Ermənistandan Qarabağda ŞOK PKK TAKTİKASI: .....                     Paşinyanın arvadının çağırışı etiraz doğurdu .....                     Bakının 127 təhsil işçisi ordu sıralarına qoşulub .....                     Babək Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib .....                     Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi .....                     Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var .....                     Dövlət Dəniz Agentliyində kadr dəyişikliyi .....                     Naxçıvan Dövlət Gömrük Komitəsi sədrinə yeni müavin təyin edilib .....                     Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi .....                     Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı .....                     "Bir ay öncə "çıx get" deyirdik, amma indi..." .....                     Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir .....                     “Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...” .....                     “Robot kimidirlər, gəlməyə davam edirlər: Çox qorxuruq ” .....                     Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib .....                     Ermənistanda siyasi gərginlik artır .....                     Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü .....                     Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb .....                     Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb .....                     Ermənistana dəstək olan Anastasiya Tatulovanın .....                     Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi .....                     Azərbaycan Ordusunun performansı .....                     Mərkəzi Bank işə qarışdı, .....                     Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi .....                     Ermənistan prezidenti Brüsselə gedib .....                     Gecə və gündüz artilleriya atışlarının görüntüləri .....                     “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb .....                     Son günlər yoluxmaların artması həyəcan siqnalıdır .....                     “Gəncədən qayıdandan özümə gəlməmişəm” .....                     "Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" .....                     Donald Tramp Qarabağda müharibəyə gedir .....                     ABŞ tanklarını Rusiya ilə sərhədə yığır .....                     Şəmkir sakini küçədə bıçaqlandı .....                     Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? .....                     “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” .....                     Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? .....                     Sumqayıtda daha bir korrupsiya ünvanı .....                     “ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” .....                 

“Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik” - Sona Vəliyeva
Tarix: 23-09-2020, 11:45 | Çap et
 “Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik”
Hələ 2011-ci il iyunun 3-də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Lent.az saytına dəbdəbəli bir müsahibə vermişdi: “Çox sevinirəm ki, ömrümü-günümü belə adamla bağlamışam”

Bu müsahibədə “İlləri əl-ələ verib gəlmişik”, – deyən Sona Vəliyeva medianı məhv edən, külli miqdarda maxinasiyaya yol verən, oliqarx həyat tərzi keçirmiş, dövlətinə xəyanətdə ittiham olunan Əli Həsənovu ideal insan kimi xarakterizə edirdi.

“Ona görə ideal ki, onunla hər ürək sözünü danışa bilirsən. O adamla ki, istənilən mövzuda söhbət edə bilirsən. İstər ədəbiyyatdan, siyasətdən, tarixdən, istər ailə məsələlərindən, onun yaxınlarından, öz yaxınlarından kiçik bir incikliyini də müzakirə edib məsləhət ala bilirsənsə, deməli, o adam ideal adamdır. Sənə işıqlı yol göstərəndir”.

İşıqlı yol göstərdiyi iddi edilən bu adam qaraçı psixologiyası ilə illərdir müstəqil medianın “atasını yandırıb”. KVDF-nin xətti ilə milyonları həzm-rabedən keçirib. Onunla dil tapa bilməyənləri dama basdırıb, dövlətçiliyə xəyanətdə şərləyib. Azərbaycanın müxtəlif yerlərində özünə villalar tikdirib, neçə-neçə insanın haqqını yeməklə hədsiz varlanıb, ölkə başçısının medianın inkişafına göstərdiyi qayğıya kölgə salmağa çalışıb. Azərbaycanda ideoloji proseslərinin istiqamətini dəyişib, mediaya söyüş texnologiyası gətirməklə cəmiyyətdə aqressiyanın rəsmi təbliğatı ilə məşğul olub. Sona Vəliyeva da deyir ki, Əli Həsənov işıqlı insandır. Dağılasan ay dünya. Gör kimə və necə tərif verir xanım Vəliyeva: “Hər şeydən əvvəl o, ədalətli, demokratik adamdır… Səhər bir söz dedi. Dedi ki, istəyirsən başqalarından yaxşı münasibət görəsən, fərqi yoxdur, o, böyükdür, kiçikdir, sən ona elə münasibət bəslə ki, o sənin qarşında yaxşı münasibətdə olmağa özünü borclu hesab etsin”.

Bu cümlələri oxuyan Əlinin müasirləri sözün əsl mənasında şok yaşaya bilər.

Bəzən iki Əli Həsənov arasında qalmaq belə fikrimizdən keçə bilər. Amma Azərbaycanda iki Əl Həsənov var ki, cəmiyyətdə nəinki nüfuzu var, hətta onlara qarşı patoloji nifrətin həddini də ölçməyə lüzum yoxdur. Çünki zatən patoloji həddi keçib.

Sona Vəliyeva bizə Əlinin kövrək insan olduğunu xarakterizə edirdi bu müsahbə ilə. Görünür, bəxtimiz gətirib. Kövrək olmasaymış, bu təpəgöz hələ nələr edəcəkmiş? “O, çox şeydən kövrələ bilən adamdır, amma heç vaxt kövrəlməyini büruzə verməz. Heç Şuşada olmayıb, amma Şuşa haqqında mahnı onu kövrəldir. Büruzə verməməyə çalışır, kişi qüruru ilə torpağa məhəbbət arasında mübarizə gedir”.

O vaxtkı müsahibəsinin ən tükürpədən məqamı isə bu idi:

“Evindəkindən və cibindəkindən artıq səxavətlidir. Biri ondan kömək istəsin, düşünməz ki, arxada çörək pulu qaldı, ya yox, son qəpiyini verər. Həmişə deyir ki, mən əl tutdum əl tutana da Əli kömək olar. Birinə kömək edə bilməsə, ürəyində düyün qalır. Onun kimlərəsə etdiyi yaxşılıqları mən də başqalarından eşidirəm. Etdiyini dilə gətirməz. Lovğalıq bilər deməyi. Həmişə belə olub, lap az məvacibə kirayələrdə qaldığımız vaxtlardan. Mənim ondan öyrəndiyim yaxşı xüsusiyyətlərdən biri də budur. Həmişə səxavətli, ədalətli olmaq. Çox səbirlidir”.

Səxavətli Əli Həsənov mediaya ayrılan pulların son qəpiyinə də göz dikirdi. O vaxt saytlara və qəzetlərə ayrılan pulların necə mənimsədildiyini prokurorluq orqanları araşdırır.

Əli Həsənovun səxavəti haqqında eşidənlərə müraciət etmək yerinə düşər. O, doğrudanmı, xanım Vəliyevanın dediyi kimi olub?!

Azərbaycandan başqa digər ölkələrdə də daşınmaz əmlak sahibi olan Həsənovun gəncliyini həyat yoldaşı belə xatırlayır:

“Gənc mütəxəssis kimi bizə ev verdilər, iki otaqlı… Kim desə ki, ailəmdə konflikt olmayıb, inanmayın. Bu iki halda ola bilər, ya o ailədə hər iki tərəf bir-birinə çox biganədir , ya da sadəcə olanı gizlədirlər. Hər şeydə səmimi olmaq lazımdır. Mümkün deyil ki, ailədə konflikt olmasın. Mən emosional adamam. Hadisələrə tez reaksiya verirəm. Çox sevinirəm ki, ailə qurduğum adam səbirli və təmkinli olduğundan məsələləri kəskin şəkildə səbirlə həll etməyi qoyurdu. Çox çətinliklərimiz olub, az məvacib, darısqal mənzil. Çox şeyləri yola vermişik, bir az o, ötüşdürüb, bir az mən. Əsas məsələ odur ki, konfliktləri böyütməyəsən. Kiçik məsələləri böyütmək lazım deyil. Adi məişət konfliktləri hər ailədə olur. Tanrı böyük konfliktlərdən qorusun”.

Bu sözə diqqət edin: “Tanrı böyük konfliktlərdən qorusun!”

Harınlamış məmur kimi o böyük konfliktlərdən yayınmadı, əksinə həmin münasibətin nüvəsini təşkil etdi.

“Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik”.

Sona Vəliyevanın müsahibəsinin ən təsirli hissəsi isə bu məqam idi: “Evimizdə uzun müddət ətin olmaması indi mənim üçün xoş xatirələrdir. Nəyinsə olmaması ucbatından problemimiz olmayıb. Ailə quranda mənə dedi ki, bizim münasibətlərimiz sınaqlardan keçib, amma ailə-məişət tamam başqadır. Birdən qonşu öz xanımına qızıl, qiymətli hədiyyə edər, onu məndən tələb edərsən. Filankəs filan şey aldı sözünü səndən eşitməyim. Dedim heç vaxt bunu məndən eşitməzsən. Bu sözlər əxlaqlı, mənən zəngin, maddi cəhətdən az dolanışıqlı gənc ailə başçısının dilindən çıxanlardır. Çox tərbiyəvi bir nümunədir. Bu gün gənclər ailə quranda nədən xoşlanmadıqlarını tərəf müqabilinə desə, sonrakı konfliktlərdən qaçmaq olar. Mən heç vaxt onu maddiyyat üstündə sıxmamışam. Bunu özümə aşağılıq hesab etmişəm”.

O günə bir daş düşəydi

“Onun Prezident Aparatına işə getməsi ilə qızımızın birinci sinfə getməsi eyni ildə oldu. Qayğıları öz üzərimə götürdüm. Atası dedi ki, qızı musiqi ilə, dərslərlə yükləyərsən, birdən çatdırmaz. Dedim qorxma, o, sənin qızındır, çatdırar. Uşaqlarla özüm məşğul oldum ki, onun işi ağırdır, evdə də yüklənməsin. Bəzən uşaqların neçənci sinifdə oxuduğun unudurdu. Uşaqlar da maşallah, götürümlü idilər, məni heç incitmədilər”.

Neçə-neçə ailənin bədbəxtliyinə səbəb olan Əli Həsənovun həyat yoldaşının müsahibəsindən son sitat gətirməklə hörmətli oxucunu çox da yormayaq. Amma bir daha vurğulayaq ki, bu həyat bumeranqdır. Nə tökərsən aşına, o da çıxar qaşığına: “Ailəlikcə uşaq kimi sevinməyi bacarırıq. Uşaqlara bir təzə paltar alsaq hökmən geyindirib, ailəlikcə baxıb mübarəkbadlıq etməliyik. Əli müəllim yalan olmasın bir beş dəqiqə “bəh-bəh” deyir, istər mənə, istər uşaqların geyindiyi paltara. Deyir ki, bu paltar heç kimə belə yaraşmazdı, sənə yaraşdı. Sevinci yaşadır. Yadıma bir məqam düşdü. İlk dəfə Əli müəllim əlində mənzil orderi qapıdan içəri girəndə mən oturub yerə ağladım. Sonradan anladım ki, bu sevincin ən son nöqtəsi imiş, o cür yaşamışam”.
Natiq Səlim, KONKRET.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan Qarabağda ŞOK PKK TAKTİKASI: - Rusiya bayrağı ilə...
Bu gün, 11:50
Paşinyanın arvadının çağırışı etiraz doğurdu - Ermənilər ona təhqirlə cavab verdilər
Bu gün, 11:47
Bakının 127 təhsil işçisi ordu sıralarına qoşulub
Bu gün, 11:45
Babək Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib
Bu gün, 11:45
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi - ADLAR
Bu gün, 11:43
Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fərarilik edib
Bu gün, 11:34
Dövlət Dəniz Agentliyində kadr dəyişikliyi
Bu gün, 11:31
Naxçıvan Dövlət Gömrük Komitəsi sədrinə yeni müavin təyin edilib
Bu gün, 11:30
Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi - Video
Bu gün, 11:22
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatdı
Bu gün, 11:19
"Bir ay öncə "çıx get" deyirdik, amma indi..."
Bu gün, 11:18
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir
Bu gün, 11:13
“Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...” - Diqqət!
Bu gün, 11:11
“Robot kimidirlər, gəlməyə davam edirlər: Çox qorxuruq ” – Erməni əsgərlər
Bu gün, 11:08
Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib
Bu gün, 11:04
Ermənistanda siyasi gərginlik artır - Paşinyan sabiq prezidentlərə mesaj göndərib
Bu gün, 11:02
Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü
Bu gün, 11:00
Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb
Bu gün, 11:00
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi
Bu gün, 10:58
Ermənistana dəstək olan Anastasiya Tatulovanın Bakıdakı kafesinin adını sökməyə başladılar!
Bu gün, 10:57
Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi - GƏLİŞMƏ
Bu gün, 10:56
Azərbaycan Ordusunun performansı - Hərbi ekspertlərin ən çox təəccübləndiyi taktiki savaş
Bu gün, 10:51
Mərkəzi Bank işə qarışdı, "Azərsığorta" filial direktorunu cəzalandırdı
Bu gün, 10:49
Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
Bu gün, 10:48
Ermənistan prezidenti Brüsselə gedib
Bu gün, 10:44
Gecə və gündüz artilleriya atışlarının görüntüləri
Bu gün, 10:30
“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” - Prezidentin köməkçisi
Bu gün, 10:28
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 10:22
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - Müdafiə Nazirliyi
Bu gün, 10:21
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Diqqət!
Bu gün, 10:20
“Gəncədən qayıdandan özümə gəlməmişəm” - Fərhad Bədəlbəyli
Bu gün, 10:18
"Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
Bu gün, 10:16
Donald Tramp Qarabağda müharibəyə gedir - “Kommersant”
Bu gün, 10:09
ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
Bu gün, 10:05
Şəmkir sakini küçədə bıçaqlandı
Bu gün, 10:03
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI
Bu gün, 09:58
“Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” - ermənilər məğlubiyyətə görər rusları günahlandırır
Bu gün, 09:57
Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? - TƏHLİL
Bu gün, 09:55
Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA
Bu gün, 09:53
“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
Bu gün, 09:52
Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü - FOTO
Bu gün, 09:39
SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb
Bu gün, 09:37
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Bu gün, 09:35
Paşinyan artıq siyasi meyitdir! – Özbək tarixçi
Bu gün, 09:30
Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib
Bu gün, 09:27
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:26
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - ekspert
Bu gün, 09:25
Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!
Bu gün, 09:12
Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... - TƏHLİL
Bu gün, 09:10
Tərtər rayonu atəşə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru