Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb .....                     "Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" .....                     Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır .....                     "Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram" .....                     "Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" .....                     Azərbaycan Ordusunda 20 jurnalist döyüşür .....                     "Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" .....                     “Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı .....                     "Bir az səbirli olaq, vaxt keçsin" .....                     Erməni bicliyinin iflası .....                     Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma... .....                     Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı .....                     Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb .....                     Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub .....                     Eldar Həsənovdan XƏBƏR VAR .....                     Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq .....                     Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT .....                     Mülayim cənub küləyi əsəcək .....                     Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı .....                     Həbsdən çıxan Kamil ənənəsini davam etdirir .....                     Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir .....                     Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar .....                     Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur .....                     Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi .....                     Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib .....                     Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi .....                     Ermənilər Qarabağdan “iki dəfə” qaçır? .....                     "Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" .....                     Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur .....                     Qaxda talançı məmur peyda olub... .....                     Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır .....                     Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri .....                     "Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" .....                     “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” .....                     PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! .....                     "Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" .....                     “Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” .....                     Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb .....                 

“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Tarix: 19-09-2020, 11:18 | Çap et
 “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar”
Uzun illərdir vəzifədə qalan “ömürlüklər” nəhayət ki, vəzifəsindən azad edilir, onların yerinə gənc kadrlar gətirilir. Onların arasında siyasətçilər də, elm və mədəniyyət xadimləri də var.

Lakin hələ də bir sıra qurum və təşkilatlar var ki, rəhbərləri illərdir ki, dəyişilməz olaraq qalır və sanki ömürlərinin sonuna qədər də tutduqları vəzifədən getmək istəmirlər kimi görünür. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Xalq yazıçısı Anar kimi. Məlum olduğu kimi, yazıçı Anar 1987-ci ildən - artıq 33 ildir ki, bu quruma sədrlik edir.

Xatırladaq ki, AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar. Beləliklə, AYB-nin tarixində 33 il eyni şəxsin sədrlikdə qalması rekord göstəricidir.

Qeyd edək ki, bu məsələ uzun müddətdir ki, müzakirə edilir. Xüsusən də gənc ədəbiyyatçılar Xalq yazıçısı Anarın artıq bu vəzifədən getmək vaxtının gəlib çatdığını bildirir, növbəti qurultayda könüllü olaraq sədrlikdən getməsini təklif edirlər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Xalq yazıçısı Anar artıq 33 ildir ki, AYB-nin sədridir. Hesab edirəm ki, Anar Azərbaycanın böyük dəyərlərindən biridir və onu hansısa məmur, funksionerlə müqayisə etmək düzgün deyil. Azərbaycanın mədəni həyatında Anarın oynadığı rol misilsizdir. Bir xalq bu cür dəyərlərə hörmət etmirsə, aşağılayırsa, onun öz gələcək taleyinə spesifik yanaşmaq lazımdır. Beləliklə, mən yazıçı Anarı bu cür qiymətləndirirəm.

Bu yaxınlarda yazıçı Anarın “Yaşamaq haqqı” kitabı çapdan çıxdı. Mən həmin kitabla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, bütün ali məktəblərdə bu kitab keçirilməli və hər bir ailədə olmalıdır.

Qaldı AYB-yə, bu qurum ictimai birlikdir. Burada sədr qurultayla seçilir. Qrafikə uyğun olaraq növbəti qurultay 2019-cu ildə keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar olaraq qurultayın keçirilməsi təxirə salındı. Pandemiyadan sonra qurultayın keçiriləcəyi gözlənilir. Beləliklə, yenidən qurultay olanda yazıçı Anar əgər istəyəcəksə, yenə də AYB sədri seçiləcək. Çünki onun xidməti fəaliyyəti həddindən artıq böyükdür. Mən də hesab edirəm ki, Anarın qalması lazımdır, vacibdir".

Rəşad Məcid qeyd etdi ki, əsası olmadan yeni gənc nəslin nümayəndələri bir sıra problemləri yazıçı Anarda görürlər:

“Qeyd edim ki, ədəbiyyatın əvvəlki populyarlığı yoxdur. Bunun günahkarı və baiskarı yazıçı Anar deyil. Şübhəsiz ki, yeni nəslin arasında da istedadlı şəxslər var. Gələcəkdə onlar da AYB-də rəhbər vəzifələrdə ola bilərlər. Hazırda AYB-də gənclər çoxdur. Yəqin ki, növbəti qurultay keçiriləndə yeniləşmələr də olacaq”.

Millət vəkili, tanınmış yazıçı Aqil Abbas da məsələ ilə bağlı öz mövqeyini bildirdi:

“AYB-nin sədrini qurultay müəyyənləşdirir. Yəni AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar.

Qarşıda növbəti qurultay olmalıdır. Yenə də sədr qurultayla seçiləcək. Ola bilsin ki, hansısa gənc adam seçilsin. Yəni kimlər namizədliyini verəcək, onların arasından seçiləcək.

Anar Xalq yazıçısıdır və xalqın sevdiyi şəxsdir. Bütün yazıçıların ona hörməti var, Azərbaycanın pasportlarından biridir. Məsələ budur. Ona görə də kimsə onu vəzifəsindən çıxarda və yaxud dəyişdirə bilməz. Hər şey qurultayla həll olunur".

Aqil Abbas qeyd etdi ki, hazırda ədəbiyyatda çox istedadlı gənclər yetişir:

“Çox güclü gənc nəsil gəlir. Aktivdirlər, gözəl əsərlər yazırlar. Qurultayda da həmin gənclərdən kimsə seçilə bilər. AYB elə-belə ittifaq deyil. Bu qurum böyük təşkilatdır, dünyaya çıxışı var.

Qurumda gənclər çoxdur. Sadəcə, özlərinin təbliğatını aparsınlar. Bir növ deputat seçkiləri kimi, təbliğatlarını yaxşı aparsalar, yazıçılar da onların tərəfini saxlaya və seçə bilərlər".

Şair-publisist Murad Köhnəqala da qeyd etdi ki, AYB seçkili qurumdur:

“Yəni qurultaydan qurultaya sədr seçilir. Anar 2 dönəm sədr seçilib və 33 ildir ki, quruma rəhbərlik edir. Məsələ burasındadır ki, Anardan əvvəl quruma İsmayıl Şıxlı rəhbərlik edirdi. Anar, Əkrəm Əylisli, Elçin onun həmin postdan getməsi üçün möhkəm çabalar göstərir, çıxışlar edir, bu və digər şəkildə tədbirlərdə ona hücumlar edirdilər. Yəni İsmayıl Şıxlının AYB-dən getməsini istəyirdilər. İsmayıl Şıxlı cəmi 2 il quruma sədr olmuşdu. Beləliklə abrına qısılaraq, məcbur şəkildə evindən istefa ərizəsi yazmışdı. Demişdi ki, quruma gedib, bir də onların üzünü görmək istəmirəm.

Amma indi Anar 60-cı illərdə özündən əvvəlkilərə yaşlaşmış nəsil kimi baxırdısa, indiki nəsil nümayəndələri də Anara o cür baxır və buna da haqları var. Çünki sübut da göz qabağındadır ki, 33 il AYB-də rəhbərlik edir. Ümumiyyətlə, AYB-nin tarixində 33 il heç kəs rəhbərlik etməyib. Belə olmaz. Adamın özü dərk etməlidir, hörmətlə çıxıb getməlidir.

Qeyd edim ki, hazırda AYB-də, eləcə də ümumilikdə yazıçılar aləmində onu əvəz edə biləcək çoxlu sayda gənclər var".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - TN
Dünən, 13:17
"Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" - Şeyx Əbdül
Dünən, 13:17
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Dünən, 13:10
"Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram"
Dünən, 12:58
"Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" - Elnur Allahverdiyev
Dünən, 12:51
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
Dünən, 12:48
"Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" - deputat
Dünən, 12:46
“Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı - TƏHLİL
Dünən, 12:45
"Bir az səbirli olaq, vaxt keçsin" - Firudin Cəlilov
Dünən, 12:42
Erməni bicliyinin iflası - Murad Köhnəqala yazır
Dünən, 12:40
Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma...
Dünən, 12:39
Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı - GƏLİŞMƏ
Dünən, 12:25
Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb - FOTO
Dünən, 12:22
Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub - FOTO
Dünən, 12:20
Eldar Həsənovdan XƏBƏR VAR - həbs qətimkan müddəti uzadılıb
Dünən, 12:17
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH-dən GÖZƏL SÖZLƏR
Dünən, 12:16
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Dünən, 12:11
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:01
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Dünən, 11:57
Həbsdən çıxan Kamil ənənəsini davam etdirir
Dünən, 11:55
Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb
Dünən, 11:44
Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir - Kreml tamamilə fərqli siyasi kurs götürüb
Dünən, 11:36
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar - FOTO
Dünən, 11:34
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 11:30
Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi - FOTO
Dünən, 11:29
Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib
Dünən, 11:24
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi
Dünən, 11:23
Ermənilər Qarabağdan “iki dəfə” qaçır? - Görən, özləri öz yalanlarına inanırmı?
Dünən, 11:21
"Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" - deputat
Dünən, 11:17
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur - Müdafiə Nazirliyi
Dünən, 11:15
Qaxda talançı məmur peyda olub... - İTTİHAM
Dünən, 11:14
Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır - İƏT
Dünən, 11:11
Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri - bu seçim yalnız qonşu və etnik, dini bağlara görə deyildi
Dünən, 11:10
"Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" - Prezidentin köməkçisi
Dünən, 11:08
“Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” - Ermənistan MN
Dünən, 11:06
PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! - TƏHLİL
Dünən, 11:04
"Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" - "Virusu ciddiyə alın"
Dünən, 11:03
“Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” - GƏLİŞMƏ
Dünən, 11:02
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:57
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb
Dünən, 10:56
Ötən gecə düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
Dünən, 10:48
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
Dünən, 10:48
“Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Dünən, 10:46
Ermənistan radiosu Sərdar Ortaçdan sonra bu dəfə Tarkanı "ÖLDÜRDÜ"
Dünən, 10:43
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 10:41
Bakıda bıçaqla adam öldürən gənc tutuldu
Dünən, 10:40
"Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var" - Dövlət başçısı
Dünən, 10:39
Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:36
"Türkiyənin rolu çox mühüm və müsbət olacaq" - Prezident İlham Əliyev
Dünən, 10:35
Pompeoda da Moskvada gəlinən qərara gəlib
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru