Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi .....                     "Qala sığorta"nındaş kimi susqunluğu... .....                     Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var .....                     Faşist Ermənistanın son çırpıntıları .....                     Ermənistanın bütün sərhədləri Rusiyaya verildi .....                     “Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq” .....                     Prezidentin köməkçisi Qırmızı Aypara Cəmiyyətinin könüllüsünün ölümündən yazdı .....                     Pandemiya bəlası nə zaman səngiyəcək? .....                     "Qızıl Aypara" cəmiyyəti niyə ortada görünmür? .....                     Koronavirusun daha bir təhlükəsi açıqlandı .....                     "Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir" .....                     Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı... .....                     “Geri çəkilən ermənilər tarixi abidələrimizi qəsdən məhv edirlər” .....                     "Axı, atəşkəs barədə yalvaran onlar idi..." .....                     Hacı Zeynalabdin Bələdiyyəsindəki bazar... .....                     Azercell Bərdəlilərin yanındadır! .....                     Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? .....                     Bu payız başqa payızlara bənzəmir .....                     “İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır” .....                     "Bizim itkilərimiz minimaldır" .....                     “Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” .....                     “Əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar” .....                     "Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır" .....                     Fransa məhsullarının boykotu nə vəd edir .....                     “Ermənistan ordusunda “yarpaq tökümü”: .....                     "Əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər" .....                     Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb .....                     Bu gün dollar neçəyədir? .....                     Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının .....                     "Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" .....                     “Bərdə soyqırımı növbəti erməni vandalizmidir” .....                     Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb .....                     "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" .....                     Əməkdar rəssam Faiq Abdullayev vəfat edib .....                     "Artıq söz yoxdur" .....                     “Ermənistanın mövcudluğu sual altına düşə bilər” .....                     “Ermənistanın timsah göz yazşlarına inanmayın” .....                     Biz İrəvanı niyə vurmuruq .....                     Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu .....                     "Bərdəyə hücumu lənətləyirik" .....                 

Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Tarix: 24-09-2020, 16:42 | Çap et
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli...
Təhsil müəssisələrinin açıldığı bir həftədir, lakin artıq təhsilalanlar və təhsil işçiləri arasında koronavirusa (COVID-19) yoluxanlar var. Təhsil Nazirliyinin 21 sentyabr 2020-ci il tarixinə olan məlumatına görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Eyni zamanda, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən, əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Qeyd edək ki, oktyabr ayının 15-dən bütün siniflər üzrə əyani təhsil həftədə iki və üç dəfə olmaqla keçiriləcək. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Ölkənin baş infeksionisti Cəlal İsayev bu barədə yerli mətbuata açıqlamasında bildirib ki, həmin vaxta qədər müəyyən tədbirlər planı hazırlamaq lazımdır. Çünki yuxarı sinif şagirdləri maska taxa bilsələr də, sıxlıq olan yerdə maskanın effektivliyi azala bilər.

Eyni zamanda Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də bildirib ki, insanların sıx toplaşdığı yerlərdə yoluxma hallarının artması qaçılmazdır. Onun sözlərinə görə, yeganə çıxış yolu kütləvi şəkildə müəllim və şagird heyətini testdən keçirməkdir, lakin bu da mümkünsüzdür.

İndi hər kəsi bu sual düşündürür: Bəs, görəsən, virusa yoluxma sayında artım olarsa, məktəblər yenidən bağlana bilərmi? AYNA mövzuya dair ekspertlərin rəylərini öyrənib.

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, məktəblərin bağlanması çıxış yolu ola bilməz: “Yuxarı sinif şagirdləri məktəbə getmir, lakin onlar arasında da virusa yoluxanlar var. Buna görə də məktəbləri bağlamaq çıxış yolu ola bilməz. Məktəblər öz fəaliyyətini davam etdirməlidir, ancaq bu şərtlə ki, əhali öz boynuna düşən yükü yüz faiz götürsün. Sanitar-epidemioloji qaydalara əməl etmək mütləqdir. Əllə görüşmək, qucaqlaşamaq kimi adət etdiyimiz bir sıra vərdişləri təxirə salmalıyıq. Sosial məsafəni gözləmək lazımdır”.

“Bilməliyik ki, koronavirus çox amansız bir xəstəlikdir, zarafatı sevmir. Bunları qəbul etdikdən sonra məktəblərimiz öz fəaliyyətini davam etdirməlidir. Yoxsa koronavirus var deyə məktəbləri bağlaya bilmərik. Virusa yoluxanların sayı çox sürətlə artmır, bu artım normal göstəricidir. Valideynlər də qorxmamalıdır, uşaqlarını məktəbə göndərməlidir. Valideynlər arasında uşağını məktəbə göndərməyənlər də var, bu, özü çox təhlükəlidir”, - Əsgərov deyib.

Daha bir təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, bu rəqəmlər həyəcan təbilidir və dərslər dərhal dayandırılmalıdır: “Biz indiyəcən məktəb yaşlı uşaqlar arasında virusa yoluxma sayını çox aşağı bilirdik. Ancaq bu gün məktəblərimizdə virusa yoluxanların sayı göstərir ki, bizim məktəblər ənənəvi tədrisə hələ hazır deyil. Mən düşünürəm ki, dərhal dərslər dayandırılmalıdır və məktəblərdə yenidən monitorinq aparılmalıdır. Halbuki biz bunu yayda etməliydik. Hansı məktəblərin pandemiya şəraitində tədrisə hazır olduğunu məyyənləşdirməliyik”.

“Bununla bağlı qızıl qaydalar var ki, məktəblər həmin tələblərə cavab verməlidir: Ən əsası sinif otaqları, bütövlükdə məktəb, məktəbin həyəti, ona yaxın küçələr dezineksiya edilirmi? Məktəbdə su qovşaqları tələblərə cavab verirmi? Məktəblər lazımi tibbi ləvazimatlarla təmin edilibmi? Məktəb yeməkxanası hansı şəraitdədir? Bu sualların cavabları dəqiqləşdirilməlidir. Eyni zamanda da yoluxan şagirdlərin hansı şəraitdə yoluxması müəyyənləşdirilməlidir. Bəlkə, məktəbdə mövcud vəziyyət sanitar qaydalara cavab vermir, yoluxma hallarının səbəbi budur? Yəni ilk növbədə, yoluxma hallarının necə baş verdiyi, daha sonra da məktəblərin tələblərə cavab verib-vermədiyi müəyyənləşdirilməlidir”, - ekspert vurğulayıb.

Mürşüdlünün fikrincə, ibtidai siniflər üçün dərslərin dayandırılması çox çətin vəziyyət yaradacaq: “Onların müəllimlə birbaşa ünsiyyətdə olması önəmlidir. Çünki onlar təhsilə yeni başlayıblar, onlayn qaydada qələm tutmağı, yazmağı öyrətmək qeyri-mümkündür. Buna görə də mən düşünürəm ki, təkcə Təhsil Nazirliyi yox, ümumilikdə Operativ Qərargah vəziyyəti öz üzərinə götürməlidir. Çünki əlavə maddi resurslar, insan qüvvəsi lazım olacaq. Digər nazirlik və əlaqədar təşkilatların yardımına ehtiyac olacaq. Bu, həyəcan təbilidir”.

“Təhsil işçiləri arasında virusa yoluxma halının qeydə alınması çox məyusedici faktdır. Çünki uşaqlar sosial məsəfani anlamasa da, yetkin insanlar, ələlxüsus da, müəllimlər özləri şagirdlərə örnək olmaldır. Ancaq təəssüf ki, çox vaxt örnək olmalı olan valideynlər də nə maska taxır, nə də sosial məsafə gözləyir. Sanki virusa yoluxmanı ciddiyə almırlar”, - müsahibimiz fikrini yekunlaşdırıb.

İnfeksionist Vüqar Cavadzadə isə o fikirdədir ki, hansı məktəbdə siniflərdə koronavirusa yoluxma faktı qeydə alınıbsa, həmin məktəblər distant qaydada davam etməlidir: “Aşağı sinif şagirdləri sosial məsafəni tam qavraya bilmirlər. Tənəffüs zamanı bir-biri ilə, qonşu sinfin şagirdləri ilə yaxın təmasda olurlar. Bu da yoluxma sayının artmasına şərait yaradır. Yuxarı sinif şagirdləri sosial məsafənin qorunmasında və gigiyena qaydalarına riayət edilməsində daha anlayışlıdırlar. Buna görə də mən hesab edirəm ki, koronavirusa yoluxma faktı qeydə alınan məktəblər distant qaydada davam etməlidir”.

İnfeksionist Nicat Əzimli də həyəcana düşməməyi tövsiyə edir: “Uşaqlar arasında yoluxma hallarının böyüklərə nisbətən daha az olduğunu araşdırmalarla sübut etmiş bəzi mənbələr var. Lakin bu haqda belə bir yetkin fikir demək doğru olmaz. Hər halda uşaqlar arasında qorunma tədbirlərinə riayət etmə böyüklərə nisbətən daha aşağıdır. Onlar bir-biri ilə daha sıx kontakta girirlər. Bu səbəbdən məktəblərin açılmasından sonra uşaqlar arasında yeni yoluxma halları aşkarlanması normal haldır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi - GƏLİŞMƏ
Bu gün, 09:07
"Qala sığorta"nındaş kimi susqunluğu... - GİLEY
Bu gün, 09:06
Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var - Professor aydınlıq gətirir
Bu gün, 09:02
Faşist Ermənistanın son çırpıntıları - belə getsə, “Berlin döyüşü”də qaçılmaz olacaq!..
Bu gün, 09:01
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Bu gün, 08:59
“Sanki torpaqlarımızı bu savaşda ATƏT-in Minsk Qrupundan geri alırıq” - deputat
Bu gün, 08:53
Prezidentin köməkçisi Qırmızı Aypara Cəmiyyətinin könüllüsünün ölümündən yazdı
Bu gün, 08:51
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Bu gün, 08:48
"Qızıl Aypara" cəmiyyəti niyə ortada görünmür? - ETİRAZ
Bu gün, 08:47
Koronavirusun daha bir təhlükəsi açıqlandı - Diqqət!
Bu gün, 08:34
"Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir" - İlham Əliyev
Bu gün, 08:32
Bərdə terrorundan sonra... Cenevrə danışıqları: nəticə olacaqmı... - GƏLİŞMƏ
Bu gün, 08:31
“Geri çəkilən ermənilər tarixi abidələrimizi qəsdən məhv edirlər” - VANDALİZM!
Bu gün, 08:29
"Axı, atəşkəs barədə yalvaran onlar idi..." - Ali Baş Komandan
Bu gün, 08:28
Hacı Zeynalabdin Bələdiyyəsindəki bazar... - GİLEY
Bu gün, 08:26
Azercell Bərdəlilərin yanındadır! - Təqdirəlayiq addım!
Bu gün, 08:24
Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? - TƏHLİL
Bu gün, 08:23
Bu payız başqa payızlara bənzəmir – Daha diqqətli olaq!
Bu gün, 08:21
“İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır” - Oğlu və qardaşı ön cəbhədə olan sənətçi
Bu gün, 08:20
"Bizim itkilərimiz minimaldır" - Prezident İlham Əliyev
Bu gün, 08:19
“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Aleksey Blüminov
Bu gün, 08:16
“Əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar”
Bu gün, 08:14
"Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır" - Dövlət başçısı
Bu gün, 08:13
Fransa məhsullarının boykotu nə vəd edir - TƏHLİL
Bu gün, 08:12
“Ermənistan ordusunda “yarpaq tökümü”: - “Zabitlər qovulurlar!”
Bu gün, 08:10
"Əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər" - Prezident İlham Əliyev
Bu gün, 08:09
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
Bu gün, 08:07
Bu gün dollar neçəyədir?
Bu gün, 08:06
Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının SİYAHISI
Bu gün, 08:06
"Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib" - Müdafiə Nazirliyi
Bu gün, 08:05
“Bərdə soyqırımı növbəti erməni vandalizmidir” - Susma, dünya!
Dünən, 18:12
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb - Diqqət!
Dünən, 18:06
"Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" - Türkiyə səfiri
Dünən, 18:01
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
Dünən, 17:59
"Artıq söz yoxdur" - YUNESKO yanında Daimi Nümayəndəlik
Dünən, 17:58
“Ermənistanın mövcudluğu sual altına düşə bilər” - deputat
Dünən, 17:55
“Ermənistanın timsah göz yazşlarına inanmayın” - İtaliya mətbuatı
Dünən, 17:51
Biz İrəvanı niyə vurmuruq – müharibənin mübahisəli sualları
Dünən, 17:43
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Dünən, 17:40
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Dünən, 17:34
"Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" - İsrail səfiri
Dünən, 17:29
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb
Dünən, 17:22
Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı - FOTO
Dünən, 17:21
Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar - XİN
Dünən, 17:19
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Dünən, 17:18
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Dünən, 17:15
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
Dünən, 17:14
UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? - ETİRAZ
Dünən, 17:13
Fərdi məlumatları ələ keçirirlər: - “Ayıq-sayıq olun”
Dünən, 17:12
Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək - Diqqət!
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru