Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

Hakimin özbaşınalığı və... - İTTİHAM
Tarix: 16-09-2020, 16:04 | Çap et
Hakimin özbaşınalığı və...
Nyus.Az-ın redaksiyasına Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçi yazır:
2019-cu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı rayonunda yerləşən "İstisu" sanatoriyasına istirahətə getmişdim. Evimizdə siqnalizasiya sistemi olmadığından və gedişimizin uzumüddətli olacağını düşündüyümüz üçün istirahətə gedən zaman valideynlərimdən qalan, ailə quran vaxt hədiyyə edilmiş, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən bağışlanmış qızıl-zinyət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük.28.07.2019-cu il tarixdə gündüz saat 14:20-16:30 arasında mənə məxsus Mersedes-Benz markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olundu. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın əl çantası aparılmışdı. Həmin çantadan mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər dəyərli əşyalar oğurlanmışdı. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım.Şikayətim əsasında əməliyyat - axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdı.Təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut olmadan aparılmışdı. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizası oğurluğu Nurlan Səmədovun törətdiyini təsdiqlənməmişdi. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmışdı.Məhkəmə prosesi qeyri-obyektiv aparılmaqla 18.06.2020-ci il tarixdə hökmü elan etdi və Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Nurlan Səmədov cəzasını ciddi rejimli cəzaçəkən müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.
Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-070/2020 saylı hökmü aşağıda qeyd olunanlara görə əsassızdır və ləğv edilməlidir. Bildirirəm ki, nə istintaq dövründə, nə də ki, məhkəmə istintaqının gedişində cinayət işi obyektiv araşdırılmayıb. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa, ölkə rəhbərinə dəfələrlə müraciət etmişəm və mətbuatda ictimailəşdirmişəm. Məhkəmə qərarında 3-cü səhifəsində göstərilir ki, Nurlan Səmədov “İstisu” sanatoriyasında “Mədə bulağı” deyilən ərazidə tikintidə günü 20 (iyirmi) AZN-ə işləmiş və meşəlik ərazisində özünə yatmaq üçün yer düzəldərək həmin yerdə də gecələmişdir. Nurlan Səmədovun kimin yanında günü 20 (iyirmi) AZN işləməsini və meşə ərazisində gecələməsini heç bir fakt təsdiqləmir,bununla bağlı heç bir kəsin ifadəsi yoxdur və heç bir kəs dindirilməyib. Avtomobilim qarət olunan gün Nurlan Səmədovun işdə olub-olmamasını və nə vaxt Bakıdan qayıtması barədə dəfələrlə vəsatət verib, günü 20 AZN-ə işlədiyi yerin sahibinin məhkəməyə dəvət olunmasını tələb etsəm də, hakim bunu təmin etmədi. Nurlan Səmədov ifadəsində bildirir ki "İstisu"sanatoriyası ərazisindən Seybətin kruqu deyilən əraziyə qırmızı rəngli, jiquli markalı taksidə gəlib. Masallı rayonun mərkəzindən “İstisu” sanatoriyasına gələn və əks istiqamətə gedən taksilərin sayı məhduddur. Cəmi bir neçə şəxs bu marşrutda taksi fəaliyyəti ilə məşğul olur. Bu avtomobillərin sürücüləri arasında əməliyyat-axtarış tədbirləri həyata keçirilərsə, Nurlan Səmədovun Seybətin dairəsi deyilən əraziyə hansı taksi ilə gəldiyi məlum olardı. Nəticədə, Nurlan Səmədovun yanındakı başqa bir şəxsin, əlində çanta olub-olmaması və hadisəni kimlər tərəfindən törədildiyi dəqiqləşərdi.
Nurlan Səmədovun “İstisu” sanatoriyası ərazisindən hansı taksi ilə Seybətin dairəsi deyilən əraziyə gəlməsi müəyyənləşəndən sonra taksi sürücüsünün mobil telefon nömrəsi əldə edilər və texniki vasitələrin köməyi ilə taksidə olan digər şəxslərin kimliyi dəqiqləşirdi. Üstəlik, onların telefonlarını izləməklə cinayətin izinə düşmək olardı.
Seybətin dairəsi deyilən ərazidən Bakıya adam daşıyan taksilərin də sayı məhduddur. Əməliyyat tədbirləri keçirməklə Nurlan Səmədovun Bakıya hansı taksi ilə və kimlərlə getdiyini müəyyənləşdirmək olardı. Lakin nədənsə bu məsələ nə polisi, nə də məhkəmə istintaqını maraqlandırıb.
Nurlan Səmədovu Bakıya hansı taksi sürücüsünün apardığı müəyyənləşdirilsə, onun mobil telefonun nömrəsinə əsasən avtomobildə digər hansı şəxslərin olmasını dəqiqləşdirmək olardı.
Nurlan Səmədovun izahatında onun Bakı şəhərində harada, kiminlə gecələməsi haqqında heç bir məlumat yoxdur və bu məsələ müstəntiqi nə də ki hakimi maraqlandırmayıb. Çox ehtimal ki, o, Zabrat qəsəbəsində yaşayan qardaşıgildə gecələyib. Amma cinayət işində onun qardaşının ifadəsi yoxdur. Müstəntiqin hansı səbəbdən N.Səmədovun qardaşından ifadə almaması məlum deyil və dəfələrlə vəsatət verib qardaşının məhkəmə prosesinə dəvət olunmasını tələb etsəm də, hakim bunu təmin etmədi.
Yenə 3-cü səhifədə də yazılır ki, Nurlan Səmədov yerdən dəmir parçası tapıb sol arxa qapısının şüşəsini sındırmış, sonra da dəmir parçasını əraziyə atmışdır.
Nurlan Səmədovun avtomobilimin şüşəsini sındırdığı dəmir parçası maddi sübut kimi ortada yoxdur və onun tapılması üçün heç bir cəhd edilməyib.
Qərarın 4-cü səhifəsində yazılır: O, hadisəni törətdikdən sonra tanımadığı şəxsin avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir.
Məhkəmə gedişi zamanı Nurlan Səmədova sual verərək “İstisu” ərazisindən Masallı şəhərinə hansı rəngli maşınla gəldiyini soruşduqda o, qırmızı rəngli “Jiquli” markalı maşınla gəldiyini bildirdi. Məhkəməyə təqdim etdiyim diskə köçürülmüş kamera görüntülərində qırmızı rəngli “Jiquli” avtomobilinin ətrafında kifayət qədər şübhəli məqamlar vardır. Hakim bu görüntüləri araşdırmağa belə cəhd etmədi. Digər tərəfdən
4-cü səhifədə yazılır ki, Əfqan Quliyevə məxsus avtomobildən oğurluq cinayət əməlini tək törətmişdir.
Hakimə təqdim etdiyim video diskdə isə daha bir neçə nəfərin qırmızı rəngli “Jiquli” markalı avtomobildə şübhəli kimi qeydə alınır.Həmən şəxslərin müəyyənləşdirilərək məhkəməyə dəvət olunmasını dəfələrlə vəsatət verib tələb etsəm də, hakim bu işdə maraqlı olmadı.
4-cü səhifədə yazılır: İbtidai istintaq zamanı və hal-hazırkı vaxta kimi polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixoloji təsir göstərilməmişdir.
Bildirirəm ki, Nurlan Səmədov istintaq təcridxanasından 6 (altı) dəfə mənə zəng etmişdir. Hər dəfə o, polis şöbəsində bu işin zorla boynuna qoyulduğunu bildirmişdir və məhkəmə gedişində də polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirdi.
Məhkəmə qərarının 6-cı səhifəsində yazılır ki, arvadım Lalənin, oğlum Kamranın və qızım Günayın ümumvətəndaşlıq pasportu oğurlanan sumkanın içində olmuşdur. Bildirirəm ki, qızım Quliyeva Günay Əfqan qızının ümumiyyətlə, ümumvətəndaşlıq pasportu yoxdur. Bu, bir daha hakimin qeyri-obyektiv olduğunu təsdiq edir.
Qərarın 8-ci səhifəsində yazılır ki, Göytəpə polis bölməsinin sahə müvəkkili Vahid Bayramovun ümumvətəndaşlıq pasportlarını necə tapması barədə məhkəmədə ifadəsi elan olunmuşdur.
Bildirirəm ki sahə müvəkkili Vahid Bayramov nə məhkəməyə dəvət olunub, nədə ki onun ifadəsi məhkəmədə səsləndirilməyib.
Qərarın 9-cu səhifəsində yazılır ki, məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübutlar üzrə təqsirləri tam sübuta yetirmişdir.
- Məhkəmə mötəbər sübut dedikdə, görəsən nə nəzərdə tutulur? Ortada heç bir maddə dəlil və sübut yoxdur. Avtomobildən götürülmüş əl izləri Nurlan Səmədovun olduğunu təsdiq etmir. Verdiyim vəsatətlər təqdim etdiyim kamera görüntüləri tam araşdırılsaydı, avtomobilinin kim tərəfdən qarət olunması və qızıl-zinət əşyalarının kimdə olması sübuta yetərdi. Hakim nəyə görəsə, bunları araşdırmaqda maraqlı deyildi.
Qərarın 11-ci səhifəsində yazılır: Masallı RİHB-nin Masallı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Nurlan Səmədov yaşadığı yer üzrə müsbət xarakterizə olunur.
- Qərarın 3-cü səhifəsində isə yazılır ki, Nurlan Səmədov 2019-cu ilin yanvar ayından Bakı şəhərində, Zabrat qəsəbəsində qardaşıgildə yaşamışdır.
Deməli, son yeddi ayı o, Bakı şəhərində yaşamışdır. Belə bir halda Masallı şəhər İƏD-nin verdiyi xasiyyətnamə nə dərəcədə etibarlıdır və məhkəmənin qərar qəbul edən zaman bunu nəzərə alması nə dərəcədə doğrudur?
- Avtomobilim, 28.07.2019-cu il tarixdə gündüz saat 1500-1700 radələrində qarət olunub. Nurlan Səmədovun verdiyi izahatda bildirir ki, avtomobili qarət etdikdən sonra Bakı şəhərinə getmiş, 29.07.2019-cu il tarixdə isə yenidən Masallı rayonuna qayıtmışdır. Bu qədər qızıl-zinət əşyasının gecəynən satıb qayıtması özündə çoxlu şübhələr doğurur. Bu o deməkdir ki, bu hadisəni bir neçə şəxs birlikdə törədib, ya da ki, Nurlan Səmədovun boynuna qoyulub.
Bütün bunlar barədə məhkəməyə təqdim etdiyim vəsatətlərdə, mətbuatda çıxışlarımda, yuxarı instansiyalara yolladığım şikayətlərdə və məhkəmənin son iclasına təqdim etdiyim son sözdə ətraflı izah vermişəm. Bütün bunlar onu gösdərir ki, Azərbaycan Respublikasının qanunları onun üçün əsas deyil, əsas onun şəxsi maraqlarıdır. Bu məhkəmə işinin nəticəsi əvvəlcədən məlum idi. Hakim Habil Bəhmənov aldığı sifarişi yerinə yetirməklə sanki Azərbaycan qanunlarına "tüpürmiş" oldu. Çünki məhkəmənin ilk iclaslarında hakim Habil Bəhmənov etiraf edirdi ki, sənin yazdıqlarının 85-90 faizi faktdır. Hər bir şəraitdə öz ləyaqətini, şərəfini qorumalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməli olan hakim görəsən “Hakimlərin Əxlaq kodeksi”nin bu tələbini xatırlayırmı?:"Hakim müstəqil olmalı, hər bir konkret iş üzrə öz qərarını sərbəst olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində, özündə yaranan (bizim misalda kişiyana söhbətdə mənə açıqladığı) daxili İnamına əsaslanmaqla, onunla bir tərkibə daxil olan digər hakimlərin (bizim misalda həm də polisin və prokurorluğun) mövqeyindən asılı olmadan qəbul etməlidir”.Habil Bəhmənov qərar qəbul edən zaman bunların heç birini nəzərə almadı.
Məhkəmənin qərarından apellyasiya şikayəti vermişəm. Qeyd olunanlara prosesual əhəmiyyət kəsb edən faktlara və Azərbaycan Respublikasının CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün sosial ədalətin bərpası məqsədilə ləvğ edib yenidən baxılmasını zəruri edir. İnanmaq isdərdim ki. Şirvan Apellyasiya Məhkəsi bu işin obyektiv araşdırılması və avtomobilinin kimlər tərəfindən qarət olunması dəqiq müəyyənləşdirilməsi və mənə dəymiş maddi ziyan tam ödənilməsi üçün zəruri olan bütün addımları atacaqdır.
P.S Azərbaycan dövlətinin nüfuzuna xələl gətirən, dövlətin verdiyi səlahiyətdən sui-istifadə edərək sifarişdi qərarlar qəbul edən və hakim adına xələl gətirən hərəkətlərə yol verənlərə qarşı görəsən nə vaxt hüquqi addımlar atılacaq?Belələrinə qarşı dövlət "sərt üzünü" görəsən nə vaxt gösdərəcək?
//Nyus.Az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru