Qeyri-dəqiq məlumatı yaymayın! .....                     Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb .....                     Ermənistan cəsədlərinə niyə sahib çıxmır? .....                     Azərbaycan Almaniyaya nota verəcək .....                     Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb .....                     Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası .....                     Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər... .....                     “Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı” .....                     “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir .....                     Erməni gənclər hökumətin hikkəsinə görə ölmək istəmirlər .....                     “KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var” .....                     Ceyhun Bayramov fransız nazirlə danışıb .....                     Məktəblər bağlandı, distant təhsil də dayandırılır? .....                     Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib .....                     Ermənilərin etiraf etdiyi leş sayısı .....                     “Münaqişə Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır” .....                     Ermənilərin Ağdamı atəşə tutması nəticəsində biri jurnalist olmaqla 4 nəfər xəsarət alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistan tərəfdən vuruşan muzdlular: .....                     “Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: .....                     Azərbaycan Qafanı tələb edə bilərmi? .....                     Düşmən yaşayış məntəqələrimizi atəşə tutur .....                     “Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir” .....                     “ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir” .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən .....                     Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi .....                     “Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər” .....                     AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı .....                     “Erməni radiosunda Gəncə terroru qisas kimi təqdim olunub” .....                     "Bu xalq tarix boyu torpaqlarını düşmənlərdən azad edib" .....                     “Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” .....                     92 yaşlı Ömər Eldarov koronavirusa .....                     “Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” .....                     RUSLARIN “BAYRAKTAR” TƏLAŞI .....                     “Biz bunu gələcək nəsillərə saxlamamalıyıq” .....                     Ermənilər Tərtər pambıq zavodunu vurdu .....                     Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir .....                     "Allah deyib, bu şərəfli yola davam edək" .....                     Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı .....                     "Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi" .....                 

Bərabərhüquqlü tərəfdaşsan, yoxsa SSRİ-nin varisi? - Moskva qərar ver
Tarix: 22-09-2020, 15:34 | Çap et
Bərabərhüquqlü tərəfdaşsan, yoxsa SSRİ-nin varisi?
Görəsən, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlətlərarası münasibətləri necə kvalifikasiya olunur? 1991-ci ildə yaradıldığı zaman güman edildiyi kimi yenə də bərabərdir, yoxsa Rusiya rəsmi olaraq bundan doğan bütün şərtlərlə SSRİ-nin varis dövləti hesab olunur?

Xatırladaq ki, Baltikyanı ölkələr xaricində, 1991-ci ilin dekabrında dağılan SSRİ-nin bütün keçmiş respublikaları “xalqların tarixi birliyinə, ikitərəfli müqavilələr, demokratik qanunun aliliyi istəyi, münasibətlərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf etdirmək niyyəti nəzərə alınaraq, aralarındakı əlaqələrə əsaslanaraq” suveren dövlətlər toplusu olaraq, Müstəqil Dövlətlər Birliyinin yaranmasına qərar verdi. Qərara görə, MDB parçalanan SSRİ-nin subyektlərinin bərabər iştirakının təmin edilməsi və bütün MDB dövlətlərinin təsisçi kimi tanınması şərti ilə yaranmışdı.

1993-cü ildə quruluşa qatılan Gürcüstan istisna olmaqla, SSRİ-nin bütün keçmiş respublikaları tərəfindən 21 dekabr 1991-ci ildə imzalanan Almata Bəyannaməsində təşkilat üzvlərinin qarşılıqlı fəaliyyətinin “bərabərlik prinsipi əsasında qurulan təşkilatlar arasında həyata keçiriləcəyi” bildirilirdi. Yəni bütün üzv ölkələr - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, üstəlik assosativ üzv olan Türkmənistan, mübahisəli statusa malik Ukrayna və 2008-ci ildən MDB-dən ayrılan Gürcüstan da daxil olmaqla, beynəlxalq hüququn suveren, müstəqil subyektləridir.

Bəs, indi nə baş verir? Niyə Rusiya hər fürsətdə, MDB-yə üzv dövlətlərlə münasibətdə özünü SSRİ-nin varisi kimi aparır? Axı, təşkilatın ali orqanında - MDB Dövlət Başçıları Şurasında belə, bütün ölkələrə “rokirovka” qaydası ilə rəhbərlik etmək imkanı verilib.

Xüsusilə, Rusiya Xarici İşlər Nazirliyi Türkmənistanın daxili işlərinə hansı haqla müdaxilə edir və Aşqabad məktəblərindəki rus siniflərinin ləğv edilməsindən narazılığını bildirir və hətta, bununla bağlı Türkmənistan Xarici İşlər Nazirliyinə nota göndərir? Bəs, Türkmənistan niyə yeni tədris ilindən əvvəl "sanitariya və gigiyenik standartlara riayət etmə ehtiyacı ilə" özünə Rusiya qarşısında bəraət qazandırmağı vacib sayır?

Bəli, nota verərkən, Rusiya Xarici İşlər Nazirliyi "Rusiya Federasiyası ilə Türkmənistan arasında 23 aprel 2002-ci il tarixli Dostluq və Əməkdaşlıq Müqaviləsi"nin Türkmənistanda rus dilinin və Rusiya Federasiyasında türkmən dilinin öyrənilməsini təşviq edən müddəalarına istinad edir. Lakin Müqavilənin 14-cü maddəsi yalnız Türkmənistanda rus dilinin və Rusiya Federasiyasında türkmən dilinin öyrənilməsinə və yayılmasına “təşviq” etməkdən bəhs edir, təhsil müəssisələri və tədris dili rus dili olan siniflər barədə deyil. Buna baxmayaraq, Türkmənistanda, gördüyümüz kimi, rus məktəbi və rus sinifləri var.

Beləliklə, “Wikipediya”ya görə, 2018-ci ildə ölkədə orta təhsil haqqında rus sertifikatları verən bir rus məktəbi var idi və Türkmənistanın Aşqabad məktəblərində və bölgə mərkəzlərində də rus sinifləri var. Türkmənistanın bütün məktəblərində, eləcə də uşaq bağçalarındakı rus dili qruplarında rus dili ingilis dili ilə yanaşı xarici dil kimi tədris olunur. Və yalnız 2020/21 tədris ili başlamazdan əvvəl bir sıra Aşqabad məktəblərində rus sinifləri ləğv edildi və hökumət səviyyəsində 2030-cu ilədək pullu rus məktəblərinin təşkili və tədris dili olaraq rus dilində dərslərin ləğvi məsələsinə baxmağa başladılar.

Yeri gəlmişkən, 2002-ci ildə təhsilin tam olaraq rus dilində aparıldığı Puşkin adına Türkmənistan-Rus ümumtəhsil məktəbi “Qazprom”un pulu ilə inşa edildi. Bu il təmir işləri “Qazprom”un hesabına aparıldı və Sankt-Peterburq qubernatoru məktəbə robot mühəndisliyi sinfi üçün müasir avadanlıqlar bağışladı. Və bu, bir pozitiv misal - həqiqətdir.

Əlbəttə ki, hər hansı bir xarici dilin, o cümlədən rus dilinin öyrənilməsinin vacibliyi bu halda müzakirə olunmur. Başqa bir şeydən bəhs edirik - niyə Moskva Rusiyanın özündə uyğun bir həllini tapmayan bir mövzuda dost bir ölkəni hesabat vermək üçün xalı üzərinə çağırmağı özünə rəva bilir?

Təəssüf ki, “Google”a görə, Rusiyada türkmən dilində tədris aparan məktəb və ya türkmən dilini öyrədən sinif yoxdur. Türkmən dili ikinci xarici dil olaraq yalnız Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ-də) tədris olunur. Ancaq rəsmi məlumatlara görə, Rusiyada 33 min türkmən yaşayır və bu rəqəmlərə qastarbayterlər daxil deyil. Nəzərə alaq ki, Rusiyada rəsmi olaraq, 622 min azərbaycanlının yaşadığı deyilsə də, qeyri-rəsmi rəqəmlərə görə, bu, 2 milyon nəfər civarındadır. Onda, eyni məntiqlə, Rusiyada yaşayan türkmənlərin də sayını 3-4-ə vurmaq olar.

Yeri gəlmişkən, Rusiyada Azərbaycan dilini öyrənən Azərbaycan məktəbləri və ya sinifləri varmı? Məlum olduğu kimi, Moskvada etno-mədəni Azərbaycan komponentli 157 nömrəli orta ümumtəhsil məktəbi var ki, burada da göründüyü kimi, məktəbdə Azərbaycan dili tədris olunur, məktəb direktoru və müəllimlərin bir qismi milliyyətcə azərbaycanlıdır. Digər Azərbaycan məktəbləri haqqında məlumat Ümumdünya Şəbəkəsində tapılmadı və həm buna ümid də yox idi.

Bu arada, Azərbaycanda yalnız Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı siniflər deyil, rus məktəbləri də var və onların sayı durmadan artır. Yeri gəlmişkən, Azərbaycan bütün MDB məkanında rusdilli məktəblərin sayına görə ön sıradadır. Professor Qubad İbadoğlunun (https://m.zerkalo.az/russkij-sektor-obhoditsya-gosbyudzhetu-v-100-millionov/) istinad etdiyi 2019-cu il məlumatlarına görə, o dövrdə 1,6 milyon şagirdin təhsil aldığı 4500 ümumtəhsil məktəbindən, 342-də təhsil rus dilində aparılır və orada oxuyanların sayı 120 min nəfər idi. Bunlardan 16 məktəbdə Azərbaycan sektoru yox idi, yəni, bu təhsil müəssisələrində yalnız rus dilində tədris olunurdu.

Və o dövrdən indiyə qədər, son üç ildə rus dilində təhsil alan məktəblilərin sayı 50% artdı. Beləliklə, 2018-2019-cu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 165780 uşaq qəbul edildi. Bunlardan yüzdə 9-u və ya 15032 nəfəri rus sektorunda təhsil almaq üçün müraciət etmişdi. O dövrdə rus sektorundakı tələbələrin payı bütün tələbələrin 7,5%-i idi və rus dilində tədrisin dəyəri 100,000 manat təşkil edirdi.

Hal hazırda Azərbaycanın 300-dən çox orta məktəbində, 18 yerli universitetdə və 38 orta ixtisas təhsili müəssisəsində tədris rus dilində aparılır. Ancaq Ukraynada 1 sentyabrdan etibarən bütün rusdilli məktəblər Ukrayna dilində tədrisə keçdi. Moldovada 1989-2000-ci illərdə Rus məktəblərinin sayı (işğal edilən Dnestryanı istisna olmaqla) 301-dən 260-a düşdü; Ermənistanda tədris dili rus dili olan dövlət məktəbləri 1993-cü ildən bəri tamamilə fəaliyyətini dayandırdı. Erməni məktəblərində, daha sonra başqa ölkələrin vətəndaşlığı olan və ya milli azlıqlara mənsub uşaqlar üçün yalnız rus sinifləri var.

Bəli, yaxın keçmişdə, hamımız vahid bir ölkənin vətəndaşı olduğumuz zamanlarda məktəblərdə rus dilini tədris edəndə, rus məktəblərinin, hətta uşaq bağçalarındakı rus qruplarının fəaliyyəti SSRİ respublikalarının bütün şəhərlərində və bölgələrində məcburi idi. Ancaq indi, bütün ölkələr suveren, müstəqil olduqları, öz dövlət dilinə sahib olduqları zaman, Rusiyadan belə bir məcburi istək və ya tələb nədən qaynaqlanır? Bəli, ikinci bir dil bilmək hər zaman bir üstünlükdür, xüsusən də bu cür məktəblərdə tədris yüksək səviyyədə təşkil olunsa və tez-tez rast gəldiyimiz kimi, milli məktəblərdə təhsildən keyfiyyətcə fərqlidirsə. Sualın bu hissəsi Təhsil Nazirliyi üçündür.

Siyasi mənada isə olduqca təbii başqa bir sual yaranır: oyun niyə tək qapı ilə oynanılır? Niyə Rusiyada bütün digər MDB üzv ölkələrinin dillərində tədris verən məktəb yoxdur? Niyə rus dilindən başqa, MDB ölkələrində tədrisin tam olaraq, deyək ki, Azərbaycanda – türkcə, Orta Asiya dövlətlərində ingilis və ya fransız dillərində aparan dövlət ali məktəbləri yoxdur? Bəli, xarici dildə tədris aparan özəl məktəblər var, amma niyə MDB ölkələri yalnız rusdilli məktəbləri maliyyələşdirməlidir? Niyə digər dillərə qarşı ayrıseçkilik olunur?

Hər hansı bir dövlət tədrisini dövlət dilində aparan məktəbləri maliyyələşdirməyə borcludur, ancaq xarici bir dövlət öz dilinin öyrənilməsini müəyyən bir ölkənin qanunlarında nəzərdə tutulandan daha yüksək səviyyədə təşviq etmək istəsə, ölkələrinin dilində tədris olunan məktəblərin tikintisi və sonrakı maliyyələşdirilməsi barədə səlahiyyətlilərlə razılaşsın. Ya da həmin dövlət öz hesabına və ya deyək ki, ev sahibi ölkədə iqtisadi maraqları olan şirkətləri hesabına bunu etsin - “Qazprom”un Türkmənistanda etdiyi kimi. Deyək ki, London azərbaycanlı uşaqları Şekspirin dili ilə daha yaxından tanış etmək istəyir, qoy, BP şirkəti Azərbaycanda ingilis dilində məktəblər tikilməsinə, onların təchiz edilməsinə, bütün tədris prosesinin maliyyələşdirilməsinə başlasın. Eyni yanaşma MDB ölkələrində fəaliyyət göstərən digər iri şirkətlərə də aiddir.

Bəli, rus dili Puşkinin və Tolstoyun, Dostoyevski ilə Turgenevin, Çexovun və Qorkinin dilidir, çoxumuz rus dilində təhsil almış, rus klassiklərinin əsərləri ilə böyümüş və onları orijinal dilində oxumuşuq. Xüsusilə ölkəmizdə, indi də bu məsələyə xüsusi bir həssaslıqla yanaşırlar, bunu rus məktəblərinə artan tələbat sübut edir. Lakin bu fakt gündəmə gətirilən sualları aradan qaldırmır. Ciddi düşünmək tələb edəb sualları...
//AYNA.AZ//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qeyri-dəqiq məlumatı yaymayın! – “Erməni dəyirmanına su tökürsünüz!”
Dünən, 18:11
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb - Diqqət!
Dünən, 18:10
Ermənistan cəsədlərinə niyə sahib çıxmır? – Paşinyanın qorxusu
Dünən, 18:08
Azərbaycan Almaniyaya nota verəcək
Dünən, 18:03
Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
Dünən, 17:53
Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası - TƏHLİL
Dünən, 17:51
Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər...
Dünən, 17:48
“Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı” - Prezidentin köməkçisi
Dünən, 17:47
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Dünən, 17:44
Erməni gənclər hökumətin hikkəsinə görə ölmək istəmirlər
Dünən, 17:35
“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var” - Hikmət Hacıyev
Dünən, 17:29
Ceyhun Bayramov fransız nazirlə danışıb
Dünən, 17:28
Məktəblər bağlandı, distant təhsil də dayandırılır? - Təhsil Nazirliyindən AÇIQLAMA
Dünən, 17:26
Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib
Dünən, 17:25
Ermənilərin etiraf etdiyi leş sayısı - 729-a ÇATDI
Dünən, 17:12
“Münaqişə Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır” - Özbəkistan parlamentinin Sədri
Dünən, 17:11
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində biri jurnalist olmaqla 4 nəfər xəsarət alıb
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:05
Ermənistan tərəfdən vuruşan muzdlular: - Kəlbəcər və Laçındakı təlim mərkəzinə gətirilmiş terrorçular kimdir?
Dünən, 17:05
“Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: - hərbçilər olmasa da, xalq onu linç edəcək”
Dünən, 17:01
Azərbaycan Qafanı tələb edə bilərmi? - Hüquqşünas
Dünən, 17:00
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 16:58
“Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir” - Hikmət Hacıyev
Dünən, 16:57
“ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir” - Prezidentin köməkçisi
Dünən, 16:47
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "mesaj" açıqlaması
Dünən, 16:45
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi - FOTO
Dünən, 16:44
“Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər” - Diqqətli olaq!
Dünən, 16:43
AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı
Dünən, 16:40
“Erməni radiosunda Gəncə terroru qisas kimi təqdim olunub” - Prezidentin köməkçisi
Dünən, 16:39
"Bu xalq tarix boyu torpaqlarını düşmənlərdən azad edib"
Dünən, 16:37
“Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” - Ülvi Quliyev
Dünən, 16:33
92 yaşlı Ömər Eldarov koronavirusa YOLUXDU
Dünən, 16:26
“Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur” – Rus ekspert
Dünən, 16:22
RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”
Dünən, 16:21
“Biz bunu gələcək nəsillərə saxlamamalıyıq” - PA rəsmisi
Dünən, 16:19
Ermənilər Tərtər pambıq zavodunu vurdu - zavodda böyük yanğın başlayıb
Dünən, 16:17
Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir - Müdafiə Nazirliyi
Dünən, 16:11
"Allah deyib, bu şərəfli yola davam edək"
Dünən, 16:10
Ramiz Mehdiyevə milyonluq mənzil bağışlayan iş adamı məhkəməyə müraciət etdi
Dünən, 16:08
"Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi" - Prezidentin köməkçisi
Dünən, 16:07
“Ermənilər Cəbrayılın işğaldan azad olunan kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər" - MN-in İdarə rəisi
Dünən, 16:06
"Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib" - Elçin Əmirbəyov
Dünən, 16:05
"Ermənistan dövlət səviyyəsində terror həyata keçirir" - Hikmət Hacıyev
Dünən, 15:46
"Erməni analarına müraciət edirəm"
Dünən, 15:45
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Prezidentin köməkçisi
Dünən, 15:44
“Ermənistan KTMT-dən çıxarıla bilər” - deputat
Dünən, 15:42
Ehtiyatda olan polkovnikdən müjdə: - “Bir-iki günə yenə sevinəcəyik”
Dünən, 15:37
“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” - Lavrov
Dünən, 15:33
Azərbaycanda indiyədək 1232636 koronavirus testi aparılıb
Dünən, 15:31
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru