Ermənilərin yaşayıs sahələrini atəşə tutması yanğın və dağıntılara səbəb olub .....                     “Ermənistan hakimiyyəti zəng edib yalvarır ki...“ .....                     Daha bir mülki şəxs yaralandı .....                     Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi .....                     Ermənistanda yeni 3 tərəfli daxili savaş başlayır .....                     Azərbaycan HHQ-ə məxsus təyyarə və helikopterin vurulması yalandır .....                     Ermənistan iqtisadiyyatı müharibə apara bilərmi? .....                     "Müsəlləh əsgərəm mən də bu gündən" .....                     "Bayrağımız Qarabağın hər küncündə ucalacaq" .....                     “Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir” .....                     Ukraynalı xakerlər Ermənistan Müdafiə Nazirliyinin saytını .....                     Erməni hərbçi Azərbaycana məlumat ötürmək ittihamı ilə .....                     Azərbaycan ordusu Füzuli və Cəbrayılda PKK terrorçuları ilə .....                     Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir .....                     Gürcüstanda koronavirusdan ölənlərin sayı 40-a çatıb .....                     Erməni ordusunda böyük xaos başladı: .....                     Azərbaycanlı hakerlər Paşinyanın pasport məlumatlarını ələ keçirdi .....                     "Azərbaycan heç bir santimetr xarici əraziyə müdaxilə etmir" .....                     Yeni hakimiyyət davası .....                     Ermənistan səhiyyəsi süqutunu yaşayır, .....                     “Xankəndi tutulana qədər müharibəni dayandırmaq olmaz” .....                     Azərbaycan PUA-ları Xankəndində .....                     "İnşallah, Madagiz alındıqdan sonra növbə Sərsəng su anbarınındır..." .....                     Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirir .....                     Türk Şurasının baş katibi Azərbaycanın cəbhədə keçirdiyi əməliyyatlara .....                     Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına necə təsir göstərəcək? .....                     Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb .....                     Azərbaycanın əlində olan .....                     Tolik Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat köçürdü .....                     SABİQ NAZİR MÜAVİNİ KÖNÜLLÜ KİMİ QEYDİYYATA DÜŞDÜ! .....                     Bu rayonun prokuror müavini döyüşə yollandı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 963-ə çatıb .....                     Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək .....                     “Kəlbəcərdə müalicəvi turizm, Ağdamda aqrar sektor, Cəbrayıl, Füzuli, Zəngilanda bağçılıq və heyvandarlıq təsərrüfatları yaratmaq olar” .....                     "Bu gün baş verənlər ulu öndərin uğurlu siyasətinin davamıdır" .....                     "Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar" .....                     Ermənistan məhbusları azad edərək Qarabağda döyüşməyə .....                     Ermənistandan Gürcüstana gözlənilən zərbə gəldi... .....                     Azərbaycan neftinin qiyməti 41 dollara yaxınlaşıb .....                     “Qasparyan unudub ki, biz qazaxlar da “mağara qəbiləsinin qalıqları” arasındayıq” .....                 

Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik - SƏBƏBLƏR
Tarix: 16-09-2020, 10:41 | Çap et
Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı cinayət işi ilə əlaqədar müsadirə olunmuş 130 milyon dollar Daşkəndə qaytarılacaq. Bu barədə İsveçrə ilə razılaşma əldə olunub. İsveçrə hökuməti qaytarılan vəsaitin “Özbəkistan xalqının rifahı üçün istifadə olunacağı”nı bəyan edib.

Bəyanatda deyilir ki, pulun qaytarılması üçün qoyulan tələblər sırasında şəffaflıq və monitorinq mexanizminin yaradılması yer alıb. 2012-ci ildə Gülnarə Kərimovaya qarşı cinayət təhqiqatı çərçivəsində İsveçrə 800 milyon İsveçrə frankını (880 milyon dollar) dondurub. 2019-cu ildə bu vəsaitin 131 milyon dolları müsadirə olunub. Qalan vəsait dondurulmuş vəziyyətdədir və bəyanatda vurğulanır ki, çərçivə razılaşması hazırda davam edən cinayət işi üzrə müsadirə olunan əlavə aktivləri də əhatələyə bilər. 2020-ci il mayın əvvəlində Özbəkistan hökuməti Fransadan Kərimovanın qanunsuz əldə etdiyi 10 milyon dollarlıq vəsaiti aldığını bildirib. Gülnarə Kərimova 2017-ci ildə həbs olunandan sonra Daşkənd xarici yurisdiksiyalardan 1 milyard dollardan artıq vəsaiti geri almağa çalışır. Vaxtilə atasının mümkün varisi sayılan Gülnarə Kərimova 2014-cü ildən, hələ atası ölkəni idarə edəndən ev dustağı edilib. İslam Kərimov 2016-cı ildə vəfat edəndən sonra Şavkat Mirziyoev onun yerinə keçib. İsveçrə, Birləşmiş Ştatlar, İsveç və Niderlandda aparılan cinayət təhqiqatı Kərimovanın bir neçə il çəkmiş nəhəng rüşvət sxemində iştirakını üzə çıxarıb. Həmin sxem çərçivəsində xarici telekommunikasiya şirkətləri cəlbedici özbək bazarına çıxış əldə ediblər. Gülnarə Kərimova 2017-ci ilin dekabrında 10 il həbs cəzasına məhkum edilib. Sonradan həbsi 5 ilə salınıb və ev dustaqlığına keçirilib. Amma 2019-cu ilin martında ev dustaqlığının şərtlərini pozduğuna görə yenidən həbsxanaya köçürülüb. Fevralda Şavkat Mirziyoevə məktubunda Gülnarə Kərimova ona qarşı cinayət işinin bağlanması əvəzində ölkə xəzinəsinə 686 milyon dollar qaytarmağı təklif edib. Ancaq 1 ay sonra pul qoparma, çirkli pulyuma və digər cinayətlərdə təqsirli bilinərək daha 13 il 4 ay həbsə məhkum edilib.

Gülnarə Kərimovaya qarşı gedişat onu deməyə əsas verir ki, Azərbaycan yarıdan çoxu dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankını “xortumlamaq”da təqsirli bilinərək həbsə alınan Cahangir Hacıyevdən milyonları alıb ölkəyə qaytara bilər. Hazırda Cahangir Hacıyev həbsdə olsa da, həyat yoldaşı Zamirə Hacıyeva azadlıqdadır. Belə iddialar var ki, Cahangir Hacıyev vaxtilə sədri olduğu Beynəlxalq Bankdan “xortumladığı” milyardları xaricə transfer edib. Pulların böyük hissəsinin onun Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevada olması haqda ittihamlar var.

Zamirə Hacıyevaya Britaniyada 2017-ci ildən tətbiq edilən “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk hədəfi olub. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur. Zamirə Hacıyevanın 2018-ci ilin noyabrında həbsi isə Azərbaycanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb. Dükanlarda xərclənən vəsait hüquq-mühafizə orqanlarını və məhkəməni maraqlandırmasa da, “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən o, on milyonlarla dollar hesabına Londonun Kinghtbridge səmtində və Askot kəndində aldığı on milyonlarla dollar dəyərində əmlakını hansı pullarla aldığını göstərə bilməyib.

Aydındır ki, Gülnarə Kərimovanın işində olduğu kimi Zamirə Hacıyevanın işində də pullar biznesdən əldə edilməyib. Bu halda pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir.

Bu pulların geri qaytarılması mexanizmindən danışan tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyeva istəsə belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməz: “Çünki Zamirə Hacıyeva işsiz-gücsüz qadındır. Onun həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır”.

Hüquqşünas deyir ki, Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər: “Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir. Bunun müqabilində isə Zamirə Hacıyeva Azərbaycan dövlətinə əmlakın 60-70 faizini qaytarır. Bu əqdin bir bəndi kimi Cahangir Hacıyevin azad edilməsi də ola bilər. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz. Azərbaycan qanunları Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlanılmasını qadağan etmir".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin yaşayıs sahələrini atəşə tutması yanğın və dağıntılara səbəb olub
Bu gün, 12:38
“Ermənistan hakimiyyəti zəng edib yalvarır ki...“ - deputat
Bu gün, 12:27
Daha bir mülki şəxs yaralandı
Bu gün, 12:24
Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi
Bu gün, 12:23
Ermənistanda yeni 3 tərəfli daxili savaş başlayır - GƏLİŞMƏ
Bu gün, 12:20
Azərbaycan HHQ-ə məxsus təyyarə və helikopterin vurulması yalandır - MN
Bu gün, 12:17
Ermənistan iqtisadiyyatı müharibə apara bilərmi?
Bu gün, 12:14
"Müsəlləh əsgərəm mən də bu gündən" - Cəbhəyə yollanan məşhurlarımız
Bu gün, 12:13
"Bayrağımız Qarabağın hər küncündə ucalacaq" - Xalq artisti
Bu gün, 12:10
“Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir” - deputat
Bu gün, 12:08
Ukraynalı xakerlər Ermənistan Müdafiə Nazirliyinin saytını DAĞITDI
Bu gün, 12:01
Erməni hərbçi Azərbaycana məlumat ötürmək ittihamı ilə SAXLANILIB
Bu gün, 12:00
Azərbaycan ordusu Füzuli və Cəbrayılda PKK terrorçuları ilə SAVAŞIR
Bu gün, 11:57
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - AÇIQLAMA
Bu gün, 11:55
Gürcüstanda koronavirusdan ölənlərin sayı 40-a çatıb
Bu gün, 11:47
Erməni ordusunda böyük xaos başladı: - “Bircə-bircə ovlanacağıq”
Bu gün, 11:46
Azərbaycanlı hakerlər Paşinyanın pasport məlumatlarını ələ keçirdi
Bu gün, 11:44
"Azərbaycan heç bir santimetr xarici əraziyə müdaxilə etmir" - PA rəsmisi
Bu gün, 11:41
Yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...
Bu gün, 11:39
Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür
Bu gün, 11:38
“Xankəndi tutulana qədər müharibəni dayandırmaq olmaz” - Partiya sədri
Bu gün, 11:36
Azərbaycan PUA-ları Xankəndində - Düşmən TƏŞVİŞ İÇİNDƏ
Bu gün, 11:29
"İnşallah, Madagiz alındıqdan sonra növbə Sərsəng su anbarınındır..."
Bu gün, 11:27
Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirir
Bu gün, 11:25
Türk Şurasının baş katibi Azərbaycanın cəbhədə keçirdiyi əməliyyatlara dəstək verdi
Bu gün, 11:13
Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına necə təsir göstərəcək? - RƏSMİ CAVAB
Bu gün, 11:10
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb
Bu gün, 11:09
Azərbaycanın əlində olan – “Polonez” RYAS Nəyə Qadirdir?
Bu gün, 11:08
Tolik Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat köçürdü - FOTO
Bu gün, 11:05
SABİQ NAZİR MÜAVİNİ KÖNÜLLÜ KİMİ QEYDİYYATA DÜŞDÜ! - Cəbhəyə getmək üçün Prezidentə müraciət etdi
Bu gün, 11:01
Bu rayonun prokuror müavini döyüşə yollandı - FOTO
Bu gün, 10:59
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 963-ə çatıb
Bu gün, 10:58
Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək - Gözünüz arxada qalmasın
Bu gün, 10:52
“Kəlbəcərdə müalicəvi turizm, Ağdamda aqrar sektor, Cəbrayıl, Füzuli, Zəngilanda bağçılıq və heyvandarlıq təsərrüfatları yaratmaq olar” - ekspert
Bu gün, 10:50
"Bu gün baş verənlər ulu öndərin uğurlu siyasətinin davamıdır" - Xalq artisti
Bu gün, 10:45
"Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar" - Rüstəm İbrahimbəyov Viktor Şenderoviçə CAVAB VERDİ
Bu gün, 10:42
Ermənistan məhbusları azad edərək Qarabağda döyüşməyə GÖNDƏRİR
Bu gün, 10:39
Ermənistandan Gürcüstana gözlənilən zərbə gəldi... - Cavaxetiyadakı ermənilər müstəqilliyə çağırıldı
Bu gün, 10:36
Azərbaycan neftinin qiyməti 41 dollara yaxınlaşıb
Bu gün, 10:33
“Qasparyan unudub ki, biz qazaxlar da “mağara qəbiləsinin qalıqları” arasındayıq” - REAKSİYA
Bu gün, 10:32
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib - Diqqət!
Bu gün, 10:29
Ermənilər dinc sakinin maşınını vurdu - FOTO
Bu gün, 10:27
Bu günə qədər azı 20-yə yaxın həll variantları olub, Ermənistan hamısından qaçıb - GƏLİŞMƏ
Bu gün, 10:25
Bu gündən V-IX sinif şagirdləri üçün əyani dərslər başlayıb - Diqqət!
Bu gün, 10:23
Ermənistan evləri atəşə tutmaqda davam edir: - 163 ev və 36 mülki obyektə ziyan dəyib
Bu gün, 10:22
Ermənilərin kəndlərimizi atəşə tutması nəticəsində yaralanan 55 mülki şəxsin adları açıqlandı
Bu gün, 10:21
Ermənilərin atəşi nəticəsində indiyədək 16 mülki şəxs həlak olub
Bu gün, 10:20
Ermənilər Füzulinin kəndlərini atəşə tutmaqda davam edir, ordumuz ağır cavab verir
Bu gün, 10:05
Ermənilərin atdığı top mərmisi Ağdamda iki məktəb binasına və yaşayış evinə ziyan vurub
Bu gün, 10:03
Gənclər cəbhəyə sevinclə yollanır: - "Sanki döyüşə yox, toya gedirik"
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru