Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi .....                     Ermənistan prezidenti Brüsselə gedib .....                     Gecə və gündüz artilleriya atışlarının görüntüləri .....                     “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb .....                     Son günlər yoluxmaların artması həyəcan siqnalıdır .....                     “Gəncədən qayıdandan özümə gəlməmişəm” .....                     "Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" .....                     Donald Tramp Qarabağda müharibəyə gedir .....                     ABŞ tanklarını Rusiya ilə sərhədə yığır .....                     Şəmkir sakini küçədə bıçaqlandı .....                     Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? .....                     “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” .....                     Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? .....                     Sumqayıtda daha bir korrupsiya ünvanı .....                     “ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” .....                     Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü .....                     SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb .....                     Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ .....                     Paşinyan artıq siyasi meyitdir! .....                     Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib .....                     Neftin ucuzlaşması davam edir .....                     Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb .....                     Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır .....                     Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... .....                     Tərtər rayonu atəşə tutulur .....                     Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir... .....                     Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib .....                     "Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?" .....                     Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib .....                     "Bu gün də yaxşı xəbər olacaq" .....                     Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib .....                     Ermənistan Azərbaycanın qabağında aciz olduğunu .....                     Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? .....                     Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... .....                     BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? .....                     MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? .....                     "10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" .....                     Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər .....                 

Fərhad Əhmədov ABŞ-da Türkiyə və Azərbaycanın xeyrinə lobbiçilik etdiyini təsdiqləyir - BƏS BUNDAN QALMAQAL DÜZƏLDƏNLƏRİN MƏQSƏDİ NƏDİR?
Tarix: 23-09-2020, 09:21 | Çap et
Fərhad Əhmədov ABŞ-da Türkiyə və Azərbaycanın xeyrinə lobbiçilik etdiyini təsdiqləyir
ABŞ-da prezident seçkilərinə az qalmış prezident Donald Trampa qarşı kompromat xarakterli yeni araşdırma yayılıb. Virtualaz.org xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmları Layihəsi (Organized Crime and Corruption Reporting Project-OCCRP), “Courthouse News Service” portalı və “NBC News” telekanalının birgə apardığı araşdırmada göstərilir ki, Türkiyə Tramp administrasiyası ilə fövqəladə yaxın münasibətlər qura bilib. Və bu, xarici işlər naziri Mövlud Çavuşoğlunun Trampın andiçmə mərasimindən bir gün əvvəl-2017-ci il yanvarın 19-da Vaşinqtondakı “Watergate” otelinin restoranında yeni seçilmiş prezidentin inaqurasiya komitəsinin vitse-direktoru, nüfuzlu lobbiçi Brayan Ballardla indiyədək ictimailəşməyən görüşü sayəsində baş tutub.

Həmin görüşü təşkil edənlər isə azərbaycanlı gəmiçilik maqnatı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov və Floridadan olan Ukrayna əsilli qalmaqallı biznesmen Lev Parnas idi. Hansı ki, sonradan Parnasın Ukrayna ilə bağlı qaranlıq işləri Trampın barəsində impiçment prosedurunun başlamasına gətirib çıxarmışdı.

Bir çox xarici KİV-lərin də dərc etdiyi araşdırmada göstərilir ki, həmin görüşün nəticəsi olaraq Türkiyənin dövlət bankı “Halkbank”la “Ballard Partners” lobbi şirkəti arasında aylıq ödənişi 150 min dollar olan lobbiçilik müqaviləsi imzalanıb. Bu lobbiçilik sayəsində Türkiyə hakimiyyəti Tramp administrasiyası ilə çox yaxın əlaqələr qurub.

Sovet dönəmində Ukraynada doğulan və Bruklində böyüyən Parnas qaranlıq biznes, uğursuz təşəbbüslər və ödənməyən borclarla bağlı şəxs olub. Amma 2016-cı ildə Trampın kampaniyasında rusdilli yəhudi icmasından kifayət qədər pul toplayan donor olmağı bacarıb. Parnasın xahişi ilə Brayan Ballard Mübariz Mənsimovun Trampın inaqurasiyasında iştirakını təmin edib, ona pulsuz bilet ayırıb.

Xeyli geniş məqalədə digər azərbaycanlı biznesmen-milyarder Fərhad Əhmədovun da adı çəkilir. Orada göstərilir ki, Trampın inaqurasiyasından 2 gün sonra biznesmenin “Luna” adlı yaxtası Mayami sahillərinə yan alıb. M.Mənsimov Lev Parnası F.Əhmədovla tanış edib və onlar yaxtada görüşüblər. Daha sonra F.Əhmədov bir neçə ay Amerikada olub, Parnasın vasitəçiliyi ilə Brayan Ballardla tanış olub. Bildirilir ki, Əhmədov Birləşmiş Ştatlarda olarkən Türkiyə ilə ABŞ arasında münasibətlərin inkişafı üçün lobbiçilik edib. Daha sonra o, Azərbaycanın xeyrinə lobbiçilik etmək üçün “Ballard Partners” şirkəti ilə aylıq ödənişi 50 min dollar olan müqavilənin bağlanmasına dair müzakirələrdə iştirak edib.

Həmin araşdırmada azərbaycanlı biznesmenlərin Türkiyənin xeyrinə lobbiçilik fəaliyyətlərinə dəstək verməsini Tramp əleyhinə kompromat kimi təqdim etməyə çalışırlar. Və qeyd olunur ki, F.Əhmədov şərh verməkdən imtina edib. M.Mənsimov isə Fətullah Gülənlə əlaqəli terrorçuluq ittihamları ilə hazırda Türkiyədə həbsdə olduğu üçün onun münasibətini öyrənmək mümkün deyil.

Bu araşdırmanın bəzi xülasələrini Azərbaycanın bəzi KİV-ləri də yayıb və maraqlıdır ki, onlar da F.Əhmədovun ABŞ-da Türkiyənin, eləcə də Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyətlərini hansısa kompromat, neqativ əməl kimi təqdim etməyə çalışıblar. Yaxud F.Əhmədovun M.Mənsimovla “gizli əlaqələrinin üzə çıxması” kimi şərhlər veriblər.

Virtualaz.org xarici KİV-lərdə dərc edilən həmin məqalələr və Azərbaycandan ona reaksiyalar barədə Fərhad Əhmədovun münasibətini öyrənə bilib.

Biznesmen təsdiq edib ki, ABŞ-dakı dostlarının vasitəsilə Türkiyənin və Azərbaycanın dövlət maraqları üçün lobbiçilik fəaliyyətlərinə dəstək verib. Və bunu heç bir şəxsi təmənna güdmədən edib.

Nəticələri də göz qabağındadır-məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına görə ABŞ-ın bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinə dair çağırışlar, Konqresdən Tramp administrasiyasına edilən təzyiqlər nəticəsiz qalıb.

O cümlədən Suriyanın şimalında Türkiyənin hərbi əməliyyatlar aparmasına ABŞ “yaşıl işıq” yandırıb, Türkiyədə həbs edilən amerikalı keşiş Brunson qalmaqalına görə iki ölkə arasında yaranmış gərginlik yoluna qoyulub və s.

“Hamı gözəl başa düşür ki, bu (barəsində bəhs edilən məqalələr) adi seçkiqabağı dramdır. Ötən il də bu mövzuda məqalə olmuşdu, amma heç kim ona reaksiya verməmişdi. Bir qayda olaraq ABŞ-dakı prezident seçkiləri ərəfəsində bütün lobbiçilik fəaliyyətləri rəqiblərin bir-birinə qarşı ittihamlarına çevrilir, tərəflər bu məsələdən bir-birinə qarşı kompromat düzəltməyə çalışırlar. Əslində isə bəllidir ki, ABŞ-da lobbiçilik fəaliyyəti leqaldır, indiki halda “Ballard Partners” şirkəti ilə imzalanmış və xoş mərama xidmət edən müqavilələr də tam qanunidir, ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Və həmin müqavilələrdə əks olunan məbləğlər də ABŞ-da lobbiçilik biznesinin miqyası baxımından cüzidir, xırdadır. Çünki hər il Vaşinqtonda lobbiçilik fəaliyyətlərinə 4 milyard dollara qədər pul xərclənir. Bir çox ölkələr, iri şirkətlər və s. öz maraqları üçün lobbiçilik xidmətləri sifariş verirlər və bu, tamamilə leqaldır, gizli deyil. O cümlədən Ermənistan. Sual olunur, bəs ermənilər öz maraqları üçün lobbiçilik edəndə niyə heç kimin diqqətini cəlb eləmir və heç kim bundan qalmaqal düzəltməyə çalışmır? Niyə buna “belə də olmalıdır” kimi yanaşıb Türkiyənin, yaxud Azərbaycanın öz maraqlarını müdafiə etməyə yönəlmiş lobbi fəaliyyətlərindən qalmaqal düzəltmək istəyirlər?”,-biznesmen bildirib.

F.Əhmədov əlavə edib ki, onun Amerikadakı yaxşı dostları da Trampa qarşı indiki “lobbi dramının” heç bir nəticələrinin olmayacağı qənaətindədir. Və deyirlər ki, indi Fətullah Gülən məsələsi amerikalı seçicilər üçün maraqsızdır.

Qeyd edək ki, həmin məqalədə F.Əhmədovun daha əvvəl Türkiyə ilə Rusiya arasında gərginliyin aradan qaldırılması üçün vasitəçilik fəaliyyəti də xatırladılır. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vaxtilə danışmışdı və F.Əhmədovun Rusiya təyyarəsinin vurulmasına görə Moskva ilə Ankara arasında yaranmış ciddi gərginliyin aradan qaldırılmasında öz köməyini əsirgəmədiyini, bu işdə mühüm rol oynadığını demişdi.

Bəlli olduğu kimi, F.Əhmədov Rusiya Federasiya Şurasının üzvü və AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü statusunda da həmişə Türkiyə və Azərbaycanın mövqeyini dəstəkləyib. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev onu Rusiya-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

Mübariz Mənsimovla “gizli əlaqələr” haqda deyilənlərə gəldikdə isə , xatırladaq ki, F.Əhmədovun əvvəllər “Palmali” şirkətinin rəhbəri ilə şəxsi dostluq, tanışlıq münasibətlərinin olması gizli deyildi. Bu ilin əvvəllərində isə F.Əhmədov özünün Facebook səhifəsində M.Mənsimovun həbsi ilə bağlı mövqeyini paylaşmışdı, onun mənfi və müsbət tərəfləri, səhvləri barədə fikirlərini açıq bildirmişdi.

“İndiki halda Mübariz Mənsimovun cinayətar olduğu hələ məhkəmə tərəfindən sübuta yetirilməyib, o, şübhəli şəxs statusundadır və barəsində irəli sürülən ittihamları qəbul etmir. Mənim onunla keçmişdəki münasibətlərimdən, təmaslarımdan kompromat düzəltməyə çalışmaq absurddur”,-F.Əhmədov belə deyib.
virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
Bu gün, 10:48
Ermənistan prezidenti Brüsselə gedib
Bu gün, 10:44
Gecə və gündüz artilleriya atışlarının görüntüləri
Bu gün, 10:30
“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” - Prezidentin köməkçisi
Bu gün, 10:28
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 10:22
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - Müdafiə Nazirliyi
Bu gün, 10:21
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Diqqət!
Bu gün, 10:20
“Gəncədən qayıdandan özümə gəlməmişəm” - Fərhad Bədəlbəyli
Bu gün, 10:18
"Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
Bu gün, 10:16
Donald Tramp Qarabağda müharibəyə gedir - “Kommersant”
Bu gün, 10:09
ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
Bu gün, 10:05
Şəmkir sakini küçədə bıçaqlandı
Bu gün, 10:03
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI
Bu gün, 09:58
“Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” - ermənilər məğlubiyyətə görər rusları günahlandırır
Bu gün, 09:57
Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? - TƏHLİL
Bu gün, 09:55
Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA
Bu gün, 09:53
“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
Bu gün, 09:52
Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü - FOTO
Bu gün, 09:39
SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb
Bu gün, 09:37
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Bu gün, 09:35
Paşinyan artıq siyasi meyitdir! – Özbək tarixçi
Bu gün, 09:30
Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib
Bu gün, 09:27
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:26
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - ekspert
Bu gün, 09:25
Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!
Bu gün, 09:12
Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... - TƏHLİL
Bu gün, 09:10
Tərtər rayonu atəşə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 09:08
Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir...
Bu gün, 09:07
Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib - GƏLİŞMƏ
Bu gün, 09:05
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
Bu gün, 09:02
Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:58
"Bu gün də yaxşı xəbər olacaq"
Bu gün, 08:57
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:53
Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ
Bu gün, 08:50
Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? - Detallar...
Bu gün, 08:46
Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... - GƏLİŞMƏ
Bu gün, 08:44
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Bu gün, 08:32
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Bu gün, 08:30
“Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbərləridir” - Qulu Məhərrəmli
Bu gün, 08:28
Ekspertlərdən koronavirusla bağlı “SOS!” - GƏLİŞMƏ
Bu gün, 08:27
“Koronavirusla mübarizədə bizə mane olan məsuliyyətsizliyimizdir” - ekspert
Bu gün, 08:24
“Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin etdi
Bu gün, 08:23
DSMF-nin bu idarəsi narazılıq yaradır... - GİLEY
Bu gün, 08:21
"Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk"
Bu gün, 08:18
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti “Con Batchelor Şou” radiosunda müzakirə olunub
Bu gün, 08:16
Ermənistan XİN rəhbəri Moskvaya gedib
Bu gün, 08:15
Bu gün dollar neçəyədir?
Bu gün, 08:13
Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib - Prezident İlham Əliyev
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru