Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi .....                     "Qala sığorta"nındaş kimi susqunluğu... .....                     Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var .....                     Faşist Ermənistanın son çırpıntıları .....                     Ermənistanın bütün sərhədləri Rusiyaya verildi .....                     “Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq” .....                     Prezidentin köməkçisi Qırmızı Aypara Cəmiyyətinin könüllüsünün ölümündən yazdı .....                     Pandemiya bəlası nə zaman səngiyəcək? .....                     "Qızıl Aypara" cəmiyyəti niyə ortada görünmür? .....                     Koronavirusun daha bir təhlükəsi açıqlandı .....                     "Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir" .....                     Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı... .....                     “Geri çəkilən ermənilər tarixi abidələrimizi qəsdən məhv edirlər” .....                     "Axı, atəşkəs barədə yalvaran onlar idi..." .....                     Hacı Zeynalabdin Bələdiyyəsindəki bazar... .....                     Azercell Bərdəlilərin yanındadır! .....                     Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? .....                     Bu payız başqa payızlara bənzəmir .....                     “İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır” .....                     "Bizim itkilərimiz minimaldır" .....                     “Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” .....                     “Əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar” .....                     "Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır" .....                     Fransa məhsullarının boykotu nə vəd edir .....                     “Ermənistan ordusunda “yarpaq tökümü”: .....                     "Əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər" .....                     Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb .....                     Bu gün dollar neçəyədir? .....                     Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının .....                     "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" .....                     “Bərdə soyqırımı növbəti erməni vandalizmidir” .....                     Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb .....                     "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" .....                     Əməkdar rəssam Faiq Abdullayev vəfat edib .....                     "Artıq söz yoxdur" .....                     “Ermənistanın mövcudluğu sual altına düşə bilər” .....                     “Ermənistanın timsah göz yazşlarına inanmayın” .....                     Biz İrəvanı niyə vurmuruq .....                     Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu .....                     "Bərdəyə hücumu lənətləyirik" .....                 

"Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır" - deputat
Tarix: 26-09-2020, 11:09 | Çap et
"Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır"
Son günlər ölkə müharibə əhval-ruhiyyəsinə köklənib. Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhəddində təxribatlarını davam etdirməsi, ordumuzun itki verməsi, onun ardınca ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb olunması savaş əhval-ruhiyyəsini daha da artırıb. Rəsmi Bakının da Ermənistanın təxribatlarına sərt cavabın veriləcəyi ilə bağlı bəyanatları da prosesin gərginləşəcəyindən xəbər verir.

Böyük Quruluş Partiyasının başqanı, Millət vəkili Fazil Mustafa “Unikal” qəzetinə müsahibəsində söhbətə elə bu mövzudan başladı.

-Fazil bəy, son günlər Azərbaycan-Ermənistan sərhəddində baş verənlər, ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb olunması müxtəlif reaksiyalar ortaya çıxarıb. Nə baş verir?

-Əslində, ciddi bir şeylərin baş verdiyini söyləmək hələ tezdir. Bizim yaşadığımız gerçəkliklərdir. Ermənistana indi də silahla yardım edilir. Onlar da torpaqları əlində saxlamaq, işğalı legitimləşdirmək üçün Azərbaycanın başqa bölgələrindən hücuma keçir, zərbə vurmağa çalışır. Bir çox hallarda Ermənistanı buna təhrik edirlər ki, daxili gərginlikdən bunun vasitəsiylə çıxmaq olar. Azərbaycan da ənənəvi olaraq, müharibə riskini gözə alaraq, hazırlıq aparır. Bu da müsbət haldır. Biri var sonradan hamı desin ki, niyə hazır deyildik, ona görə də indidən hazır olmağımızın nə ziyanı var. Biz düşmənin həmləsinə hazır olmalıyıq. Lazım olanda da düşmən cinahını dağıdıb torpaqlarımızı işğaldan azad eləməliyik. Hazırda da günümüzün gerçəkliyinə uyğun bir canlanma var. Bu canlanma həm diplomatik, həm də hərbi sferada özünü büruzə verir.

-Diqqətçəkən odur ki, əhali arasında müəyyən çaşqınlıq, gərginlik var...

-Bunlar yersiz bir şeydir. Hamı qışqırır ki, torpaqları müharibə yolu ilə azad eləməliyik. Müharibəyə hazırlıq görəndə də hamı başlayır ki, deyəsən, vəziyyət yaxşı deyil, filan. Kimsə hərbiyə getməlidir, kimsə səfərbər olunmalıdır, hansısa tədbirlər görülməlidir. Burda nə var ki? Yəni, dediyim odur ki, əlahiddə bir şey yoxdur. Biz onsuz da bu gərginliyin içində yaşamalı olan bir xalqıq.

-Əslində, maraqlı bir məqama toxundunuz. 14 iyulda insanların reaksiyası ilə son bir neçə gündəki reaksiyası adekvat olmadı. Məmurların övladlarının yayınması məsələsi yenidən gündəmə gəldi və sair...

-Nə istədiyini bilməyəndə axtardığını dəyərləndirə bilməzsən. Xalqlarda da belədir. İnsanların böyük əksəriyyəti nə istədiyini bilmir. Öz yaşamında öz uğursuzluğunun səbəbini başqa yerdə axtarmağa başlayır. Bir söz var. Hamı öz yaddaşından gileylənir, amma ağlından gileylənən yoxdur. Nə istədiyini bilmək çox vacibdir. Cəmiyyət bir tərəfdən deyir ki, torpaqlar azad olunsun, amma həm də deyir ki, torpaqlarımızı qaytarıb bizə versinlər. Kim tutduğu torpağı qaytarar? Otuz ildir müharibə gedir Bakıda bina tikən bir adam sənəd verəndə demir ki, mən binamın altını sığınacaq üçün nəzərdə tutmuşam. Hamı bar üçün, anbar, mağaza üçün nəzərdə tutur. Buna erməni, rus, Amerika nə eləsin?

-Bu, tikənin ağlına gəlmir, yaxud marağında deyil, bəs ona icazə verən dövlət qurumu, cavabdeh məmur hara baxır?

-Dövlət də xalqın məcmuyudur da, xalqın düşüncəsi nədirsə, dövlət onun mahiyyəti üzərində qurulur. Məmur həmin o ailədən çıxıb, laqeyddir, təhlükəni görmür. Müharibə aparılan dövlətdə hansı ağılsız hərbi dərsləri ləğv edər? Nə olsun ki, bir dəfə qumbara partlayıb. Çox belə hadisə ola bilər, amma hərbi dərslər ləğv olunmamalıdır. Pulsuz atıcılıq klubu nədir ki, yaradın, cavan uşaqlar avaralanmaq əvəzinə, ora gedib öyrənsinlər.
Şəhid dəfnlərində bir məsələyə diqqət elədim. Bilirsiniz, müharibə aparan xalq stresi bu qədər büruzə verməməlidir. Yanındakı əsgər ölürsə, onun yanında qalmamalıdır, özü döyüşə getməyi düşünməlidir. Kompleks düşünməliyik ki, savaş vətəndaşla aparılır. Hansı cəmiyyətdə deyilir ki, kasıb uşaqları ölür, varlı uşaqları yox?

-Bu giley-güzarın əsas var axı...

-Əlbəttə. Doğru sözdür, əsası var. Amma sizə bir şey deyim. Həmin giley-güzar edən kasıb varlının əsgərliyə getməyən, yaxud da bakıda keflə əsgərliyini çəkən oğluna qızını məmuniyyətlə verir. Niyə verir? Türkiyədə vermirlər axı. Bu əxlaq məsələsidir. Mən də varlı olandan sonra yol axtarıram ki, oğlumu xidmətdən yayındırım, ya da Bakıda xidmət keçməsinə nail oluram. Bunu etməyənlər də var. Amma bunu prinsip olaraq, anlayan insan obrazının sayı çox deyil. Kasıb da gedib borc götürüb kiməsə min, iki min pul verib uşağının daha rahat xidmət keçməsinə çalışır. Amma burada qanun işləməlidir. Qanun da odur ki, kompyuterdə bölünür, heç kim də müdaxilə edə bilmir.

-Bax, məsələnin kökü də buradadır. Bu qanun işləsəydi, vəzifəli şəxslərin övladları da ön xətdəki hərbi hissələrdə xidmət keçərdi. Burada problem cəmiyyətlə yanaşı, qanunun işləməməsində deyilmi?

-Təbii ki, problem qanunun işləməməsindədir, tələb olunmamasındadır. Sosial müavinət institutu var. Nə qədər adam pul verib özünə pensiya düzəltdirdi. Bunlar kim idi? Varlılar deyildi ki.

-Vətəndaş özü-özünə pensiya düzəldə bilməz ki, onu edən dövlətin səlahiyyətli şəxsləridir...

-Mən sizi başa düşdüm. Mağaza açıqdır, qarovulu da yoxdur deyə, girib oğurluq eləməlisən? Yox. Avropada hasar yoxdur, ya da simvolik hasarlardır, amma bizdə 3 metrdən hündürdür. Heç kimin etimadı yoxdur. Demək istədiyim odur ki, biz bunu kompleks həll eləməliyik. Ədalətsizlik cəmiyyətdən götürülməlidir. Bütövlükdə cəmiyyətin özünün əxlaqında dəyişiklik olmalıdır. Hər bir məsələdə bəhanə gətirmək olar. Son prosesdə Azərbaycan ziyalısının, ictimai fəallarının və digərlərinin çirkinliklərini o qədər müşahidə elədim ki. Bu çox pis tendensiyadır. Gördüm ki, cəmiyyətdə dəyərləndirmə yoxdur. Elə məsələlər var ki, onu cəmiyyətdə təmizləməsək, dövlət də düzəlməyəcək. Cəmiyyətin alt qatında dünya görüş dəyişməyincə başqa şeylər dəyişməyəcək. Bir azğınlaşan məmurun yerinə yoxsul təbəqədən birini gətirəndə görəssən ki, əvvəlkinə şükr edilməlidir. Birdən pulun içinə düşəndə həmin o kasıb adam tam fərqli bir davranış sərgiləyəcək.

-Əgər cəmiyyət budursa, o zaman qanun, onun tətbiqi və nəzarət mexanizmi ona uyğunlaşdırılmalıdır?

-Yox, bu qanunla düzələn məsələ deyil. Təhsili, elmi, akademiyanı, universiteti ideologiyadan uzaqlaşdırmalıyıq. Onları düşüncə mərkəzlərinə çevirməliyik. Düşüncə mərkəzi olanda gerçək alim yetişir. İndi 90 faizi elmi işini pulla yazdırır. 10 faiz alim var, onların da ürəyi partlayıb ölür. Ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur. Fikir vermirsiniz ki, cəmiyyət həyatına təsir edən düşüncə adamı yoxdur? Bir siyasətçi kimi prosesə girəndə narazılıq yaranır ki, Milli Məclisin üzvü niyə belə deyir. Cəmiyyəti silkələmək lazımdır. Yanlış dəyərləri demək lazımdır. Bunu siyasətçi kimi deyəndə böyük bir kütləni itirirsən. Bunu ziyalılar çıxıb deməlidir. Müstəqil alimlər çıxıb cəmiyyətin yanlış tərəfini deməlidir, keçmişi təftiş eləməlidir. Ziyalılar qaragüruhçuluğa təslim olub. Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır. “Birdən bu sözü deyərəm, xoşa gəlməz məni linç edərlər” düşüncəsi ilə yaşayırlar. Əslində, çıxıb cəsarətlə sözünü deməlisən, cəmiyyəti stimullaşdırmalısan. Bunlar edilməyincə boşluqlar qalacaq. Müharibə məsələsində də bunlar üzə çıxır. Reaksiyalar belə olmamalıdır. Biz daha soyuqqanlı yanaşmalıyıq. Fövqəladə bir şey baş verməyib. Düşmən əlində silah bizi öldürmək istəyir. Bu savaşda insan ölümü qaçılmazdır. Sən də onu öldürməlisən. Yəni, müharibəyə soyuqqanlı hazırlaşmalıyıq. Elə məsələlər var ki, bu gün onları təhlil edib düzgün addımlar atmasaq sabah çox ağır nəticələri ola bilər. Dövlət Ordusu ilə ayaqdadır. Vətəndaş olaraq hər birimiz hansı sahədə dəstək verə biləriksə, o istiqamətdə bütün gücümüzlə çalışmalıyıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi - GƏLİŞMƏ
Bu gün, 09:07
"Qala sığorta"nındaş kimi susqunluğu... - GİLEY
Bu gün, 09:06
Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var - Professor aydınlıq gətirir
Bu gün, 09:02
Faşist Ermənistanın son çırpıntıları - belə getsə, “Berlin döyüşü”də qaçılmaz olacaq!..
Bu gün, 09:01
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Bu gün, 08:59
“Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq” - deputat
Bu gün, 08:53
Prezidentin köməkçisi Qırmızı Aypara Cəmiyyətinin könüllüsünün ölümündən yazdı
Bu gün, 08:51
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Bu gün, 08:48
"Qızıl Aypara" cəmiyyəti niyə ortada görünmür? - ETİRAZ
Bu gün, 08:47
Koronavirusun daha bir təhlükəsi açıqlandı - Diqqət!
Bu gün, 08:34
"Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir" - İlham Əliyev
Bu gün, 08:32
Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı... - GƏLİŞMƏ
Bu gün, 08:31
“Geri çəkilən ermənilər tarixi abidələrimizi qəsdən məhv edirlər” - VANDALİZM!
Bu gün, 08:29
"Axı, atəşkəs barədə yalvaran onlar idi..." - Ali Baş Komandan
Bu gün, 08:28
Hacı Zeynalabdin Bələdiyyəsindəki bazar... - GİLEY
Bu gün, 08:26
Azercell Bərdəlilərin yanındadır! - Təqdirəlayiq addım!
Bu gün, 08:24
Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? - TƏHLİL
Bu gün, 08:23
Bu payız başqa payızlara bənzəmir – Daha diqqətli olaq!
Bu gün, 08:21
“İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır” - Oğlu və qardaşı ön cəbhədə olan sənətçi
Bu gün, 08:20
"Bizim itkilərimiz minimaldır" - Prezident İlham Əliyev
Bu gün, 08:19
“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Aleksey Blüminov
Bu gün, 08:16
“Əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar”
Bu gün, 08:14
"Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır" - Dövlət başçısı
Bu gün, 08:13
Fransa məhsullarının boykotu nə vəd edir - TƏHLİL
Bu gün, 08:12
“Ermənistan ordusunda “yarpaq tökümü”: - “Zabitlər qovulurlar!”
Bu gün, 08:10
"Əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər" - Prezident İlham Əliyev
Bu gün, 08:09
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
Bu gün, 08:07
Bu gün dollar neçəyədir?
Bu gün, 08:06
Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının SİYAHISI
Bu gün, 08:06
"Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" - Müdafiə Nazirliyi
Bu gün, 08:05
“Bərdə soyqırımı növbəti erməni vandalizmidir” - Susma, dünya!
Dünən, 18:12
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb - Diqqət!
Dünən, 18:06
"Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" - Türkiyə səfiri
Dünən, 18:01
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
Dünən, 17:59
"Artıq söz yoxdur" - YUNESKO yanında Daimi Nümayəndəlik
Dünən, 17:58
“Ermənistanın mövcudluğu sual altına düşə bilər” - deputat
Dünən, 17:55
“Ermənistanın timsah göz yazşlarına inanmayın” - İtaliya mətbuatı
Dünən, 17:51
Biz İrəvanı niyə vurmuruq – müharibənin mübahisəli sualları
Dünən, 17:43
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Dünən, 17:40
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Dünən, 17:34
"Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" - İsrail səfiri
Dünən, 17:29
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb
Dünən, 17:22
Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı - FOTO
Dünən, 17:21
Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar - XİN
Dünən, 17:19
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Dünən, 17:18
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Dünən, 17:15
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
Dünən, 17:14
UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? - ETİRAZ
Dünən, 17:13
Fərdi məlumatları ələ keçirirlər: - “Ayıq-sayıq olun”
Dünən, 17:12
Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək - Diqqət!
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru