Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

Rusiya bu dəfə dillə “işğal edir”: - “Referendum keçirilsə, tam fərqli mənzərə ortaya çıxar”
Tarix: 16-09-2020, 17:16 | Çap et
Rusiya bu dəfə dillə “işğal edir”:
Bu gün dünyada rus dilinin populyarlıq dairəsi daralmaqdadır.

Rus dili artıq ünsiyyət vasitəsi kimi də yavaş-yavaş Qafqaz regionundan çıxır. Mühüm səbəb kimi ingilis dilinə olan maraq, bu dilin beynəlxalq səviyyədə daha işlək olması göstərilir.

Bu baxımdan postsovet məkanında da ingilis dilinə maraq və ehtiyac genişləndiyindən rus dili getdikcə əhəmiyyətini itirir. Daha bir postsovet ölkəsi rus dilindən imtina edir.

Belə ki, Aşqabadda yeni təhsil ilinin başlanması ərəfəsində məktəblərdə rusdilli siniflərin sanitar-gigiyenik normalara riayət olunmasının vacibliyi ilə əlaqədar bağlandığı bildirilib.

Rusiya XİN Türkmənistan XİN-ə bu ölkədə rus dilinin, Rusiyada isə türkmən dilinin öyrənilməsinin təşviqini təmin edən, iki ölkə arasındakı 2002-ci il 23 aprel tarixli dostluq və əməkdaşlıq haqqında Müqaviləyə cavab verən rusdilli siniflərin bərpa edilməsi məqsədilə vəziyyətə aydınlıq gətirilməsi üçün nota göndərib.

Aşqabaddakı Rusiya səfirliyi Türkmənistan tərəfinə məlum məsələyə aydınlıq gətirmək üçün müraciət etsə də, cavab almayıb.

Qeyd edək ki, Latviya, Litva, Estoniya Avropa Birliyinin üzvü olduğuna görə öz ölkələrində rus dilindən tam imtina edib. Bu ölkədə rus dili xarici dil kimi də tədris olunmur. Belarusda və Qırğızıstanda rus dili ikinci dövlət dili statusuna malikdir. Qazaxıstan 2018-ci ildə ikinci dövlət dili kimi rus dilindən imtina edib. Ukrayna , Maldova, Özbəkistan və Ermənistanda isə rus dili xarici dil kimi tədris olunur. Rusiya Ukraynanı rus dilini sıxışdırmaqda ittiham edir. Ukraynada və Gürcüstanda rus dilində danışmaq milli dəyərlərə həqarət sayılır.

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılıb. Belarus müxalifəti isə hakimiyyətə gələcəyi təqdirdə rus dilinin dövlət dili statusunu ləğv edəcəyini bildirib. Gürcüstan tam olaraq ölkədə rus dilini qadağan etməsə də, bu ərəfədədir. Artıq qonşu ölkədə də bu dil əvvəlki statusunu itirib. Gürcüstanın 30 yaşdan aşağı əhalisinin böyük hissəsi rus dilini pis bilir, yaxud heç bilmir.

Bu yaxınlarda Tbilisidə keçirilən sorğuda respondentlərin ancaq 36 faizi rus dilini mükəmməl bildiyini deyib. Ölkə əhalisinin ancaq kiçik hissəsi Rusiya kanallarına baxır. Rus dili heç nadir istisnalarla da etnik gürcülərin gündəlik həyatında istifadə olunmur. Düzdür, internetdə hələ də çox sayda rus dilində səsləndirilən Hollivud filmləri təqdim olunur, amma bu sahədə də da rus dilini yavaş-yavaş gürcü və ingilis dilləri əvəz edir.

Bundan əlavə siyasi şərhçilərin bildirdiyinə görə, artıq rus dili iqtisadi dil statusunu itirib. Avropa, ABŞ Almaniya, Çin, Hindistanda demək olar ki, rus dili heç bir işə yaramır.

Belə bir vəziyyətlə üzləşən Rusiya keçmiş sovet ölkələrdə rus dili məktəblərinin qalmasında niyə maraqlıdır?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib ki, Rusiyanın postsovet ölkələrində rus dilinin tədrisi ilə bağlı israrının arxasında geosiyasi və geoiqtisadi maraqları dayanır:

“Heç şübhəsiz ki, bu maraq MDB və ya postsovet ölkələrinə Rusiyanın təsir imkanlarının əvvəlki səviyyədə saxlanılması imkanlarının daha da gücləndirilməsi və ehtiyacları zərurətindən irəli gəlir. Aydın məsələdir ki, dilin coğrafiyası geniş, masştablı olduqca həmin dildə düşünən insanlarla ünsiyyət qurmaq, onların dünyagörüşünə, siyasi baxışlarına təsir göstərmək imkanları da yetərincə fərqli və güclü olur.

Bu baxımdan, Rusiyanın MDB ölkələrində rus dilinin tədrisi ilə bağlı maraqlarının arxasında hansı amillərin durması da anlaşılan və Rusiyanın maraqları baxımından məqsədyönlüdür. Digər amil ondan ibarətdir ki, Rusiyanın bu ölkələrdə təsir imkanları təxminən 150-200 ildən çoxdur ki, mövcuddur. Həmçinin bu ölkələrdə perspektivdə Qərbin təsir dairəsinə keçməsinə heç bir vəchlə razılıq vermək istəmir. Təbii ki, rus dilində təhsil sistemləri bu ölkələrin siyasi elitasının formalaşması ilə bağlı proseslərə də təsirsiz ötüşmür.

Bu baxımdan Rusiyanın postsovet ölkələrində rus dilinin tədrisi ilə bağlı məsələlərdə israrlı mövqeyi bu ölkələrlə əlaqədar Moskvanın geosiyasi və geoiqtisadi maraqlarından irəli gəlir. Nəzərə almaq lazımdır ki, Rusiya bu ölkələrdə imkanlarını əldən verdikcə, onun postsovet məkanda təsir imkanları daha da məhdudlaşır. Perspektiv baxımından Qərbin hərbi- siyasi imkanlarını özündə ehtiva edən NATO-nun da bu istiqamətdə irəliləməsini müşahidə edirik. Söhbət NATO-nun Şərqə doğru genişlənməsindən gedir.

Bu faktor yalnız Rusiyanın özünə aid olan məsələ deyil. Keçən əsrin 50-ci illərində Böyük Britaniya Hindistandan çıxsa da, bu gün də Hindistanın dövlət dili hindu və ingilis dilidir. 1960-cı ildə Evian sazişindən sonra Əlcazair müstəqilliyini elan etməsinə baxmayaraq, bu gün də Əlcazairin və ayrı-ayrı ərəb ölkələrinin dövlət dilləri yenə də fransız və ərəb dilləridir.

Bu faktoru XX əsrin əvvəllərində və ikinci yarısında müstəqilliyini əldə etmiş ölkələrə aid etmək olar. Yəni bütövlükdə Milli Azadlıq Hərəkatı nəticəsində öz istiqlaliyyətlərini və suverenliklərini bərpa etmiş dövlətlər qısa zaman kəsiyində həmin ölkələrə müstəmləkə hakimiyyətindən miras qalmış amilləri aradan qaldırmaq iqtidarında olmurlar. Hesab edirəm ki, bu mənada rus dilinin qapanması və ya tədrisinin qanunvericilik zəmnində yasaq edilməsinə bu və ya digər ölkənin siyasi elitası deyil, xalqı münasibət bildirməlidir. Əgər bu məsələdə referendum keçirilsəydi, düşünürəm ki, kifayət qədər fərqli bir mənzərə yarana bilərdi”.

Türkmənistanın rus dilində tədrisə yasaq qoyma istəyinə gəlincə, poitoloq bildirib ki, bu ölkə digər ölkələrlə müqayisədə özünün spesifik xarici siyasəti ilə fərqlənir:

“Çünki Türkmənistan hər zaman bitərəf və neytral siyasət yeridəcəyini bəyan edib. Bundan əlavə, Türkmənistanın bitərəf siyasəti onun perspektiv etibarilə Asiyadakı qonşuları ilə münasibətləri daha da genişləndirməsindən irəli gəlir. Söhbət Türkmənistanın Çin və Hindistan bazarına yaxın olmasından gedir. Bu bazarlarla bağlı Türkmənistanın maraqları rus dilindən daha çox, orada ingilis, çin və digər dillərin öyrənilməsini də vacib sayır.

Onu da nəzərə almaq lazımdır ki, rus dili həm də BMT tribunasından danışıla biləcək 5 mövcud dildən biridir. Beynəlxalq masştablarda öz təsir imkanlarını saxlayan bir dildir. Bu baxımdan, Türkmənistanın ardınca ayrı-ayrı MDB ölkələrində də bu kimi qərarların qəbul ediləcəyi istisna edilmir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru