Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

"Azərbaycan-Türkiyə əməkdaşlığının media sahəsində qurulmasına böyük ehtiyac var" - Malik Həsənov
Tarix: 16-09-2020, 18:26 | Çap et
"Azərbaycan-Türkiyə əməkdaşlığının media sahəsində qurulmasına  böyük ehtiyac var"
"Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkədir. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Tarixi köklərə, dostluğa, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Hər bir ölkənin inkişafında iqtisadi amili nəzərə alsaq, iki dost ölkənin birgə səyləri, siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşdırılan layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir, ölkələr, xalqlar arasında körpünü daha da möhkəmləndirir. Türkiyə-Azərbaycan birliyi beynəlxalq təşkilatlar çərçivəsində də atılan addımlarda öz aydın ifadəsini tapır".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Diqqəti Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışqlarında, eyni zamanda, qarşılıqlı təbrik məktublarında əksini tapan fikirlərə, 2018-ci ildə keçirilən paradda Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları"nın uçuşlar edib səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəklini çəkmələrinə yönəldən M.Həsənov bildirib ki, Bakının azad olunmasının ildönümü Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktubunda bildirir ki, ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Millət vəkili onu da bildirib ki, bu gün Azərbayan-Türkiyə münasibətlərinə hansı sahədən baxsaq böyük inkişafın, yeni- yeni hədəflərə doğru birgə addımların şahidi olarıq: "Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Təkcə cari ildə bu birliyi nümayiş etdirən məqamlara diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə aksiyalar keçirdilər, ermənilərin əsl siması bir daha dünya ictimaiyyətinə açıqlandı. Dünya bir daha bu reallığın şahidi oldu ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəsmi Ankaranın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın haqlı mövqeyini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından müdafiə edən rəsmi Ankara bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və pinsipləri əsasında həllinin vacibliyini bəyan edir. Düşünürük ki, bu günün əsas müzakirə mövzularından olan Azərbaycan- Türkiyə media platformasının yaradılması da strateji əhəmiyyətli bir qərardır, hər iki dövlətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb, həqiqətlərimizin təbliğinə, erməni diasporunun apardığı qərəzli kampaniyalara qarşı mübarizəyə böyük dəstəkdir. Göründüyü kimi, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığının media sahəsində qurulmasına böyük ehtiyac vardır".

M.Həsənov Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlığın da mühüm yer tutduğunu diqqətə çatdırıb: "Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunlarının və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyi özündə ehtiva edir. Hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsində də əhəmiyyəti və faydası olduğunu diqqətə çatdırmışdır".

Malik Həsənov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyətinin Ankaraya səfərini də iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olduğunu qeyd edib: "Milli Məclisin Sədrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə görüşlərində də bu fikir dönə-dönə qeyd edilmişdir ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. Sadiqlik, etibar və qarşılıqlı dəstək əsasında uğurla inkişaf edən bu birlik, həmrəylik dövlətimizin başçısı İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" fikirlərində öz əksini tapıb. Bu, dünyaya mesaj olmaqla yanaşı, dostluqda, qardaşlıqda sədaqətin, etibarın təsdiqidir. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi “Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürümüzü bildiririk" fikirləri sədaqətə, etimada söykənən dostluğun hər iki ölkədə necə rəğbətlə qarşılandığının təsdiqidir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru