"Fransız maşınına minməkdənsə, at arabasına minin" .....                     “Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” .....                     "Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var" .....                     Yoluxma artır, məktəbləri açmaq olmaz .....                     “Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” .....                     "McDonalds"a SƏRT TƏPKİ: .....                     Vətən Müharibəsində İran amili .....                     Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək .....                     Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? .....                     “Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” .....                     İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb .....                     Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib .....                     Bu gün dollar neçəyədir? .....                     Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı .....                     İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti .....                     İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək .....                     Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb .....                     Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək .....                     BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı .....                     Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb .....                     “Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” .....                     Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur .....                     Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir .....                     Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb .....                     Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib .....                     "Yas içində toy çaldırdınız" .....                     “Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” .....                     Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır .....                     Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır .....                     “Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” .....                     UNİCEF-in icraçı katibi ermənipərəstdir! .....                     “Bu şəxslər iş yerindən foto paylaşmasın” .....                     Cenevrə görüşü nə vəd edir? .....                     Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu .....                     Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır .....                     Ermənistanın 543-cü alayının hərbi qulluqçuları Qarabağa getməkdən imtina edib .....                     Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür .....                     "Fransız maşınına minməkdənsə..." .....                 

İmtahana düşən məntiqsiz MƏNTİQ SUALLARI - Ekspertlər danışdı
Tarix: 22-09-2020, 15:13 | Çap et
İmtahana düşən məntiqsiz MƏNTİQ SUALLARI
“Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın, 50 yaşında müəllimin və başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu cür suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir”.

Bu fikirləri sosioloq alim, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu sosial şəbəkədə paylaşıb və imtahanlara daxil edilən məntiq sualları ilə bağlı ciddi problemlərin olduğunu açıqlayıb: “Son illər hamımız tez-tez eşidirik ki, təhsil sistemində təşkil olunan imtahanlarda məntiq fənnindən olan suallara daha ciddi əhəmiyyət verilir. Bu imtahanlarda yığılan balların çoxu bu fənn əsasında müəyyən edilir. Əvvəllər bunu normal hesab edirdim. Təbii ki, gənc alimlərin, müəllimlərin məntiqli düşüncə tərzinə çox ehtiyac var. Amma son bir ayda məntiq fənnindən olan suallarla tanışlığım məndə heyrət və çoxlu suallar yaradıb.

Məntiq gözəl fəndir. Aristoteldən üzü bu yana ciddi alimlər hamısı məntiqdən danışır. Hamı məntiqli düşünməyin tərəfdarıdır. Amma bu test imtahanlarındakı sualların ciddi məntiq elminə dəxli yoxdur”.

Alim daha sonra qeyd edir: “İmtahan verən baş sındırmalıdır ki, bu misallarda rəqəmlərin hansının hansı hissəsini götürüb onun başına hansı ədabaz oyunları açsın və sonunda oradakı qanunauyğunluğu tapa bilsin. Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın, 50 yaşında müəllimin və başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir. Bu imtahanlarda məntiqi düşüncəni yoxlamaq üçün tamamilə başqa tipli suallar olmalıdır. Belə hoqqabaz suallar yox. Mən mexanika-riyaziyyat fakultəsini çox yüksək balla bitirmişəm. İndi də tətbiqi riyaziyyat sahəsində ciddi çalışıram. Bu suallarla imtahana hazırlaşmaq xeyli gəncimizdə stress, ruh düşgünlüyü, gərginlik yaradır. Bu tip suallar xeyli istedadlı gəncimizi təhsil almaqdan kənarda qoya bilər”.

Təhsil eksperti Elxan Nəcəfov mövzu ilə bağlı bildirib ki, Azərbaycanda nə orta, nə də ali məktəblərdə məntiq fənni adı altında heç bir fənn tədris olunmadığı halda, ötən ilə qədər müəllimlərin işə qəbul imtahanında (bu il tətbiq olunmadı), eləcə də təhsilin magistratura pilləsinə qəbulda məntiq imtahanları tətbiq olunur: “Müəyyən narazılıqlardan sonra müəllimlərin işə qəbul imtahanından məntiqlə bağlı imtahan çıxarıldı. Həmçinin, tədrisdə olmamaması ilə əsaslandırıldı. Magistraturaya qəbul imtahanlarında isə qalır. Məntiq suallarının olması belə əsaslandırılır ki, gələcək üçün yetişdirilən kadrların məntiqi təfəkkürünə üstünlük verilməlidir”.

Ekspert bildirib ki, insanların məntiqlə bağlı imtahana hansı kitabdan hazırlaşmaq məsələsi problemdir: “Hazırlıq üçün nəzərdə tutulan proqram yoxdur. Sadəcə, repetitor müəllimlər ( əsasən də riyaziyyat və yaxud ona yaxın fənndən dərs deyənlər) məntiq üzrə hazırlayırlar. Bu problem o şəkildə həll oluna bilər ki, testlərdə riyazi məntiqdən sual salınmasın. Namizədin ümumi dünyagörüşü yoxlanılsın. Analitik təfəkkürü inkişaf etdirən məntiqi suallar tətbiq olunsun. Təəssüf ki, humanitar sahə üzrə magistraturaya hazırlaşan bakalavrların qarşısına riyazi hesablamaya söykənən məntiq sualları düşür. Adətən humanitar fənləri seçənlər riyazi təfəkkürlərini qaneedici qiymətləndirmədikləri üçün bu addımı atırlar. Həmin şəxsləri bakalavr pilləsindən sonra (üstəlik məntiq fənni tədris olunmadan) birdən-birə riyazi məntiq sualları ilə imtahan etmək ədalətli olmur. Dəqiq fənlər üzrə magistraturaya hazırlaşanlara riyazi məntiqdən sualların düşməsi normal sayıla bilər. Amma humanitar fənlər üzrə daha çox dünyagörüşü ilə bağlı, təhlil qabiliyyətini ortaya çıxaran məntiqi sualların olması yaxşıdır. Sualı hazırlayan əsaslandıra bilsin ki, bu sualı həll etmək üçün riyazi təfəkkürə ehtiyac yoxdur.

Yəni, dəqiq fənnlər üzrə olan suallarla humanitar sahə üzrə olan suallar fərqlənməlidir”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucovun fikrincə, magistratura pilləsi üzrə imtahanda məntiqdən testlərin daxil edilməsi doğru yanaşmadır: “Beynəlxalq təcrübədə nüfuzlu ali təhsil məktəblərinin magistraturalarına, eyni zamanda bakalavr pilləsinə qəbul zamanı mütləq şəkildə məntiqdən test sualları daxil edilir. Dünyanın ən məşhur universitetlərinə, sadəcə riyaziyyat və xarici dildən imtahan verməklə qəbul olunmaq mümkündür. Təbii ki, tələbə namizəddə seçəcəyi ixtisas üzrə baza bilikləri də olmalıdır”.

İ.Orucovun sözlərinə görə, dünyanın ən aparıcı ali məktəbləri imtahanı bu formada keçirirlərsə, nəyə görə bizdə olmasın? Onun fikrincə, məntiqdən imtahanın olması doğrudur: “Hazırda çevik qərar qəbul edəcək mütəxəssislərə təlabat var. Məntiqi düşünmə qabiliyyəti olan insanlar daha çevik qərarlar qəbul edə bilirlər.

Məntiq fənninin tədrisinə gəlincə, dünyanın heç bir ölkəsində orta məktəbdlərdə bu fənn üzrə hazırlıq olmur. Amma bütövlükdə təhsil proqramı şagirdlərin məntiqi biliklərini inkişaf etdirəcək formada tədris olunur. Düşünürəm ki, bizdə bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Məntiqdən heç bir anlayışı olmayan şagird və ya tələbə imtahan verərəkən onun üçün xeyli çətinliklər yaranır. Dediyim kimi, təhsilimizi o formada təşkil etməliyik ki, tələbə olmağa iddiaçı olanlarımızın məntiqi bilkləri yetərincə olsun”.

Təhsil eksperti Kamran Əsədov isə Azərbaycanda magistratura pilləsinə qəbul üzrə keçirilən imtahanların çətin olduğunu vurğulayıb: “İmtahanda təqdim edilən mövzuların heç biri ali təhsil pilləsində tədris edilmir. Təəssüflər olsun ki, məntiq fənni əsasən riyazi bilkləri yoxlamağa xidmət edir. Ali məktəb tələbələrindən tədris boyu yalnız məntiqi düşüncə, hadisələrə yanaşma tərzi soruşulur. Amma imtahanlarda çətin bilik və bacarıqları əks etdirən riyazi bilklər soruşulur. Bu amil olduqca yanlışdır. Təsadüfi deyil ki, imtahanda daha yaxşı nəticəni texniki və dəqiq elmlər sahəsində oxuyan tələbələr göstərir”.

K.Əsədov hesab edir ki, bu sahədə atılmalı olan ən vacib addımlardan biri magistratutra pilləsinə məntiqdən təqdim edilmiş test tapşırıqlarının ixtisas qruplarına uyğun tərtib edilməsidir: “Hamı üçün eyni formatda test tapşırıqlarının salınması digər ixtisaslarda oxuyanlar üçün çaşqınlıq yaradır. Bundan başqa, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi test tapşırıqları xüsusi magstr jurnalındakı test tapşırıqları ilə uyğun gəlmir. Nümunə testlər yox səviyyəsindədir. Ona görə hesab edirəm ki, məntiqdən təqdim edilən test qrupları daha çox riyazi bilkləri deyil, məntiqi təfəkkürü yoxlamağa istiqamətlənərsə daha optimal variant olar”.

Artıq magistratura pilləsi üzrə imtahan verən bir neçə şəxslə apardığımız söhbət də ekspertlərin fikirlərini təsdiqlədi. Məsələn, humanitar sahəni seçənlər üçün məntiqdən təqdim olunan suallar çətinlik yaratsa da, dəqiqi elmlər ürzə təhsil alnlar o qədər də şikayətçi deyillər. Bu il riyaziyyat-informatika ixtisası üzrə müəllimliyi bitirən Hülya Məmmədova magistratura pilləsi üzrə verdiyi imtahanlardan yaxşı nəticə göstərib. O, məntiq suallarından narazılıq etmir: “Məntiqdən verilən 50 sual asan, orta və çətin olmaqla qruplaşdırılmışdı. Gözlədiyimdən daha yaxşı (sadə) düşmüşdü. Yəni, cavablandırılmasına görə əksər suallar vaxt itkisinin qarşısını alacaq səviyyədə idi”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransız maşınına minməkdənsə, at arabasına minin"
Bu gün, 08:12
“Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” - ekspert
Bu gün, 08:10
"Bizim istənilən cəbhədə qalib olan bir ordumuz və ali baş komandanımız var"
Bu gün, 08:09
Yoluxma artır, məktəbləri açmaq olmaz - Bəs, nə edək?
Bu gün, 08:06
“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA
Bu gün, 08:04
"McDonalds"a SƏRT TƏPKİ: - “Ya yanımızda ol, ya da şələ-şüləni yığ!”
Bu gün, 08:02
Vətən Müharibəsində İran amili - TƏHLİL
Bu gün, 08:01
Azərbaycan hərbçiləri MDB Silahlı Qüvvələrinin qərargah rəislərinin iclasında iştirak edəcək - Bu gün
Bu gün, 07:59
Avropadan Asiyaya: Azərbaycan investisiya bazarını niyə dəyişir? - GƏLİŞMƏ
Bu gün, 07:57
“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir” - deputat
Bu gün, 07:56
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
Bu gün, 07:54
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 07:54
Bu gün dollar neçəyədir?
Bu gün, 07:52
Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasının səbəbini açıqladı - DƏHŞƏT!
Bu gün, 07:52
İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti həyata keçirəcək qurum müəyyənləşib
Dünən, 18:03
İşğaldan azad edilmiş ərazilər rabitə, səhiyyə və kommunal xidmətlərlə təmin ediləcək - RƏSMİ
Dünən, 18:01
Müvəqqəti komendantlıqların yerinə yetirməli olduğu vəzifələr açıqlanıb - Detallar...
Dünən, 18:00
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq
Dünən, 17:58
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Dünən, 17:57
İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimi tətbiq ediləcək - Diqqət!
Dünən, 17:55
BQXK meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı açıqlama yaydı
Dünən, 17:54
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb - TƏFƏRRÜAT
Dünən, 17:52
“Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır” - Hacı Şahin Həsənli
Dünən, 17:50
Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 17:47
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Dünən, 17:46
Ermənilərin Göygöldə törətdiyi meşə yanğını söndürülüb
Dünən, 17:45
Azərbaycanın Kubada Səfirliyinin təsis edilməsi haqqında Qanun təsdiqlənib
Dünən, 17:44
"Yas içində toy çaldırdınız"
Dünən, 17:38
“Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz” - Rauf Arifoğlu
Dünən, 17:35
Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır - Baş Prokurorluq
Dünən, 17:33
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - deputat
Dünən, 17:32
“Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır” - Putin
Dünən, 17:31
UNİCEF-in icraçı katibi ermənipərəstdir! – “...Terrora dair bir bəyanatı yoxdur”
Dünən, 17:25
“Bu şəxslər iş yerindən foto paylaşmasın” – Ekspert terror təhlükəsindən danışdı
Dünən, 17:23
Cenevrə görüşü nə vəd edir? - AKTUAL
Dünən, 17:21
Ermənistanın atəşi nəticəsində Goranboyda dinc sakin həlak oldu
Dünən, 17:16
Ermənistanla sərhəd zastavanın minaatanlardan atəşə tutması ilə bağlı məlumat tamamilə dezinformasiyadır - Müdafiə Nazirliyi
Dünən, 17:15
Ermənistanın 543-cü alayının hərbi qulluqçuları Qarabağa getməkdən imtina edib - Müdafiə Nazirliyi
Dünən, 16:59
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - Müdafiə Nazirliyi
Dünən, 16:55
"Fransız maşınına minməkdənsə..."
Dünən, 16:54
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Dünən, 16:52
Rusiya da gözləyir: Qarabağ tez azad olunsun... – İvanov
Dünən, 16:48
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Dünən, 16:45
Xocalı qətliamına imza atan “Əfsanəvi general” indi şivən qoparır: - “Ermənilər təhdid altındadır”
Dünən, 16:44
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI
Dünən, 16:41
"PAŞA Bank Georgia"nın zərəri kəskin artdı
Dünən, 16:36
Tural Gəncəliyev Kanada parlamentinin üzvünü və senatorunu üzr istəməyə çağırıb
Dünən, 16:35
"Bu susqunluq əslində Ermənistanı dəstəkləmək anlamına gəlir" - ETİRAZ
Dünən, 16:23
“Bundan sonra təqvimdə işğal günləri qeyd edilməyəcək” - deputat
Dünən, 16:22
“Ermənistan ən alçaq cinayətlərə əl atır” - Özbək professor
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru