Bakıda 51 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb .....                     "Bir gün bu cür performansı Qarabağda hazırlayacağıma ümid edirəm" .....                     Azərbaycan növbəti dəfə Fransaya nota verib, .....                     Ermənilər Rusiya və İsraili də düşmən sayırlar .....                     Neftin bahalaşması bir qədər səngidi .....                     Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək .....                     7 dekabrda dollar neçəyə olacaq? .....                     İki erməni əsir rus sülhməramlıları vasitəsilə .....                     "PAŞA Sığorta" ATEF-dən pulunu ala bilmir .....                     Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: .....                     ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib .....                     “Şəhərin görkəmli yerlərində şəhidlərə abidə ucaldılacaq” .....                     Saatlıda koronavirus xəstəsi barəsində araşdırmalara başlanılıb .....                     Sabiq icra başçısı vəfat edib .....                     Ərdoğan koronavirusa qarşı peyvənd olunacağını istisna etməyib .....                     Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? .....                     "Bir daha deyirəm, Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir" .....                     Fransa Avropanın Ermənistanına çevrilir .....                     İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu .....                     Əhəd Abıyev özünə yeni müavin təyin etdi .....                     Ərdoğan Bakıya xanımı ilə birgə gələcək .....                     Keçmiş başçı ilə bağlı ilginc iddialar... .....                     "İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram" .....                     Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir? .....                     TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI .....                     “Rasim Musabəyov kimilərini qınamaq azdır, onu görəndə...” .....                     Azərbaycanda indiyədək aparılan koronavirus testlərinin sayı açıqlanıb .....                     Azərbaycanda indiyədək 138000 nəfər koronavirus infeksiyasına yoluxub .....                     Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, .....                     “Cənnət məkanımızda dərs deməyin özü şərəfdir” .....                     "Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır" .....                     Dünyaya açılan Mehri dəhlizi: .....                     "Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi" .....                     Vətən müharibəsinin yaratdığı yeni reallıq .....                     Düşmənin belini qıran qəhrəman neftçilər .....                     "Yaxşı olar ki, Rasim Musabəyov...” .....                     Müharibədən sağ qayıdan oğlunu belində gəzdirdi .....                     İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb .....                     Rövşən Rzayevin daha bir şübhəli ortağı... .....                     Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər .....                 

“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...” - Putinin dostu
Tarix: 25-09-2020, 17:50 | Çap et
“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var...”
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov bir neçə gün əvvəl Tovuz rayonunun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan Elşad Məmmədovun ailəsini ziyarət edib.

Daha əvvəl xəbər verdiyimiz kimi İlham Rəhimov şəhidimizin övladı Məhəmmədi himayəyə götürüb. Şəhidimizin atası Dönməz Məmmədovla söhbəti zamanı professor Rəhimov onun problemlərini dinləyib, ehtiyacları ilə maraqlanıb.

İlham Rəhimov Ağdam kəndində olan zaman “Yeni Müsavat” Media Qrupunun reportyorları da sərhəd bölgəsində idilər, Tovuzdakı son durum, sakinlərin əhval-ruhiyyəsi, düşmən təxribatı zamanı dağılmış evlərin təmir-tikintisi ilə bağlı materiallar hazırlayırdılar. Məlum hadisələrdən sonra ilk dəfə doğma yurduna gələn İlham Rəhimov əməkdaşlarımızın suallarını da cavablandırıb.

Professor İlham Rəhimov Tovuz hadisələri ilə yanaşı, Türkiyə-Azərbaycan münasibətlərini də şərh edib, həmçinin mətbuatda barəsində yazılan bir sıra məlumatlara aydınlıq gətirib.

- İlham müəllim, bu günlərdə Tovuzun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun himayəyə götürdüyünüz 10 aylıq övladı Məhəmmədlə və digər ailə üzvləri ilə görüşdünüz. Bu, məlum döyüşlərdən sonra Tovuza ilk gəlişiniz idi, yerli sakinlərlə də görüşünüz oldu. Onlarla təmasdan hansı təəssüratlarınız var, əhalinin müharibə ilə bağlı əhval-ruhiyyəsi necədir?

- Tovuz müharibəyə, müharibə şəraitinə artıq öyrəşib. Hələ 1990-cı ilin əvvəllərindən xatırlayıram ki, Tovuz necə çətin günlərdən keçib. Həmin illərdə ermənilər Tovuzun nəinki sərhədyanı kəndlərini, hətta mərkəzini atəşə tuturdular. Yaxşı yadımdadır, o zaman 15 yaşlı bir yeniyetmə qohumum da şəhid olmuşdu. Elə vaxt olurdu ki, Tovuzu günlərlə, davamlı olaraq atəş altında saxlayırdılar. Amma həmin çətin zamanlarda, bir nəfər də olsun Tovuzu tərk etmədi. Bu, bir faktdır və son hadisələr zamanı bir daha təsdiqini tapdı. Rayon mərkəzində, qəsəbə və kəndlərdə mübarizə ruhu çox yüksəkdir. Mən bunu açıq şəkildə müşahidə edə bildim. Hələ xatırlayırsınızsa, Tovuz hadisələri başlayanda kəndlərdən, rayon mərkəzindən yüzlərlə tovuzlu sərhədə doğru hərəkət edərək Ağdam kəndi yaxınlığında toplaşdılar, başqa bölgələrdən gələn xeyli insan da yerli əhali ilə həmrəy oldu. Həmin insan selinin qarşısı çətinliklə alındı, əks təqdirdə insanlar silahsız olsalar da, döyüşə gedəcəkdilər...

- Tovuz istiqamətində son 30 ildə ən gərgin vəziyyəti bu il müşahidə etdik...

- Bəli, ilk dəfə idi. Amma yenə də təkrar edirəm ki, bu dəfə də heç nəyin dəyişmədiyi sübut olundu. Tovuz elə həmin Tovuzdur, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə ön sırada getməyə daim hazırdır.

- Cəmiyyətdə belə fikir mövcuddur ki, Azərbaycan-Türkiyə güclənən hərbi ittifaqı Moskvanı qıcıqlandırır və Rusiya Azərbaycanın Türkiyə tərəfə getməsini əngəlləmək üçün Ermənistanı yeni hərbi təxribatlara sövq edə bilər. Ermənistanın sərhəddə artan təxribatları sizcə daha çox Paşinyan hökumətinin özfəaliyyəti ilə bağlıdır, yoxsa burada daha çox Rusiya amilinin təsiri və dəst-xətti var?

- Əvvəla qeyd edim ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlib çatmasında gecikmişdik. Hərbi əməkdaşlığın gücləndirilməsi, irimiqyaslı təlimlərin keçirilməsi çoxdan baş verməli idi. Ancaq bir az geciksək də, iki ölkənin strateji müttəfiqliyinin güclənməsi istiqamətində çox mühüm hadisədir. Diqqət edin, Türkiyə və Azərbaycanda bir nəfər göstərə bilməzsiniz ki, Azərbaycan-Türkiyə əməkdaşlığının indiki səviyyəsindən məmnun qalmasın. Biz eyni qandan, eyni dindənik. Gec və ya tez bu münasibətlər, birlik daha da güclənməli idi. Bu, çox təbii prosesdir və qarşısını heç bir qüvvə, heç bir güc ala bilməz. Amma qeyd etdiyiniz "Rusiya qıcıqlanır" ifadəsini Azərbaycan-Türkiyə münasibətlərinə aid etmək olmaz. Məsələn, Belarus ilə Qərbin arasında dəyişən münasibətlər Rusiyanı qıcıqlandırır və bu da təbii qarşılanmalıdır. Çünki Rusiya ilə Belarus qardaş, strateji müttəfiqdir. Ona görə də, “qıcıqlanmaq” ifadəsini Belarus-Qərb əlaqələrinə aid etsək, daha doğru olardı.

Baxın, doğma qardaşınız sizin soyuq münasibətdə olduğunuz biri ilə yaxın əlaqədə, ünsiyyətdə olsa, bundan qıcıqlana bilərsiniz. Amma Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli müstəvidədir və böyük tarixə malikdir. Bu baxımdan da Rusiya Azərbaycan-Türkiyə əlaqələrini, yaxınlığını, dostluğunu, qardaşlığını təbii qəbul edir. İki qardaş arasında bağlılığa müdaxilə etmək çox çətin məsələdir. Rusiya artıq psixoloji olaraq bunu çoxdan qəbul edib və bilir ki, qarşısını almaq mümkün deyil.

Azərbaycan və Türkiyə arasında isti münasibətlərin yaranmasının qarşısını almağa hələ sovet hakimiyyəti dövründə də çalışılıb. O zaman iki qardaşın münasibət qurması, birləşməsi mümkün deyildi. Hətta o zaman belə bir ifadə də ittiham kimi tez-tez səsləndirilirdi - pantürkizm. Bu ifadə, əslində, biz azərbaycanlılara aid idi. Buna görə bizim nə qədər ziyalımızı sürgün etdilər, qətlə yetirdilər.

Rusiyanı yaxşı tanıyan bir şəxs kimi bir daha qeyd edim ki, Rusiya Azərbaycan - Türkiyə əlaqələrinin güclənməsini qısqanclıqla qarşılamır, təbii proses hesab edir. Rusiyada həm siyasi elita, həm də sadə vətəndaşlar yaxşı bilirlər ki, bunun qarşısını almaq mümkün deyil. Açığını deyim ki, qarşısını ala da bilməzlər, buna cəhd də etməyəcəklər. Onu da unutmaq lazım deyil ki, bu gün Rusiya-Türkiyə münasibətlərinin özü yüksək səviyyədə inkişaf edir.

- O zaman Azərbaycan-Türkiyə münasibətlərinin Rusiyanı qıcıqlandırdığını yox, ehtiyatlandırdığını deyə bilərik...

- Müəyyən qədər ehtiyatlanmadan danışa bilərik. Rusiyanı əsas düşündürən məsələ ondan ibarətdir ki, regionda digər dövlətlərin əməkdaşlığı onun maraqlarına ziyan vurmasın. Bu baxımdan da deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Rusiyaya qarşı yönəlməyib. Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir.

- İlham müəllim, sərhəddə artan təxribatları Paşinyan hökumətinin özfəaliyyəti hesab etmək olarmı?

- Paşinyanın hazırda hakimiyyətdə qalması bizə daha çox sərf edir. Çünki nə qədər ki, Paşinyan hakimiyyətdə qalacaq, o zamana kimi Rusiya ilə Ermənistan arasındakı soyuq münasibətlər davam edəcək. Sarkisyanın, Köçəryanın dövründə olan fərqli münasibətlər hazırda müşahidə olunmur.

Bir məsələni unutmayaq ki, Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq Qarabağ məsələsinə münasibət yenə də dəyişməyəcək. Rusiya-Ermənistan münasibətlərini yalnız bu gündən çıxış edərək qiymətləndirmək mümkün deyil. İki ölkə arasındakı tarixi və qarşılıqlı maraqları unutmaq lazım deyil. Eyni zamanda, Ermənistanın Rusiyadan tam asılı olduğu bir faktdır və bu dəyişməyəcək. Digər tərəfdən də unutmayaq ki, Ermənistan NATO sərhədində yerləşib və bu Rusiya üçün həddən artıq həssas məsələdir.

- Bir neçə dəfə demişdiniz ki, 5 rayonun qaytarılması məsələsi Azərbaycan üçün faktiki kapitulyasiya, tələ deməkdir və Bakı buna getməməlidir. Hazırda danışıqlar, ümumiyyətlə, dayanıb. Konfliktin hərbi güc yolu ilə həll ehtimalını necə qiymətləndirirsiz? Azərbaycan müharibəyə başlamalıdırmı?

- Qarabağ məsələsinin həllinin iki yolu var: ya sülh, ya da müharibə yolu. Bu problemin həllinin üçüncü yolu yoxdur. Məsələnin sülh yolu ilə həll olunması zamanı ortaya qoyulan şərtlər önəmlidir. Sülh danışıqlarında ermənilər 5 rayon təklif edəcək, Kəlbəcər və Laçın dəhlizini isə öz nəzarətlərində saxlayacaqlar. Eyni zamanda, Dağlıq Qarabağa müstəqillik verilməsini istəyəcəklər. Buna görə də düşünmürəm ki, münaqişə sülh yolu həllini tapsın. Mən buna görə də deyirdim ki, 5 rayonun qaytarılması təklifi bir tələdir. Biz sülh yoluna razılaşsaq, onlar bunu qələbə kimi qarşılayacaqlar.

Onsuz da dünya ictimaiyyətinin Qarabağla bağlı anlayışı, məlumatı tam deyil. Əgər qeyd olunan variant qəbul edilsə, dünya ictimaiyyəti belə anlayacaq ki, artıq Qarabağ məsələsi həll olundu. Biz bundan sonra nə qədər çalışsaq da, beynəlxalq aləmə sübut edə bilməyəcəyik ki, problem həllini tapmayıb.

Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır.

- Sizcə, müharibə nə vaxt olmalıdır?

- Müharibə hər an başlaya bilər, proseslər bunu göstərir. Qarabağ məsələsinin həllində Ermənistanın tutduğu mövqeyi ucbatından sülh yolu mümkün deyil. Biz torpaqlarımızı tam işğaldan azad etmək istəyiriksə, müharibəyə tam hazır olmalıyıq.

“Rusiya ilə açıq danışmağın tam zamanıdır”

- İndiki vaxtda sərhəddə və Qarabağda eskalasiya müharibə ilə nəticələnsə, Azərbaycanın uduşla çıxmaq şansı nə qədərdir? Azərbaycan xalqında belə bir qənaət yaranıb ki, Rusiya Qarabağ məsələsinin ədalətli həllində maraqlı deyil. O zaman nə etməli? Rusiya ilə münasibətlərə hansı korrektlər etməliyik ki, Moskva, nəhayət ki, bizim əsas dərdimizi anlasın?

- Deputat Qüdrət Həsənquliyevin bəyəndiyim və çox sadə şəkildə izah olunan bir fikri var: elə bir zaman yetişib ki, biz artıq Rusiya ilə oturub açıq şəkildə danışmalıyıq. Rusiyaya deməliyik ki, sən bizimlə dost, qonşusan və münasibətlərimizi də qoruyaraq genişləndirək.

- Münasibətlərdə korrektə yox, danışıqlarda konkretlik lazımdır...

- Konkretlik lazımdır, ədalət biz tərəfdədir və Rusiya da münaqişəyə obyektiv yanaşmalıdır. Rusiya ilə danışıqlarda bu cür konkret olmaq lazımdır.

- Necə düşünürsünüz, indi konkret danışmağın zamanıdır?

- İndi tam zamanıdır.

- Sizcə, Azərbaycan “Rus NATO-su” və Avrasiya İqtisadi Birliyinə daxil olmalıdırmı?

- Əgər söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gedirsə, belə situasiyalarda gərək biz öncə özümüzə sual verək ki, bu bizə nə vəd edir? Əgər kimsə düşünürsə ki, biz bu təşkilata qoşulsaq Qarabağ məsələsi həll olunacaq, bu, çox səhv düşüncədir. Mən buradan heç bir nəticə gözləmirəm və mümkün də deyil.

Avrasiya İqtisadi Birliyinə qoşulmağa gəlincə, deyim ki, bu, sırf iqtisadiyyatla bağlıdır. Bu quruma qoşulmağın iqtisadı səmərəsi ciddi şəkildə araşdırılmalıdır. Əgər dövlət olaraq iqtisadi baxımdan qazancımız olacaqsa, bu barədə düşünməliyik.

“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var və bu Fond vasitəsi ilə də biznesini böyüdüb. Hətta bu biznesdə mənim və V.Xmarinin də adını çəkir. Amma əsassız fikirlərdir”

- İlham müəllim, istəyirəm sizin fəaliyyətiniz və şəxsinizlə bağlı yayılan xəbərlər barədə sual verim. İlk olaraq sabiq baş prokuror, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənov haqda. Bir sıra şəxslər Eldar Həsənovun həbsi ilə bağlı məsələdən danışarkən onun rəhbəri olduğu Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda sizin də təmsil olunduğunuzu qeyd edirlər. Buna aydınlıq gətirə bilərsinizmi?

- Əvvəla onu deyim ki, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu Rumıniya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Fondun yaradıcısı Eldar Həsənov olmayıb. Yaxşı niyyətlə, böyük işlər görülməsi məqsədi ilə yaradılan Fonddur. Bu Fond region ölkələri arasında sıx əlaqələrin, əməkdaşlığın genişlənməsinə xidmət üçün təsis edilmişdi. Sonradan belə bir qərar da qəbul edildi ki, təkcə Xəzər və Qara dəniz sahillərində yerləşən ölkələr yox, digər ölkələr də Fonda daxil olsun. Ermənistan da bu Fonda daxil olmaq üçün müraciət etmişdi, amma Azərbaycan və Türkiyə buna haqlı olaraq etiraz etdi.

Eldar Həsənov Rumıniyada səfir olan zaman həmin Fondda Azərbaycan tərəfindən baş katib kimi təmsil olunurdu. Həmçinin Rumıniyadan da baş katib təmsil olunurdu.

Rusiya və Türkiyə də Fonda qoşuldu. Biz istəyirdik ki, Fondda əsas çəkisi, ağırlığı olan dövlət Türkiyə olsun və oldu da. Fondda əsas söz sahibi də Türkiyə, Rusiya və Azərbaycan oldu. Bu üç ölkədən də həmsədrlər təmsil olunurdu. Azərbaycandan həmsədr Çingiz Abdullayev, Rusiyadan Viktor Xmarin, Türkiyədən isə millət vəkili İsmayıl Safi idi. Mən isə həmin Fondun fəxri üzvüyəm. Biz bu Fonddan yaxşı məqsədlər üçün istifadə etmişik. Mən də, Eldar Həsənov da, V.Xmarin özü də Fondun iclaslarında, görüşlərdə hər zaman Azərbaycanın mövqeyini müdafiə etmişik. Uyğun bir şərait olan kimi Qarabağ məsələsində sözümüzü deyə, bir çox dövlətləri məlumatlandıra bilmişik.

Keçmiş səfir Arif Məmmədov Eldar Həsənovla bağlı danışanda Fondun da adını çəkib və yanlış məlumatlar açıqlayıb. Dedikləri fikirlər arasında həqiqət ondan ibarətdir ki, mənimlə V.Xmarin Putinlə tələbə yoldaşıyıq, lakin o, yanlış olaraq Fondun fəaliyyətinə başqa don geyindirir, Eldar Həsənov, V.Xmarin, elə mənim özüm haqqında qeyri-obyektiv fikirlər söyləyir. Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var və bu Fond vasitəsi ilə də biznesini böyüdüb. Hətta bu biznesdə mənim və V.Xmarinin də adını çəkir. Amma əsassız fikirlərdir. Mənim bildiyim qədər Eldar Həsənov Rusiyada sonuncu dəfə 2000-2001-ci illərdə doktorluq dissertasiyası müdafiə edən zaman olub. Ondan sonra Rusiyaya ayağı dəyməyib. Eyni zamanda, Eldar Həsənovun Rusiyada heç bir biznesi yoxdur, əgər olsaydı mənim məlumatım olardı. Mən Rusiyada olan və bizneslə məşğul olan azərbaycanlıları tanıyıram. Mümkün deyil ki, mənim bundan xəbərim olmasın.

Digər tərəfdən, həmin şəxs bizim şirkətlər qurduğumuzu deyirsə, bu şirkətlərin birinin adını çəksin. Sizin vasitənizlə də ona səslənirəm ki, belə bir məlumatı varsa, açıqlasın. Əgər yoxdursa, bilmədiyi mövzulardan danışıb, ictimaiyyəti çaşdırmasın.

“Biz bir neçə məqamı nəzərə alıb deyə bilərik ki, Eldar Həsənov barədə həbs qətimkan tədbirini dəyişdirmək, azadlığa buraxmaq olar. Onun yaşını, səhhətində problem olmasını və ölkə qarşısında xidmətlərini nəzərə alıb digər cinayət-prossesual tədbirləri seçmək olar”

- Eldar Həsənovla şəxsi münasibətləriniz necədir?

- Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Cavan yaşlarından hüquq-mühafizə orqanlarında çalışmışıq. Bu günə qədər də münasibətlərimiz var.

İndi Eldar Həsənov həbsdədir. Onun həbsi ilə bağlı siyasətçi, jurnalist şərh verə, günahsız və ya günahkar olduğunu deyə bilər. Amma mən hüquqşünasam və bir hüquqşünas kimi şərh verməyim doğru olmazdı. Ona qarşı ittihamlar üzrə günahkar olub-olmadığı barədə fikir bildirmək üçün gərək cinayət işini oxuyasan. Bir xatirəni danışım. İlyas İsmayılov respublika prokuroru olanda yanına getdim. Həbs edilən bir tovuzlu barəsində dedim ki, həmin şəxs cinayətkar deyil. İlyas İsmayılov soruşdu ki, cinayət işini oxumusan? Dedim ki, yox. Cavab verdi ki, oxumamısansa, bu adamın günahsız olduğunu hardan bilirsən?

Biz bir neçə məqamı nəzərə alıb deyə bilərik ki, Eldar Həsənov barədə həbs qətimkan tədbirini dəyişdirmək, azadlığa buraxmaq olar. Onun yaşını, səhhətində problem olmasını və ölkə qarşısında xidmətlərini nəzərə alıb digər cinayət-prossesual tədbirləri seçmək olar. Həbs tədbiri heç də həmişə gözlənilən effekti vermir və çox vaxt nisbi xarakter daşıyır. Bir hüquqşünas kimi deyirəm ki, Eldar Həsənovun səfir, prokuror, alim olması və digər xidmətləri də nəzərə alınmalı idi. Eyni zamanda, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq sərəncamında da hüquq-mühafizə orqanlarına həbslə bağlı olmayan digər həbs qətimkan tədbirinin seçilməsi tövsiyyə edilir.

“Mən "Food City" Topdansatış Ticarət Mərkəzi ilə bağlı məlum qərarı verdim. Ermənistanın konsulu və səfirliyin nümayəndəsi Ticarət Mərkəzinə gələndə onların dərhal oradan çıxarılmasını tələb etdim. Bundan sonra ermənilər bizdən Rusiya xarici işlər naziri Lavrova şikayət etdilər”

- Rusiyada diasporumuza baxışınız necədir? Yeni təşkilat qurulacaqmı? Çünki Tovuz hadisələri ərəfəsində bir çox Avropa ölkələrində, Rusiyada azərbaycanlıların təşkilatlana bilmədiyini, diasporların fəaliyyətsizliyini gördük.

- Tovuz hadisələri vaxtı Rusiyada azərbaycanlılar və ermənilər arasında münaqişə oldu. Həmin vaxt vəziyyət çox gərgin idi. Təkcə Moskvada yox, bir çox böyük şəhərlərdə də vəziyyət nəzarətdən çıxırdı. Rusiya dövləti, hüquq-mühafizə orqanları yaranmış vəziyyətdən çox narahat idi. Çünki münaqişənin genişlənməsi üçün şərait yaranmışdı.

Yuxarıda deyilənləri nəzərə alaraq mən "Food City" Topdansatış Ticarət Mərkəzi ilə bağlı məlum qərarı verdim. Ermənistanın konsulu və səfirliyin nümayəndəsi Ticarət Mərkəzinə gələndə onların dərhal oradan çıxarılmasını tələb etdim. Bundan sonra ermənilər bizdən Rusiya xarici işlər naziri Lavrova şikayət etdilər. Lavrovla görüşə Ermənistan diasporunun rəhbəri Ara Abramyan və səfir getdi. Məndə olan məlumata görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu Lavrovla əlaqə saxlayaraq bildirib ki, niyə erməniləri qəbul edib, fikirlərini dinləyirsiniz, amma bizi qəbul etmirsiniz. İndi təsəvvür edin, səfir Polad Bülbüloğlu var, amma diaspor rəhbəri yoxdur. Buna görə də Polad Bülbüloğlu ilə birlikdə görüşə "Food City" Topdansatış Ticarət Mərkəzinin rəhbərlərindən biri olan Qod Nisanov getdi. Qeyd edək ki, Qod Nisanov həm Rusiyada, həm də Azərbaycanda hörmət edilən, nüfuzlu iş adamıdır. Eyni zamanda, Moskvada "Food City" ilə bağlı hadisələr geniş rezonans doğurmuşdu. Bu baxımdan Qod Nisanovun o görüşdə iştirakına ehtiyac yarandı.

- Polad Bülbüloğlu Lavrovla görüşə gedəndə sizə təklif edilmişdi?

- Bəli. Amma mən Moskvada deyildim. Orada olsaydım, "Food City"nin rəhbərlərindən biri kimi özüm gedəcəkdim.

- Yaranmış gərgin vəziyyətin qarşısı necə alındı?

- Yaxşı ki, proseslərin qarşısı alındı. Rusiya hökuməti tərəfindən tərəflərə bu məsələdə soyuqqanlı olmaq, sakitləşmək tövsiyə edildi. Hər tərəf də üzərinə düşəni etdi. Biz öz ətrafımıza, dostlara, əlimiz çatan hər yerə məlumat göndərdik, xahiş etdik ki, gərginliyin qarşısı alınsın. Bilirsiniz, bu proseslər davam etsə idi hansı problemlər yaradacaqdı? Rusiyada işləyən nə qədər azərbaycanlı var, nəticədə onlar deportasiya oluna bilərdi.

Biz böyük bir savaşın qarşısını aldıq. İnandırım ki, proses davam etsəydi, çox ağır nəticələri ola bilərdi. Təsəvvür edin ki, Ticarət Mərkəzində çox az sayda erməni var idisə, on beş dəfədən artıq azərbaycanlı çalışır. Bundan əlavə orada çalışan xeyli sayda özbək, qırğız çalışır ki, onlarda azərbaycanlıları dəstəkləyirdi. Ona görə də, çalışdım ki, bizim azərbaycanlılara problem yaranmasın, deportasiya edilməsinlər. Eyni zamanda, ermənilər də həqiqəti anlasınlar.

- Rusiyada diasporumuz yenə də başsız qalıb...

- Bəzən mənə irad tuturlar ki, Rusiyada diasporumuz niyə təşkilatlanmayıb? Mənə deyirlər ki, sən hara baxırsan? Birincisi, mən Azərbaycan vətəndaşıyam və diaspora heç bir aidiyyətim yoxdur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə mən bu işlə məşğul olurdum. Bizim soydaşlarımız Rusiyanın bir sıra şəhərlərində təşkilat yaradıblar. Bunların hamısını bir araya yığmaq məsələsi var idi. Onların vahid diaspor təşkilatı ətrafında birləşdirilməsi təkcə mənim yox, həm də dövlət başçısının özünün təşəbbüsü və mənə tapşırığı idi. Diasporun yaranmasına bir çox məsələlər mane oldu. Əsas səbəblərdən biri o dövrdə Bakıda diaspor quruculuğuna məsul rəsmi şəxslərin Rusiyada olan diasporla əlaqə saxlamaları, buradan onları fəaliyyətini koordinasiya etmələri idi. İndi həmin adamların heç biri vəzifədə deyil deyə adlarını çəkmək istəmirəm. O zaman mən müəyyən etdim ki, Rusiyada diasporumuzun bu vəziyyətdə olmasında kimlər günahkardır.

- Söhbət neçənci illərdən gedir?

- 2-3 il bundan əvvəl baş verənlərdir...

- Artıq həmin şəxslər vəzifədə deyil. Yəqin ki, diaspora təsir imkanları zəifdir. Əlverişli vəziyyət yaranmayıbmı? Diasporun fəaliyyətini yenidən qurmaq olmaz?

- Olar, lazımdır da. Amma Rusiyada diasporun fəaliyyətini Fazil Qurbanova həvalə ediblər. Mən o zaman da demişdim, indi də deyirəm ki, Fazil Qurbanov elə bir şəxs deyil ki, azərbaycanlıları başına yığa bilsin. Diaspor yaratmaq onun gücündə deyil və azərbaycanlılar da onun ətrafına yığılmayacaq.

- Prezidentin bu məsələ ilə bağlı sizə tapşırığı var idi. İndi bu istiqamətdə nəsə edirsinizmi?

- Mən təşkilatlanmağa kömək edirəm. Hazırda da bununla məşğuluq. Əlimdən gələni həmişə etmişəm və bundan sonra da edəcəyəm.

- İndi “Food City”yə ermənilərin mal gətirməsi, satış həyata keçirməsi ilə bağlı ziddiyyətli xəbərlər var...

- Bu cür məlumatları məqsədli şəkildə yayırlar. Amma mən bir daha əminliklə, qətiyyətlə deyirəm ki, mümkün deyil. Həmin Ticarət Mərkəzində şəxsən tanıdığım xeyli sayda azərbaycanlı çalışır. Mən şəxsən onlara da bu məsələni diqqətdə saxlamağı tapşırmışam. Özüm də mütəmadi olaraq zəng edirəm, araşdırıram və müxtəlif mənbələrdən vəziyyəti nəzarətdə saxlayıram. Ermənilərin həmin ora addım atması mümkün deyil. “Food City” böyük ticarət mərkəzidir. Ermənilər oradan uzaqlaşdırıldıqları üçün milyonlar itiriblər. Bu onlara çox böyük zərbədir.

- Azərbaycanın pandemiya ilə mübarizəsini necə qiymətləndirirsiniz? Vəziyyətdən ən minimal itkilərlə çıxmaq üçün gərəkənlər edilirmi?

- Məndə olan məlumata görə, Azərbaycanı digər ölkələrlə müqayisə edəndə itki çox azdır. Mütəxəssis deyiləm, amma statistik rəqəmlərə baxaraq deyə bilərəm ki, bizdəki vəziyyət qənaətbəxşdir. Bu isə o deməkdir ki, lazım olan tədbirlər görülüb. Artıq bir neçə gündür burdayam. Gündəlik statistik rəqəmləri də izləyirəm, gedişat da yaxşıdır, yoluxanların sayı günbəgün azalır.

- İş adamı olaraq pandemiya sizə necə təsir etdi?

- Təəssüf ki, pandemiya hər kəsə təsir etdi, bu bəladan zərərsiz ötüşən olduğunu düşünmürəm. Əsasən də iş adamları, bizneslə məşğul olanlar ciddi zərərlər gördü. Uzun müddət hər yer bağlandı, ticarət mərkəzləri işləmədi. Rusiya hökuməti də rəsmi olaraq belə qərar qəbul etmişdi ki, bağlanan müəssisələrdə heç kim işdən çıxarıla bilməz və əmək haqları da tam olaraq ödənməlidir. Bizim holdinqdə, müəssisələrdə təxminən 20 min insan çalışır. İşləmədiyimiz müddətdə tam 3 ay biz maaşları ödədik, bir nəfəri də işdən çıxarmadıq.

- Pandemiya dövrü iş qrafikində gərginliyi də azaltdı. Yəqin ki, bu sizin elmi yaradıcılığınıza vaxt ayırmağa imkan verdi?

- Pandemiya dönəmi bir fürsət oldu ki, yeni kitabım üzərində işimi daha da sürətləndirim. "Din və cəza" adlı kitabım artıq hazırdır və ilin sonuna qədər həm rus, həm də öz dilimizdə çap ediləcək. Bu kitabın üzərində bir ilə yaxın idi ki, işləyirdim.
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 51 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Bu gün, 17:22
"Bir gün bu cür performansı Qarabağda hazırlayacağıma ümid edirəm" - VİDEO
Bu gün, 17:21
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb
Bu gün, 17:18
Ermənilər Rusiya və İsraili də düşmən sayırlar
Bu gün, 17:17
Neftin bahalaşması bir qədər səngidi
Bu gün, 17:12
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Bu gün, 17:06
7 dekabrda dollar neçəyə olacaq?
Bu gün, 17:05
İki erməni əsir rus sülhməramlıları vasitəsilə Ermənistana QAYTARILIB
Bu gün, 17:04
"PAŞA Sığorta" ATEF-dən pulunu ala bilmir - ŞİRKƏT MƏHKƏMƏYƏ ÜZ TUTUB
Bu gün, 16:58
Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: - “Bu qədər işin içində mənim arxamca düşəsi deyillər ki…”
Bu gün, 16:53
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib
Bu gün, 16:50
“Şəhərin görkəmli yerlərində şəhidlərə abidə ucaldılacaq”
Bu gün, 16:49
Saatlıda koronavirus xəstəsi barəsində araşdırmalara başlanılıb
Bu gün, 16:43
Sabiq icra başçısı vəfat edib
Bu gün, 16:42
Ərdoğan koronavirusa qarşı peyvənd olunacağını istisna etməyib
Bu gün, 16:41
Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:32
"Bir daha deyirəm, Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir" - Rasim Musabəyov dediyini deyir
Bu gün, 16:30
Fransa Avropanın Ermənistanına çevrilir - ekspert
Bu gün, 16:26
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - GƏLİŞMƏ
Bu gün, 16:22
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Bu gün, 16:09
Ərdoğan Bakıya xanımı ilə birgə gələcək
Bu gün, 16:08
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
Bu gün, 16:04
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram" - Ərdoğan
Bu gün, 16:01
Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir?
Bu gün, 16:00
TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI - "Saxtakarlıq maskasını tamam ifşa etmişdim"
Bu gün, 15:57
“Rasim Musabəyov kimilərini qınamaq azdır, onu görəndə...” - Partiya sədri
Bu gün, 15:54
Azərbaycanda indiyədək aparılan koronavirus testlərinin sayı açıqlanıb
Bu gün, 15:53
Azərbaycanda indiyədək 138000 nəfər koronavirus infeksiyasına yoluxub
Bu gün, 15:52
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
Bu gün, 15:51
“Cənnət məkanımızda dərs deməyin özü şərəfdir” - deputat
Bu gün, 15:50
"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"
Bu gün, 15:49
Dünyaya açılan Mehri dəhlizi: - Qazanan təkcə Azərbaycan olmayacaq
Bu gün, 15:48
"Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi"
Bu gün, 15:42
Vətən müharibəsinin yaratdığı yeni reallıq – Peşəkar ordu sisteminə keçid
Bu gün, 15:40
Düşmənin belini qıran qəhrəman neftçilər - FOTO
Bu gün, 15:39
"Yaxşı olar ki, Rasim Musabəyov...” - Zərdüşt Əlizadədən deputatın səs-küylü müsahibəsinə CAVAB
Bu gün, 15:34
Müharibədən sağ qayıdan oğlunu belində gəzdirdi - VİDEO
Bu gün, 15:33
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Bu gün, 15:31
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Bu gün, 15:31
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər - TƏHLİL
Bu gün, 15:24
"Güzəştlər ləğv edilsin" - Paşinyandan Türkiyə ilə bağlı TƏKLİF
Bu gün, 15:23
"Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var - Sərt karantin rejiminin tətbiqi vacibdir"
Bu gün, 15:21
ŞOK QƏRAR: Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK - Rəsmi Bakı buna susacaqmı?
Bu gün, 15:20
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
Bu gün, 15:18
“Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib” - Peskov
Bu gün, 15:17
"Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib"
Bu gün, 15:16
"Bu, İlham Əliyevin yüksək nüfuzunun göstəricisidir" - deputat
Bu gün, 15:11
"Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq" - Mehriban Əliyeva
Bu gün, 15:10
8 noyabr millətimin zəfəridir
Bu gün, 13:17
Bakı və Abşeronda yaşayış yerini tərk edən daha 3 aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb
Bu gün, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru