Bu gün dollar neçəyədir? .....                     Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının .....                     "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" .....                     “Bərdə soyqırımı növbəti erməni vandalizmidir” .....                     Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb .....                     "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" .....                     Əməkdar rəssam Faiq Abdullayev vəfat edib .....                     "Artıq söz yoxdur" .....                     “Ermənistanın mövcudluğu sual altına düşə bilər” .....                     “Ermənistanın timsah göz yazşlarına inanmayın” .....                     Biz İrəvanı niyə vurmuruq .....                     Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu .....                     "Bərdəyə hücumu lənətləyirik" .....                     "Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" .....                     Ermənilər Tərtəri atəşə tutur, .....                     Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı .....                     Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar .....                     Rəsmi Bakının cavabı sərt olacaq .....                     “Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” .....                     Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var .....                     UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? .....                     Fərdi məlumatları ələ keçirirlər: .....                     Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək .....                     ""Human Rights Watch", "Amnesty International" niyə susursunuz?" .....                     “Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir” .....                     Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı .....                     Ermənilər Fransada türklərə hücum etdilər .....                     Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti .....                     Pakistan səfiri Bərdəyə hücumu sərt qınayıb .....                     "Bu hərbi cinayətlərə səssiz qalmaq təhrikə bərabərdir!" .....                     Ermənistan mülkiləri öldürməkdə davam edir .....                     Avropa Məhkəməsində araşdırma: .....                     "Bərdəyə raket atanlar Xocalı soyqırımını törədən xalqın nümayəndələridir" .....                     "Nə istəyirlər bizim günahsız körpələrdən?" .....                     Ermənilər dövlət qurumunun binasını da dağıtdı .....                     Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb .....                     Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı yeni dövrün başlanğıcı ola bilər .....                     Daha 13 kənd işğaldan AZAD EDİLDİ .....                     Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq .....                     Biz Şuşanı, Xankəndini bu cür vururuq? .....                 

“İnqilabçı” baş nazir Sorosla Kreml, NATO ilə KTMT arasında - GƏLİŞMƏ
Tarix: 26-09-2020, 09:02 | Çap et
“İnqilabçı” baş nazir Sorosla Kreml, NATO ilə KTMT arasında
İşğalçı Ermənistanın rəhbərliyinin təxribatçı siyasəti üzündən Güney Qafqaz partlayış həddinə gəlib. İnqilab yolu ilə hakimiyyətə gələn, lakin ölkəsində iki il yarımdır inqilabi dəyişikliklərə nail ola bilməyən gizli “sorosçu” Nikol Paşinyan puç olmuş vədlərin bədələni ödəməkdən yayınmaq üçün müxtəlif yollar axtarır. Və belə görünür ki, çıxış yolunu o, Qarabağ məsələsi ilə manipulyasiya eləməkdə, hərbi ritorikaya üstünlük verməkdə və Azərbaycana qarşı, yeni, daha böyük təxribatlar həyata keçirməkdə görür.

Amma təkcə Azərbaycana qarşı da yox. Görünən budur ki, Nikol Paşinyan kifayət qədər təhlükəli bir oyuna girib. Hətta va-bank gedir. Hər necə olmasa, silahlar olan yerdə qan-qada var. Ermənistan isə məlumdur ki, hakimiyyət uğrunda terror metodlarının belə məqbul sayıldığı ölkədir. 1999-cu il oktyabrın 27-də ölkə Ermənistan parlamentinin gülləbaran edilməsini, o vaxtkı hakimiyyətə - “Qarabağ klanı”na real alternativlər olan Karen Dəmirçyanın, Vazgen Sərkisyanın və daha 6 nəfərin qətlə yetirilməsini yada salmaq olar. 2017-ci ilin yayında isə “Sosna Tsrer” silahlı qruplaşması İrəvanın mərkəzində siyasi tələblərlə polis idarəsinin binasını ələ keçirmiş, iki polis əməkdaşını öldürmüş, bir neçəsini də girov götürmüşdü. Hazırda Paşinyan rejiminin daxili dayaqları da çox sərt sınaqlardan, eyni zamanda Qərb və Rusiya tərəfdarlarının gizli-açıq mübarizəsi fonunda keçir...

*****

“Amerikalı maliyyəçi Corc Sorosun Nikol Paşinyan rejimi hökumətindəki əlaltıları Rusiya ilə münasibətləri pozmaq üçün dağıdıcı fəaliyyətlərini davam etdirirlər”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusdilli Vesti.az portalına beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov söyləyib.

Onun zənnincə, Qərb Rusiyanı hər hansı bir hərbi kampaniyaya sürükləmək üçün hər vasitə ilə həvəsləndirməyə çalışır: “Eyni zamanda, NATO və müttəfiqləri bu mərhələdə birbaşa qarşıdurmadan qorxurlar. Hədəf başqadır - Rusiyanın bütün ”şirəsi"ni çıxarıb bundan sonra qərar vermək. Bu zaman İrəvana ayrılan rol çox kiçikdir. Lakin nəzərə alınmalıdır ki, son vaxtlar bu istiqamətdə intriqalar güclənib və Ermənistan məhz Rusiyanı Türkiyə ilə lüzumsuz qarşıdurmaya sürükləyə biləcək və regionu partladacaq qıcıqlandırıcı rolu oynaya bilər".

Politoloq şübhə etmir ki, Tovuzdakı təxribat ilk növbədə Moskva və Ankaranı toqquşdurma cəhdindən ibarət olub. “Ancaq nə Rusiya, nə də KTMT ”təcavüzkarların" yazıq Ermənistana hücum etməsi barədə ah-nalələrə uymadı. Fikrimcə, Bakı Paşinyanın axmaq təxribatına görə ona minnətdar olmalıdır. O səbəbə ki, Rusiya və tərəfdaşlarının gözünü erməni ordusunun həqiqi niyyətlərini bilmək üçün açdı", - deyə ekspert vurğulayıb və qeyd edib ki, İrəvanın Rusiyaya sadiqliyi həddən ziyadə görüntü xarakterlidir.

“Bu da göz önündədir ki, Sorosun Nikol Paşinyan hökumətindəki əlaltıları qarant dövlətlə (Rusiya ilə - red.) münasibətləri pozmaq üçün dağıdıcı fəaliyyətlərini davam etdirirlər. Paşinyan uzun müddət iki stulda əyləşə bilməyəcək və enində-sonunda konkret kiminlə qalacağı barədə seçim etməli olacaq. Artıq vaxt qalmayıb və o, yeganə düzgün qərarı verməli olacaq - hansı qərardan ki, həm bölgədəki sülhün, həm də Ermənistanın dövlətçiliyinin taleyi asılıdır”, - deyə Mixaylov fikrini tamamlayıb.

*****

Öz növbəsində digər rusiyalı tanınmış politoloq Aleksey Fenenko o qənaətdədir ki, Nikol Paşinyan daxili problemlərin xarici amil hesabına standart həll taktikasından yararlanmağa çalışır. “Ölkədə iqtisadi çətinliklər olduğundan, Paşinyan xarici düşmənə qarşı səfərbərliyə çalışır və burada silahlı qarşıdurmaya qədər belə, gələ bilər ki, sonradan bütün iqtisadi problemləri həmin qarşıdurmanın ayağına yazsın”, - deyə o qeyd edib.

Bundan əlavə, ekspertin fikrincə, Paşinyanın NATO qanadı altına keçmək planı var: “O, Ermənistanın KTMT-dən zəmanət tələb etməsi üçün hücuma məruz qaldığını göstərmək istəyir. KTMT Azərbaycana qarşı döyüşlərdə İrəvanı dəstəkləməyəcəyi üçün böyük bir təxribatdan sonra, məsələn, Qarabağda iri təxribatdan sonra Paşinyan ”KTMT məni dəstəkləmədi, Rusiya məni dəstəkləmədi, ona görə NATO-da yeni dostlar axtarmağın vaxtı gəldi" deyə bilsin".

Politoloqun sözlərinə görə, bu xüsusda indi Paşinyanln başı üzərində 2016-cı ilin oktyabrında KTMT-nin İrəvan sammitinin qərarı asılı vəziyyətdədir: “Orada aydın şəkildə bildirilir ki, KTMT zəmanətləri zərrəcə ”DQR"-ə şamil olunmur və yalnız Ermənistana hücum edildiyi təqdirdə qüvvədədir. Ona görə də hazırda İrəvan Azərbaycanı və ya Türkiyəni hücum edən tərəf elan etmək üçün bir yol tapmağa çalışır. İki ölkənin sərhədindəki iyul təxribatının səbəbi bu idi - Paşinyan KTMT-nin Ermənistanı necə müdafiə etməyə hazır olub-olmadığına əmin olmaq istədi".

Sözünə davam edən analitik deyib: “O zaman, iyul ayında heç kim açıq şəkildə Ermənistana dəstək ifadə etməyə və ya bir şey etməyə hazır olduğunu açıq şəkildə bildirmədi. Rusiya Gümrüdəki bazada hərbi xəbərdarlıq belə elan etmədi. Buna görə də indi görünür, Paşinyanın daha böyük təxribata ehtiyacı var. Bu ehtimalı 1 sentyabrda, Nikol Paşinyanın, faktiki surətdə Qarabağa dair dinc nizamlamadan çəkildiyini elan etməsi gücləndirir. Nəticə etibarilə, indi Ermənistanın baş naziri seçicilərinə dinc nizamlama planlarından boşuna imtina etmədiyini göstərmək üçün yeni döyüşlərə gedə bilər”.

*****

Lakin azərbaycanlı siyasətçi-politoloq Asim Mollazadə situasiyadakı son gəlişmələrə bir qədər fərqli prizmadan yanaşır. O, hesab edir ki, Ermənistan danışıqlar prosesini tam pozub və onu dəstəkləyən qüvvələrlə hazırda müharibəyə hazırlaşır (Teleqraf.com).

“Məlumat var ki, Ermənistan Rusiyadan küllü miqdarda silah alıb və İran vasitəsilə İrəvana gətirib. Eyni zamanda, Ermənistan Orta Şərqdən erməni yaraqlı qatillərini Azərbaycanın işğal olunan ərazisində yerləşdirib. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan danışıqlar prosesini təsadüfən pozmayıb və müharibəyə hazırlaşır”.

Asim Mollazadə bildirib ki, Ermənistanda sosial-iqtisadi durum gərgindir, inqilabdan sonra idarəetmədə köklü dəyişikliklər baş verməyib: “Həbsə salınan köhnə hakimiyyət nümayəndələri azadlığa buraxılıb və yenidən siyasi fəaliyyətlə məşğul olurlar. Həmçinin parlamentdəki əsas müxalif qüvvələr fəallaşıb. Ermənistanda vəziyyət siyasi baxımdan günü-gündən pisləşdiyi üçün onlar prosesi hərbi müstəviyə keçirməyi, verilən silahlar sayəsində yeni ərazilər ələ keçirməyi düşünürlər. Hazırda Ermənistana qarşı hər hansı qınaq yoxdur. Həmsədrlərin dişsiz bəyanatları əslində Ermənistana dəstəkdir. Onların fəaliyyəti görünməyəndə ermənilər daha da azğınlaşır. İndi Ermənistan nəinki sülhə hazır deyil, əksinə, təcavüzü genişləndirmək istəyir”.

Ancaq politoloq düşmənin təxribatlarına Azərbaycan hər zaman cavab verməyə hazır olduğuna əmindir. “İndi 1990-cı illərin əvvəli deyil. Bu gün Azərbaycanın silahlı qüvvələri, geniş imkanları var. Azərbaycana dəstək verən ölkələrin sayı artır. Odur ki, istənilən təxribata çox ciddi cavab veriləcək. Azərbaycan müharibə istəmir, real danışıqlarla problemin həllindən yanadır. Amma Ermənistan hərbi əməliyyatlara başlasa, cavabını alacaq”.

Əlavə edək ki, həm də artıqlaması ilə...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün dollar neçəyədir?
Bu gün, 08:06
Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının SİYAHISI
Bu gün, 08:06
"Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" - Müdafiə Nazirliyi
Bu gün, 08:05
“Bərdə soyqırımı növbəti erməni vandalizmidir” - Susma, dünya!
Dünən, 18:12
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb - Diqqət!
Dünən, 18:06
"Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" - Türkiyə səfiri
Dünən, 18:01
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
Dünən, 17:59
"Artıq söz yoxdur" - YUNESKO yanında Daimi Nümayəndəlik
Dünən, 17:58
“Ermənistanın mövcudluğu sual altına düşə bilər” - deputat
Dünən, 17:55
“Ermənistanın timsah göz yazşlarına inanmayın” - İtaliya mətbuatı
Dünən, 17:51
Biz İrəvanı niyə vurmuruq – müharibənin mübahisəli sualları
Dünən, 17:43
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Dünən, 17:40
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Dünən, 17:34
"Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" - İsrail səfiri
Dünən, 17:29
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb
Dünən, 17:22
Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı - FOTO
Dünən, 17:21
Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar - XİN
Dünən, 17:19
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Dünən, 17:18
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Dünən, 17:15
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
Dünən, 17:14
UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? - ETİRAZ
Dünən, 17:13
Fərdi məlumatları ələ keçirirlər: - “Ayıq-sayıq olun”
Dünən, 17:12
Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək - Diqqət!
Dünən, 17:11
""Human Rights Watch", "Amnesty International" niyə susursunuz?" - deputat
Dünən, 17:10
“Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir” - ekspert
Dünən, 17:08
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI
Dünən, 17:06
Ermənilər Fransada türklərə hücum etdilər - YARALILAR VAR
Dünən, 17:04
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb
Dünən, 17:02
Pakistan səfiri Bərdəyə hücumu sərt qınayıb
Dünən, 17:00
"Bu hərbi cinayətlərə səssiz qalmaq təhrikə bərabərdir!" - Leyla Abdullayeva
Dünən, 16:59
Ermənistan mülkiləri öldürməkdə davam edir - Türkiyə MN
Dünən, 16:58
Avropa Məhkəməsində araşdırma: - İrəvanın hərbi cinayətləri
Dünən, 16:55
"Bərdəyə raket atanlar Xocalı soyqırımını törədən xalqın nümayəndələridir" - AÇIQLAMA
Dünən, 16:54
"Nə istəyirlər bizim günahsız körpələrdən?"
Dünən, 16:52
Ermənilər dövlət qurumunun binasını da dağıtdı - FOTO
Dünən, 16:42
Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb - HÜZÜN!
Dünən, 16:38
Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı yeni dövrün başlanğıcı ola bilər
Dünən, 16:37
Daha 13 kənd işğaldan AZAD EDİLDİ - Prezidentdən MÜJDƏ
Dünən, 16:35
Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq
Dünən, 16:32
Biz Şuşanı, Xankəndini bu cür vururuq? - Düşmənin gözgörəsi HƏYASIZLIĞI
Dünən, 16:28
“Ermənilərin kökü kəsilməsə, mümkün deyil!“ - Rasim Balayev
Dünən, 16:25
Ermənilərin Bərdəyə atdıqları "Smerç" nədir? - AÇIQLAMA
Dünən, 16:23
"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq" - Prezidentdən QƏTLİAMA REAKSİYA
Dünən, 16:21
"Azərbaycan Laçın dəhlizinə nəzarət edirsə..." - Amerikalı hərbi ekspert
Dünən, 16:20
Son sutkada 988 yeni yoluxma faktı qeydə alınıb - 11 nəfər COVID-19-dan vəfat edib
Dünən, 16:18
Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürülüb - FOTO
Dünən, 16:17
Ermənistan Tərtər rayonunun ərazisi yenidən atəşə tutub - Müdafiə Nazirliyi
Dünən, 16:16
Azərbaycan beynəlxalq məhkəmədə uda bilər: - "Başqa ölkələrdən vəkillər cəlb olunmalıdır ki..."
Dünən, 16:11
"İşğalçı dövlət dizini qatlayıb, papağını qarşısına qoyub düşünməlidir"
Dünən, 16:09
Mülki əhali arasında xidmət aparan bir FHN əməkdaşı raket atəşi nəticəsində həlak olub
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru