Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir .....                     “Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...” .....                     “Robot kimidirlər, gəlməyə davam edirlər: Çox qorxuruq ” .....                     Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib .....                     Ermənistanda siyasi gərginlik artır .....                     Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü .....                     Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb .....                     Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb .....                     Ermənistana dəstək olan Anastasiya Tatulovanın .....                     Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi .....                     Azərbaycan Ordusunun performansı .....                     Mərkəzi Bank işə qarışdı, .....                     Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi .....                     Ermənistan prezidenti Brüsselə gedib .....                     Gecə və gündüz artilleriya atışlarının görüntüləri .....                     “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” .....                     "Azeri Light" nefti ucuzlaşıb .....                     Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb .....                     Son günlər yoluxmaların artması həyəcan siqnalıdır .....                     “Gəncədən qayıdandan özümə gəlməmişəm” .....                     "Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" .....                     Donald Tramp Qarabağda müharibəyə gedir .....                     ABŞ tanklarını Rusiya ilə sərhədə yığır .....                     Şəmkir sakini küçədə bıçaqlandı .....                     Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? .....                     “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” .....                     Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? .....                     Sumqayıtda daha bir korrupsiya ünvanı .....                     “ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” .....                     Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü .....                     SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb .....                     Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ .....                     Paşinyan artıq siyasi meyitdir! .....                     Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib .....                     Neftin ucuzlaşması davam edir .....                     Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb .....                     Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır .....                     Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... .....                     Tərtər rayonu atəşə tutulur .....                     Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir... .....                 

Paşinyan təhlükəli oyunun içində - Kreml onu son anda ipdən alacaqmı?
Tarix: 23-09-2020, 09:04 | Çap et
Paşinyan təhlükəli oyunun içində
Ermənistan-Azərbaycan sərhədinin Tovuz səmtində gərginlik qalır. Diqqətçəkicidir ki, işğalçı ölkədə sosial-iqtisadi durum ağırlaşdıqca, vədləri boşa çıxmış Nikol Paşinyandan narazılıq gücləndikcə qoşunların təmas xəttində düşmən təxribatlarının sayı da artır.

Şübhəsiz, bu təxribatlarda əsas hədəflərdən biri məhz daxili ictimai rəyi müharibə mövzusu ilə məşğul etməkdir. Ehtimallara görə, Paşinyan hökuməti bu yolla həmçinin Rusiyanın müttəfiqliyini sınağa çəkmək, Moskvanı seçim qarşısında qoymaq istəyir. Eyni zamanda bölgədə işğalçı ölkənin Moskva qarşısında “məzənnəsi”ni qaldırmaq, buna qarşılıq sonuncudan yeni iqtisadi-maliyyə güzəştləri qoparmaq məramı var. Nəzərə alsaq ki, Nikol Paşinyan bir gizli qərbçi və “sorosçu”dur, hədəflərdən daha birinin Kremli Qərblə şantaj etmək olması şübhə doğurmur.

İrəvanın Moskvanı bölgədə güclənən Türkiyə ilə təhdid etmək, iki dövləti bir-birinə qarşı qoyub, “bulanıq suda balıq tutmaq” məramı da unudulmamaldıır. Hərgah, rəsmi Ankaranı Ermənistanı zəbt etmək yox, müstəsna olaraq, Azərbaycan torpaqlarının işğalına son qoymaq maraqlandırır - nəyi ki, İrəvandan beynəlxalq hüquq, Dağlıq Qarabağla bağlı qəbul edilən bütün qərar və qətnamələr də tələb edir. Ermənistan isə nəinki yad torpaqlardan çıxmağa hazırlaşmır, hətta həyasızcasına “yeni müharibə ilə yeni ərazi işğalı” sevdasına düşüb.

Azərbaycan bir yana, təbii ki, Türkiyə də buna imkan verməz. Qardaş ölkənin Azərbaycanı getdikcə daha güclü, açıq və heç vaxt olmadığı qədər nümayişkaranə şəkildə müdafiə etməsi bu xüsusda təcavüzkara aydın və net bir mesajdır ki, özünü yığışdırsın. Çünki Güney Qafqazda situasiya dəyişib, Türkiyə artıq buradadır və Azərbaycan tənha deyil.

*****

Analoji ismarışları yenə hamı gördü. Məsələn, Tovuz istiqamətində son hərbi gərginlik zamanı Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu kəşfiyyat uçuşları həyata keçirdi. Aparatların uçuşu Tovuzla sərhəddə gərginliyin müşahidə edildiyi səhər saatlarından başladı və gün ərzində davam etdi.

Buna paralel, qardaş dövlətdən növbəti dəfə ən yüksək səviyyədə dəstək bəyanatları gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Nazirliyi bir daha rəsmi İrəvanı ağlını başına yığmağa, “odla oyanmağı dayandırmağa” çağırdılar.

Bundan əlavə, insident ərəfəsində prezident Ərdoğanın Administrasiyası bəyan etmişdi ki, “Türkiyə Azərbaycana qarşı hər hansı təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir” və “Bakının Qarabağ problemini həlli üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”. Ankara habelə Ermənistana Bakının müttəfiqinin kim olduğunu unutmamağı tövsiyə etmişdi.

Xəbərdarlıq, göz ağartma başqa necə olmalıdır ki?..

*****

Bəs Qarabağ ətrafında situasiyanın inkişafı bölgədəki son gəlişmələr fonunda necə təsəvvür edilir? Qardaş Türkiyə öz seçimini edib, Rusiya necə, yeni müharibə variantında Ermənistanın yanında yer ala bilərmi?

“Qarabağ hərbi-siyasi teatrında gözlənilənlər indi baş verir, çünki Tovuz bölgəsindəki döyüşlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərlərindən sonra da lazımi şəkildə qiymətləndirilmədi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən deyib.

Politoloqun fikrincə, problemin qəsdən “əyləcsiz buraxıldığı”, sərhəddə hərbi əməliyyatların davamlı olub-olmayacağı isə həmsədrləri elə də maraqlandırmadığı təəssüratı yaranır. Onun qənaətincə, sərhəddəki iyul təcavüzü ilə bağlı heç bir qiymətləndirmə olmadığından, günahkarların adı açıqlanmadığından, bütün bunlar indi, sentyabrda davam edir.

“Tovuz hadisələrinin ilk günündə dediklərimi bir daha təkrarlayıram: qurbanların hamısı Minsk Qrupunun ”ayağına yazılır". Artıq bu qurumdan hesabat soruşmaq vaxtıdır. Bakının əlində məsələnin bu cür, daha konkret qoyuluşu üçün bütün imkanlar var. Ona görə də ən çox gözlənilən nəticə elə müharibədir, sadəcə, sərhəddə aparılan müharibədən daha geniş bir miqyasda", - deyə rusiyalı ekspert qeyd edib.

Lakin politoloqun əminliyinə görə, Rusiya Ermənistan tərəfində nəinki döyüşməyəcək, Paşinyan naminə ona heç kömək də etməyəcək. “Bu fonda Ermənistanda hakimiyyəti dəyişdirmək üçün daxili cəhdləri istisna etmək olmaz, xüsusən də oradakı yerli müxalifətin artıq təzədən birləşməyə başladığı bir vaxtda” - politoloq fikrini tamamlayıb.

*****

Ancaq son proseslərə fərqli rakursdan baxan təhlilçilər də var. Məsələn, Azərbaycanın sabiq xarici işlər naziri, uzun müddət Qarabağ danışıqlarının içində olmuş Tofiq Zülfüqarov hesab edir ki, Moskva Qərbə üz tutan Bakıya təzyiq göstərmək istəyir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb.

“Rusiyanın postsovet məkanındakı təsiri azalır. SSRİ dağılandan sonra müstəqillik qazanan yeni respublikalar Kremldən uzaqlaşaraq Qərbə inteqrasiya yoluna qədəm qoyub. Cənubi Qafqaz bölgəsi də bu universal tarixi prosesin bir hissəsidir ”, - deyə eks-diplomat vurğulayıb.

Onun sözlərinə görə, qonşu Gürcüstanın iqtisadiyyatı çox zəifdir və bunu Azərbaycan iqtisadiyyatı ilə müqayisə etsək, Bakının nəinki bölgədə, ümumən bütün postsovet məkanında iqtisadi əməkdaşlıq baxımından ən çox Qərblə əlaqəli olduğu aydın olur: “Lakin Ermənistan məsələsində vəziyyət fərqlidir. Məlumdur ki, Nikol Paşinyan Qərbin layihəsidir və burada əsas məqsəd Ermənistanı Rusiyadan ayırıb Qərbin tərəfinə çəkməkdir. Lakin bu strategiyada köklü ziddiyyətlər mövcuddur. Əgər bir tərəfdən, Rusiya Azərbaycana qarşı işğalı davam etdirmək baxımından Ermənistanın hərbi-siyasi qarantdırsa, başqa yandan, böhrandan çıxmaq üçün Ermənistan Qərbə üz tutmalıdır. Çünki investisiyalar, müasir texnologiyalar - hamısı Qərbdədir. Ziddiyyət də burdadır. Ona görə ki, İrəvan Rusiyadan təhlükəsizlik, Qərbdən isə sərmayə istəyir. Bu da qeyri-mümkündür. O səbəbdən biz Ermənistan və Rusiyanın necə uzaqlaşdığını görürük. Hər iki ölkənin ictimai və siyasi dairələrində ciddi qarşılıqlı ittihamlar səslənir. Yekun etibarilə bu ayrılma, nəhayət, baş verəcək”.

Tofiq Zülfüqarov düşünür ki, Rusiya və Ermənistanın bir-birindən ayrılmaq prosesini pərdələmək üçün Rusiyadakı müəyyən qüvvələr (məsələn, Sergey Lavrov) Azərbaycana qarşı informasiya müharibəsinin yeni mərhələsinə başlayıb. “Misal üçün, onlar müxtəlif ”dəhşət hekayələri" yayaraq, Azərbaycan cəmiyyətində Rusiya xofunu bərpa etmək istəyirlər. Qonşularından fərqli olaraq Qərbə inteqrasiya yönündə əhəmiyyətli irəliləyiş əldə etmiş Azərbaycanı öz təsiri altında saxlamaq üçün isə Rusiya iki yoldan istifadə edir: 1) işğalçı Ermənistan vasitəsilə təzyiq göstərir; 2) Azərbaycan cəmiyyətinə qorxu aşılamağa çalışır ki, guya Qərbə kurs götürəcəyi təqdirdə Moskva bizi ciddi şəkildə cəzalandıracaq", - deyə o əlavə edib.

*****

Lakin bir reallıq var ki, artıq nə Azərbaycan dövləti və cəmiyyəti əvvəlkidir, nə də region 90-cı illərin əvvəllərindəki bölgə. Türkiyə amili, iki qardaş ölkənin sarsılmaz hərbi-siyasi ittifaqı da ki, öz yerində...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir
Bu gün, 11:13
“Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...” - Diqqət!
Bu gün, 11:11
“Robot kimidirlər, gəlməyə davam edirlər: Çox qorxuruq ” – Erməni əsgərlər
Bu gün, 11:08
Ermənistanda son sutka ərzində koronavirusdan 20 nəfər gəbərib
Bu gün, 11:04
Ermənistanda siyasi gərginlik artır - Paşinyan sabiq prezidentlərə mesaj göndərib
Bu gün, 11:02
Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü
Bu gün, 11:00
Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb
Bu gün, 11:00
Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi
Bu gün, 10:58
Ermənistana dəstək olan Anastasiya Tatulovanın Bakıdakı kafesinin adını sökməyə başladılar!
Bu gün, 10:57
Ermənistan rəhbərliyinin danışıqların bərpası hiyləsi - GƏLİŞMƏ
Bu gün, 10:56
Azərbaycan Ordusunun performansı - Hərbi ekspertlərin ən çox təəccübləndiyi taktiki savaş
Bu gün, 10:51
Mərkəzi Bank işə qarışdı, "Azərsığorta" filial direktorunu cəzalandırdı
Bu gün, 10:49
Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan erməni aktyor cəhənnəmə göndərildi - Şuşana hədiyyə
Bu gün, 10:48
Ermənistan prezidenti Brüsselə gedib
Bu gün, 10:44
Gecə və gündüz artilleriya atışlarının görüntüləri
Bu gün, 10:30
“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir” - Prezidentin köməkçisi
Bu gün, 10:28
"Azeri Light" nefti ucuzlaşıb
Bu gün, 10:22
Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb - Müdafiə Nazirliyi
Bu gün, 10:21
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Diqqət!
Bu gün, 10:20
“Gəncədən qayıdandan özümə gəlməmişəm” - Fərhad Bədəlbəyli
Bu gün, 10:18
"Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
Bu gün, 10:16
Donald Tramp Qarabağda müharibəyə gedir - “Kommersant”
Bu gün, 10:09
ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
Bu gün, 10:05
Şəmkir sakini küçədə bıçaqlandı
Bu gün, 10:03
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI
Bu gün, 09:58
“Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...” - ermənilər məğlubiyyətə görər rusları günahlandırır
Bu gün, 09:57
Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib? - TƏHLİL
Bu gün, 09:55
Sumqayıtda daha bir korrupsiya ünvanı - İDDİA
Bu gün, 09:53
“ABŞ indi Azərbaycanı nəyəsə məcbur edəcək gücdə deyil” - Zərdüşt Əlizadə
Bu gün, 09:52
Qarabağdan qaçan ermənilər televiziyalarını da İrəvana köçürdü - FOTO
Bu gün, 09:39
SOCAR Gürcüstanın etnik azərbaycanlıları yaşadığı kənddə uşaq bağçasının tikintisinə başlayıb
Bu gün, 09:37
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Bu gün, 09:35
Paşinyan artıq siyasi meyitdir! – Özbək tarixçi
Bu gün, 09:30
Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib
Bu gün, 09:27
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:26
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - ekspert
Bu gün, 09:25
Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!
Bu gün, 09:12
Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma... - TƏHLİL
Bu gün, 09:10
Tərtər rayonu atəşə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 09:08
Ermənistandakı Rusiya ordusu Qarabağda baş verənləri, sadəcə, müşahidə edir...
Bu gün, 09:07
Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib - GƏLİŞMƏ
Bu gün, 09:05
"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər..?"
Bu gün, 09:02
Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:58
"Bu gün də yaxşı xəbər olacaq"
Bu gün, 08:57
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib - Müdafiə Nazirliyi
Bu gün, 08:53
Ermənistan Azərbaycanın qabağında aciz olduğunu ETİRAF ETDİ
Bu gün, 08:50
Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi? - Detallar...
Bu gün, 08:46
Macarıstanın Türkiyə və Azərbaycana QAN QARDAŞLIĞI... - GƏLİŞMƏ
Bu gün, 08:44
BMT-nin çağırışlarına əslində KİM QULAQ VERMƏLİDİR? - "Bu çağırışlar Ermənistanadır, bizə yox"
Bu gün, 08:42
MDB-nin türk dövlətləri nədən çəkinir: Kremlin təzyiqi, yoxsa? - TƏHLİL
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru