Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb .....                     "Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" .....                     Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır .....                     "Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram" .....                     "Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" .....                     Azərbaycan Ordusunda 20 jurnalist döyüşür .....                     "Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" .....                     “Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı .....                     "Bir az səbirli olaq, vaxt keçsin" .....                     Erməni bicliyinin iflası .....                     Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma... .....                     Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı .....                     Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb .....                     Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub .....                     Eldar Həsənovdan XƏBƏR VAR .....                     Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq .....                     Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT .....                     Mülayim cənub küləyi əsəcək .....                     Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı .....                     Həbsdən çıxan Kamil ənənəsini davam etdirir .....                     Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir .....                     Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar .....                     Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur .....                     Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi .....                     Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib .....                     Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi .....                     Ermənilər Qarabağdan “iki dəfə” qaçır? .....                     "Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" .....                     Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur .....                     Qaxda talançı məmur peyda olub... .....                     Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır .....                     Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri .....                     "Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" .....                     “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” .....                     PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! .....                     "Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" .....                     “Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” .....                     Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb .....                 

Rusiya saytı 76 azərbaycanlının siyahısını niyə yaydı... - İkinci “Wikileaks” fırtınası
Tarix: 19-09-2020, 09:20 | Çap et
 Rusiya saytı 76 azərbaycanlının siyahısını niyə yaydı...
Dossier.center saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Dominant.az xəbər verir ki, saytda yayımlanmış yazıda həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.

Yazıda qeyd edilir ki, “QRU” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərdən ibarət olan siyahıda tanınmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə fərqləndirilib.

Bu barədə xəbər yayan Dominant.az saytı ittihamın ciddiliyini və ağırlığını nəzərə alaraq sözügedən siyahını tərcümə etmədən - olduğu kimi təqdim edib. Siyahıda bir çox tanınmış simaların adları var. Bəzi müşahidəçilər hesab edir ki, bu, Assancın yaradıcısı və rəhbəri olduğu “Wikileaks” saytı üzərindən ABŞ məxfi diplomatik yazışmalarının yayılmasına bənzəyir. Düzdür, miqyas çox kiçikdi, amma Azərbaycandan xeyli tanınan adamın adı keçən siyahının hansı məqsədlə hazırlanması və o qədər də tanınmayan sayt vasitəsilə yayılması diqqət çəkir. Rusiya saytının yazısında “Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov barəsində də ittihamlar yer alıb. Dominant.az-ın məlumatına görə, yazıda qeyd edilir: “Bundan əlavə, Köhnə meydanda çox məşhur bakılılar haqqında obyektiv arayışlar əldə ediblər - məsələn, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş polkovniki və ”Trend" informasiya agentliyinin sahibi İlqar Hüseynov ilə gizli görüşlər barədə hesabat: “Rusiyapərəst mövqe tutur. Ümumi maraqlar naminə işləmək istəyini bildirir. Şəxsi söhbətlərində, artan Türk təsirinə qarşı mənfi münasibəti daim vurğulayır. Hüseynovun əsas şəxsi gəliri ”Trend" informasiya agentliyinin layihələri ilə bağlıdır. Asiya və Orta Şərq informasiya mübadisləsində aktiv işləyir. Türkmənistandan olan informasiya sferası ilə sıx əlaqələri var".

Siyahıda adı çəkilən jurnalist Aqil Ələsgər“Yeni Müsavat”a bildirdi ki, artıq məsələ ilə bağlı mövqeyini Azərbaycanda bu barədə xəbər yayan sayta - Dominant.az-a açıqlayıb. Adıçəkilən saytın məlumatına görə, A.Ələsgər həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edib: “Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, görərsiniz ki, orada ”əməkdaşlıq edir" deyil, “əməkdaşlıq üçün nəzərdə tutulan” ifadəsi var. Yəni Kremlin, ya da bu “sənəd”i kim hazırlayıbsa, rusca yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca “predpolaqaetsə ispolğzovatğ” sözünün “işləmək”, yoxsa “işlənilməsi üçün nəzərdə tutulur” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər".

A.Ələsgər daha sonra bildirib: “Ancaq mətni nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır ”Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI" başlığı ilə ləkələyərək, öz həmkarlarını qınaq altında qoymaq peşəkarlıq deyil. Ayrıca, bu qədər peşəkarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni, gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb". A.Ələsgər daha sonra bildirib: “Və siyahıda sizin də uzun müddət maaş aldığınız (Dominant.az saytının redaktoru nəzərdə tutulur - red.) və pulu birbaşa Moskvadan gələn ”Sputnik"dən bir nəfərin belə olmaması da ayrı mövzudur. Qısacası, rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Bunu bilərək (ki, belə güman edirəm) və ya bilməyərək vermək bu təxribata xidmət edir. Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın".

Jurnalist Toğrul Allahverdi isə “Yeni Müsavat”a bunları bildirdi: “Marqarita Simonyanın nəzarətində olan Rusiyanın ”Sputnik"agentliyinin keçmiş əməkdaşına məxsus bir saytda bu yaxınlarda yaradılan, kimə və hara xidmət etdiyi məlum olmayan, (yaxın vaxtlarda olar) dossier.center adlı Rusiyaya məxsus olduğu iddia olunan, cəfəngiyyatdan ibarət olan, hesabatını bilərəkdən təhrif edərək “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlıqla verməsi zənnimcə təsadüf deyil. Təqdim olunmuş siyahıda mənim və çox dəyərli, çz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən insanların adı da var. Düşünürəm ki, bu yazı sırf sifarişli və müəyyən qüvvələr tərəfindən tələm - tələsik hazırlanmış bir yazıdır. Siyahını yayan sayt rəhbərinin də uzun müddət maaş aldığı və pulu birbaşa Moskvadan gələn “Sputnik”dən bir nəfərin belə olmaması da maraqlıdır. Rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Adı çəkilən bütün şəxsləri, susmamağa bununla bağlı Məhkəməyə və məsələnin obyektiv araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyə səsləyirəm. Başda mən olmaqla, bu siyahıda adı çəkilənlər, eyni zamanda rus mətbuatının yazdığını təhrif edərək, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və cəmiyyətə bu barədə məlumat verilsin".

Dominant.az saytının baş redaktoru Rumiyyə Miraslan qəzetimizə açıqlamasında bildirdi ki, siyahının həqiqət olub-olmamasını araşdımaq bir jurnalist üçün çox çətindir: “Çünki siyahıda bir və ya bir neçə yox, 70-dən çox insanın adı hallanır. Siyahıda adı çəkilən şəxslərin də mövqeyini vermək mümkünsüz idi, 70 nəfərdən açıqlama almaq, yazmaq bir günün və bir nəfərin işi deyil. O üzdən belə qərara gəldik ki, siyahını olduğu kimi yayımlayaq. Təbii ki, adı hallanan şəxslərin mövqeyini də yayımlamağa hazırıq və yayımladıq da. Aqil Ələsgərin fikirlərini verdik, şəxsimə yönəlmiş ittihamlarını belə, çünki ittiham hələ fakt demək deyil”.

Baş redaktor bildirdi ki, o özü də kimisə ittiham etmir: “Siyahını mən hazılamamışam, əksinə, orada dostlarımın adlarını görəndə çox təəccübləndim, mənə inandırıcı gəlmədi. Əsas məsələyə keçim, bu adlar hansısa bir saytda yayımlanıbsa, gec və ya tez mən verməsəydim də, başqa biri verəcəkdi. Düşünürəm ki, məsələ bu adların niyə yayılması yox, ”həmin şəxslərin adları nəyə görə o siyahıda yer alıb" olmalıdır. Bu, çox-çox ciddi məsələdir, orada mənim öz adım olsaydı belə, yenə yayardım". R.Miraslan da araşdırmalara tərəfdar olduğunu vurğuladı: “Mən bu məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını istərdim və ümid edirəm ki, adı siyahıda olan hər kəs, həmçinin TREND-in rəhbəri də elə bunu istəyər”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, bu cür sənədlərin müvafiq qurumlarımız tərəfindən dəqiq təhlil və yoxlanışına ehtiyac var: “Yazı üslubu inandırıcıdır, sənədlərlə zənginləşdirilməsi də ciddi qəbul olunması üçün əsas verir. Bununla belə, ayrı-ayrı şəxslərin etibarsızlaşdırılması istiqamətində addımlar ola biləcəyini də istisna etməməliyik. Bütün hallarda bu cür fəaliyyətlər qonşu dövlətlər tərəfindən həyata keçirilir və kimsəyə sirr deyil. Eyni məzmunda digər qonşu ölkələrin də təsir dairəsində olan agentura barəsində yayılması da mümkündür. Bütün hallarda hər bir dövlət öz təhlükəsizlik sistemini bu bur sürprizlərə qarşı hazır tutmağa borcludur”.

Hələlik rəsmi qurumlar məsələyə hər hansı münasibət bildirməyib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - TN
Dünən, 13:17
"Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur" - Şeyx Əbdül
Dünən, 13:17
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Dünən, 13:10
"Mənim 65 yaşım var mən əsgərlərimizə həsəd aparıram"
Dünən, 12:58
"Erməni terrorçuları hansı yaşayış məskənimizdən könüllü, yaxud BMT-nin israrı ilə çıxıb?" - Elnur Allahverdiyev
Dünən, 12:51
Azərbaycan Ordusunda 20 jurnalist döyüşür - Mətbuat Şurası
Dünən, 12:48
"Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür" - deputat
Dünən, 12:46
“Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı - TƏHLİL
Dünən, 12:45
"Bir az səbirli olaq, vaxt keçsin" - Firudin Cəlilov
Dünən, 12:42
Erməni bicliyinin iflası - Murad Köhnəqala yazır
Dünən, 12:40
Nikol Köçəryanı Moskvaya göndərmək istədi, amma...
Dünən, 12:39
Həmsədr ölkələrin BMT TŞ-dəki rüsvayçılığı - GƏLİŞMƏ
Dünən, 12:25
Səbail rayonunda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb - FOTO
Dünən, 12:22
Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı olub - FOTO
Dünən, 12:20
Eldar Həsənovdan XƏBƏR VAR - həbs qətimkan müddəti uzadılıb
Dünən, 12:17
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH-dən GÖZƏL SÖZLƏR
Dünən, 12:16
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Dünən, 12:11
Mülayim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:01
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Dünən, 11:57
Həbsdən çıxan Kamil ənənəsini davam etdirir
Dünən, 11:55
Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb
Dünən, 11:44
Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir - Kreml tamamilə fərqli siyasi kurs götürüb
Dünən, 11:36
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar - FOTO
Dünən, 11:34
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Dünən, 11:30
Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi - FOTO
Dünən, 11:29
Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib
Dünən, 11:24
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi
Dünən, 11:23
Ermənilər Qarabağdan “iki dəfə” qaçır? - Görən, özləri öz yalanlarına inanırmı?
Dünən, 11:21
"Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın hüquqlarını qorumağa hazırıq" - deputat
Dünən, 11:17
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur - Müdafiə Nazirliyi
Dünən, 11:15
Qaxda talançı məmur peyda olub... - İTTİHAM
Dünən, 11:14
Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır - İƏT
Dünən, 11:11
Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri - bu seçim yalnız qonşu və etnik, dini bağlara görə deyildi
Dünən, 11:10
"Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 16 yaşlı Orxan həlak oldu" - Prezidentin köməkçisi
Dünən, 11:08
“Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır” - Ermənistan MN
Dünən, 11:06
PAŞİNYAN VARSA, SÜLH OLMAYACAQ! - TƏHLİL
Dünən, 11:04
"Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın" - "Virusu ciddiyə alın"
Dünən, 11:03
“Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır” - GƏLİŞMƏ
Dünən, 11:02
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:57
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 157-yə çatıb
Dünən, 10:56
Ötən gecə düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
Dünən, 10:48
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
Dünən, 10:48
“Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Dünən, 10:46
Ermənistan radiosu Sərdar Ortaçdan sonra bu dəfə Tarkanı "ÖLDÜRDÜ"
Dünən, 10:43
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 10:41
Bakıda bıçaqla adam öldürən gənc tutuldu
Dünən, 10:40
"Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var" - Dövlət başçısı
Dünən, 10:39
Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi
Dünən, 10:36
"Türkiyənin rolu çox mühüm və müsbət olacaq" - Prezident İlham Əliyev
Dünən, 10:35
Pompeoda da Moskvada gəlinən qərara gəlib
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru