Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub .....                     Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb .....                     Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? .....                     Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb .....                     Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb .....                     Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı .....                     "Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" .....                     Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik .....                     Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur .....                     Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi .....                     “Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” .....                     "Mən xalqımızla fəxr edirəm" .....                     Düşmən Ağdam rayonunu atəşə tutur .....                     Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar .....                     Hədəf Laçın və Kəlbəcərdir .....                     Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib .....                     Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub .....                     Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” .....                     "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" .....                     Düşmən bölmələrimizi atəşə tutur .....                     Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi .....                     Göygöldə zəlzələ olub .....                     Qərəz dağarcığı Palkotun revanş haqqı .....                     "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" .....                     "Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub .....                     Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? .....                     ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! .....                     Sabah Milli Məclisin iclası keçiriləcək .....                     Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi .....                     Neft yeni həftəyə bu qiymətlə başladı .....                     Ağstafada icra hakimiyyəti nəyə lazımdır? .....                     Sahil Babayevin nəzər-diqqətinə... .....                     "Neftçi"nin sabiq futbolçusu saxlanıldı .....                     "Geriyə 863 və 822 saylı qətnamələr qalıb" .....                     Ermənisayağı müstəqillik oyunları: .....                     Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur .....                     Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur? .....                     "Diplomatiyamız da yaxşı işləyir" .....                 

“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər” - NARAZILIQ...
Tarix: 26-09-2020, 08:41 | Çap et
“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər”
80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova Bakı Şəhər Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Ahıl qadınlar torpaqlarının zəbt olunmasına etirazlarını bildirmək üçün Bakı Şəhər Prokurorluğu önünə gedib, işin bu qurumda araşdırılmasını tələb ediblər. Ahıl qadınlar “Torpaq mafiyasına son!”, “Kasıbın başını əzməzlər!” “Halal torpaqları qaytarın!” “Daşqın Nəsirov, Yaqub Hüseynov” sözləri yazılmış transparantlar tutublar. Aksiyada ahıl qadınların övladları da iştirak edib.

“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər”

“Yeni Müsavat” xatırladır ki, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının ürək çatışmazlığı diaqnozundan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Böyük cinayət əməlinə “Bridge Plaza” sahibi Yaqub Hüseynovun, onun qardaşı Rauf Hüseynovun da adı qarışıb. Daşqın Nəsirov torpaq sahələrini iş adamının adına keçirib.

Əzizəxanım Atayeva, Xumara Şabanova Xəzər Rayon İcra Hakimiyyəti rəsmilərinin Rahil Babayevə gizli himayədarlıq etdiklərini dilə gətiriblər.

“Onlar Türkanda prokurorluğa, polisə çayxanaya gedirmişlər kimi gedirlər”

Qadınlar deyiblər ki, Rahil Babayevin onlara qarşı atdığı cinayətə bərabər addımların araşdırılmaması onun himayə olunması ilə əlaqədardır.

“Yalandan deyirlər ki, araşdırırıq. Heç nə araşdırmırlar. Hacı Rahil də, Daşqın da, Çingiz Xeyrəli oğlu da Türkanda at oynadırlar. Onlar Türkanda prokurorluğa, polisə çayxanaya gedirmişlər kimi gedirlər. Bu adamların bizə qarşı etdiklərini heç kim araşdırmayacaq. Çünki Türkanda ”əl-əli yuyur, əl də üzü" - 91 yaşlı Xumara Şabanova belə deyir.

“Onlardan pul alıb bizim övladlarımızın haqqını yeyənlərin də axırı yaxşı olmayacaq”

Əlavə edir ki, onlara qarşı cinayət araşdırılmalıdır: “Prezident deyir, xalqın, camaatın qeydinə qalın. Bunlar bizi kandardan yola salırlar. Bizi bu yaşımızda polis-prokurorluq qapısında qoyublar. Qulağımıza da çatır ki, bu iş onlar ölüb gedincədir, sonra da araşdırılmayacaq. Allah bizim haqqımızı yerdə qoymaz. Onlardan pul alıb övladlarımızın haqqını yeyənlərin axırı da yaxşı olmayacaq. Mehriban xanım Əliyevaya müraciət edirik ki, bizə qarşı cinayətin araşdırılmasına göstəriş versin. Belə şey olar?!”.

İki dəfə Baş Prokurorluqda olublar və nəticəsizlik...

Türkan qəsəbəsində “öldürülən” ahıl qadınlar - 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova baş verən qanunsuzluqlarla bağlı iki dəfə Baş Prokurorluqda olublar. Hazırda Türkanda hər kəs torpaqları zəbt edib satan cinayətkar şəbəkənin nə vaxt həbs olunacağını səbirsizliklə gözləyir. Ancaq hüquq mühafizə orqanları böyük bir cinayət ortada ikən baş verənlərlə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verib. Bu qərardan narazı qalan Əzizəxanım Atayeva və Xumara Şabanova Baş Prokurorluqda olublar. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Əzizəxanım Atayeva deyib ki, ona və qohumu Xumara Şabanovanın adına çıxarılan və saxtalığı göz önündə olan ölüm haqda şəhadətnamələrdə Rahil Babayevin imzası var. Bundan başqa, onların ailə tərkibi haqda saxta arayışlar da Rahil Babayevin imzası ilə verilib. Hüquqşünaslar deyir ki, Rahil Babayev vəzifəli şəxs olduğu üçün onun vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətməsi ehtimalları, faktları prokurorluq orqanında araşdırılmalıdır. Əzizəxanım Atayeva bu haqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin prokuroruna rəsmi qaydada şikayətini təqdim edib. Zərərçəkən ona və övladlarına qarşı hədələrin olduğunu, susmayacaqları, şikayətlərini davam etdirəcəkləri zaman başlarına işlər gələcəyi təhdidi aldığını da bildirib. Tələb edib ki, onlara qarşı baş verən cinayətlərin tam və hərtərəfli araşdırılması üçün baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülsün, cinayət əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Baş prokurora ünvanlanan və qəbul şöbəsinə təqdim edilən müraciətdə vəzifə saxtakarlığına yol vermiş Xəzər rayonu üzrə qəsəbə nümayəndəsi Rahil Babayevin qanunsuzluqlarının prokurorluqda araşdırılması və işi baş prokurorun şəxsi nəzarətinə götürməsi xahiş olunur:

“Rahil Babayev 2 ədəd saxta arayış verib. Hər şey həmin arayışlardan başlayıb və bu arayışlar əsasında eyni üsulla, torpaqlar aidiyyəti olmayan şəxslərin adına saxtalaşdırılaraq eyni gündə Daşqın Nəsirov tərəfindən satılıb...”
“Yeni Müsavat”

“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
Bu gün, 10:55
Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb
Bu gün, 10:50
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - deputat
Bu gün, 10:49
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Bu gün, 10:45
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb
Bu gün, 10:44
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Bu gün, 10:43
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Bu gün, 10:40
"Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" - deputat
Bu gün, 10:38
Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik - DİN-dən müraciət
Bu gün, 10:34
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Bu gün, 10:33
Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi - TƏHLİL
Bu gün, 10:32
“Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” - Ramiz Rövşən
Bu gün, 10:24
"Mən xalqımızla fəxr edirəm"
Bu gün, 10:07
Düşmən Ağdam rayonunu atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 10:05
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - AÇIQLAMA
Bu gün, 10:04
Hədəf Laçın və Kəlbəcərdir - GƏLİŞMƏ
Bu gün, 09:56
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bu gün, 09:54
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 09:52
Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!
Bu gün, 09:51
"Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" - Mirmahmud Mirəlioğlu
Bu gün, 09:49
Düşmən bölmələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 09:48
Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi
Bu gün, 09:47
Göygöldə zəlzələ olub
Bu gün, 09:44
Qərəz dağarcığı Palkotun revanş haqqı – bir də gəlsin
Bu gün, 09:41
"Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - RƏSMİ BAKI
Bu gün, 09:36
"Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" - deputat
Bu gün, 09:35
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Bu gün, 09:34
Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? - Bu düşmənin işinə yarayır...
Bu gün, 09:32
ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! – Azərbaycana qarşı düşmənçilik siyasəti bu haqqı onların əlindən alır!
Bu gün, 09:29
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Bu gün, 09:24
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - deputat
Bu gün, 09:23
Neft yeni həftəyə bu qiymətlə başladı
Bu gün, 09:22
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bu gün, 09:19
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Bu gün, 09:17
"Neftçi"nin sabiq futbolçusu saxlanıldı
Bu gün, 09:14
"Geriyə 863 və 822 saylı qətnamələr qalıb" - deputat
Bu gün, 09:00
Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur
Bu gün, 08:58
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Bu gün, 08:53
Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur?
Bu gün, 08:51
"Diplomatiyamız da yaxşı işləyir" - Yaqub Məmmədov
Bu gün, 08:49
“Ermənistanın baş naziri yenidən yalan danışır” - Hikmət Hacıyev
Bu gün, 08:46
"Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa
Bu gün, 08:33
Düşmən Tərtər rayonunu atəşə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:28
Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ
Bu gün, 08:27
Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? - TƏHLİL
Bu gün, 08:25
“Allaha yalvarırdım ki, maşın işə düşsün” – Cəbhədə yaralanan jurnalistin təəssüratları
Bu gün, 08:21
Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:18
Fars-molla rejiminin YENİ HOQQASI... - Kimə güc göstərirlər?..
Bu gün, 08:16
Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi - MƏTN
Bu gün, 08:14
Qarabağ savaşı: NATO kimi dəstəkləyir? - GƏLİŞMƏ
Bu gün, 08:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru