Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü .....                     Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb .....                     Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb .....                     Ermənistana dəstək olan Anastasiya Tatulovanın .....                     Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi .....                     Azərbaycan Ordusunun performansı .....                     Mərkəzi Bank işə qarışdı, .....                     Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi .....                     Ermənistan prezidenti Brüsselə gedib .....                     Gecə və gündüz artilleriya atışlarının görüntüləri .....                     “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb .....                     Son günlər yoluxmaların artması həyəcan siqnalıdır .....                     “Gəncədən qayıdandan özümə gəlməmişəm” .....                     "Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" .....                     Donald Tramp Qarabağda müharibəyə gedir .....                     ABŞ tanklarını Rusiya ilə sərhədə yığır .....                     Şəmkir sakini küçədə bıçaqlandı .....                     Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? .....                     “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” .....                     Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? .....                     Sumqayıtda daha bir korrupsiya ünvanı .....                     “ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” .....                     Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü .....                     SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb .....                     Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ .....                     Paşinyan artıq siyasi meyitdir! .....                     Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib .....                     Neftin ucuzlaşması davam edir .....                     Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb .....                     Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır .....                     Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... .....                     Tərtər rayonu atəşə tutulur .....                     Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir... .....                     Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib .....                     "Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?" .....                     Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib .....                     "Bu gün də yaxşı xəbər olacaq" .....                     Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib .....                 

Azərbaycan mediası müharibəyə hazır deyil - “Hansı redaksiyada dəbilqə, zirehli jilet var?”
Tarix: 23-09-2020, 12:12 | Çap et
Azərbaycan mediası müharibəyə hazır deyil
Qarabağda müharibənin yendən başlayacağı barədə fikirlər dolaşır. Mütəmadi olaraq, cəbhədə vəziyyətin gərginləşməsi, Ermənistanın təxribatları müharibə riskinin bir az da yaxın olduğuna əyani sübutdur.

Bəs Azərbaycan mediası müharibəyə hazırdırmı?

Bu barədə Modern.az-a danışan “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri və bu ilin iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar onu göstərdi ki, Azərbaycan mətbuatı belə ekstremal şəraitdə işləməyə tam hazır deyil:

“Bunun da bir neçə səbəbi var. Əvvəla, cəbhədə baş verən hadisələr barədə rəsmi məlumatlar gecikdirilir. Amma həmin informasiyalar təhrif olunmuş şəkildə sosial şəbəkələrdə yayılır və KİV-lər də ondan istifadə etməyə məcbur olur. Bu da bir çox hallarda həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olur. İkincisi, bəzən oxucu cəlb etmək, xəbəri 1-ci yaymaq üçün qabağa düşmək ehtirası ilə həqiqətə uyğun olmayan məlumatlar trajlanır. Üçüncüsü, hərbi texnikanın, canlı qüvvənin hansı istiqamətdə hərəkət etdiyinə dair xəbərlər, foto və videogörüntülər yayılır. Bu isə qətiyyən yolverilməzdir. Çünki düşmən həmin informasiyaları izləyir. Mətbuatın müharibə şəraitinə hazır olması üçün rəsmi məlumatlar operativ şəkildə verilməlidir. Belə olsa, mətbuat sosial şəbəkələrdə yayılan qeyri-dəqiq xəbərlərə istinad etməz. Həmçinin, düşmənlə informasiya müharibəsində üstünlük qazanmaq mümkün olar”.

“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə bildirib ki, mətbuatın müharibəyə hazır olması dedikdə həm texniki, həm kadr, həm də təlim-peşəkarlıq baxımından yanaşmağımız, analiz etməyimiz lazımdır:

“Təbii ki, hər bir azərbaycanlı torpaqlarımızın azad olunmasını istəyir. Müharibə yolu burada son və yeganə yoldur. Bu barədə jurnalistlər də, vətəndaşlar da, hərbçilər də eyni fikirdədirlər. Mətbuatımızın müharibəyə nə dərəcə də hazır olmasını araşdırmaq lazım gələrsə, aydın olar ki, mətbuatımız konkret hazır deyil. Çünki mətbuatda bu gün hərbi mövzuda yazan ixtisaslaşmış jurnalistlər ya yoxdur, ya da yüksək səviyyədə peşəkar deyillər.

Mətbuatın maddi- texniki bazası da buna imkan vermir. Döyüş bölgəsinə gedən jurnalistlərin nə dərəcədə təmin olunduğuna baxaq. Hansı redaksiyalarda zirehli gödəkçə, dəbilqələr var? Hansı redaksiya cəbhə bölgəsinə göndərdiyi jurnalisti tibbi çanta ilə təmin edir? Jurnalistlər bilirlərmi, ilkin tibbi yardım çantasının içərisində hansı dərmanlar olmalı, hansı məqamlarda hansı dərmandan istifadə etməlidirlər?

Çox ciddi məsələlərdən biri də sığorta məsələsidir. Cəbhəyə gedən jurnalistin başına bir iş gəlsə, axırı necə olacaq? Jurnalistlərin peşəkarlıq cəhətdən müharibəyə hazır olması vacibdir. Müharibə Bakıda filmə baxmaq deyil. Cəbhəyə gedəndə tamam başqa mənzərə görürsən. Müharibənin şiddət dərəcələri var. Böyük müharibə olduqda kiçik silahlardan ballistik raketlərə qədər hər şey istifadə edilə bilər. Jurnalistlər bütün bunları bilməli, hazır olmalıdırlar”.

Rəşad Süleymanovun fikrincə, döyüş zamanı özünü idarə etməyi bacarmaq hərbi jurnalist üçün ən vacib məqamlardan biridir:

“Məsələn, yanında partlayış ola bilər, parçalanmış cəsədlər, yaralanan, sürünən insanları görə bilərlər. Bütün bunları görəndə jurnalist şoka düşəcəkmi? Çoxları elə bu kimi məqamlarda düşmən gülləsindən yox, şokdan ölə bilər. Yaralananda özü-özünə ilkin tibbi yardım göstərə biləcəkmi? Mən bir faktı xatırladım. Jurnalistlər üçün minalarla bağlı təlim keçirilirdi. Həmkarlardan biri tank əleyhinə minanın üstündə oturmuşdu. Yaxşı ki, təlim minası idi, bədbəxt hadisə baş vermədi. Biz ölməyə adam göndərmirik, bizə lazımdır ki, döyüş bölgəsinə gedən jurnalist oradan informasiya gətirə bilsin.

Hüquqi cəhətdən bu informasiyanın yayımlanması, hansı məqamda, hansı məlumatı vermək olar – bunu bilmək önəmlidir. Dəqiqləşdirmək vacibdir, Müdafiə Nazirliyinin press-relizini yaymaq hərbi jurnalistika deyil. O odun, alovun, çətinliklərin içərisindən informasiyanı lentə köçürməlisən, tarix yazmalısan. Azərbaycanın belə jurnalistləri var. Məsələn, Birinci Qarabağ müharibəsini işıqlandıran, Vahid Mustafayev, Mirşahin, operatorlar, jurnalistlər olub, amma onlar yaşlanıblar. Həmin jurnalistlərin təcrübəsindən istifadə edib, indiyə qədər hərbi jurnalist yetişdirmək lazım idi. Redaksiyaların heç birində hərbinin spesifikanı bilən, silah texnikasının xarakterini mənimsəmiş jurnalist yoxdur. Bu, əslində arzuolunmaz məqamdır. Düşmən əynində hərbi geyim olanın jurnalist və ya əsgər olduğunu bilmir, vura bilər. Ona görə, bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Yenə deyirəm, mətbuat konkret olaraq, müharibəyə hazır deyil, təşkil olunan kurslara da jurnalistlər, tələbələr yalnız vaxt öldürmək üçün gedirlər”.

Yeniçağ.az saytının əməkdaşı Səxavət Məmməd xatırladıb ki, müharibə hər zaman aktual olub:

“Ancaq son vaxtlar məsələ aktuallıqdan, qaçınılmazlığa keçib. Azərbaycanla yanaşı, Ermənistan da ciddi hazırlıq görür. Əldə etdiyim bəzi məlumatlara görə, düşmən tərəf səngərləri möhkəmlətməklə yanaşı, bir çox ərazilərdə səhralaşma aparır. Bu da o deməkdir ki, hücuma keçən Azərbaycan tərəf olacaqsa, texnikanın və canlı qüvvənin maskalanması çox çətin olacaq.

Azərbaycan mediası artıq bir neçə dərs alıb. İstər 2014, istər 2016, istərsə də, son Tovuz döyüşləri. Hər dəfə düşünürük ki, artıq belə səhvlər olmaz, ancaq yenə eyni səhvlər, eyni yanaşmalar görürük. 30 ildir müharibə şəraitində yaşayan ölkənin jurnalisti əslində düşünməməlidir ki, mediamız buna hazır olacaq, yoxsa yox. Başqa bir ölkədə olsa, bunu düşünənlərə dəli kimi baxarlar. Ancaq təəssüf ki, bizdə vəziyyət acınacaqlıdır. Əslində bütün dünyaya ən çox müharibə jurnalisti verəcək ölkə olmalıyıq, ancaq ölkədə ixtisaslı konflikt jurnalistikası demək olar, barmaqla sayılacaq qədərdir. Müharibəyə gedən jurnalistin “kaska”sı, zirehli jileti olar. Azərbaycanda hansı redaksiyada hazır “kaska”, jilet görmüsünüz? Olanlar da, şəxsi əlaqələri vasitəsi ilə hansısa qurumlardan alıb, gizlin saxlayırlar. Əslində bunları almaq çox çətin deyil, sadəcə, gömrükdən keçirmək mümkünsüzdür. Ona görə də, dövlət qurumları, jurnalist təşkilatları bununla məşğul olmalıdırlar. Cəbhə bölgəsində işləməyin ilk şərti sağ qalmaqdır. Bu da çox ciddi fiziki güc tələb edir. Əraziyə gedəcək jurnalistlər və bunun arzusunda olanlar, redaksiyalar məsələni diqqətdə saxlamalıdırlar”.

Jurnalistin fikrincə, Azərbaycan mediasının əsas problemlərindən biri də ixtisaslaşmanın olmamasıdır:

“Buna nəinki diqqət edirik, heç bu, baş redaktorların marağında belə deyil.

Əgər müharibə olacaqsa, əsas yüklərdən biri də redaktorların üzərinə düşəcək. Bəzən reportyorları çox qınayırlar. Ancaq reportyor dar çərçivədə işləyir. Səhvləri də mümkündür, bunun üçün redaktorlar kifayət qədər təcrübəli olmalıdırlar. Bir də açıq şəkildə anlamaq lazımdır ki, cəbhə bölgəsi nə IP davası güdüləsi, nə də videoya baxanların sayının ölçüləsi yerdir. Hər bir hərəkət ölümlə nəticələnə bilər”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü
Bu gün, 11:00
Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb
Bu gün, 11:00
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi
Bu gün, 10:58
Ermənistana dəstək olan Anastasiya Tatulovanın Bakıdakı kafesinin adını sökməyə başladılar!
Bu gün, 10:57
Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi - GƏLİŞMƏ
Bu gün, 10:56
Azərbaycan Ordusunun performansı - Hərbi ekspertlərin ən çox təəccübləndiyi taktiki savaş
Bu gün, 10:51
Mərkəzi Bank işə qarışdı, "Azərsığorta" filial direktorunu cəzalandırdı
Bu gün, 10:49
Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
Bu gün, 10:48
Ermənistan prezidenti Brüsselə gedib
Bu gün, 10:44
Gecə və gündüz artilleriya atışlarının görüntüləri
Bu gün, 10:30
“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” - Prezidentin köməkçisi
Bu gün, 10:28
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 10:22
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - Müdafiə Nazirliyi
Bu gün, 10:21
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Diqqət!
Bu gün, 10:20
“Gəncədən qayıdandan özümə gəlməmişəm” - Fərhad Bədəlbəyli
Bu gün, 10:18
"Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
Bu gün, 10:16
Donald Tramp Qarabağda müharibəyə gedir - “Kommersant”
Bu gün, 10:09
ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
Bu gün, 10:05
Şəmkir sakini küçədə bıçaqlandı
Bu gün, 10:03
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI
Bu gün, 09:58
“Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” - ermənilər məğlubiyyətə görər rusları günahlandırır
Bu gün, 09:57
Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? - TƏHLİL
Bu gün, 09:55
Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA
Bu gün, 09:53
“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
Bu gün, 09:52
Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü - FOTO
Bu gün, 09:39
SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb
Bu gün, 09:37
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Bu gün, 09:35
Paşinyan artıq siyasi meyitdir! – Özbək tarixçi
Bu gün, 09:30
Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib
Bu gün, 09:27
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:26
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - ekspert
Bu gün, 09:25
Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!
Bu gün, 09:12
Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... - TƏHLİL
Bu gün, 09:10
Tərtər rayonu atəşə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 09:08
Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir...
Bu gün, 09:07
Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib - GƏLİŞMƏ
Bu gün, 09:05
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
Bu gün, 09:02
Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:58
"Bu gün də yaxşı xəbər olacaq"
Bu gün, 08:57
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:53
Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ
Bu gün, 08:50
Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? - Detallar...
Bu gün, 08:46
Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... - GƏLİŞMƏ
Bu gün, 08:44
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Bu gün, 08:32
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Bu gün, 08:30
“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” - Qulu Məhərrəmli
Bu gün, 08:28
Ekspertlərdən koronavirusla bağlı “SOS!” - GƏLİŞMƏ
Bu gün, 08:27
“Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” - ekspert
Bu gün, 08:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru