Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub .....                     Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb .....                     Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? .....                     Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb .....                     Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb .....                     Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı .....                     "Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" .....                     Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik .....                     Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur .....                     Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi .....                     “Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” .....                     "Mən xalqımızla fəxr edirəm" .....                     Düşmən Ağdam rayonunu atəşə tutur .....                     Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar .....                     Hədəf Laçın və Kəlbəcərdir .....                     Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib .....                     Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub .....                     Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” .....                     "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" .....                     Düşmən bölmələrimizi atəşə tutur .....                     Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi .....                     Göygöldə zəlzələ olub .....                     Qərəz dağarcığı Palkotun revanş haqqı .....                     "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" .....                     "Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub .....                     Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? .....                     ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! .....                     Sabah Milli Məclisin iclası keçiriləcək .....                     Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi .....                     Neft yeni həftəyə bu qiymətlə başladı .....                     Ağstafada icra hakimiyyəti nəyə lazımdır? .....                     Sahil Babayevin nəzər-diqqətinə... .....                     "Neftçi"nin sabiq futbolçusu saxlanıldı .....                     "Geriyə 863 və 822 saylı qətnamələr qalıb" .....                     Ermənisayağı müstəqillik oyunları: .....                     Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur .....                     Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur? .....                     "Diplomatiyamız da yaxşı işləyir" .....                 

“Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” - Hüquq müdafiəçilərindən maraqlı açıqlamalar
Tarix: 26-09-2020, 09:55 | Çap et
“Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...”
Ötən həftə ölkə prezidenti İlham Əliyev telekanallarla verdiyi müsahibəsinə Qarabağ məsələsi ilə bağlı dünyaya çox mühüm mesajlar verdi, Azərbaycan xalqının prinsipial mövqeyini bir daha xatırlatdı. Qeyd etdi ki, bu xalqın səbri sonsuz deyil və istənilən üsulla ərazi bütövlüyünü bərpa etmək əzmindədir.

Prezidentin son müsahibəsi tanınmış politoloqlar, siyasətçilər arasında hələ də müzakirə edilir, dəyərləndirilir.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı olaraq tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı ilə görüşüb fikirlərini öyrənməyə çalışdıq. Həmin görüşdən olan müsahibəni təqdim edirik:

- Prezidentin son müsahibəsindəki mesajları, tezisləri necə dəyərləndirirsiniz?

Novella Cəfəroğlu: Qeyd edim ki, Səidə xanımla bu müsahibəni birlikdə izlədik, daha sonra özümüz üçün müsahibənin yazılı formasını çıxartdıq. Çünki prezidentin açıqlamaları Azərbaycan üçün çox mühüm mesajlar idi.

Prezident ilk olaraq mərhum prezident Heydər Əliyevin Siyasi Bürodan çıxmasından söz açdı. Məlum olduğu kimi, H.Əliyev Moskvada Siyasi Bürodan çıxdıqdan sonra Qorbaçov Qarabağ məsələsini qaldırıb. Azərbaycanın birinci düşməni Qorbaçov idi. Beləliklə, Qorbaçov H. Əliyevi siyasi bürodan uzaqlaşdırdıqdan sonra ermənilərə verdiyi vədi yerinə yetirdi. İlham Əliyev bu mövzunu çox gözəl etaplarla qeyd etdi.

İlham Əliyev Paşinyan haqqında da maraqlı mesajlar verdi. Onun hakimiyyətə gəlməsi haqda danışdı, beynəlxalq təşkilatların buna münasibətini açıqladı. Paşinyan əvvəllər yalvarırdı ki, hakimiyyətə gəlib, sizinlə danışıqlar aparacam, amma bu gün heç Qarabağda olmayan sərhədlərdə bizə meydan oxuyur. Prezident çıxışında qeyd etdi ki, Paşinyan İrəvanda öz nüfuzunu qaldırmaq üçün bu üsula əl atır.

Həmçinin Paşinyanın arvadı iki il öncə gül-çiçəklə çıxdı, hətta Azərbaycan qadınlarına müraciət etdi ki, gəlin bu məsələni sülh yolu ilə həll edək. Bir müddət keçdikdən sonra gördük ki, gül tutduğu əlində indi avtomat tutub. Yəni onların adekvat hərəkətləri görünmür.

Prezidentin çıxışında daha bir mühüm məsələ diqqət çəkir. Qeyd olunur ki, Qarabağ məsələsində hamımız birləşməliyik. Biz hökuməti tənqid edib, onun işlərinə müdaxilə edə bilərik, amma Qarabağ məsələsində biz dövlətçiliyi qorumalı, dövlətlə birgə olmalıyıq. Bu məsələ də çıxışda vurğulandı.

Hər zaman olduğu kimi indi də Ermənistanı dəstəkləyən, onlara maliyyə ayıran erməni lobbiləridir. Məsələn, Ermənistanı daima dəstəkləyən Fransanın 5 şəhərinin meri ermənidir. Və yaxud Amerikada da erməni lobbisi kifayət qədər güclüdür. Bizdə isə lobbi yoxdur. Baxmayaraq ki, xaricdə olan ermənilərin də Paşinyandan xoşları gəlmir, amma Ermənistana dəstək olurlar.

Xaricdə olan soydaşlarımızın arasında pisi də, yaxşısı da var. Onların hamısı Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır. Mənim onlara tövsiyəm budur. Həmin soydaşlarımız yenidən Qarabağ məsələsini kənara qoyub, ancaq hökuməti tənqid etməklə məşğul olsalar, heç nə əldə edə bilməyəcəyik.

Beləliklə, çox istəyərdim ki, xaricdə olan soydaşlarımız televiziya kanalları, saytlar, sosial şəbəkələr vasitəsi ilə Qarabağ problemini, öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimizdən danışsınlar. İndiki zamanda Azərbaycana dəstək olmayanlar, dövlətçiliyimizin yanında olmayanlar vətən xainidirlər. Qarabağ problemi həll olunsun, ondan sonra nə qədər istəyirlər tənqidlərini bildirsinlər.

Səidə Qocamanlı: Prezident son müsahibəsində Azərbaycanın mövqeyini, prinsiplərini o qədər səlis ifadə etdi ki, sanki hər bir azərbaycanlı üçün əlifba idi. Tezislər ondan ibarət idi ki, biz artıq susmamalı, işğal olunan torpaqlarımızı azad etməliyik. Məlum olduğu kimi bu 30 ildə nə qədər insanımız öz ata yurdundan didərgin düşdü. Ən əsası isə, çoxlu sayda insanlar vətən həsrəti ilə dünyasını dəyişdi. Məsələn, mənim anam Şuşalıdır. Mən bilirəm ki, qarabağlılar öz yaxınlarını dəfn edəndə deyirlər ki, biz əzizimizi əmanət kimi dəfn edirik ki, sonra öz ata yurdumuza aparaq. Yəni bu duyğusal vəziyyətdən nəhayət, qurtulmalı, torpaqlarımıza sahib çıxmalıyıq.

Prezidentin qeyd etdiyi tezislərdə demək olar ki, Azərbaycanın bütün xəritəsi, abı-havası, tarixi, neft strategiyası, vətənpərvərliyə çağırışlar öz əksini tapdı. Bundan sonra bu millət hər şeyi, o cümlədən müxalifətçilyi, iqtidarlığı, düşmənçiliyi, bir-birinə xor baxmağı bir kənara qoyaraq, Qarabağın azad olunması yolunda birləşməlidir.

Qarabağ bizdən heç də uzaqda yerləşmir. Biz Bakıdan ora bir neçə saata gedib, çata bilərik. Düşünürəm ki, əgər bir olsaq, bu arzumuza yetərik. Və heç vaxt unutmamalıyıq ki, ölkəmiz hər tərəfdən düşmənlə əhatələnib. Məsələn, bu gün mətbuatdan oxudum ki, İrandan xeyli sayda təyyarələr İrəvana, daha sonra ərəb ölkələrinə gedib, yenidən Tehrana geri qayıdıb. Məqsəd nədir? İran hər zaman qeyd edir ki, biz Azərbaycanla qardaş ölkəyik. Bəs arxamızdan çevrilən bu işlər nə deməkdir? Bu bizi ona sövq edir ki, biz həm şimala, həm də cənuba həssas olaq.

Paşinyan hakimiyyətə gələn ərəfədə özünü demokrat kimi aparırdı, demokrat libası geyinib, bildirirdi ki, guya Ermənistanı demokratik yolla aparacaq. Lakin onun hakimiyyətə gələn kimi nümayiş etdirdiyi aqressiya, müharibə çağırışları onu göstərdi ki, vədlərinin hamısı boş şey imiş. Onun üçün mən də çağırış edirəm ki, xalq olaraq bir olaq. Birlik olan yerdə həmin torpaqları geri almaq çox asan olacaq. Xaricdən, hətta daxildən də bunu istəməyənlər var. Buna qarşı çox ayıq olmalı və yolumuzdan dönəməmliyik.

- Bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbiçiləri təlim toplantılarına çağırış etdi. Cəbhədə gərginlik yarandığı ərəfədə bu prosesin baş verməsi çoxlarında elə fikir yaratdı ki, ölkədə səfərbərlikdir, müharibənin astanasındayıq. Həmin vaxt Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin davranışını necə dəyərləndirdiniz? Sizcə çətin anlarda birlik nümayiş etdirə bilirikmi?

S.Q. : Mən həm birlik, həm də insanlarda daxildə bir inam gördüm. Bunun özü böyük nüansdır. Əgər insanlar inanırsa ki, torpaqlarımızı geri alacağıq, bu inam onları irəli aparacaq. Amma diqqət edin, döyüşlər Qarabağda deyil, tamam başqa istiqamətlərdə gedir. Hansı ki, orada neft boruları keçir. Azərbaycanın iqtisadiyyatına, neft strategiyasına zərbə vurmaq üçün Tovuz istiqaməti seçilir. Düşünürəm ki, insanlarımız fəhləsindən tutmuş aliminə qədər hamısı bunları anlayır, təhlil edə bilir.

Amma bir məsələ də var, insanların inamını qırmaq olmaz. Başa düşürəm ki, müharibə çox pis bir şeydir. İnsanlar öz əzizlərini, doğmalarını, oğullarını itirə bilərlər. Necə ki, sonuncu iyul hadisələrində, ondan əvvəlki Aprel döyüşlərində itirirdilər. İgid övladlarımız getdi. Amma bu müharibədir. Müharibənin çox sərt üzləri var. Biz o sərt üzlərlə qarşılaşmağa hazır olmalıyıq. Biz sabahı, sabahkı gəncliyi düşünməliyik. Qarabağ yükünü bugünkü gənclərin çiyninə yükləməməli, problemi indi həll etməliyik ki, gənclərimiz firavan, torpaqları azad, bütöv olan Azərbaycanda yaşasınlar. Bir məsələni də qeyd etmək istəyirəm. Bizim gəncliyimizə çox da irad tutmayın. Bizim çox gözəl gəncliyimiz var. Və o gənclik hər zaman vətənpərvərlik ruhu ilə öz ölkəsinə sahib çıxmağa hazırdır.

N.C.: Prezidentin çıxışında ən xoşuma gələn məqam bu oldu. Dedi ki, biz Naxçıvandan İrəvana girə bilərdik. Həqiqətən girə bilərdik. Çünki Naxçıvandan İrəvana iki bomba düşsə Ermənistan yox olacaq. Bizə onların torpaqları lazım deyil. Bizim müharibə Qarabağ torpaqları ilə bağlıdır. Beləliklə, prezidentin dedikləri ermənilər üçün böyük bir mesaj idi ki, biz İrəvana girə bilərik. Prezidentin son mesajlarından sonra Paşinyanın geri çəkildiyinin şahidi olduq. Bu gün Paşinyan mətbuata açıqlamasında bildirib ki, “gəlin, danışıqlara gedək”.

Məni düşündürən başqa bir məsələ də var. Beynəlxalq təşkilatlar öz ata yurdlarından didərgin düşən 1 milyon insanın haqqında danışmır, amma 3 siyasi məhbus olan kimi səs-küy salır, bar-bar bağırırlar. Eləcə də Qərbdə olan soydaşlarımız məcburi köçkünlərimizdən söz açmırlar. Siyasi məhbus bütün ölkələrdə var. Üstəlik bu problemi həll etmək mümkündür. Amma bu gün hamımız birləşməliyik.

Həmçinin beynəlxalq təşkilatlar niyə bundan əvvəl sülhə çağırış edib, indi erməni qadınlarına təlim keçən, müharibə çağırışları edən Ermənistanın birinci ledisinə səsini çıxartmır? Niyə Qərbdə olan jurnalistlərimiz bu məsələyə toxunmurlar? Mənim 79 yaşım var, naxçıvanlıyam. Amma istər naxçıvanlı olaq, istərsə də şəkili, gəncəli. Qarabağ bizim ürəyimiz, qürur duyduğumuz yerdir. Bu yaşda mənim arzum budur ki, Qarabağ azad olunsun, sonra ölüm. Doğrudur, mən qadın, ana kimi müharibə istəmirəm. Amma prezidentimiz əgər deyərsə ki, Qarabağın alınması müharibədən keçəcək, Səidə xanımla bu yaşımda müharibəyə gedib, əsgərlərimizə yemək bişirəcəyik, paltarlarını yuyacağıq. Yəni əlimizdən nə gəlsə onu etməyə hazırıq, hansı ki, Qarabağ müharibəsinin əvvəllərində biz bunu etmişik, hamımız müharibədə olmuşuq.

- Paşinyanın arvadının əvvəlcə sülhə çağırış edib, sonra əlinə “Koloşnikov” avtomatı alıb, bizim ərazilərimizə tuşlaması, müharibəyə çağırışlar etməsini yetərincə beynəlxalq təşkilatlara çatdıra bildikmi?

N.C.: Biz hüquq müdafiəçiləri olaraq hamımız bu haqda beynəlxalq təşkilatlara çoxlu sayda məktub göndərdik, qeyd etdik ki, “anlaya bilmirik, niyə buna səsiniz çıxmadı?”

- Amma bu bir faktdır ki, informasiya müharibəsində həmişə geridə qalır, uduzuruq...

S.Q: Təəssüflər olsun ki, bu, həqiqətdir. İnformasiya müharibəsində hər zaman ermənilərə uduzuruq və nəinki ermənilərə Rusiyada yaşayan ermənipərəst jurnalistlərə. Onlar Rusiya kanallarında bar-bar bağırırlar. Nəyə görə bizimkilər də efirlərə çıxıb öz sözlərini demir? Halbuki bunu etməyə gücümüz, kifayət qədər savadlı politoloqlarımız, siyasətçilərimiz var. Düşünürəm ki, artıq bu yöndə siyasəti dəyişmək lazımdır. Bizim döyüş metodlarımızdan biri informasiya vasitələri olmalıdır. Ona görə biz çalışmalıyıq ki, nəinki Rusiya, dünya televiziya kanallarına çıxaq.

Şəxsən mən Rusiya kanallarında bir nəfər olsun belə azərbaycanlı politoloq görməmişəm. Halbuki rus dilində səlis, savadlı fikirlərini izah edə bilən ziyalılarımız var. Amma meydan verilib Solovyev kimi ermənipərəstlərə. Hər gün Solovyevin verilişlərində Azərbaycana qarşı kəskin fikirlər bildirilir, söyürlər. Bu məsələdə mən Xarici İşlər Nazirliyini və həmin ölkələrdə olan səfirliklərimizi günahlandırıram. Onların bu məsələdə çox zəif iş görürlər. Səslənirəm Rusiyadakı səfirimiz Polad Bülbüloğluna, siz axı şuşalısınız və kifayət qədər Qarabağa ürəyiniz yanır. Niyə bizim savadlı, bilik ziyalılarımızı, politoloqlarımızı, yazıçılarımızı ekranlar çıxartmırsız ki, onlar öz sözlərini desinlər? Bunu Fransa və digər Avropa, dünya ölkələrinə də şamil etmək olar.

Beləliklə, ona görə də Qarabağ problemi bir çox ölkələrdə kölgədə qalıb. Həmin ölkələrdə Qarabağ problemi haqda bilmir, bu haqda eşitmək istəmirlər. Eşidilsə də bu çox səthi və zəifdir. Bir daha qeyd edirəm ki, bu məsələdə Xarici İşlər Nazirliyinin böyük rolu olmalıdır. Prezidentimizin son çıxışındakı arzu və niyyətləri hər birimizə, o cümlədən səfirliklərimizə də aiddir.

N.C: Məsələn, bir dəfə Vyanada olarkən universitetlərin birində erməni professorla Qarabağ məsələsini müzakirə edirdik. Həmin erməni professor qeyd etdi ki, “Qarabağ Azərbaycanındır”. Biz səfirlikdən xahiş etdik ki, bu barədə çəkiliş etməyə bizə köməklik etsin. Lakin səfirlik heç nə etmək istəmədi. Yəni problem budur...

Bir məsələni də qeyd etmək istəyirəm. Bu günlərdə Türkiyə hərbiçilərinin ölkəmizə gəlməsi, təlimlər keçməsi, rəsmilərinin verdiyi açıqlamalar, Ərdoğanın Azərbaycana bağlılığı bizə çox böyük ruh yüksəkliyi, güc gətirdi. Bir daha əmin olduq ki, bizim də dayağımız var. Bu da prezidentimizin yürütdüyü siyasət, gördüyü işlərin nəticəsidir.

- Proseslərin bundan sonrakı gedişatını necə görürsünüz?

S.Q.: Hazırki prosesin gedişatı onu göstərdi ki, Ermənistan geri çəkilir. Amma bu, o demək deyil ki, arxayınlaşaq. Çünki düşmən düz qulağımızın dibindədir. Hər an onlardan hansısa xəbis, təxribat addımlar ola bilər. Bunun üçün hər an döyüşlərə hazır olmalıyıq. Əgər sülh yolu olmasa mütləq şəkildə müharibə yolu ilə biz öz torpaqlarımızı geri almalıyıq. Prezidentin çıxışındakı tezislərdə də bu cür ifadə olundu. Hətta deyərdim ki, prezidentin tezisləri onun qəlbinin hayqırtısı idi...

N.C.: Prezidentimiz öz mesajları ilə bildirdi ki, müharibəyə hazırdır və istənilən yolla bu torpaqları geri almaq iqtidarındadır. Rusların bir sözü var, “Sülhü istəyirsənsə, müharibəyə hazır ol”. Bunun üçün də hazırlıqlar görülməli, təlimlər keçirilməli, hər an müharibəyə hazır olmalıyıq".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
Bu gün, 10:55
Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb
Bu gün, 10:50
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - deputat
Bu gün, 10:49
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Bu gün, 10:45
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb
Bu gün, 10:44
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Bu gün, 10:43
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Bu gün, 10:40
"Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" - deputat
Bu gün, 10:38
Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik - DİN-dən müraciət
Bu gün, 10:34
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Bu gün, 10:33
Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi - TƏHLİL
Bu gün, 10:32
“Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” - Ramiz Rövşən
Bu gün, 10:24
"Mən xalqımızla fəxr edirəm"
Bu gün, 10:07
Düşmən Ağdam rayonunu atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 10:05
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - AÇIQLAMA
Bu gün, 10:04
Hədəf Laçın və Kəlbəcərdir - GƏLİŞMƏ
Bu gün, 09:56
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bu gün, 09:54
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 09:52
Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!
Bu gün, 09:51
"Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" - Mirmahmud Mirəlioğlu
Bu gün, 09:49
Düşmən bölmələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 09:48
Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi
Bu gün, 09:47
Göygöldə zəlzələ olub
Bu gün, 09:44
Qərəz dağarcığı Palkotun revanş haqqı – bir də gəlsin
Bu gün, 09:41
"Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - RƏSMİ BAKI
Bu gün, 09:36
"Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" - deputat
Bu gün, 09:35
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Bu gün, 09:34
Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? - Bu düşmənin işinə yarayır...
Bu gün, 09:32
ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! – Azərbaycana qarşı düşmənçilik siyasəti bu haqqı onların əlindən alır!
Bu gün, 09:29
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Bu gün, 09:24
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - deputat
Bu gün, 09:23
Neft yeni həftəyə bu qiymətlə başladı
Bu gün, 09:22
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bu gün, 09:19
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Bu gün, 09:17
"Neftçi"nin sabiq futbolçusu saxlanıldı
Bu gün, 09:14
"Geriyə 863 və 822 saylı qətnamələr qalıb" - deputat
Bu gün, 09:00
Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur
Bu gün, 08:58
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Bu gün, 08:53
Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur?
Bu gün, 08:51
"Diplomatiyamız da yaxşı işləyir" - Yaqub Məmmədov
Bu gün, 08:49
“Ermənistanın baş naziri yenidən yalan danışır” - Hikmət Hacıyev
Bu gün, 08:46
"Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa
Bu gün, 08:33
Düşmən Tərtər rayonunu atəşə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:28
Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ
Bu gün, 08:27
Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? - TƏHLİL
Bu gün, 08:25
“Allaha yalvarırdım ki, maşın işə düşsün” – Cəbhədə yaralanan jurnalistin təəssüratları
Bu gün, 08:21
Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:18
Fars-molla rejiminin YENİ HOQQASI... - Kimə güc göstərirlər?..
Bu gün, 08:16
Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi - MƏTN
Bu gün, 08:14
Qarabağ savaşı: NATO kimi dəstəkləyir? - GƏLİŞMƏ
Bu gün, 08:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru