BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? .....                     MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? .....                     "10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" .....                     Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər .....                     “Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” .....                     Ekspertlərdən koronavirusla bağlı “SOS!” .....                     “Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” .....                     “Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi .....                     DSMF-nin bu idarəsi narazılıq yaradır... .....                     "Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti “Con Batchelor Şou” radiosunda müzakirə olunub .....                     Ermənistan XİN rəhbəri Moskvaya gedib .....                     Bu gün dollar neçəyədir? .....                     Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib .....                     Vəng kəndi bundan sonra Çinarlı kəndi andlandırılsın .....                     "Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Paşinyan qondarma rejimin keçmiş rəhbərləri ilə görüşdü .....                     Döyüş əməliyyatları uğurla davam edir .....                     "Koronavirusa yoluxmamışam" .....                     Qardaşa kömək vaxtıdır .....                     “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər” .....                     "30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam" .....                     "Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: .....                     “Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədi” .....                     Ermənistan prezidentinin müşaviri Qarabağda ölümcül virusa yoluxdu .....                     Türkiyəli müğənni konsert gəlirini Gəncəyə bağışlacayaq .....                     “WarGonzo” Qarabağdan qaçdı .....                     "Qarabağ" üçün erməni təxribatının baş verdiyi matçın referisi .....                     Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət etdilər .....                     Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır .....                     Cəbrayıl rayonunun neçə faizi azad olunub? .....                     İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı .....                     Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat .....                     "Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir .....                     BP-nin regional prezidentindən Azərbaycana DƏSTƏK: .....                     "Zəfərə qədər Azərbaycanın yanında olacağıq" .....                     Bakıdakı "Cafe Anderson"un yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir .....                     Rus jurnalist ermənilərə faşistlərin dəstəyindən yazdı .....                     "Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” .....                 

Allahşükür Paşazadə xalqa müraciət etdi
Tarix: 28-09-2020, 18:33 | Çap et
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib.

"Report"un xəbərinə görə, müraciətdə deyilir:

"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır!

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, “Biz birlikdə güclüyük”.

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına xitab edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Bu gün, 08:32
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Bu gün, 08:30
“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” - Qulu Məhərrəmli
Bu gün, 08:28
Ekspertlərdən koronavirusla bağlı “SOS!” - GƏLİŞMƏ
Bu gün, 08:27
“Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” - ekspert
Bu gün, 08:24
“Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi
Bu gün, 08:23
DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY
Bu gün, 08:21
"Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk"
Bu gün, 08:18
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti “Con Batchelor Şou” radiosunda müzakirə olunub
Bu gün, 08:16
Ermənistan XİN rəhbəri Moskvaya gedib
Bu gün, 08:15
Bu gün dollar neçəyədir?
Bu gün, 08:13
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib - Prezident İlham Əliyev
Dünən, 15:23
Vəng kəndi bundan sonra Çinarlı kəndi andlandırılsın - Prezident İlham Əliyev
Dünən, 15:22
"Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" - Prezidentdən MÜJDƏ
Dünən, 15:20
Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 13:09
Paşinyan qondarma rejimin keçmiş rəhbərləri ilə görüşdü
Dünən, 13:05
Döyüş əməliyyatları uğurla davam edir - Müdafiə Nazirliyi
Dünən, 12:58
"Koronavirusa yoluxmamışam" - Ömər Eldarov
Dünən, 12:56
Qardaşa kömək vaxtıdır - Türk Kızılay
Dünən, 12:48
“350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər” - Təzminat əvəzinə tarixi torpaq
Dünən, 12:45
"30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam" - Rüstəm Behrudi
Dünən, 12:43
"Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: - “Bu günlərdə çətin vəziyyətdəyik"
Dünən, 12:39
“Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədi” - deputat
Dünən, 12:34
Ermənistan prezidentinin müşaviri Qarabağda ölümcül virusa yoluxdu
Dünən, 12:33
Türkiyəli müğənni konsert gəlirini Gəncəyə bağışlacayaq
Dünən, 12:30
“WarGonzo” Qarabağdan qaçdı
Dünən, 12:28
"Qarabağ" üçün erməni təxribatının baş verdiyi matçın referisi
Dünən, 12:22
Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət etdilər
Dünən, 12:21
Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır - ekspert
Dünən, 12:14
Cəbrayıl rayonunun neçə faizi azad olunub? - Deputatdan AÇIQLAMA
Dünən, 12:07
İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı
Dünən, 12:06
Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
Dünən, 12:04
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
Dünən, 11:59
BP-nin regional prezidentindən Azərbaycana DƏSTƏK: - “Bu, ortaq strateji maraqlarımıza uyğundur”
Dünən, 11:58
"Zəfərə qədər Azərbaycanın yanında olacağıq" - Mustafa Şentop
Dünən, 11:53
Bakıdakı "Cafe Anderson"un yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir - ETİRAZLAR EFFEKT VERDİ
Dünən, 11:52
Rus jurnalist ermənilərə faşistlərin dəstəyindən yazdı
Dünən, 11:49
"Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” - Sahibə Qafarova
Dünən, 11:47
TBMM sədri Gəncəyə yola düşdü
Dünən, 11:46
“İndi artıq gecdir, şansları sıfıra bərabərdir” - İrəvandan yeni blef
Dünən, 11:32
"30 il dözmüşük, 3 ay dözə bilmirik"
Dünən, 11:31
"Minsk qrupunun beyin ölümü gerçəkləşib" - Mustafa Şentop
Dünən, 11:30
NRYTN Ermənistanın növbəti fişinq hücumu təhlükəsi barədə xəbərdarlıq edib
Dünən, 11:29
"Müharibə 2 həftə davam etsə, Ermənistan ordusunun resursları tükənəcək" - ekspert
Dünən, 11:27
“Rusiya Qarabağda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir” - GƏLİŞMƏ
Dünən, 11:25
"Beynəlxaq ictimaiyyətə müraciət edirəm: - karsınız, ya korsunuz?"
Dünən, 11:22
Tətildən sonra təhsildə vəziyyət düzələcək? - AÇIQLAMA
Dünən, 11:20
“Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?” - Elnur Allahverdiyev
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru