Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

Ramiz Mehdiyev indi də yanındakı adamları “vurdurdu” - şok məqaləyə sözardı
Tarix: 16-09-2020, 15:10 | Çap et
Ramiz Mehdiyev indi də yanındakı adamları “vurdurdu”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin adı ətrafında yeni bir qalmaqal yetişməkdədir. Məlum “toy əhvalatı”ndan sonra ona yönəlik sərt tənqid və qınaqlara şəxsən özü məqalələrlə cavab verən akademikin müdafiəsinə bu dəfə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi qoşulub. Qeyd edək ki, Solmaz Rüstəmova-Tohidi tarix elmləri doktoru, professordur.

Məqalə “yazının AMEA prezidenti, akademik Ramiz Mehdiyevin ətrafında son həftələr qaldırılan və hələ də davam edən “diskussiyalara” dəxli yoxdur” fikirləri ilə başlayır və “AMEA-nın nüfuzuna vurulan zərbə və yayılan şayiələr ilə bağlı uzun illər akademiya sistemində çalışan sıravi əməkdaşın narahatlığı” kimi izah edilir. Elə dərhal da R.Mehdiyevin rəhbərlik etdiyi qurumun “yüksək rəhbər eşelonu” hədəf alınır: “Rəyasət Heyəti və akademiklər cameəsinin nə üçün indiyədək məhz AMEA-nın nüfuzu bucağından bütün bu söhbətlərə münasibət nümayiş etdirmədikləri mənim üçün sual olaraq qalır”.

Uzun illərdir ki, AMEA-nın çatısı altında işləyən tarixçi alimin Ramiz Mehdiyevi “müdafiə etmədikləri şəxslər” sırasında kimləri nəzərdə tutduqlarına nəzər yetirək. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev. Bu, şübhəsiz həm də R.Mehdiyevin mövqeyi deməkdir ki, məlum qalmaqal zamanı adlarını çəkdiyimiz şəxslər həqiqətən də baş verənlərə seyrçi qalıblar. İndi isə bu narazılıq professorun “dilindən” onların nəzərinə çatdırılıb.

Tarixçi alimin məqaləsinin sonrakı bölümündə “tarixə ekskursu” kifayət qədər maraqlı məqam üzərində qurulub. Sitata diqqət edək: “Vaxtilə Azərbaycan parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər?”

Məlumdur ki, Midhət Abbasov Azərbaycanda tanınmış alimlərdən biri idi. SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Prezident Şurasının üzvü kimi geniş ictimaiyyətdə də tanınıb. Midhət Abbasov 1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsini tutub. 1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.

2012-ci ildə 85 yaşında dünyasının dəyişən akademik Azərbaycanda həqiqətən də dövrünün nüfuzlu alim və ziyalısı sayılırdı. Onun mərhum prezidentlə məlum mükaliməsi də yaddaşlardadır. AMEA Rəyasət Heyətinin susqunluğu fonunda mərhum akademin niyə yada salındığı da aydındır. Amma aydın olmayan məhz bundan sonra yer verilən fikirlərdir: “Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?” Aydın görünür ki, xanım tarixçi “ziyalıların indiki susqunluğundan” narazıdır, amma yada salınan nümunə qüsurlu və ondan sonrakı çağırış isə müəmmalıdır. Bu o anlama gəlir ki, xanım tarixçi indiki alim-ziyalılara susmamaq, heç kimin adamı olmamaq çağırış edir. Bunların indi, xüsusilə “cəmiyyətin hara düşməsini” yalnız R.Mehdiyevin əli “qapı arasında qalanda” yada düşməsi isə səmimi görünmür.

Xanım professorun siyasi sistemin formalaşmasında ciddi rolu olan, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş R.Mehdiyevin “xidmətlərini unudaraq” məqaləsində mövcud siyasi münasibətlər sistemini də tənqid etməkdən çəkinməyib: “Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu?”

Solmaz Tohidi “seçilməkdən imtina dedikdə” R. Mehdiyevin kürəkəni- 10 il parlamentdə deputat yeri tutmuş İlham Əliyevin “hansı şərtlər daxilində seçildiyini” niyə yada salmır? Eləcə də “Mehdiyevin siyahısı”ndan seçilənlərdən birinin halal olmayan mandatdan imtina etdiyi barədə fakt bilirmi?

Tarixçi alimin Ramiz Mehdiyevin ətrafı haqda dedikləri də maraqlıdır: “Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Ramiz Mehdiyevi hətta öz yaxın ətrafı-İdarə Heyəti müdafiə etmədiyi halda, ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığına isə kim inanar ki..?
Musavat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru