“Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” .....                     "Qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana kömək edəcək" .....                     Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi .....                     Fərhad Əhmədov orduya dəstəyini davam etdirir .....                     “Kəlbəcərin bir hissəsini işğaldan azad etsək də...” .....                     Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır .....                     Döyüşmək istəmədiyi üçün ayağından güllələnən erməni əsgəri: .....                     "Türk əsgərləri siz Bakıda görə bilərsiniz, döyüş bölgəsində yox..." .....                     “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib .....                     Prezidentdən alman jurnalistə TARİX DƏRSİ .....                     “Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə Azərbaycanın yanındayıq” .....                     "Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər" .....                     "Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik" .....                     "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər" .....                     Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi .....                     "Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm" .....                     Paşinyanın Putinə məktubu: Rusiya müharibəyə qoşula bilərmi? .....                     “Pul paylayan” aparatlar quraşdırılır? .....                     Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? .....                     Ermənilər Ağcabədiyə raket atıb, qəbiristanlıq dağılıb .....                     "Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib" .....                     “Hazırda Ermənistanın yalnız iki seçimi var” .....                     Bəzi yerlərdə duman olacağı gözlənilir .....                     Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BQXK-ya .....                     "Bu şərəfsizlər mənim əlimdən yanırlar" .....                     “85 yaşlı Yevgeniya Babayan Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq müstəntiq qarşısına çıxarılıb” .....                     Ceyhun Bayramov Mövlud Çavuşoğluna .....                     Bakıda qonşusunu öldürməyə cəhd edən şəxs tutulub .....                     "Önümüzdəki günlərdə karantin rejiminin sərtləşdirilməsi qaçılmazdır" .....                     “Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır” .....                     Erməni qadın yazardan şok etiraf: .....                     Cenevrə görüşü: “Azərbaycan indi daha dirənişlidir” .....                     Ermənistanda koronavirusdan bir gündə 41 NƏFƏR GƏBƏRİB .....                     Gürcüstanda bir sutkada 22 nəfər koronavirusdan ölüb .....                     “Ermənistan silahlı qüvvələrinin tərkibində PKK-çıların olması faktdır” .....                     "Gözümüz, qulağımız cəbhədən gələn xəbərlərdədir" .....                     Qarabağda PKK/YPG terrorçuları məhv edilir .....                     Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb .....                     Ceyhun Bayramov Cenevrədə BQXK-nın baş direktoru ilə .....                     "Ermənilər dəridən-qabıqdan çıxır" .....                 

Oktyabr ayının 12-dən bir ay ərzində qripə qarşı vaksinasiya başlayır - peyvəndi özəl klinikalarda vurdurmaq istəyənlər isə..
Tarix: 30-09-2020, 08:32 | Çap et
Oktyabr ayının 12-dən bir ay ərzində qripə qarşı vaksinasiya başlayır
Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq, davam edən COVİD-19 pandemiyası şəraitində, hər il olduğu kimi ”2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.

Nazirliyin yaydığı məlumata görə, respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci ilin oktyabr ayının 12-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi, eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əmrdə əks olunub.

Qeyd edək ki, artıq bir çox ölkələrdə koronavirus pandemiyasının mövsümü xəstəliklərə, o cümlədən qripə qarışaraq, daha da şiddətlənməməsi üçün kütləvi şəkildə qrip vaksinindən istifadə edilir. Mütəxəssislər bununla qripə yoluxanların sayının kəskin azalacağını düşünürlər.

Bəs qrip vaksini hər kəs üçün vacibdirmi? Daha bir vacib sual - ölkəmizdəki hərbi vəziyyət koronovirusla bağlı stabil durumu dəyişə bilərmi?

İnfeksionist Vasif Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qrip vaksini hər zaman insanlar üçün tövsiyə olunur: “Xüsusən də oktyabr ayında qrip vaksini hər bir insan üçün lazımlıdır. Uşaqlara bu vaksin 6 aylığından vurulur. 5 yaşından yuxarı uşaqlar və 50 yaşından yuxarı insanlar üçün isə mütləq tövsiyə edilir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün”.

Vasif Əliyev ölkədə koronovirusla bağlı son vəziyyətin stabil olduğunu qeyd edib: “Hazırda ölkədə koronovirusla bağlı vəziyyətdə stabillik hökm sürür. Doğrudur, ölkədəki mövcud hərbi durumla əlaqədar vəziyyət getdikcə dəyişir. Bu baxımdan konkret fikir bildirmək olmur. Əsgərlərin orduya getməsi, insanların bir yerə toplaşması və sairə məsələləri nəzərə alsaq, vəziyyət bundan sonra bir qədər ciddiləşə bilər. Çünki mövcud durumla bağlı insanlar özlərini qoruya bilmirlər. Lakin qeyd etdiyim kimi, ümumilikdə vəziyyət stabildir”.

Tibb elmləri doktoru Adil Qeybulla da qeyd etdi ki, koronavirusla birgə mövsümü xəstəlikləri də yanaşı keçirməmək üçün qrip vaksininə müraciət etmək lazımdır: “Lakin məlum məsələdir ki, qrip vaksini bizi koronavirusdan xilas etmir. Biz soyuqdəymə xəstəlikləri ilə koronavirusu ayırd etməyi bacarmalıyıq. Soyuqdəymə xəstəlikləri insanda bel, əzələ ağrıları, halsızlıq, qızdırma yarada bilir və bu da koronavirusla oxşarlıq təşkil edir. Onların arasında diaqnostika aparmaq çox vacibdir. Bu baxımdan Koreyada müəyyən testlər hazırlanır. Hesab edirəm ki, həmin vasitələri əldə etmək daha yaxşıdır, nəinki qrip vaksini vurdurmaq”.

Adil Qeybulla qeyd edib ki, hazırda ölkədə koronovirusla bağlı stabil vəziyyət bundan sonra da davam etsə, tezliklə koronavirusla vidalaşa bilərik: “Bu ayı da normal keçirə bilsək, payızın sonunda koronovirusla yavaş-yava vidalaşacağıq. Ümumiyyətlə, hesab edirəm ki, koronavirus əgər təbii virusdursa, bu ilin sonuna qədər yoxa çıxmalıdır. Çünki çirkli proseslər təxminən bu qədər davam edir. Yox, əgər bu virus laboratoriya şəraitində yaradılıbsa, onda ondan xilas olmağımız çətin olacaq. Lakin hər zaman karantin qaydalarına əməl etməli, maska taxmalı, sosial məsafə saxlamalı, əlləri mütəmadi dezinfeksiya etməliyik. Bu qaydalar həm də bizi mövsümi soyuqdəymə xəstəliklərindən də qoruyur. Məlum olduğu kimi, hər il payız mövsümündə pnevmoniya xəstəliyindən ölənlərin sayı kifayət qədər, koronavirusdan ölənlərin sayından az olmur. Bu baxımdan son dərəcə diqqətli olmaq lazımdır”.

Tanınmış həkim-pulmonoloq Ədalət Rüstəm “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Adi qriplərin peyvəndi demək olar ki, effektsizdir. Yəni olmasa ondan yaxşıdır. Ümumiyyətlə, qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir. Onların effekti yoxdur. Bu baxımdan COVİD-19-a qarşı hazırlanacaq peyvəndin də o qədər də effektli olacağını düşünmürəm".

Qripə qarşı peyvəndin qiymətinə gəldikdə isə bu peyvənd bir sıra özəl klinikalarda aparılır. Məsələn, Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan “Vaxigrip” peyvəndi tətbiq edilir. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla, 55 manatdır. Mərkəzi Klinik Xəstəxanada bu qiymət 36 manat, digər klinikalarda isə 40-42 manatdır. Qeyd edək ki, payız mövsümü xəstəlikləri ilə koronavirusun əlamətləri bəzən eyni olur və bunu bəzən insanlar ayırd etməkdə çətinlik çəkirlər.

Bəs payız mövsümündə adi qripi koronavirusdan necə fərqləndirək?

Həkim Ədalət Rüstəmin dediyinə görə bunları bir-birindən ayırmaq ilk vaxtlar çətin olacaq: “Lakin onların fərqli cəhətləri var və bu haqda artıq insanlar məlumatlıdır. Belə ki, COVİD-19 qripində iy, dad bilmə hissiyyatı itir, öskürək davamlı olur, udqunmaq çətinləşir. Lakin adi qripdə simptomlar adətən yüngül keçir".

Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri bildirirlər ki, koronovirus infeksiyasının əsas simptomları hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, səpgi və ishal da ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur. Bədən hərarətinin yüksəlməsi, allergiyadan başqa zökəm, qrip və COVİD-19-da rast gəlinə bilir. Öskürək qrip və allergiyalarda, baş və boğaz ağrısı isə zökəm və qripdə daha tez-tez müşahidə olunur.

Allergik rinit qəflətən başlamaz, əlamətləri adətən uzun müddət davam edər. Allergiyada asqırma, gözlərdə qızarma və qaşınma müşahidə edilir. Oxşar əlamətlər zökəmdə də rast gəlinir. Zökəmin ən önəmli əlaməti şiddətli burun axıntısıdır. Bu əlamət digər xəstəliklərdə rast gəlinmir. Qrip zamanı qızdırma və öskürək xəstəliyə xarakterik ən önəmli simptomlardır. COVİD-19 ilə qripin kliniki əlamətlərini bir-birindən çətinliklə ayırmaq mümkündür. Hər ikisində də kəskin şəkildə başlayan qızdırma, quru öskürək və halsızlıq qeydə alınır. Ən önəmli fərq isə təngnəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVİD-19 xəstəliyinə xasdır. Buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, qrip ilə ən çox qarışdırılan əlamətlərin olmasına baxmayaraq COVİD-19 qrip deyildir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” - AÇIQLAMA
Bu gün, 13:01
"Qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana kömək edəcək" - Kreml Paşinyana yenə eyni CAVABI VERDİ
Bu gün, 12:59
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Bu gün, 12:55
Fərhad Əhmədov orduya dəstəyini davam etdirir - İSTİ PALTARLAR, XÜSUSİ HƏRBİ LƏVAZİMATLAR VƏ DAHA NƏLƏR...
Bu gün, 12:53
“Kəlbəcərin bir hissəsini işğaldan azad etsək də...” - Açıqlama
Bu gün, 12:49
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır - Müdafiə Nazirliyi
Bu gün, 12:44
Döyüşmək istəmədiyi üçün ayağından güllələnən erməni əsgəri: - “Övladlarınızı Qarabağa göndərməyin!..”
Bu gün, 12:43
"Türk əsgərləri siz Bakıda görə bilərsiniz, döyüş bölgəsində yox..." - Prezident İlham Əliyev
Bu gün, 12:40
“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib
Bu gün, 12:37
Prezidentdən alman jurnalistə TARİX DƏRSİ - "Tarixçilər, hansı tarixçilər?"
Bu gün, 12:35
“Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə Azərbaycanın yanındayıq” - İsrailli nazir
Bu gün, 12:30
"Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər" - Dövlət başçısı
Bu gün, 12:29
"Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik" - İlham Əliyev
Bu gün, 12:25
"Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər" - Prezident İlham Əliyev
Bu gün, 12:22
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi - TAM MƏTN
Bu gün, 12:18
"Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm" - Məşhur müğənni də cəbhəyə yollandı
Bu gün, 12:11
Paşinyanın Putinə məktubu: Rusiya müharibəyə qoşula bilərmi? - AÇIQLAMA
Bu gün, 12:10
“Pul paylayan” aparatlar quraşdırılır? – “Mənim üçün aydın deyil ki...”
Bu gün, 12:08
Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? - TƏHLİL
Bu gün, 12:07
Ermənilər Ağcabədiyə raket atıb, qəbiristanlıq dağılıb - FOTO
Bu gün, 12:03
"Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib" - Gurgen Yegiyazaryan
Bu gün, 11:58
“Hazırda Ermənistanın yalnız iki seçimi var” - deputat
Bu gün, 11:53
Bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 11:51
Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BQXK-ya 1 milyon funt sterlinq yardım ayırıb
Bu gün, 11:49
"Bu şərəfsizlər mənim əlimdən yanırlar" - FOTO
Bu gün, 11:41
“85 yaşlı Yevgeniya Babayan Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq müstəntiq qarşısına çıxarılıb” - Prezidentin köməkçisi
Bu gün, 11:37
Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
Bu gün, 11:28
Bakıda qonşusunu öldürməyə cəhd edən şəxs tutulub
Bu gün, 11:28
"Önümüzdəki günlərdə karantin rejiminin sərtləşdirilməsi qaçılmazdır" - AÇIQLAMA
Bu gün, 11:18
“Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır” - Müdafiə Nazirliyi
Bu gün, 11:17
Erməni qadın yazardan şok etiraf: - “Mən erməni kişilərinin yerinə utanıram!”
Bu gün, 11:15
Cenevrə görüşü: “Azərbaycan indi daha dirənişlidir” - AÇIQLAMA
Bu gün, 11:09
Ermənistanda koronavirusdan bir gündə 41 NƏFƏR GƏBƏRİB - Çox güman cəbhədəki itkilərini "oformit" edirlər...
Bu gün, 11:08
Gürcüstanda bir sutkada 22 nəfər koronavirusdan ölüb
Bu gün, 11:02
“Ermənistan silahlı qüvvələrinin tərkibində PKK-çıların olması faktdır” – Rəsmi açıqlama
Bu gün, 11:02
"Gözümüz, qulağımız cəbhədən gələn xəbərlərdədir" - deputat
Bu gün, 11:01
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Bu gün, 10:59
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb - UĞURLAR OLSUN!
Bu gün, 10:57
Ceyhun Bayramov Cenevrədə BQXK-nın baş direktoru ilə görüşüb
Bu gün, 10:56
"Ermənilər dəridən-qabıqdan çıxır" - Azərbaycanı bu istiqamətdə zəif salmaq üçün
Bu gün, 10:50
Paşinyan bu dəfə Putinə zəng etmədi - məktub yazdı
Bu gün, 10:41
“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova
Bu gün, 10:39
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi
Bu gün, 10:37
Rusiyalı ekspertlər Maksim Şevçenko və İqor Korotçenko hədələnir - NİYƏ SUSURUQ?
Bu gün, 10:36
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bu gün, 10:34
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Bu gün, 10:33
Düşmənin Su-25-ləri: - 5-i sıradan çıxıb, digərləri gecə uça bilmir
Bu gün, 10:17
Qərb mediasında “erməni istehkamları” - onları necə yaraq?
Bu gün, 10:15
Düşmən Tərtərə 30-yə yaxın top mərmisi atıb
Bu gün, 10:14
“Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir” - Eldar Namazov
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru