"Mən xalqımızla fəxr edirəm" .....                     Düşmən Ağdam rayonunu atəşə tutur .....                     Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar .....                     Hədəf Laçın və Kəlbəcərdir .....                     Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib .....                     Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub .....                     Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” .....                     "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" .....                     Düşmən bölmələrimizi atəşə tutur .....                     Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi .....                     Göygöldə zəlzələ olub .....                     Qərəz dağarcığı Palkotun revanş haqqı .....                     "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" .....                     "Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub .....                     Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? .....                     ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! .....                     Sabah Milli Məclisin iclası keçiriləcək .....                     Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi .....                     Neft yeni həftəyə bu qiymətlə başladı .....                     Ağstafada icra hakimiyyəti nəyə lazımdır? .....                     Sahil Babayevin nəzər-diqqətinə... .....                     "Neftçi"nin sabiq futbolçusu saxlanıldı .....                     "Geriyə 863 və 822 saylı qətnamələr qalıb" .....                     Ermənisayağı müstəqillik oyunları: .....                     Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur .....                     Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur? .....                     "Diplomatiyamız da yaxşı işləyir" .....                     “Ermənistanın baş naziri yenidən yalan danışır” .....                     "Nə Paşinyanı, nə də siyasətini izləmirəm" .....                     Düşmən Tərtər rayonunu atəşə tutub .....                     Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib .....                     Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? .....                     “Allaha yalvarırdım ki, maşın işə düşsün” .....                     Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub .....                     Fars-molla rejiminin YENİ HOQQASI... .....                     Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi .....                     Qarabağ savaşı: NATO kimi dəstəkləyir? .....                     Müharibə yenə davam edəcək, çünki Ermənistan... .....                     Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir .....                 

“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Tarix: 19-09-2020, 10:15 | Çap et
 “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
KİV-lərlə bağlı qanunvericiliyin dəyişdirilməsiylə bağlı təkliflər yenidən aktuallaşıb. Media ekspertləri hesab edirlər ki, qüvvədə olan qanunvericilik müasir dövrün tələblərinə cavab vermir, yeniləşmə zamanın tələbidir. Onların fikrincə, 1999-cu ildə qəbul olunmuş Kütləvi İnformasiya Vasitələri haqqında qanun, bundan əlavə, Televiziya və Radio Verilişləri Haqqında Qanun artıq köhnəlib, yeni dövrün tələbləri ilə uyğunlaşmır.

Bəs görəsən, dəyişikliklər mətbuata nə vəd edir?

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövzu ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirdi ki, KİV haqqında qanunun dəyişməsi son vaxtlar bir ictimai təşəbbüs kimi ortaya çıxıb: “İnformasiya məkanını tənzimləyən qanunvericilikdə yeniliklər edilməsi ilə bağlı təşəbbüslər var, hökumətin buna necə reaksiya verəcəyini deyə bilmərəm. Mətbuat Şurası olaraq biz uzun illərdir ki, dəyişikliklər təklif etmişik. Mahiyyəti isə ondan ibarətdir ki, internet medianın inkişaf etməsindən sonra kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsində müəyyən problemlər ortaya çıxıb. Bu da ilk olaraq, onlayn informasiya resursları ilə bağlıdır. Bu gün kimsə onlayn media orqanı açırsa, bunun qanunvericiliklə tənzimlənməsində də müəyyən addımlar atılmalıdır. Ən çox müşahidə olunan məsələlərdən biri müəllif hüquqlarının pozulması ilə bağlıdır. Siz zəhmət çəkib bir media orqanı yaradır, onu inkişaf etdirir, tanıdırsınız. Sabah kimsə həmin adı götürüb bir hərf və ya nöqtə-vergül əlavə etməklə bənzərini yaradır. Sizin illərdir çəkdiyiniz əməyi sui-istifadə edir. Bu, oxucuda da çaşqınlıq yaradır. O baxımdan domen adlarının qeydiyyatı ilə bağlı standartlar olmalıdır.

İkinci məsələ, xüsusi olaraq KİV haqqında qanunda təsisçilik məsələsinə aydınlıq gətirmək lazımdır. Çap mediasının təsisçiliyində standartlar var. Orada göstərilir ki, qəzet nəyə deyilir. Qəzet ayda ən azı 1 dəfə nəşr olunan, 100 ədəddən çox tirajla yayılan və sair tələblərə cavab verən media orqanıdır. Televiziya və radio yayımının da qanunvericilikdə təsviri var. İnsanlar həmin standartlara əməl edirlər".

M.Ələsgərli bildirdi ki, onlayn media ilə bağlı belə bir standartlar yoxdur və bizim qanunvericilikdə öz əksini tapmayıb: “Doğrudur, KİV haqqında qanunun 3-cü maddəsində göstərilir ki, internet üzərindən yayılan kütləvi informasiyalar da KİV hesab olunur. Ancaq orada qeyd olunmayıb ki, internet medianın standartı nədir, orada hansı standartlar gözlənilməlidir. Onlar hansı formada xəbər istehsal etməli, yaymalı, öz fəaliyyətini tənzimləməlidir. Bu sahədə çox ciddi boşluqlar var. Hər bir insan sosial şəbəkədə fikirlərini yazıb paylaşa bilər. Ancaq onun bu fəaliyyəti KİV standartına uyğundurmu? Çox təəssüf ki, uyğun gəlmir. Ancaq həmin sosial şəbəkələrdən istifadə edib elə media qurumu yaradırlar ki, bilinmir bu KİV-dir, yoxsa şəxsi hesab. Hər hansı şəxs şəxsi hesab açır, ancaq adını kütləvi informasiya vasitəsi qoyur. Bu, insanlarda çaşqınlıq yaradır. Onlar bilmir ki, bu xəbərdir, yoxsa şəxsi fikirlər. Hazırkı qanunvericilik ənənəvi medianın fəaliyyətini tənzimləsə də, onlayn medianı tənzimləyə bilmir. Bu baxımdan qanunvericilikdə dəyişiklik edilməlidir. 1999-cu ildə qəbul olunan KİV haqqında qanuna dəfələrlə dəyişikliklər edilib. Artıq bu qanun yenidən formalaşdırılmalı və məcəllə formasında olmalıdır. Orada KİV-in təsis edilməsindən tutmuş, jurnalistlərin fəaliyyətinə qədər hər bir sahə ilə bağlı standartlar müəyyən olunmalıdır. Həmçinin ənənəvi media ilə yanaşı, yeni medianın da standartları yeni məcəllədə yer almalıdır”.

Professor, teleaparıcı Qulu Məhərrəmli də “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, dəyişikliklər medianın fəaliyyətini məhdudlaşdırmamalıdır: “Bu barədə müzakirələr genişlənir, KİV haqqında qanuna dəyişikliklər barədə danışılır. Burada bir neçə məqam var. Qanunda zaman-zaman dəyişikliklər edilib və bu da çox zaman məhdudiyyətləri artırıb. Bizim KİV-in, o cümlədən televiziya və radionun qanunvericiliyi kifayət qədər mötəbərdir, çox yaxşı qanunlardır. Bu qanunlar birbaşa Avropa təcrübəsinə əsaslanıb, beynəlxalq təşkilatların ekspertizasından keçib. O qanunların hazırlanmasında iştirak edən bir adam kimi deyirəm ki, bu qanunlar Azərbaycan mediasının sərbəst fəaliyyəti üçün kifayət qədər etibarlı baza rolunu oynaya bilir. Bu gün məsələ qanunların dəyişdirilməsində, yeni şəraitə uyğunlaşdırılmasında deyil. Çox ideal qanun qəbul etmək olar , amma o reallıqda işləməz. Yaxşı qanunlar var, ancaq onların tətbiqi ilə bağlı ciddi problemlər var. Əsas məsələ mediaya düzgün yanaşmadır. Hakimiyyət medianı tənzimləmək işinə bu qədər həvəslə girişdiyi məqamda, medianı öz reysindən çıxarıblar”.

Q.Məhərrəmlinin sözlərinə görə, son 10-15 ildə aparılan media siyasəti hərtərəfli böhrana gətirib çıxartdı: “Onun nə kifayət qədər azadlığı var, nə də iqtisadi problemləri həll olunub. Peşəkarlıq aşağı düşüb, daxili senzura güclənib. Bu gün cəmiyyətdə nüfuzlu media qurumları həddindən artıq azalıb. Bizim beynəlxalq media üçün istinad yerinə çevrilə bilən media qurumlarımız, informasiya agentliklərimiz, demək olar ki, yoxdur. Ona görə ki, hökumət onları təbliğat alətinə çevirib. Medianın əsas fəlsəfəsi odur ki, cəmiyyətdə xalqın adından hakimiyyət üzərində ictimai nəzarətçi olur, cəmiyyəti doğru-dürüst məlumatlandırır, nöqsanları tənqid edir. Bununla həm hakimiyyətə kömək etmiş olur, həm də cəmiyyətdə dövlətin dayaqlarını gücləndirir. Bizdə bir sıra hallarda media ayrı-ayrı məmurların nüfuz dairəsinə düşüb, onların güc vasitəsinə çevrilib. Yeni qəbul olunacaq qanun əgər yeni medianın, saytların fəaliyyətini hansısa formada məhdudlaşdıracaqsa, bu, acınacaqlı nəticələr verəcək. Medianın azadlığı təmin olunmalıdır, qanunvericilikdə göstərildiyi kimi, onun müstəqilliyinə xələl gəlməməlidir. Keyfiyyətli media hazırlamaq üçün Azərbaycan cəmiyyətinin böyük imkanları var, yaxşı kadr bazası var. Çalışmaq lazımdır ki, media qurumları normal reklam ala bilsin, qəzetlər satıla bilsin. Saytlar reklam ala bilsin”. Professorun sözlərinə görə, keyfiyyətli medianı yetişdirmək üçün yeni şərait yaradılmalıdır, yeni yanaşma olmalıdır: “KİVDF-nin konsepsiyasına yenidən baxmaq lazımdır ki, biz Azərbaycanda keyfiyyətli media yarada bilək. Vaxtilə Cənubi Qafqazda ən güclü media qurumlarına malik olan Azərbaycan bu gün Ermənistandan, Gürcüstandan geridə qalır. Pul ayrılır, milyonlarla vəsait xərclənir, ancaq nəticə odur ki, bu gün ölkədə ictimai rəyə təsir edəcək media orqanlarının sayı barmaqla sayılacaq qədərdir. Medianın iqtisadi dayaqları möhkəmləndirilməlidir ki, biz keyfiyyətli media xidməti ala bilək. Dövlət bu qədər vəsait ayırır, ancaq auditoriya parçalanmış vəziyyətdədir, sosial şəbəkələr üstünlüyü ələ alır, yalançı xəbərlər yayılır, orada söyüş platforması özünə dayaqlar tapır. Biz keyfiyyətli media yaratmalıyıq, qanun da, yanaşma da, ictimai fikir də, maddi resurslar da buna xidmət etməlidir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən xalqımızla fəxr edirəm"
Bu gün, 10:07
Düşmən Ağdam rayonunu atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 10:05
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - AÇIQLAMA
Bu gün, 10:04
Hədəf Laçın və Kəlbəcərdir - GƏLİŞMƏ
Bu gün, 09:56
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bu gün, 09:54
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 09:52
Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!
Bu gün, 09:51
"Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" - Mirmahmud Mirəlioğlu
Bu gün, 09:49
Düşmən bölmələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 09:48
Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi
Bu gün, 09:47
Göygöldə zəlzələ olub
Bu gün, 09:44
Qərəz dağarcığı Palkotun revanş haqqı – bir də gəlsin
Bu gün, 09:41
"Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - RƏSMİ BAKI
Bu gün, 09:36
"Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" - deputat
Bu gün, 09:35
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Bu gün, 09:34
Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? - Bu düşmənin işinə yarayır...
Bu gün, 09:32
ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! – Azərbaycana qarşı düşmənçilik siyasəti bu haqqı onların əlindən alır!
Bu gün, 09:29
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Bu gün, 09:24
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - deputat
Bu gün, 09:23
Neft yeni həftəyə bu qiymətlə başladı
Bu gün, 09:22
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bu gün, 09:19
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Bu gün, 09:17
"Neftçi"nin sabiq futbolçusu saxlanıldı
Bu gün, 09:14
"Geriyə 863 və 822 saylı qətnamələr qalıb" - deputat
Bu gün, 09:00
Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur
Bu gün, 08:58
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Bu gün, 08:53
Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur?
Bu gün, 08:51
"Diplomatiyamız da yaxşı işləyir" - Yaqub Məmmədov
Bu gün, 08:49
“Ermənistanın baş naziri yenidən yalan danışır” - Hikmət Hacıyev
Bu gün, 08:46
"Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa
Bu gün, 08:33
Düşmən Tərtər rayonunu atəşə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:28
Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ
Bu gün, 08:27
Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? - TƏHLİL
Bu gün, 08:25
“Allaha yalvarırdım ki, maşın işə düşsün” – Cəbhədə yaralanan jurnalistin təəssüratları
Bu gün, 08:21
Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:18
Fars-molla rejiminin YENİ HOQQASI... - Kimə güc göstərirlər?..
Bu gün, 08:16
Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi - MƏTN
Bu gün, 08:14
Qarabağ savaşı: NATO kimi dəstəkləyir? - GƏLİŞMƏ
Bu gün, 08:12
Müharibə yenə davam edəcək, çünki Ermənistan... - Üçüncü humanitar atəşkəs
Bu gün, 08:10
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - Müdafiə Nazirliyi
Bu gün, 08:08
Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Bu gün, 08:06
Düşmənin YENİ TƏXRİBAT PLANI - Diqqət!
Bu gün, 08:04
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu - Müdafiə Nazirliyi
Bu gün, 08:03
Bu gün dollar neçəyədir?
Bu gün, 08:02
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - TN
24-10-2020, 13:17
"Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" - Şeyx Əbdül
24-10-2020, 13:17
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
24-10-2020, 13:10
"Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram"
24-10-2020, 12:58
"Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" - Elnur Allahverdiyev
24-10-2020, 12:51
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
24-10-2020, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru