tutuldu, ardınca yenilərinin həbsi baş verdi, amma düzəlmədilər. Yeri gəlmişkən, bir məsələni xüsusi qeyd edim. Seçki dövründə İmişli-Beyləqan seçki dairəsindən namizəd idim. Bunu ilk dəfə sizə deyirəm. Rayon icra hakimiyyətinin başçısı məndən seçkilərə mane olmamaq üçün pul istədi. Bunu hansı formada, kimin vasitəsilə məndən istədiyini deyə bilmərəm. Pul vermək üçün nə maddi imkanım vardı, nə də bunu verərdim.

Siz də gördünüz ki, ən azından o seçki dairəsində nəticələrin pozulmasına nail olundu. Bunun başında birbaşa rayon icra hakimiyyətinin başçısı dururdu. Bu misalı boşuna çəkmirəm. O şəxs məndən seçkilərə müdaxilə olunmaması, müəyyən məsələlərin həlli üçün pul istəyirdi və mən də bunu vermirdim. Nəticədə həmin şəxs böyük bir seçki prosesini pozdu. Müvafiq nazirliklərdə məmurlar var ki, dövlət qulluğundadırlar, nazirlərin müəyyən tapşırıq və vəzifələrini yerinə yetirirlər, bunlara yanaşma təbii ki, fərqlidir. Qanunun yol verdiyi həbs-qətimkan tədbirlərinin hamısının tətbiqini arzulayırıq. Bu yaxınlarda biri ev dustaqlığı, biri də girovluqdan çıxarılma üçün vəsatət vermişdi. Onların adlarını çəkmirəm. Onlardan təmin olunanı da, olunmayanı da oldu. Qanunda bu hallar varsa, biz buna pis baxmamalıyıq. Amma icra başçılarına münasibətin digər dövlət orqanlarında cinayət törədən şəxslərə nisbətən fərqli olmasının tərəfdarıyam. Onu da qeyd edim ki, son dövrlərdə həm DTX, həm prokurorluq tərəfindən keçirilən əməliyyatlar aidiyyatı dövlət orqanlarının nüfuzunu qaldırmaqla yanaşı, Prezidentə və siyasi hakimiyyətə münasibətdə fərqli, müsbət yanaşmaların daha çox olduğunu göstərdi.

Bu, cəmiyyət tərəfindən alqışlandı. Amma bunların hamısı barəsində həbs-qətimkan tədbirini dəyişib, onları ev dustaqlığına buraxmaq onların məhkəmə vaxtı azadlığa buraxılmasına açılan qapı deməkdir. Hesab edirəm ki, Prezidentin etimadını doğrultmayan hər bir məmur cəzasını almalıdır. Amma kimlərinsə tapşırığını yerinə yetirməklə bu cinayəti törədən 2-3-cü şəxslər var. Bunlara yanaşma fərqli olmalıdır. Bu gün haqlı olaraq sual verilə bilər ki, digər dövlət qurumlarında bu cinayətləri onlar razılaşmadan, tapşırıq almadan törətməyən, yaxud törədə bilmək imkanları olmayan 2, 3 və ya 4-5-ci şəxslər həbs edildi, amma həmin qurumların rəhbərləri, nazirlər niyə həbs olunmadılar? Bu da cəmiyyətdə narazılıq yaradır. Bəlkə də istintaqın gedişində o şəxslərə çıxılacaq. Amma hər halda, cəmiyyətdə müzakirə mövzusudur. Xalq haqlı olaraq düşünür ki, nazir göstəriş vermədən o cinayəti necə etmək olardı? Bu, uzun müddət davam edən proses olub. Hüquq institutunda olan həbs-qətimkan tədbirlərinin hamısının tətbiqinin reallaşmasını müsbət dəyərləndirirəm. Necə ki, Tofiq Yaqublu ilə bağlı həbs-qətimkan tədbiri dəyişdirildi, hamı bunu istəyirdi. Amma ayrı-ayrı icra məmurlarına qarşı münasibət tamamilə fərqli olmalıdır. Çünki onlar nəinki cənab Prezidentin, rəhbərlik etdikləri rayonlarda yüz minlərlə insanın etimadını doğrultmayıblar. Əksinə, onların timsalında hakimiyyətə mənfi münasibətlərin formalaşmasına xidmət ediblər. Bu da cənab Prezidentin dediyi kimi, xəyanətdir. Hesab edirəm ki, onlar layiqli cəzalarını mütləq almalıdırlar”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı: “Öncəliklə deyim ki, şəxs barəsində həbs-qətimkan tədbiri seçiləndə cəzaya baxılır. Onun sübut olunmasına diqqət yetirilir. İcra başçılarının cinayəti yerindəcə sübut olunub. Bunlar uzunmüddətli müşahidə əsasında həyata keçirildi. XİN dövlətin xarici siyasətini həyata keçirən bir qurumdur. Bu nazirliyin adının özünün yükü belə ağırdır. Korrupsiya təkcə pulla deyil. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə də var. Bəzən bu ittihamda pul məsələsi olmur. İcra başçıları ilə bağlı elə məsələlər var ki, ciddi araşdırma tələb edir. Onlara hələ cinayətkar demək tezdir. Çünki təqsirsizlik prezumpsiyası var. Məhkəmədə icra başçılarının nə dərəcədə günahkar olub-olmadıqları məlum olacaq. Amma ortada pul amili var və bu da sübut olunub. Yəqin ki, əldə elə faktlar var ki, bu insanların təcrid olunması vacibdir. Çünki onların insanlarla ünsiyyət imkanlarının yaranması istintaqın gedişinə ciddi mane ola bilər”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezdentin uzaqgörən siyasəti: “Xudafərin” və “Qız Qalası” su bəndi - TƏHLİL
Bu gün, 10:43
Ceyhun Bayramov Mustafa Şəntopla görüşüb
Bu gün, 10:41
“Xəyallarımız, hədəflərimiz puç oldu” - Paşinyanın qızı
Bu gün, 10:40
Goranboyun başçısı hansı əhvaldadır? - QALMAQAL
Bu gün, 10:39
Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 10:36
Bakıda filialı olan restoran ERMƏNİLƏRƏ YARDIM EDİR... - DƏRHAL BAĞLANMALIDIR!!!
Bu gün, 10:35
Koronavirus noyabrın əvvəlindən səngiməyə başlayacaq
Bu gün, 10:22
"Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək
Bu gün, 10:21
Paşinyan “DQR”-i tanıya bilərmi? - TƏHLİL
Bu gün, 10:20
"Amrah Sığorta"da ləğvetmə komissiyası yaradıldı
Bu gün, 10:18
Özümüzü koronavirusdan qorumaqla döyüşən hərbçilərimizi xəstəlikdən müdafiə etmiş olarıq - ekspert
Bu gün, 10:16
Azərbaycan neftinin qiyməti cüzi azalıb
Bu gün, 10:12
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - FOTO
Bu gün, 10:11
“Dərs vaxtı”nın bu günə olan cədvəli - Diqqət!
Bu gün, 10:10
Ağcabədidə kişi qardaşı oğlunu güllələyib
Bu gün, 10:05
"Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... - NARAZILIQ...
Bu gün, 10:04
AQTA "Veysəloğlu"ya bir söz deyə bilmir? - GİLEY
Bu gün, 09:58
ABŞ İranla əlaqəsi olan daha 6 şirkətə sanksiya tətbiq edib
Bu gün, 09:52
Bakı Nəqliyyat Agentliyi yenə də narazılıq yaradır... - Vətəndaşlar çarəsiz durumda
Bu gün, 09:51
"Avtobuslar işləmirsə, səhiyyəmiz də iflic duruma düşür..." - GİLEY
Bu gün, 09:47
“SÜLHMƏRAMLILAR ERMƏNİSTANLA SƏRHƏDDƏ YERLƏŞƏ BİLƏR” - İlyas İsmayılov
Bu gün, 09:32
Ermənistan morqları meyitlərlə doludur – Rus jurnalist
Bu gün, 09:30
ABŞ Rusiyanın 6 kəşfiyyatçısı barədə cinayət işi qaldırıb
Bu gün, 09:28
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:26
Qarabağın cənub qapısı əlimizdə - Füzuli və Xudafərinin strateji əhəmiyyəti
Bu gün, 09:25
Bu sığorta agentinin lisenziyası ləğv edildi
Bu gün, 09:20
"Təbim Qarabağda gələcək" - Alim Qasımov
Bu gün, 09:17
Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda
Bu gün, 09:05
İşğal olunmuş ərazilərimizdəki keçilməz istehkamları Livan və Suriyadan gətirilmiş terrorçular qoruyur - AÇIQLAMA
Bu gün, 09:03
“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur” - GƏLİŞMƏ
Bu gün, 08:59
Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəməyib? - ARAŞDIRMA
Bu gün, 08:57
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” - AKTUAL
Bu gün, 08:54
General-polkovnik Məhərrəm Əliyev üçün özəl gün
Bu gün, 08:53
Ermənistanın siyasi partiyaları məğlubiyyətin rəsmi elanını müzakirə ediblər? - İLGİNC
Bu gün, 08:51
“ABŞ Qarabağdakı hərbi əməliyyatlara ciddi müdaxilə edən deyil...” - TƏHLİL
Bu gün, 08:48
Ön cəbhədə erməni, arxa cəbhədə isə koronavirusla mübarizə aparmalıyıq ki... - GƏLİŞMƏ
Bu gün, 08:46
“Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm” - İcra başçısı
Bu gün, 08:45
Cənubi Kipr generalı niyə Qarabağdadır?
Bu gün, 08:42
“Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun” - TƏKLİF
Bu gün, 08:41
“Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək səviyyədədir” - AÇIQLAMA
Bu gün, 08:40
"Bizə Ermənistanda muxtariyyət verilməlidir" - Mühacir Qərbi Azərbaycan Respublikasının prezidenti
Bu gün, 08:38
7 kənd, 7 min köçkün və 7-dən 77-yə qətliam - Qarabağdan uzaqda
Bu gün, 08:31
“Sosial şəbəkələrdə maksimum soyuqqanlı olmalıyıq” - Ermənilər nəzarət edir...
Bu gün, 08:24
ATƏT-in Minsk Qrupu arxivə göndərilir - TƏHLİL
Bu gün, 08:22
“Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil”
Bu gün, 08:20
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib
Bu gün, 08:18
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - Müdafiə Nazirliyi
Bu gün, 08:17
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Bu gün, 08:15
Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb
Bu gün, 08:14
Qubadlı-Zəngilan istiqamətlərində AĞIR DÖYÜŞLƏR GEDİR
Bu gün, 08:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru