"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?" .....                     Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib .....                     "Bu gün də yaxşı xəbər olacaq" .....                     Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib .....                     Ermənistan Azərbaycanın qabağında aciz olduğunu .....                     Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? .....                     Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... .....                     BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? .....                     MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? .....                     "10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" .....                     Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər .....                     “Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” .....                     Ekspertlərdən koronavirusla bağlı “SOS!” .....                     “Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” .....                     “Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi .....                     DSMF-nin bu idarəsi narazılıq yaradır... .....                     "Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti “Con Batchelor Şou” radiosunda müzakirə olunub .....                     Ermənistan XİN rəhbəri Moskvaya gedib .....                     Bu gün dollar neçəyədir? .....                     Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib .....                     Vəng kəndi bundan sonra Çinarlı kəndi andlandırılsın .....                     "Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Paşinyan qondarma rejimin keçmiş rəhbərləri ilə görüşdü .....                     Döyüş əməliyyatları uğurla davam edir .....                     "Koronavirusa yoluxmamışam" .....                     Qardaşa kömək vaxtıdır .....                     “350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər” .....                     "30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam" .....                     "Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: .....                     “Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədi” .....                     Ermənistan prezidentinin müşaviri Qarabağda ölümcül virusa yoluxdu .....                     Türkiyəli müğənni konsert gəlirini Gəncəyə bağışlacayaq .....                     “WarGonzo” Qarabağdan qaçdı .....                     "Qarabağ" üçün erməni təxribatının baş verdiyi matçın referisi .....                     Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət etdilər .....                     Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır .....                     Cəbrayıl rayonunun neçə faizi azad olunub? .....                     İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı .....                 

Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər: -Azərbaycan Ermənistanı əməlli-başlı “kötəkləyir”
Tarix: 28-09-2020, 18:16 | Çap et
Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər:
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların yenidən bərpa olunmasından cəmisi bir gün geçib. Ermənistanın avantürist hərbi təxribatı ucbatından bərpa olunan silahlı toqquşmalar artıq çox şeyi köklü şəkildə dəyişib.

Halbuki hərbi əməliyyatların bərpasından olduqca az bir zaman keçib. Və bu zaman çərçivəsində baş verənlər üzərindən ilkin nəticələri təhlil etmək tamamilə mümkündür.

Əsas nəticə ondan ibarətdir ki, rəsmi İrəvan hərbi təxribatla növbəti dəfə ciddi səhvə yol verdi. Üstəlik, bu dəfəki səhvin Ermənistan üçün doğurduğu nəticələr özündən əvvəlkilərdən müqayisəedilməz səviyyədə daha ağır oldu.

Məsələ ondadır ki, Ermənistan silahlı qüvvələri sarsıdıcı cavab zərbələri aldı. Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə qarşı-qarşıya qaldı.

Məlum oldu ki, Ermənistanın savaş hazırlığı olduqca bəsit və zəifiymiş. Rəsmi İrəvan özünün alovlandırdığı silahlı münaqişəni davam etdirmək qabiliyyətində deyil.

Azərbaycan isə sübut etdi ki, yalnız Ermənistanın hərbi təxribatlarına qarşı müdafiə hazırlıqları ilə kifayətlənməyib. Əksinə, düşmənin hərbi təxribatlarını dəf etdikdən sonra dərhal sürətli əks-hücum planlarını da əvvəlcədən mükəmməl şəkildə hazırlamağa nail olub.

Ona görə də indi düşmən vahimə içərisindədir. Hazırda yaranmış situasiyada artıq rəsmi İrəvanın əsas hədəfi Azərbaycana “hərbi əzələ” nümayiş etdirmək deyil. Çünki cəmisi bir günlük silahlı toqquşmalar da sübut etdi ki, Ermənistanın elə bir ciddi “hərbi əzələ”si mövcud deyil.

Azərbaycan ordusunun döyüş meydanında qazandığı hərbi uğurlar da bunu birmənalı şəkildə təsdiq edir. Belə ki, Azərbaycan ordusu işğal altındakı bir sıra əraziləri düşməndən azad edib. Olduqca önəmli strateji yüksəklikləri ələ keçirib. Və ələ keçirilən yüksəkliklər hətta savaşın gələcək taleyini birmənalı şəkildə müəyyənləşdirə biləcək qədər əhəmiyyətli mövqelərdə yerləşirlər.

Məsələ ondadır ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür. Belə ki, hərbi ekspertlər bu yüksəkliyin sayəsində Ermənistandan işğal altındakı ərazilərə silah-sursatın daşınmasının qarşısı alına və ya ciddi şəkildə məhdudlaşdırıla biləcəyini vurğulayırlar.

Digər tərəfdən, Ermənistanın kifayət qədər ciddi canlı qüvvə və hərbi texnika itkiləri var. Və bununla bağlı statistika tez-tez dəyişir. Hətta Ermənistanın etiraf etdiyi rəqəmlər belə, rəsmi İrəvan üçün “həyəcan təbili”nin artıq çalınmağa başlamasından xəbər verir.

Bəzi məlumatlara görə, aldığı ardıcıl və sarsıdıcı zərbələrdən sonra Ermənistan ordusunda panik durum yaşanmağa başlayıb. Hətta silahı ataraq, döyüş mövqeyini tərk edən əsgər və zabitlərin olduğu bildirilir. Yəni kütləvi fərrarilik prosesi başlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat məlumatları da bunu müəyyən mənada, təsdiqləyir. Belə ki, erməni komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Əsas məqsəd təşvişə düşərək, işğal olunmuş ərazilərdən Ermənistana axın edən mülki şəxslərin və silahı ataraq, ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub, saxlanılmasıdır. Hətta həmin postlarda silahlı insidentlərin baş verdiyi, ölən və yaralananların olduğu da bildirilir.

Belə anlaşılır ki, Ermənistan öz fərrari hərbçilərinə qarşı II Dünya Müharibəsi dövründə sovet komandanlığının tətbiq etdiyi qəddar taktika ilə davranır. Belə ki, o dövrdə yaradılan və yaxşı silahlandırılmış xüsusi cəza dəstələri döyüş mövqeyindəki hərbi hissələrin arxasında yerləşdirilirdi və qaçmağa cəhd edən hər bir əsgər dərhal güllələnirdi.

Bütün bunlar onu göstərir ki, Ermənistan hərb meydanında olduqca ağır duruma düşüb. Hətta rəsmi İrəvanın savaşı dayandırmaq üçün uyğun situasiyanın yaranmasına cəhd göstərməkdə olduğu da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “France 24” telekanalına müsahibəsində “Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir. Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir” deyib.

Qəribə də olsa, Z.Mnatsakanyan Ermənistanın kompromisə hazır olduğunu bildirib: “Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik. Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.

Göründüyü kimi, əvvəlcə hərbi təxribatlara başladılar, Azərbaycanın “tərs şapalağı” ilə sarsıdıcı zərbə aldıqdan sonrasa, dərhal “kompromis” yadlarına düşdü. Halbuki bu dəfə arxalandıqları həmsədrlərin iştirakı ilə danışıqlar prosesinin bərpası üçün məhz Azərbaycanın şərtlərini qəbul etməli olacaqlar.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən Azərbaycanın bəyan etdiyi şərti şəxsən təkrarlayıb. O, bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır. Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın yaranması üçünsə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin hamısını qeyd-şərtsiz boşaltması vacibdir.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyəti istənilən halda, rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyətində qala bilər. Çünki Azərbaycanın sərt şəkildə “kötəklədiyi” Ermənistan hazırda Rusiya da daxil olmaqla, bütün himayədarlarının siyasi dəstəyindən məhrum olmuş durumdadır.

Məsələ ondadır ki, Rusiya pezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması Paşinyan hakimiyyəti üçün məyusedici məzmun daşıyır. Belə ki, o, lazım olduğu təqdirdə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan rəhbərliyi ilə telefonla danışacağını deyib.

Təbii ki, bu açıqlamadan iki önəmli nəticə çıxarmaq mümkündür. Birincisi, əgər, Kreml sahibi məhz rəsmi Bakı ilə danışacaqsa, bu, hərbi-psixoloji üstünlüyün məhz Azərbaycanın əlində olması anlamına gəlir. Və hərbi əməliyyatların dayandırılması da məhz rəsmi Bakıdan, Azərbaycanın maraqlarına cavab verib-verməməsindən birbaşa asılıdır.

Digər tərəfdənsə, hərbi əməliyyatların dayandırılması Rusiyanın da maraqlarına cavab verməsi vacibdir. Çünki D.Peskov “lazım olduğu təqdirdə...” vurğusu ilə hələlik savaşın durdurulması üçün proseslərə Rusiyanın müdaxilə etməyə həvəsli olmadığının mesajını vermiş oldu.

Bunun səbəblərinə gəldikdəsə, son dövrlərdə özünün “hərbi hoqqa”ları ilə Cənubi Qafqazı xaosa sürükləməyə can atan Ermənistanın baş naziri Nikol Paşinyan onlar barədə daha yaxşı məlumatlıdır. Yəni, indi N.Paşinyan Rusiyanı özünə qarşı necə qəzəbləndirə bildiyi barədə mümkün qədər çox düşünməlidir. Əks halda, bu hadisələr onun üçün yalnız hakimiyyətin itirilməsi ilə deyil, həm də “dəmir barmaqlıqlar” arxasından səmanı seyr etmək taleyi ilə də nəticələnə bilər.

Hərbi əməliyyatların bərpasından sonra politoloq Qagik Hambaryanın öz açıqlamsında Nikol Paşinyanı və onun komandasını erməni cəmiyyətini parçalamaqda suçlaması Ermənistan baş naziri üçün gələcəklə bağlı ciddi xəbərdarlıq xarakteri daşıyır: “Qəbuledilməz və yalan xəbərlər yayırlar. Bu da cəmiyyəti parçalayır. Ağzınızı toplayın. Vaxt gələcək, hər kəs etdiklərinə görə cavab verəcək”.

Maraqlıdır ki, hərbi əməliyyatların bərpasından sonra Ermənistanın savaş meydanında məğlub duruma düşməsi Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasını gücləndirib. Ermənistanın canlı qüvvə və digər hərbi itkilərinin artması Paşinyan hakimiyyətinə qarşı “atəşkəs təzyiqləri”nin ciddi şəkildə genişlənməsinə yol açıb.

Məsələ ondadır ki, bu təzyiqlər baş nazir N.Paşinyanı parlamentin üzvlər qarşısında vəziyyətə aydınlıq gətirmək məcburiyyətində qoyub. O, bildirib ki, “Savaş dayandırıla bilər. Ancaq bu halda, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılmış olacaq”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti olduqca qəliz situasiya ilə üzləşib. Belə ki, Ermənistan savaşı davam etdirmək, Azərbaycana müqavimət göstərmək imkanlarını tamamilə itirib. Ancaq savaşı dayandıracağı təqdirdəsə, Ermənistan Azərbaycanın yeganə və qəti şərtini qəbul edərək, işğal altındakı bütün əraziləri boşaltmaq məcburiyyətində qala bilər.

Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyətinin “ağ bayraq” qaldıra biləcəyi günə o qədər də çox qalmayıb. Çünki Azərbaycan Ermənistanı savaş meydanında əməlli-başlı “kötəkləyir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
Bu gün, 09:02
Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:58
"Bu gün də yaxşı xəbər olacaq"
Bu gün, 08:57
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:53
Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ
Bu gün, 08:50
Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? - Detallar...
Bu gün, 08:46
Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... - GƏLİŞMƏ
Bu gün, 08:44
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Bu gün, 08:32
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Bu gün, 08:30
“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” - Qulu Məhərrəmli
Bu gün, 08:28
Ekspertlərdən koronavirusla bağlı “SOS!” - GƏLİŞMƏ
Bu gün, 08:27
“Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” - ekspert
Bu gün, 08:24
“Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi
Bu gün, 08:23
DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY
Bu gün, 08:21
"Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk"
Bu gün, 08:18
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti “Con Batchelor Şou” radiosunda müzakirə olunub
Bu gün, 08:16
Ermənistan XİN rəhbəri Moskvaya gedib
Bu gün, 08:15
Bu gün dollar neçəyədir?
Bu gün, 08:13
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib - Prezident İlham Əliyev
Dünən, 15:23
Vəng kəndi bundan sonra Çinarlı kəndi andlandırılsın - Prezident İlham Əliyev
Dünən, 15:22
"Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib" - Prezidentdən MÜJDƏ
Dünən, 15:20
Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 13:09
Paşinyan qondarma rejimin keçmiş rəhbərləri ilə görüşdü
Dünən, 13:05
Döyüş əməliyyatları uğurla davam edir - Müdafiə Nazirliyi
Dünən, 12:58
"Koronavirusa yoluxmamışam" - Ömər Eldarov
Dünən, 12:56
Qardaşa kömək vaxtıdır - Türk Kızılay
Dünən, 12:48
“350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər” - Təzminat əvəzinə tarixi torpaq
Dünən, 12:45
"30 ildir çəkdiyim xəcalətdən, utancdan indi uzaqdayam" - Rüstəm Behrudi
Dünən, 12:43
"Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: - “Bu günlərdə çətin vəziyyətdəyik"
Dünən, 12:39
“Ermənistan Avropa Şurasından da istədiyini ala bilmədi” - deputat
Dünən, 12:34
Ermənistan prezidentinin müşaviri Qarabağda ölümcül virusa yoluxdu
Dünən, 12:33
Türkiyəli müğənni konsert gəlirini Gəncəyə bağışlacayaq
Dünən, 12:30
“WarGonzo” Qarabağdan qaçdı
Dünən, 12:28
"Qarabağ" üçün erməni təxribatının baş verdiyi matçın referisi
Dünən, 12:22
Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət etdilər
Dünən, 12:21
Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır - ekspert
Dünən, 12:14
Cəbrayıl rayonunun neçə faizi azad olunub? - Deputatdan AÇIQLAMA
Dünən, 12:07
İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı
Dünən, 12:06
Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat
Dünən, 12:04
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
Dünən, 11:59
BP-nin regional prezidentindən Azərbaycana DƏSTƏK: - “Bu, ortaq strateji maraqlarımıza uyğundur”
Dünən, 11:58
"Zəfərə qədər Azərbaycanın yanında olacağıq" - Mustafa Şentop
Dünən, 11:53
Bakıdakı "Cafe Anderson"un yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir - ETİRAZLAR EFFEKT VERDİ
Dünən, 11:52
Rus jurnalist ermənilərə faşistlərin dəstəyindən yazdı
Dünən, 11:49
"Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” - Sahibə Qafarova
Dünən, 11:47
TBMM sədri Gəncəyə yola düşdü
Dünən, 11:46
“İndi artıq gecdir, şansları sıfıra bərabərdir” - İrəvandan yeni blef
Dünən, 11:32
"30 il dözmüşük, 3 ay dözə bilmirik"
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru